Qəfəsi var xanə-xanə
Yaxud matryoşkanın içində nə varmış?


Görəsən nə vaxt biz yaşamaq hüququnu əldən veririk? Xoşbəxtlik, uğur, sevinc duyğusu nə vaxt yoxa çıxır və necə olur ki, problemlərimizi dalımıza şələyib azadlıq gəzirik? Birlikdə araşdıraqmı?
İndi mən bu cümləni yazarkən otaqdayam. Bu otaq divarları, tavanı, pəncərə və qapılarıyla məni qoruyur. Belə şəraitdə biz özümüzü komfortlu hiss edirik. Axı bayırda yağış, qar, külək, cırhacır isti olarkən otağımızda hər şey biz istəyən kimidir. Bu otaqdan kənarda bizi qoruyan başqa sərhədlər də var. Şəhər, daha sonra əyalət, ölkə sərhədləri bizi əhatə edir və yəqin ki, qoruyur. Çünki birdən Yeni Limurziyadakı yerli aborigenlər yeni partiya yaradıb Azərbaycanı əsarət altına almaq istəsələr bizim qorxmaz sərhədçilərimiz begemota minib bizi nizə və qılınclarıyla hədələyən «atlı»ları layiqli tərzdə qarşılayarlar. Yer kürəsinin də sərhədləri bizi qoruyur. Atmosfer qatı kosmosun zir-zibilini bura tökülməyə qoymur. Cünəş sistemi, üstəlik bütün Qalaktikanın işi-peşəsi bizi orumaqdı. Bəs sonra? Sonrasında heç nə yoxdu. Biz bütün mümkün sərhədləri çəkdik. Bitdi!
Başqa bir sərhəd isə Zamandır. İçimizdə bir nəfər də tapılmaz ki, vaxtını bölüşdürməsin. Düzdü Yer kürəsində Zaman Kosmosda olduğu kimi deyil. Hətta bir adam üçün də gecə və gündüz eyni cür çəkmir. Hər bir halda içimizdə elə bil ki, bir saat tıqqıldayır. Məkan və zamanda özümüzə sərhədlər çəkirik ki, əminlik duyğusu yaşayaq. Bizim qapımızda möhkəm qıfıllar olanda özümüzü təhlükəsiz hiss edirik. Əgər sabah yenidənqurma dövrünün qurbanlarına kompensasiya verilsə birinci cumub növbəyə dayanaram. Üstəlik bu kompensasiya ilə birgə sovet dövründə kassaya qoyduğum pulları da ala bilsəm gələcəyimdən bir qədər arxayın olaram. Çox uzağa getdim deyəsən, yazı yazdığım otağa qayıdaq. Mən burda kompüterdə klaviaturanı tıqqıldadarkən məhlə uşaqları pəncərəmi daşa basıb nişangaha döndərə bilərlər. Deməli, bu otaq məni kifayət qədər qorumur. Bəs şəhərim, ölkəm necə? Bəyəm bizə hücum edə bilməzlər? Yaxud yaşadığımız materik Atlantida kimi bata bilməz? Bizim qoyduğumuz sərhədlərin heç biri əslində heç kimi qorumur.
Adətkar olduğumuz hər hanşı şərait bizi müəyyən zaman qoruyur fikri varsa deməli biz tamamilə qorunmuruq. Küçədə gözün yerdə pul axtararkən başına yeni uculdılan göydələndən kərpic düşüb öldürə bilər. Ya da ki, buludların gözəlliyindən ağzın açılı qalan zaman kanalizasiyaya düşə bilərsən. Quru havada bayıra çıxırsan, yağış başlayıb təzə paltarını heç eləyir. İllər uzunu ürəyində bəslədiyin arzunu nataraz bir şəxsiyyət qırıq-şırıq edib ayaq altına atır. Belə dünyada necə yaşayasan axı?! Necə yaşayırıq və özünümüzü necə qoruyuruq barədə ciddi fikirləşsək xarakiri eləməkdən başqa nə qalır ki?
Mənim əşyalarım, mənim otağım, mənim evim, küçəm, ölkəm, planetim, Günəş sistemim, mənim Qalaktikam – bunlar məkan sərhədləridir. Mənim iş günüm, məzuniyyətim, dərs ilim, gəncliyim, kamillik dövrüm, mənim həyatım- bunlar zamanın sərhədləridir. Daxili sərhədləri də unutmayaq – mənim planlarım, mənim ideyalarım, arzularım, adətlərim, qorxularım, xəstəliklərim, sağlamlığım. Bütün bunlar mənim sərhədlərim idisə bəs mən özüm hardayam? Özümə yer tapan və bunu dilimə gətirən kimi məlum olur ki, bu da növbəti hədd və cızığın içindədi. Bütün sərhədləri qırsaq necə? Matryoşka kimi bir- bir üst qabığını «soyunub» iç-içə çıxandan sonra yerdə nə qalacaq? Yerdə nə qalacaqsa onun adı yoxdu. Yerdən, göydən əvvəl yaradılmış, səssiz, formasız, heç nədən asılı olmayan və dəyişilməz. Onu anlatmaq üçün hər hansı bir cızıq çəksək bu özü də qablaşdırılma olacaq. Qadlaşdırılan zaman kağız saya, yoxsa rəngbərəng olacaqmı, yaxud lentin rəngi onunla uyğunlaşacaqmı fərqində deyil. Əslində bu yerində yazıya nəsə bir gülməli bir şey əlavə eləməliydim. Çünki fikirlər dolaşıb və çıxılmaz bir fikrə dirənib. Bu də yəqin yazının sərhədləridir.
Bu mənimdir, o biri isə başqasının deyən kimi üz qabığı əmələ gəlir. Qutular, qadlaşdırılma, qanunlar, qaydalar, şərtlər – hamısı insanın uydurmasıdır. Bu onun sərhəd cızmaqla özünü qarantili hiss etmək istəyidir. Sərhədlərin isə sonsuzluğa qədər genişlənmə imkanı var. Deyəsən belə bir pritça var: Dimdiyilə qəfəsinin qapısını sındırıb çıxan quş fikirləşir ki, azadlığa çıxıb. Amma o birmir ki, həmin bu otaq daha böyük bir qəfəsdir və başqa bir böyük qəfəsin içindədir. Bu sonsuzluğa qədər davam edə bilər. Bizim azadlıq arzumuzun mahiyyəti qapıları sındırıb dağıtmaqdan ibarət deyil. Biz qapıların yarandığı və qəfəslərin toxunduğu yeri görməliyik. Onda məlum olar ki, hamı əzəldən azad imiş və qapını da nahaq yerə qırdın…

 

 




 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?