Qəribələrim


Ömrümün ən gözəl yarısını yaşayandan və həyat barədə düşüncələrim sadələşib minimuma enəndən sonra özümdən asılı olmayaraq fikirlər sanki distur şəklində gəlir və məndən həllini tələb etmir. Məsələn, düşünürəm ki, dahiliyə meylli adamlar özünü ən adi adam kimi aparmağa çalışır, bəsit, dayaz adamlarsa əksinə, mürəkkəb cümlələr deyib sonra onu uzun-uzadı sübuta yetirir. Bəs dahiləri adilərdən necə ayırmalı? Yəni ki, hələ sağlığında!
Məşhurların əvvəl müasirləri, sonra isə faktların danılmazlığından bioqrafları etiraf etməyə məcbur idi ki, ONLAR yumşaq desək qəribəliklərlə seçilirlər. Fransız yazıçısı Laruşfukonun bir ifadəsi məşhurdur: «Yalnız dahi adamların dahiyanə çatışmazlıqları olur». Ona görə də dahilik və qəribəliyi bir medalın iki tərəfi hesab edirlər. Amma 200 il əvvəl hoqqabazlıq etmiş yazıçını gələcək nəsillər bağışlayırsa deməli onun əsərlərini oxuyub və müəllifə qarşı daha mərhəmətlidir. Amma avtobus dayanacağında dodaqaltı mırıldayan adamın dahilik dərəcəsini yoxlamağa imkan verən testlər yoxdu. Zamanında adlı-sanlı yazıçı Lafonten beyninə gəlmiş misraları yazmazdan əvvəl küçədə çığırmağı sevərdi. Misranın səslənməsi üçün küçədə mütləq adam olmalı idi. Həmin o adamlar yəqin ki, onun dahi olduğunu düşünmürdü. Çünki müəllif əsər istədiyi kimi alınmayanacaq küçədə gəzir, çığırır, ayaqlarını yerə çırpır və heç kimi vecinə almırdı.
Enşteyn dənizə yelkənli qayıqda çıxmağı sevərdi. Amma o, dənişə həmişə tufan zamanı çıxırdı. Bəşəriyyətə elektrik bəxş etmiş Nikola Tesla cərəyanı öz bədənindən buraxardı. O bu tamaşanı ləzzətlə göstərərdi və bəlkə də həmin səbəbdən günə cəmi 2-3 saat yuxu yatardı. Reaktiv yanacağın ixtiraçısı Cek Parson ABŞ-ın Reaktiv Hərəkat Laboratoriyasını yaratmaqla bərabər tam ciddiliklə deyirdi ki, Yer üzündə Antixristin canlı təcəssümüdür. Berlin mavisi adı altında tanınan rəngi 17-ci əsrdə kəşf etmiş kimyagər İohann Konrad Dippel əslində əbədi həyat eleksiri axtarırmış. Xoşbəxtlikdənmi, ya da bədbəxtlikdən təcrüblərinin nəticəsində onu məşhurlaşdıracaq maddə alındı. Allah bilir bu rəngi alanacan nə qədər adamı zəhərləyib? 20-ci əsrin ən tanınmış alimlərindən olan Nobel mükafatı laureatı fizik Riçard Feynman atom bombasının alınmasında iştirakı ilə tanınır. Amma o, boş vaxtlarında bağlı qapıları, əlbəttə ki, cizlincə açmaqla əylənirdi.
Məşhurların belə hərəkətləri ola bilər müasirlərində əsəbilik yaradardı, amma illər ötmüş bu hadisələr o qədər danışlır ki, bəzən lətifələrə çevrilib dillərdən düşmür. Masanın üstündə çürük almalar olmasaydı Şiller bir cümlə də yaza bilmirdi. Vaqner musiqi bəstələmək zamanında bütün otaqda, stullarda, başqa mebellərin üstündə parlaq ipək parça tikələri sərirdi. O, musiqi bəstələdikcə bu parçaları didib tökməsəydi bir sətir də yaza bilmirdi. Şarlotta Bronte («Cen Eyr» romanının müəllifi) romanı yazanda arabir qələmi yerə qoyub kartof təmizləməyə yollanırdı. Anri Matiss rəsmə başlamazdan əvvəl dəlicəsinə kimisə boğmaq istəyindən qovrulurdu. İngilis yazıçısı Riçard Qouton ədəbiyyatla eyni zamanda bıçaq və qayçılarla məşğul olurdu. Bir əsər yazanacan yazı masasını yontalayır, bir neçə kreslonu cırıb çıradan çıxarırdı. Hətta bir dəfə arvadının paltarını da kəsib zolaq-zolaq eləmişdi. Edqar Po saatlarla qarşısındakı təmiz kağıza baxa bilərdi. Tərpənmədən, danışmadan… Moris Meterlink də eləcə hər səhər qarşısına ağ kağız qoyub 3 saat ona tamaşa edərdi. Yazıb yazmaycağından asılı olmayaraq 3 saatı bitməmiş ordan aralanmazdı. Jorj Sand hər gün saat 11-ə qədər yazırdı. Əgər romanı 10.30-da bitirsəydi yarım saatı istirahət etməyi özünə icazə verməzdi. Həmən dəqiqə yeni romana başlayar, yarım saatdan sonra onu yarımçıq qoyub masadan aralanardı. Şubert sevimli əsərlərini ortaya çıxarmazdan əvvəl ürəyinə yatsın deyə melodiyanı daraqda çalmalı idi. Müasir dövrün qəribə dahisi peterburqlu riyaziyatçı Qriqori Perelman sayılır. O dünyanı iki dəfə heyrətə salıb: birinci dəfə Puankar hipotezini həll edəndə, ikinci dəfə isə milyon dollarlıq mükafatdan imtina edəndə.
Dahilərin özünü qəribə aparmasını psixiatrlar izah etməyə çalışanda onların vəziyyətini psixi tutma ilə müqayisə edirlər. Yəni ki, öz əsərinin detalları üzərində ürəyi istəyən təhər düşünən alimin durumu və bayılmaq ərəfəsində olan psixi xəstənin aut vəziyyəti ilə eynidir. Nəbz yavaşıyır, nahamardır, dəri ağappaq ağarıb, soyuqdur, başı çox istidir, gözləri parıldayır, qan çəkib, narahatdır və bəbəkləri bir yerdə durmur. Bu məqamacan simptomlar eynidir. Amma sonra «pasient» ya bayılacaq, ya kiməsə cumacaq, ya da ki, nəsə bir dahiyanə iş yapacaq. Bu məqamdan sonrasını heç kim bilmir. Qiymətini isə müasirləri yox, gələcək nəsillər verəcək.

 

 




 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?