Qısaca…


Biz ətraf dünyamızı ölçməyə və aldığımız nəticələrə görə dəyər verməyə öyrəşmişik. Həyatı pul-para, uğur, məşhurluq, rahat, qağısız yaşam, və s. meyarlarla ölçməklə sanki hər şeyi yerbəyer etmiş kimi davranırıq.
Biz məşhurluq uğrunda mübarizə apararkən bədənimiz heç nəyə baxmadan yediyimizi enerjiyə çevirir və yaxşı ki, bizim müsbət və mənfi fikirlərimizə məhəl qoymadan öz işində pauzalar vermir. O, «Bunu mən həzm edə bilmirəm», ya da «Axı bu zəhərdir!» deyib zəhləmizi də tökmür. Necə deyərlər başını aşağı salıb öz işini görür. Çünki onun yəqin ki, öz dəyərləri, öz meyarları və bizimkindən fərqli öz ölçü vahidləri var. Məşhur fizik, Nobel mükafatı laureatı Maks Born deyib ki, müasir zamanın ən sirli məsələsi insan əzələsində enerjinin əmələ gəlmə mexanizmidir. İnsan orqanizminin enerji yaratma mexanizmi o qədər mürəkkəbdir ki, onu enerji məsələlərinə ömür həsr eləmiş bir alim də tam açıb izah etməyə girişməz.
Zamanı saniyələrlə, məkanı kilometr və metrlərlə ölçürük. Ona görə də bəzən xoşbəxtliyi, səadəti, ya da əksinə kədəri, göz yaşlarını, bir sözlə həyatı bizə məlum ölçülərlə ölçə bilmirik. Əgər bizə insan doğulanda onun beynində 14 milyard hüceyrə olur və bu, ömrün sonuna kimi artmır – desələr onda uşaqlarımıza kamil varlıq kimi baxarıqmı? Ya da onları kötəkləməmişdən əvvəl beynindəki ağıl potensialını ön plana çəkərikmi? Axı doğulandan 25 il sonra onların, yəni 14 milyardlıq beyin hüceyrələrinin hər gün 100 mini ölür. Bu dəqiqə yazını oxuduğunu zaman beynin 70 hüceyrəsi məhv oldu. Bunu biləndən sonra da kitab oxmaqdan əl çəkəcəyikmi? 40-dan sonra isə beynin geriləmə prosesi sürətlənir, 50-dən sonra qoruyur və beyin həcmini kiçiltməyə doğru, qurumağa doğru gedir. Bu rəqəmlər sizə yaşamağa mane ola bilərmi?
İnsan gözü 10 min rəng çaları görə bilir. Bəzən bir nəfərin qırmızısı o birininkindən ciddi fərqlənir. İnsan saçı sabun köpüyündən 5 min dəfə qalındır. İnsan ağzında 40 min bakteriya gəzdirir. Onların hamısını bir yerə toplasan bədənin 2 kiloqramı elə təkcə bakteriyalardan ibarətdir. İstədin-istəmədin sifətin dərisi həyatın boyu azı min dəfə dəyişir. İnsanın ağ ciyərlərini yanbayan sərəsi olsan tennis kortu həcmində olar. İnsan bədəninin impulsları saniyədə 90 metr sürətilə hərəkət edir. Yəni ki, təyyarədən bir qədər az sürətlə. Yetkin yaşlı adamın bədənində 75 kilometr sinirlər var. Hər saniyə beynimizdə yüz min kimyəvi proses gedir. İnsan beyninin gün ərzində qəbul edib göndərdiyi elektrik impulsları dünyanın bütün telefonlarının birlikdə işlətdiyi miqdardadır. Bütün bu sadaladığımız rəqəmlər, müqayisələr heyrətamiz olsa da kimsənin ürəyinə toxunmur, heç kimi vəcdə gətirmir. Çünki biz həyatı kilometrlərlə, metrlərlə, saniyələrlə ölçə bilmirik.
İlin insan üçün qədərini bilmək istəyirsənsə bunu qəbul imtahanından keçməyən abiturientdən soruş. Ayın qədərini bilmək istəsən bunu uzaq gözləyən hamilə qadından soruş. Həftəni dəyərini həftəlik qəzetin redaktornudan soruşarlar. Yağışın altında sevgilisini gözləyən oğlan saatın qədrini də, dəyərini də hamıdan artıq bilir. Qatara gecikmiş adam bundan sonra hər dəqiqəsinin dəyərini daha yaxşı biləcək. Qəzadan qurtulmuş adam isə saniyənin nə olduğunu çox yaxşı bilir. Saniyədən kiçik ölçü barədə heç nə bilmirsənsə bunu idman yarışlarında qızıl yer arzusuyla yaşayıb gümüş medal qazanandan soruş. Həmin bu saniyələrdən bizə hər gün 86 400 saniyə hərəmizə verilir. Günün sonunda bu saniyələr əriyib əlimizdən çıxır. Elə bil ki, hər gün bankdan 86 400 manat alırıq ki, günün sonunacan xərcləyib bitirək və hər gün də bu məsələni lazımınca həll edə bilmirik. Vatımız çatmır, dəqiqəmiz yetmir, saniyələrsə uçur. Amma hər gün bu boyda kapitalı bizə verən Zaman adlı bank günün sonunda öz nəticələrini çıxarır. Məqsədinə çatdın, ya yox, onunçün fərqi yoxdur. Məqsədinə çatdınsa da, çatmadınsa da sən 100 min sinir hüceyrəsi və 86 400 saniyə israfçılıq edirsən. Nəticəsi hanı?..


 

 




 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?