Bayram istəyirsizmi?
Yaxud, kişilər nə istər?


Bu günü keçmişdə, yəni hələ sovet şurası zamanı kişilərin bayramı kimi qeyd edərdilər. Əvvəl fevralın 23-də kişilər hədiyyə alardı, sonra martın 8-də qadınlar. Bəzən fevralın 23-də hədiyyə vermiş qadın avtomatik olaraq martın 8-nə hədiyyə gözləmək şansı qazanırdı. Kimsə duyğularını ifadə etməkçün məhz bu günü gözləyərdi. Çünki Vətənin müdafiəçisinə hədiyyə vermək heç vaxt vulqar görünməzdi. Heç kim 23 fevralın hərbi qüvvələr günü olmasını fikirləşməzdi. Martıq 8-ində Klara Setkin və Roza Lüksenburqu bəlkə hansısa ucqar rayon radio qovşağında yada salardılır. Fevralın 23-ü kişilərin, martın 8-i qadınların bayramı idi.
İndi ənənələr köklü surətdə dəyişib. Çoxmillətli olsa da həmişə «rus əsgəri» adlanan ordu Bakıda «Qanlı yanvar» törədəndən sonra fevralın 23-nü qeyd etmək bizimçün ayıb oldu. Biz dinc əhaliyə atəş açan ordunun bayramını qeyd etməkdən kütləvi şəkildə imtina etdik. Heç kim fevralın 23-nün yox olmasının fikrini çəkmir və bunu dilinə gətirməyi də əskiklik bilir. Baxmayaraq ki, orta və yaşlı nəsil əsgərliyini bu orduda çəkib və ən şirin əsgərlik xatirələri beyinlərdən ölənəcən çəkilməyəcək. Amma kommunizm utopiyasından, sosializm ideyalarından imtina etsək də martın 8-ni hələ ki, qeyd edirik. Mətbuat bir ağızdan bu bayramın bizə yad, lazımsız, hətta mənasız olduğunu az qala şeypurla aləmə car çəksə də 8 marta dəyməyə kimsənin qüdrəti çatmadı. Çünki arada qadınların maddi marağı var. Bu marağın üstündən qırmızı xətt çəkməyə cəmiyyətin hələ ki qüdrəti yetərli qədər deyil.
Kişiləri incitməməkçün bayramlarını silahlı qüvvələr gününə saldıq. Azərbaycan prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən iyunun 26-ı Silahlı qüvvələr günü elan edilmiş və hər il azərbaycan xalqı bunu bayram edir. Amma nədənsə bu bayram elə Silahlı qüvvələr günü kimi də qaldı. Onu əsasən hərbçilər və əsgərlikdə olanlar bayram edir. Bu gün nədənsə kütləvi şəkildə kişilər bayramına çevrilmədi. Görəsən nədən cəmiyyət kişilərin bayramını kütləviləşdirə bilmir?
Bəlkə azərbaycanlı kişisi özünü cəmiyyət qarşısında günahkar bilir? Çünki torpaqlarımızın beşdə biri işğal altındadır, ona görə? Qədim ata-baba yurdunda ermənilər gəzirsə bu kişinin kişilik bayramını təntənəli şəkildə qeyd etməyə haqqı çatırmı görən? Biz silahlı qüvvələrimizi sonsuzluğa qədər nümayiş edə bilərik. Aviasiyamızı, artilleriya, tankları, ordunun təhcizatını, sayını ermənilərin gözünə soxa bilərik. Amma bununla bir qarış torpaq geri dönməz. İstər uğurlu siyasət, istər hərb yoluyla torpaqlar geri qaytarılmasa azərbaycanlı kişinin bu günü qeyd etməyə haqqı çatmır. Şəxsən mən ilin 365 günündən birini də isti evində, televizor qarşısında mürgüləyən kişiyə qıymaram. Kişilər eynən bu tərzdə qadınlar gününə etiraz edə bilər. Amma martın 8-də qadınlara sevgidən danışılır, uşağının qayğısını çəkən ana, həyatını, sağlamlığını cəmiyyət üçün nəsil yetişdirməyə sərf edən qadın obrazı ön palanı çəkilir. Yəni ki, azərbaycanlı qadın cəmiyyət qarşısında borcunu verməkdə və davamlı surətdə canı, sağlamlığı və bir fərd kimi özünü təsdiqləməyi bahasına əlində olan genetik material əsasında (yəni ki, başqa millətlərə qarışmayaraq) xalqın rifahına işləyir. Kişinin funksiyası qadının yaratdığını qoyumaq və cəmiyyəti irəli çəkməkdir. Azərbaycanlı kişisi bi missiyanın birinci bəndində uduzub.
Amma «Kişilər bayram istəyirmi?», yaxud «Kişilər bayrama nə istəyir?» sualları da rahatlıq vermirdi. 23 fevral üçün bu tip araşdırmanı yalnız Rusiya KİV-də axtarmaq olardı. Kiçicik araşdırma kişilərin o qədər də madiyyyata uymadığını ortaya çıxardı. Bayram ərəfəsində Moskvada 3 arzu dilənən yer qarşısında niyyət edən kişilərə «Bayrama nə hədiyyə arzulayardız?» sualı verilir. Onların əksəriyyəti sağlamlıq, firavanlıq və məhəbbət arzuladığını dedi. Cəmi bir nəfər qırmızı kabriolet arzladığını etiraf etdi. Heç kim bayrama təzə ayaqqabı, qalstuk, odekalon, hətta bir yeşik araq da istəmədi. Bəlkə də kameradan utanıblarmış. Amma bu fakt bizim, yəni kişi və qadınların bayrama fərqli münasibətini aşkara çıxardı. Kişilər bizdən yalnız sevgi və məhəbbət umurmuş…
Ola bilər biz də kişimizə sevgini bir az məcazi, dolayısı ifadə edirik: bir qab dadlı xörəklə, dəbli qalstukla, ecazkar ətirlə, əla sekslə… Bu gün azərbacanlı kişisi kişilər bayramının kütləvi şəkildə olmasından inciməsin. Qarabağı əldən verdiyi nə görə biz ki, kişilərin nə yeməyini, nə səliqə-sahmanını, nə də seksini kəsmirik. Mənə elə gəlir ki, indi verəcəyim təntənəli vədə bütün qadınlar ikiəlli razı olar. O gün ki, kişilərimiz Qarabağı geri alıb orda bayrağımızı sancacaq dünyanın bütün qalstukları, bütün ətirləri, bütün nəfis nemətləri ayaqları altına səriləcək. Bütün qadınların sevgi dolu baxışları da onların olacaq. Biz qadınlar həmən bu tarixi günü əsrlər sonra da xatırlayıb kişilər bayramını 8 martdan da təntənəli qeyd etməyi ənənəyə çevirəcəyik.

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?