Ekstazınız artıq olsun
Yaxud biz «Səma»nı necə gördük

Biz gəldik ki, görüşdürək,
Biz gəlmədik bölüşdürək.

Mövlanə Cəlaləddin Rumi

Bu il UNESKOnun qərarına görə 800 illik yubileyi ilə əlaqədar Mövlanə Cəlaləddin Rumi ili elan edilib. Tədbirlər qatarı düzənlənib gəzə-gəzə indi Azərbaycana da təşrif buyurub. Deyilənə görə bu həftəni bizə mehmandılar. Qonaqlarımızın «heybəsi» pay-puşnan doludu: rəqslərdən, şerlərdən tutmuş musiqi və söhbətlərə qədər.
Bismillahı, yəni açılışı Filarmoniyada yapdıq. Maaşallah, adam əlindən tərpənmək olmurdu. Cavan qız və oğlanları topalaşıb hələ başlamamış səhnəyə can atdığını görəndə ürəyim atlandı. Dedim, yəqin məşhur «Səma göstərişi»nin sorağına gəliblər. Özüm konsertdən əvvəl internetdə eşələnib balaca bir hazırlıq da görmüşdüm. Bir növ «şparqalka» hazırlamışdım ki, səhnədə baş verənləri anlayım. Sufi fəlsəfəsindən, «Səma göstərişi»nin quruluşundan, simvolikasından xəbərsiz olanlarçün bu rəqslər 5-6 kişinin saat istiqamətinin əksinə fırlanmasından başqa bir şey deyil.
«Səma göstərişi»nə çatanacan düz iki saat bizə zülm verdilər. Mövlanə haqqında çəkilmiş (təbii ki, bizim sənət xadimlərinin iştirakıyla) filmdən bircə onu anladım ki, bir dəstə adam Konyaya gedib yaxşıca gəziblər. Muzeyləri, küçələri dolaşıb, oranın gül-çiçəyindən tutmuş quşlarınacan hamısını kameraya çəkiblər. Ya qismət, Konyaya gedəsi olsam mən də mütləq bir kameranı qoltuğuma vurub bir yox ha, bir neçə filmlik material çəkərəm. Çəkəcəklərimin keyfiyyəti də gördüyüm bu filmdən aşağı olmaz: küçədəkilərin söhbəti, şəhərin səs-küyü, hətta küləyin fışıltısı da bü filmdəki kimi olar. Bu an jurnalist damarım tutub proyektə nə qədər pul xərclənib, kimlərin cibinə, kimlərin kefinə xərclənib də deyib maraqlanardım. Ürək bulandırmaq, xırdaçılıq nəyə lazım? O yerdə ki, mətni Rafael Hüseynov hazırlayır, musiqini Eldar Mansurov «yenidən yazır», kadrlarda Mehriban Ələkbərzadə görünür – deməli ucuzlu iş deyil.
Azərbaycan Yazıçılar Birliyinin üzvlərinə Cəlaləddin Ruminin adıyla bağlı müsabiqə iştirakçılarına yerlər və hədiyyələr də verildi. Zalda əsən pıçhapıç küləyi qulağıma səs çatdırdı: «Onsuz da özününkülərinə verirlər». Hədiyyələri Fikrət Qoca payladı, Anar isə dedi ki, qırğınlar, teraklar, müharibələr dövründə, yəni müasir zamanda Mövlanə daha aktual səslənir.
«Səma» qrupu səhnədə pərvaz elədikcə biz də öz səmamızda «uçurduq». Əvvala mobil telefonlar səfərbər olundu, foto aparatların işatısı bəhsə girdi, kameralar işə salındı. Rəqqasların qara paltarda qollarını boynuna dolamısı tək Allaha işarədi. Səhnəyə çıxıb qırmızı keçəyə baş əymələri isə özünü Allaha təslim eləmələrinə eyhamdı. Azərbaycan tamaşaçısı isə bütün bu baş əymələri öz ünvanına qəbul eləyib hər rəqqasın təzimini yaxşıca alqışladı, heç kimi inciməyə qoymadı. Şərqlə Qərbin qovşağında yaşamaq həqiqətən çətin şeymiş. Bu Şərq də ki, başdan-başa simvolika, sözünü eyhamlarla çatdırar, birbaşa deməz ki, adam anlaya. Odur ki, qorxuram rəqqasın qara paltarını çıxarıb ağ geyimdə pərvaz eləməsini maddiyatdan imtina eləyib göylərə ucaqması kimi yox, nəsə erotik bir məqam kimi qiymətləndirərlər. Bir əlini göyə, o biri əlini yerə tutub fırlananların dörd salamı (özünün qul olmasına işarə, Allah qarşısında heyranlıq, ağlın sevgiyə qurbanı, taleyiylə barışma) zaldakı ürəyiyumşaqlara əziyyət kimi cöründü: «Ay allah, onlar yenə də fırlanacaq? Bəs başı niyə gicəllənmir görəsən?» Sonda mürşidin, yəni ustadın özünün də rəqsə qoşulmasını «Ora bax, Mövlanə də rəqs elədi!» kimi dahiyanə nəticələr çıxardan da tapıldı. Yenə min şükür, əksəriyyəti axaracan dözdü: «Vay, ürəyim şişdi, gedim bir az su içim, bəlkə düzələrəm».
Qəribədi? Bütün dünya Konyaya gedir ki, bu təkrarsız rəqsləri seyr edib fəlsəfəsindən ləzzət alsın. «Səma» özü bizə gəlmişdi. Səmalara ucalmaqçün göyü yerə dartıb ətəyindən sallanmazlar ki? Deyirlər keçmişin sufiləri o qədər fırlanarmış ki, ayaqları yerdən üzülərmiş. Onu da deyirlər ki, orda hamıya yer var. Mövlana demiş:
Ümidsizlik qapısı deyil, bu qapı
Necəsənsə öylə gəl.
Gəl! Gəl! Gəl!

 

 




 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?