Seçim günü
Dünyanın ən əhəmiyyətli hadisələri insanın beynində baş verir

Ən böyük cünahlar da yalnız və yalnız beyində doğulur.
O. Uald


Bu gün seçim günüdür. Papağını qarşına qoyub özünün, uşaqlarının, nəslinin taleyilə bərabər xalqının gələcəyini seçəcəyin bir gündür. Əlbəttə, bu gün də əvvəlki dəfələr kimi ola da bilər. Xalqım, gəl səninlə səmimi danışaq. Necə deyərlər, ucadan düşünək. Narahat olma, heç kim eşitməz. Bu dialoq (istərdim dialoq olsun, amma deyəsən monoloq alınır) sox intim söhbətdi. Bunu bir mən biləcəm, bir də qəzeti oxuyanlar, vəssalam. Bir də ki, səni bizdən yaxşı kim tanıyır ki? Həqiqətdən ancaq axmaqlar inciyər.
Seçilmişlərdən olmaq böyük şərəfdi. Xalqım, sənin ki, seçilmişlərə münasibətin həmişə xüsusi olub. Əlçatmazlar qalsın bir yana, hətta vergili adamların qarşısında da baş əymisən. Ev-eşikdə bir əşya itdimi Yaradanınla birbaşa söhbətdən qaçıb, necə deyərlər simsiz «telemost»u əldən buraxaraq baxıcıların yanına qaçmısan. Tanrıyla söhbətdən niyə belə qorxursan, bəlkə onun təkcə sənin qulağına pıçıldayacaq bir sözü var. Baxıcı da ağzına, beyninə gələni döşəyib sənin beyninə, taleyinə. Ona inanmısan deyə neqativ qarışıq onun seçiminin dalıyca getmisən: «Buna bax, o birinə baxma. Bunu sev, o birisini sevmə. Buna inan, o birinə yox». Sən öz taleyini əlinə ala bilməyəcək qədər aciz deyilsən axı!
Öz aramızdı, qəlbinin ən dərin qatlarında eşələnsən arzular sırasında hes azadlıq, müstəqillik, millətin, bəşəriyyətin taleyi, bilmədiklərin öyrənmək ehtirası, nəhayət sehr yaratmaq qüdrətini istəməyə tapa bilərsən? Bir kasa bozbaş arzulamısan, ona da almısan. Necə deyərlər, niyyətin hara, mənzilin də ora. Uşaqlar böyüyəcək, evlənəcəklər də, oğul-uşaq sahibləri də olacaq, maşının da, evin də, bağın da, ən son model telefonun da olacaq. Bəs sonra? Tostları koleksiya eləmirəm, amma içib keflənmiş insanların etiraflarında çoxlu həqiqətlər gizlənir. Biz sevgi, dostluq, sədaqət, ailə və ən başlıcası valideynlərin sağlığına içirik. Ondan artığını arzulamağa gücümüz çatmır. El arasında deyirlər ki, 7 qadın əl-ələ tutub nəyisə arzulusa bu mütləq baş verəcək. Bəs gör biz nə qədərik! Hamımış əl-ələ versək sehrli dünyalar yaradarıq ki?! Yaradan insana əməlinə görə yox, niyyətinə görə verir. Niyyət partiyaların minimum, maksimum proqramından da güclü işləyən kiçicik arzudur. Sən müstəqil olmağı arzulamasan bu heç vaxt alınmayacaq. Dövlətinin güclü olmasını istəməsən gündə bir qoluzorlu səni tapdaq altına salacaq. Qarabağı vuruşaraq yox, sülh yoluyla almaq istəyirsən, olsun. Amma təki bunu istə, onda mütləq alınacaq.
Xalqlar var ki, körpəsi doğulan kimi qulağına «Sən seçilmiş xalqdansan» pıçıldayır. Bu uşaq da xalqına görə, kökünə görə fəxrlə böyüyür. Düzdü, onun seçimini əvəzinə artıq eləmişdilər. Ona görə də seçimlər yumağında itib batmır, öz ipinin ucunu əlindən buraxmır. Biz isə imamların, peyğəmbərlərin adını körpənin qulağına 40-cı günündə öz adından əvvəl pıçıldayırıq. Məncə uşaq əlçatmaz peyğəmbərlər, imamlardan əvvəl öz ata-babasıyla fəxr eləsə daha inamlı böyüyər. Onsuz da sonra oxuyub öyrənəcək, yad allahlardan da, səhv tarixlərdən də xəbəri olacaq. Bu hamının arzusudu, ata-babalarına görə fəxr eləmək istəyir. Ola bilər, hardasa naqisliyin olub. Amma sənin nəvələrin də fəxrlə yaşamaq istəyir, başqa cür yox. Bəlkə bir az çalışasan? Yadında olar, Dədə Qorqud dastanında da insan ad qazanmamış heç gür çağırılmazdı. Yaşayar, yeyər, artar-törəyər, amma adı olmazdı. Adı o isana verərdilər ki, iz qoyardı, ad çıxarardı. Yəni kim olacağını müəyyən eləyib seçim eləyərdi. Seçimsiz düşmanın olsun. Sən ki, adsız xalq olmaq istəməzsən?!
Xalqım, sən seçilmiş xalqlardan deyilsən, özümüzü aldatmayaq. Amma sən seçməyi bacaranlardan ola bilərsən. Bu gün seçim günüdür. Get, heç olmasa seçimini eləməyə özündə cəsarət tap. Sənin əvəzinə seçməyə heç kimə imkan vermə. Heç olmasa bu dəfə bütün dünyanı üstümüzə güldürmə!

 

 




 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?