Qiyamət gününün repetisiyası
Hələ altı dəqiqəmiz var!

Qiyamət günü barədə düşünməyən adam tanımıram. Nəsə təbii kataklizm baş verən kimi hamı fikrindən çıxarmağa çalışdığı həmən bu günün yaxınlaşdığını düşünür. Xüsusilə də yaz suları daşıb ətrafı yuyub aparanda, televizorda daşmış sellər, ağlaşan adamlar, məhv olmuş mal-qara, dağılmış ev-eşiyi görəndə hamı bir nəfər kimi qiyamət gününü fikrindən keçirir. Bəziləri gedib əlamətlər «şparqalkasını» bir daha oxuyur və nırçıldayaraq təlaşının əsaslı olduğunu düşünür. Yəqin su latnıda qalmış rayonlarımızın camaatının və batmaq təhlükəsində olan kəndlərin sakinlərinin belə düşünməyə əsası var. Bəlkə həqiqətən dünyanın sonu yaxınlaşır?
Bu ilin əvvəlində yanvarın 19-da «Qiyamət günü saatının» əqrəbləri qəribə olsa da bir dəqiqə geri çəkilib. Simvolik şəkildə belə adlandırılmış bu saatda vaxt gün günortaya qədər göstərilir. Guya saatın əqrəbi 12 tamamın üstündə olanda qlobal müsibətlər baş verməlidi. Qiyamət günün saatı hələ ki, 23:54 –ü göstərir. Bu ideya 1947-ci ildə «Bulletin of Atomic Scientists» jurnalının redkollegiyası və Amerika alimlərinin ağlına gəlib. Geriyə sayma Xerosima və Naqasakidəki atom bombardmanından sonra başlayıb. Hazırda Yer kürəsinin məhvinə gətirəcək başqa faktorlar da nəzərə alınmağı başlayıb. Ekoloji, texnoloji tərəqqinin bəşəriyyətə vurduğu hər yeni zərbəni nəzərə alan alimlər vaxtaşarı bu saatın əqrəblərini irəli, yaxud geriyə çəkirlər. Bu il bir dəqiqəlik fürsət bizə ona görə verlib ki, nüvə silahı, planetdə parnik effekti, qlobal istiləşmə məsələlərində nəsə ümidverci irəliləyiş görünüb. Axırıncı dəfə saatın əqrəbi 2007-ci ildə bir dəqiqə geri çəkilmişdi. Yəni ki, hələ bir az möhlət var.
Əlbəttə, Səlyan, Sabiabad, İmişli, Neftçala, Saatlı, Zərdab və Şirvan rayonlarının su içində uzunboğaz sapoqda gəzən və bəndin indilərdə aşıb hər şeyi ağzına alb aparacağını düşünən sakinlərinin nə vecinədir ki, Avstraliyanın üstünə milyon kub metr buzlu su axını gəlir. Amazonka çayından 40 dəfə sürətli olan bu axın Hind okeanının 3 kilometrlik dərinlikdən çıxaraq saatda bir kilometr sürətiylə materikə tərəf gəlir. Su özə də buz kimidir, çünki Antarktidadan gəlir. Nə olacaqmış? 5-10 dənə kenquru duzlu su içər, Avstralianın səhraları su üzü görər, uzaqbaşı Sidneydə okean sahilindəki opera teatrını yuyub aparar. Onsuz da biz teatra-zada getmirik, o ki, ola opera teatrına.
Hamı etiraf etməyə məcburdur, planet özünü çox qəribə aparır, elə bil o, havalanıb. Bir tərəfini su basır, o biri tərəfindən canlılar susuzluqdan ölür. Hazırda Yer kürəsinin gələcək taleyi ilə bağlı elmi məlumatlar insanların maraq dairəsindədi və seks-porno xəbərlərdən sonra demək olan ki, birinci yerdədir. Bundan sonra Alimlər Yer üzündə bioloji müxtəlifliyin tədricən itməsini müşahidə edərək qaragünlüyümüzü indidən qablaşdırır. Amma bu «zaraza» adamlar milyon il evolyusiya keçərək ətraf mühiti məhv edərək müstəqil yaşamağı öyrəniblər. Özlərinə şəhərlər tikir, kolbada yemək hazırlayr, əqrəb genini pomidora yeridir və təbiətdə baş verənləri heç eyninə də almırlar. Bu azmış insanın özünün də canlıların məhvində əli ivar. İnsanlar dinc oturan olsaydı elektron hissəciklərin sürətləndirilməsiylə məşğul olmazdı. Fransa və İsveçrənin sərhəddində 100 metr dərinlikdə yerin altında 27 kvadrat kilometrlik sahədə böyük-böyük əmilər alim-alim oyunu oynayırlar. Deyirlər ki, bu hissəciklər müəyyən həddə qədər sürətləndiriləndən sonra qara dəlik əmələ gətirib bütün Yer kürəsini özünə sovura bilər. Tərs kimi bütün tarixlər gəlib 2012-ci ilə düşür. Bəlkə mayalılar düz deyirmiş? Sona bir şey qalmayıb?
2012-ci ilin dekabrın 21-də təqvimi bitən mayalıların xofu heç Azərbaycanda da rahat yaşamağa qoymur. Bizi qiyamət günü ilə qorxudanlar heç demir ki , həmən mayalıların əfsanəsinə görə deyilən tarixdən sonra Dəyişikliklər Erası başlayacaq və Ağ Yaquarın balaları doğulub müxtəli rəngli dəridə bütün dünyaya yayılaraq dünyanı xilas edəcəklər. Onlar insanları sevgiyə, işığa və qədim köklərinə qaytaracaqlar. Ona görə də alimlərə çox fikir verməyin. Sadaladıqlarınmla müqayisədə topuğacan, lap istəyir dizəcən su içində gəzmək nədir ki? Bəyəm minilliklər boyu yazqabağı sular əndazədən çıxıb yan-yörəsini yuyub aparmayıbmı? Dünyanın sonunu fikirləşməkdənsə dövləti söyüb, etinasızlıqda ad çıxarmış deputatları lənətləyib bütün günahı ləng tərpənən xilasedicilərin boynuna yıxmaq daha rahatdı. Gördükləriniz hələ tamaşa özü deyil, qiyamət gününün repetisiyasıdır…




 

 




 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?