Pillə-pillə yuxarıya
Sevgi azad insanların qismətidi


«Bəşəriyyət tarixi sevgi hekayətlərinin toplusudur» desəm oxucum elə ilə ilk cümlədən düşünəcək ki, yazar qızmar gün altında çox gəzişib.Son zamanlar da kı, gün insanların ağlını başından almaqda sevgiylə bəhsə girib, elə bil. Ətrafda o qədər hadisə baş verir, oxuyursan, baxırsan, görürsən, amma heç nə ürəyinə yaxın gəlmir. Heç tükün də tərpənmir. O nə hadisədir ki, sonu göz yaşlarıyla bitməyə, ya da əhvalatın təsirindən qanad açıb uçmayasan. Böyük şey olubmuş, kiminsə evini su basıb, hardasa sel gəlib, hardasa quraqlıqdır, haradasa tufan öz atını minib çapır…
Bəs niyə kimisə narahat eləmir ki, min kilometrlərlə uzaqda yox, qonşu blokda, divarın o tayında uzun illərdir ki, birisinin ürəyində bir tel də tərpənmir. Gözündən nə vaxtdı sel nədi, heç bir gilə yaş da tökülməyib deyən elə quraqlıqdı ki, ürəyi cadar-cadar olub imdad diləyir. Gözünün bəbəyindən asdığı «məni sev və xilas elə» plokatını görən yoxdu, oxuyan da tapılmır. Bu plokat günlərin axarından bozarıb, bozarıb bəlkə də bir gün sönəcək. Mütləq sönəcək. Onu oxuyan tapılmasa, içəridəki şamı bir daha yandıran olmasa. … Deyəsən çox çərənlədim. Sözümün canı odur ki, dünyada hadisələr çox olur. Amma heç biri ürəyinə toxunmur ki, orda sevgi yoxdur. Sevgi salnaməsinə qoşulmayan hadisələr yoxdur, sevgidən danışmayan kitablar mənasızdır, sevə bilməyən insanlar da yaşamır desəm səhərdən bəri yazmaq istədiklərimə nisbətən yaxın olar.
Sevgi məsələlərinə gələndə hamı özünü mütəxəssis sayır. Çünki az-çox dadını bilir, bir az başına gəlib, bir azını da gözüylə görüb, bilmədiklərini də kitablardan oxuyub. Sevgi bu qədər sadə, anlaşıqlı olsaydı nə vardı ki?.. İndi gəlin görək sevgi pilləkənində pillə - pillə qalxa biləcəyikmi, ya yox. Mən sayım, siz də hansı səviyyədə olduğunuzu özünüz təyin eləyin.
İnsan dünyaya göz açan kimi ən əvvəl özünü sevir. Öz xasiyyətini təyin eləyir, nəyi sevir, nəyi sevmiri dəqiqləşdirir. Necə yaşayacağını, nə yeyəcəyini, kimlə ünsiyyət quracağını bilib sonra özünə olan sevgisində Allahını axtarır. Tapdısa nə yaxşı, tapmadısa üzücü axtarışları həyatını zəhərləyib mənasızlaşdıracaq. Çünki özünü sevə bilməyən başqasını heç sevə bilməz. Bax bu, sevginin birinci mərhələsidir.
Özünü sevəndən sonra insan qohumlarını, ailəsini, övladlarını sevməyi öyrənir. Ata-ana borcu, hörməti, sevgisinə ailə quran kimi ovlad məhəbbəti də qoşulur. Valideynləri uğrundu od-alova gedə bilməyənlər belə bunu ovladlarıyçün mütləq eləyir. Öz həyatını yaşaya bilməyənlərin əksəriyyəti «uşaqlarımçün eləyirəm» deməklə təskinlik tapır. Bu da olmasaydı yəqin həyat tamam mənasızlaşardı. Bacı, qardaş, ailə, tanış-biliş sevgisi və onlara görə özünü qurban vermək bacarığı artıq sevginin sonrakı mərhələsidir.
Qadın və kişi məhəbbəti haqqında yazmağa köşənin formatı imkan verməz. Məndən əvvəl dahilər bu barədə nələr yazıblar, yəqin hələ də yazacaqlar da. Mən bu sıraya nəsə əlavə eləməyə ürəklənmərəm. Bilirəm ki, siz də mənim kimi artıq bilirsiz ki, iki bir-birinə yad adamın bir-birini sevməsi bir alayı səviyyədir. Bundan o yana artıq eşq kəlməsini işlədirlər. Bu yolda özünü qurban verənlərin yerinin cənnətlik olacağında da heç kimin şübhəsi olmur.
Sevginin üç səviyyəsinin dadına baxan insan bundan sonra millətini, tanımadığı insanların toplusunu sevə bilər. Çünki cinslər arası sevgi nə qədər şirin olsa da orda bir-birindən təmənna söhbəti də var. Başqasını öpən dodaqları hər kəs sevə bilməz. O dodaqlar məhz onu öpməlidir. Amma millətini sevənlər qarşılığında heç nə gözləmir. Bir torpaqda gəzənləri, bir sudan içib bir dərdi bölüşənləri bəlkə də dərindən tanımadan təmənnasız sevə bilmək kiçik hiss ola bilməz. Çünki insan bu hissə görə başqa insanın qanını da tökə bilir, əzizini də itirə bilir, sevgilisini də qurban verə bilir. Ona görə də şəhidlik daha yüksək səviyyə sayılır.
Sevginin bu səviyyəsini yaşayandan sonra insan bütün bəşəriyyəti sevə bilər. Başqa millətləri, dərisindən, dinindən, irqindən, mədəni səviyyəsindən asılı olmayaraq hamısını. Dünki o, sevgi pilləkəninin bütün səviyyələrini keçib. Daha sonra insana bütün Kainatı sevmək qalır. Sonrakı sevgi mərhəhələrindən tamam başım çıxmır deyən yekunlaşmalı olacağam. Onu da bilin ki, insanın bütün sevgilərinin başında Allah sevgisi dayanır. Özünə kəşf eləyəndə də, sevgilini arzulayanda da, millətiyçün vuruşanda da bütün sevgiləri tanrıya ünvanlayırsan. Ona görə də Allahını sevə bilməyənlərin impotentliyində qəti şübhəm qalmır. Bir də ki, millətini sevə bilməyənlər bütün bəşəriyyətə olan sevgidən danışanda bir az qıdığım gəlir. Yəqin ki, mənim kimi siz də bilirsiz ki, sevgi pilləkənində pillələri adlamadan irəliləmək olmur…


 

 




 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?