Lovğalıqdan, acgözlükdən,…bir az da şəhvətdən
Allah bildiklərimizi bilmədiklərimizə bağışlasın


Xristianlıqda «7 ölümcül günah» adlı günahlar siyahısı var ki, insanın əlini bulaşdırdığı günahlardan ən pisləri burada elan edilir. Siyahının ilkin variantı təxminən 1500 il əvvəl əmələ gəlib. Ölümlə cəzalanmalı 7 günaha bunlar daxildir – lovğalıq, paxıllıq, acgözlük, şəhvət, qəzəb, tamahkarlıq və məyusluq. Bu yaxında Vatikan bu siyahını yeniləşdirib müasir tələblərə uyğunlaşdırmaq qərarına gəlib.
Yeni günahlar siyahısını arxiyepiskop Canfranko Cirotti keşişlər üçün Romada keçirilən seminarda bəyan eləyib. Yeni siyahıdakı müasir günahlara aşağıdakılar aiddir: ətraf mühitin çirkləndirilməsi, gen səviyyəsində hoqqabazlıqlar, biədəb həddə zənginlik, narkotik işlədib onu yaymaq, mənəvi cəhətdən şübhəli olan təcrübələr aparmaq, insan təbiətinin fundamental qanunlarını pozmaq. Müasir dövrün ən böyük günahı abort və pedofiliya (uşaqbazlıq) sayılıb.
«Biz müsəlmanıq» deyib özünüzü kənara çəkməyə tələsməyin. Çünki dinindən asılı olmayaraq biz İNSANıq. Bu günahlar isə hamının xislətində var. «Müsəlmanlar bu cür günah işlər tutmur» demək gözdən pərdə asmaq kimi bir şey olardı. Bir balaca diqqətli oxucu yəqin müşahidə elədi ki, BİZ, yəni genəlliklə xalqımız daha çox əvvəlki , yəni 1500 il qabaqkı siyahıya görə öndə ola bilərdi. Ən çox rast gəlinən keyfiyyyətləri bir yerə toplayaraq tipik azərbaycanlı obrazı yaratsaq həmən o 7 günah – lovğalıq, paxıllıq, acgözlük, şəhvət, qəzəb, tamahkarlıq və xüsusilə məyusluq kimi çalarlar bu portretdə mütləq iştirak edəcək. Müasir əlavələr edilmiş günahlardan isə ən çox ətraf mühiti çirkləndirmək və narkotik işlədib yaymaqda özümüzü suçlu saya bilərik. Bəziləri biədəb həddə zənginliyi də bura əlavə edərdi. Amma nəzərə alsaq ki, bu günah siyahısı dünya ölkələri arasında nəticələr əsasında yazılıb, bizim oğurluqla yığılmış sərvət sahibləri, necə deyərlər biədəb zənginlərimiz bu siyahıya layiq olmaq. Həm də özünü biədəb səviyyədə zəngin elan eləməyə bir çoxunun el içində deyən kimi «duxu çatmaz».
«Yeni günahlar sırasında yerimiz yoxdur» deyib sevinməli də bir şey tapmadım. Çünki gen səviyyəsində təcrübələr aparmaqçün elmi səviyyəmiz yetərincə deyil, mənəvi cəhətdən təcrübələr qoymağa isə dünyagörüşümüz. Yoxsa çoxdan bu günahlara da bulaşardıq. Kitab oxuyub hər gün yenilənən cinayətlər sırasına yenilərini əlavə eləyər, insan psixikası üzərində təcrübələrə baş qoşardıq. Falçılarımız pul qazanmağın daşını atıb yeni qalaktikaları, alimlərimiz insan beynini qaranlıq guşələrini tədqiq edərdi. İnsan təbiətinin fundamental qanunlarını da məncə bir elə də pozmuruq. Bəlkə bu özü elə yaxşı nəticədir. Biz elə qədimdəki, bəlkə də nağılların yarandığı dövrdəki kimi bir parça çörəyin davasını eləyib padşahlarla döyüşürük. Qalib gəlməsək də yazırıq ki, tarixə düşsün. Abort eləməkdə də geri qalanlardan deyilik. Bir balaca pedofiliyada geriləsək də (kriminal bölümün pərəstişkarları ağzımdan vurmağa tələsməsin, mən də hərdən bu bölmənin xəbərlərini oxuyuram) deyəsən, yavaş-yavaş gəlib ümumbəşəri sırada yerimizi tuturuq.
Sona çatmış mən özüm çaş-baş qaldım. İndi xalqıma «Dala qalma, səni ötdülər» deyim, yoxsa «Yerindəcə addımla» - bax bunu dəqiq bilmirəm. Aydın məsələdi, bütün bu günahlar sivilizasiyanın gətirdiyi bəlalardır. Vəhşi qəbilələrin adamları nə ekoloji təmizlik, nə də gen səviyyəsində təcrübələr anlayışlarını bir-birindən ayırmırlar. Əminəm ki, ağ rəngin 32 çalarını tanıyan eskimoslara pedofiliya haqqında iki saat əl ayağımın köməyilə nəsə danışsam da onlar mənim dediklərimdən heç nə anlamayacaqlar.
Bax, indi bir az hefslənirəm ki, dinimizdə reformalar qəbul deyil. Plov dərdi çəkən mollalarımız bisavadlığından, savadlı din xadimləri isə həqiqəti anladıqlarından bir dəfə deyilmiş ilahi kəlama yeni əlavələr eləməzlər. Əslində bütün dinlər eyni şeyi demək istəyir: Lovğalıq eləmə, təkəbbürlü olma! Ürəyində paxıllıq toxumuna cücərməyə imkan yaratma! Acgözlüq eləmə! Şəhvətinə sahib çıx! Qəzəbini cilovla! Tamahkarlıq baş yarar! Məyusları Allah da sevməz! Hər şey son dərəcə sadə imiş. Bu qanunlarla yaşayanlara yeni əlavələri bilmək heç lazım da deyil.


 

 




 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?