Bir ovuc torpaq həsrəti
Yaxud bir qəbirlik torpaq qisməti


Bakıda yenə də daha bir qəbiristanlığın ərazisinə göz dikilib. Deyirlər ki, Binəqədi rayonu 7-ci kilometr ərazisində Azərbacan Beynəlxalq Universitetinin binasının arxasındakı qəbiristanlıq köçürülür. Bu məsələyə mərhumlarını dəng olmaqdan qorumaq istəyən qəbir sahiblərinin gözüylə baxsaq yalnız narazılıq, giley, hətta qəzəb notları eşidərik. Bu dünyada necə yaşamasından asılı olmayaraq kimsə istəməz ki, basdırılandan sonra da sümüklərini rahat buraxmayıb ora-bura sürüsünlər.
Səlahiyyətli orqanlar, yəni Binəqədi rayon İcra Hakimiyytinin nümayəndələri köçürülmənin Dövlət Proqramı çərçivəsində aparıldığını təkid edir. Boşaldılan ərazidə Metropolitenin yeni «Depo» stansiyası tikiləcək. Deyirlər ki, istəyir xoşluqla, istər zorla qəbirlər köçürüləcək və müqavimət göstərməyin mənası yoxdu. Qəbiristanlığın köçürüləcəyi barədə informasiyanı oxuyanda Moskvanın TNT kanalında «Ekstrasenslərin savaşı» verilişinin sonuncu sezonunda gördüklərimi xatırladım. Verilişin lideri Natalya Banteyeva tapşırıqların birində ətrafda uçuşan narahat ruhları gördüyünü dedi. Məlum məsələdi, adi insanlardan daha sensorlu, yəni hissiyyatlı olan ekstrasenslər dünyanı başqa cür görür. Daha sonra fotoaparatlar həmin işıqlı nöqtələri fotoya ala bildi. Ruhların narahatlığının səbəbini ekstrasens onların qəbirlərinin dağıdılması ilə izah etdi. Sən demə anomaliyalar baş verən malikanədə həqiqətən də adsız kəndli qəbiristanlığı varmış. Malikanəninin sahibi öləndən sonra ora qazılıb və ruhlar narahat olunub deyən onlar ətrafda uçuşur və rahatlıq tapa bilmirlər.
Qəbiristanlıq və uçuşan ruhlardan danışanda hamımız narahatlıq keçiririk. Kimsə qorxur, kimsə bilmədiyi yerə burnun soxmaq istəmədiyindən susmağa üstünlük verir. Qəbiristanlıq o qədər də sadə yer deyil. Xatırlayaq ki, qara magiya mərasimlərinin çoxu burada icra olunur. Cadu-pitidə ustad olan xanımlar da bilir ki, qapıya ölü torpağı çəpməklə evlər yıxmaq olar. Qara qüvvələrin – cinlərin, şeytanlararın, cadugərlərin, vampirlərin dolaşdğı yer yəqin sadəcə torpaq yığımı olan yer deyil. Bəlkə bu qorxuların həqiqi səbəbi var?
Qədimdə insanlar meyitlərdən qurtulmağa çalışırdılar. Onları vəhşi heyvanlara yem edir, yandırıb külünü havaya sovurur, ayağına yük bağlayıb dənizə atırdılar. Meyiti basdırmağa ürək edənlər isə bununçün dərin mağaralar, böyük piramidalar, çox metrlik kurqanlar seçirdilər ki, hələ canlı insanlardan uzaq olsun. Atəşpərəstlik zamanı meyitlərə əl dəyməyə 1-2 nəfər cinayətkar ayrılırdı. Onlar ömürlərini sonuna kimi murdar sayılır və insanlardan 3 metr aralı gəzməli idilər. Çünki ölüm insan üçün hələ anlaşılmaz bir sehr olaraq qalır. Ona görə də ölümlə bağlı mistik əhvalatlar, rəvayətlər yaranır.
Misir piramidalarının faraonların qəbri olduğunu təkid edn alimlər onların əksəriyyətində məqbərənin boş olduğunu görüb piramidaları o dünya ilə bu dünya arasında əlaqə portu saymağa başladılar. Piramidalarda tapılan mumiyaları açanların əksəriyyəti naməlum xəstəliklərdən ölürdü. 1941-ci ildə əmir Teymurun qəbrini açan alimlər onun meyitinin yanında gildən lövhə tapdılar. 5 ay yazının açılmasına sərf edəndən sonra oxudular ki, qəbrin açılması müharibənin başlanacağına təkan verəcək. Bu nümunə «Qəbirləri açmazlar!» fikrinə klassik misaldır. Çünki 1942-ci ilin iyununda 2-ci Dünya Savaşı başladı. Qəbri açan alimlərin peşmançılığı heç nəyi xilas edə bilməzdi.
Qəbirlərin sehirli qüvvəsi, xeyirə xidmət etməsi barədə də danışmaq lazımdı. Azərbaycan torpağında olan pirlərin əksəriyyəti qəbirlər üstündə yerləşir. Ağrıyan yerini daşa sürtüb şəfa istəyən azərbaycanlıların əksəriyyəti düşünmür ki, burda kiminsə artıq çürümüş skileti yatır. Bu o deməkdir ki, qəbirin özü yox, orada yatan adamın kimliyi önəmlidir və kimlik barədə informasiya insan öləndən sonra da itib batmır. Keçmişdə qatilləri, sehrbazları, özünə qəsd edənlər, kafirləri hamı basdırılan yerdə basdırmazdılar. Yəni ki, hətta qəbiristanlığın da ekologiyasını pozmazdılar. İndi kimliyindən asılı olmayaraq hamıya bir parça tormaq qismət olur. Hamı yanaşı dəfn edilir. Hətta deyərdim ki, kafirlərin, rüşvətxorların, yetimin çörəyini əlindən alanların qəbri görkəmcə daha təmtəraqlı, gözəgəlimli olur. Bəlkə ona görə indi qəbiristanlıqlar mənfi yüklü informasiya şüalandırır və psixikası nataraz adamlara təsir edir?
Yaxşı ki, 7-ci kilometrdəki söküləcək qəbiristanlığın yerində heç olmasa yaşayış binası tikmirlər. Depo stansiyası o qədər də gediş-gəlişli yer olmayacaq. Amma bu, narahat edilmiş ruhların vecinə olacaqmı? Adı çəkilən layihə reallaşsa və ola bilər ki, yerdən hələ ki, uzaqlaşmamış ruhlar işıqlı nöqtələr şəklində yeraltı tunellə metropolitenə yayılacaq. Ola bilər metronun qaranlığında onlar hətta gözlə də görünəcəklər. Onda jurnalistlərin yazmağa yenə də mövzusu olacaq…

 

 




 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?