Oy!

İnsan, cəmiyyət! İnsan, ailə! İnsan…

Köşə yazmalıyam. Amma qəzetin bir sütununu doldurmağa zamanım yetərli deyil. Yəni ki, vaxtım az olanda çox yazıram və reqlamenti pozuram. Yazının çox olması o deməkdir ki, bu köşəyə redaktorlar əl gəzdirməli olacaq. Sevə-sevə, mıncıq kimi sapa düzdüyüm cümlələrdən hansınısa çıxarıb tullayacaq və onun yerinə bir düyün salacaq. Sonra bu düyün təcrübəli oxucunun gözünə girəcək. Mütləq az yazmalıyam.
Fikrini qısa şəkildə izah etmək özü də bir istedad tələb edir. Fransız şairi Jül Laforqun dediyinə görə «Tarix özü köhnə, uzun və düyün düşmüş bir əhvalatdır. Heç kimin ağlına da gəlmir ki, ən gözəl zarafat ən qısa olanıdır». Tarix boyda uzun və mənasız zarafatı yaşaya-yaşaya və onu yaratmayaraq ömür sürdükcə qısa və aydın olmağın labüdlüyünü anlamamaq mümkün deyil. Köşə yazmaq səhifə yazmaqdan daha çətindi. Necə ki, xalqın qoltuğunda ömür sürüb, palaza bürünüb elnən sürünmək ayrılıqda götürülmüş keyfiyyətli insan ömrü yaşamaqdan daha asandı. Qısa və konkret olmağı bacaqmaq artıq istedaddan xəbər verir. Çünki qısa yazanlar nə yazacağını dəqiq bilir.
İngilis dramaturqu S. Bekketin «Nəfəs» pyesi Ginnesin rekordlar kitabına düşüb. Bu, pyes mövcud olan pyeslərin ən qısasıdır. Onun məzmunu da adına tam uyğun gəlir. Boris Zaxoderin də bir qısa romanı var. Adı da «Ən qısa roman»dır. Məzmunu bir cümlədən ibarətdir: «Komplimentdən alimentə qədər». Xristian himnləri içində «İlahi, çarı hifs elə» himni ən qısası sayılır. Cəmi 6 sətirdən ibarətdir. Vokal musiqini xatırlayanda məzmununun qısalığına görə «Koroğlu» operasından «Çənlibel» xoru yadıma düşür. Dövlət Kapellamızın ifasında onun əvvəlində deyilən sözləri anlamaq olmur, amma sonra əsərin qalan hissəsində «Çənlibeldə, Çənlideldə, Çənli-çənli-çənlibeldə» sətirlərinin dəfələrlə təkrarı yəqin onun dahiliyindən xəbər verir.
Dünyanın ən qısa vəsiyyətnaməsini Lanqenli Karl Toyşem qoyub gedib. Cəmi 2 sözdən iarətdir: «Hamısı arvadıma». Əlbəttə, uzatmaq nəyə lazım? Onsuz da kişinin malı arvadına qalmalıdı da, qonum-qonşuya yox ki? Qısa olmağa gələndə mason lojalarının danışıqsız və səssiz keçən mərasimlərini də xatırlayırlar. Amma orda sözləri simvollar və işarələr «deyir». Mason işarələrindən həyatımıza daxil olanı və ən çox işlədiləni insan kəlləsi və çarpaz sümüklərdir ki, onu balaca uşaqlar da tanıyır. Bu işarəni mason simvolikasından «zəhər» kimi tərcümə etmək olar. Amma işarənin adı da var: «Adəmin kəlləsi». Bu işarə nəinki zəhərli, hətta insan üçün təhlükəli olan bütün yerlərdə 2 saatlıq moizəni tam əvəz edə bilir. Heç kim işarənin altındakı qapını açmaz, ya da içindəki mayenin dadına baxmaq istəməz.
Qısa olmaq həqiqi istedaddır. Alman riyaziyyatçısı Peter Qustav Dirixle az danışan adam idi. Onun oğlu doğulanda qaynatasına təbrik teleqramında evində baş vermiş sevincli hadisələri cəmi bir misala qədər qısalda bilmişdi: «2+1= 3». Henri Miller isə «Oğlaqın cığırı» adlı kitabına 1 sözlük ithaf yazmışdı: «Ona». Dünyanın ən qısa padşahlıq vədini Kraliçə Viktoriya verib: «Mən yaxşı olacam». Teatr tarixinin ən qısa qeydi Uollit Qibbsə məxsusdur. Onun «Al, gəldi!» adlı məzhəkə tamaşasına yazdığı rəy 2 hərfdən ibarət idi: «Oy!».
İspan jürnallarının birində korridadan ən qısa reportaja görə müsabiqə elan edilmişdi. Birinci yeri almış reportaj belə idi: «Öküz, 2 toreador! Öküz, bir toreador. Öküz!...»
Sadalanan qısa şedevrlərdən sonra köşəni təcili bitirməsəm özümə hörməti itirə bilərəm. Amma deyim ki, son 3-4 ildə ilk dəfədir ki, redaksiyanın köşəyə qoyduğu 3500 işarəlik limitinə yerləşə bilirəm…





 

 




 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?