Bu yazını oxuyanın…

Uşaqlığımdan bir kadr nədənsə yaddaşımda ilişib qalıb. Böyüklər otaqdan çıxıb, deyəsən qonaqları yola salırlar. Mənsə xəlvətdən istifadə edib divardakı iki deşikli «razetka»nın nə olduğunu bilmək istəyirəm. Qayçını götürüb iki dəliyə dürtməyi qərarlaşdırmışdım ki, içəri kimsə girdi və yadımdadı ki, üstümə möhkəm çığırdı. Danladılar, amma mənə elektrikin nə olduğunu başa salmadılar. Sadəcə qadağan elədilər. O vaxtdan bəri müasir dilnən desək komplekslərim əmələ gəlib, bütün qadağaları pozmağı xoşlayıram. Evdəki bütün kodları sındırmağımdan, bağlı qapıları açmaq bacarığımdan danışmayacam. Çünki bilirəm ki, sizdə də elədi. Qadağan olundusa, maraq doğurur.
Bu yaxınlarda ingilisə ərə getmiş bir rus qızının xatirələrini oxudum. O, İngiltərəyə köçüb ərinin evinə girən kimi, yəqin ki, evnən tanış olandan sonra yaxınlaşıb televizoru yandırmaq istəyib. İngilis əri tələsik onu keçirib üzrxahlıq edib ki, «Bağışla, başım qarışıq olub, televiziyanın pulunu ödəyə bilməmişəm. Ödəyərəm sonra baxarıq». Qız təəccüblənib ki, «Nə olsun, axı göstərir də. Sonra ödəyərsən, indi isə baxaq». Bu təfəkkür bizə çox doğmadır, sovet dövründən qalıb. İngilis isə pulunu ödəmədiyi verilişə baxmağı özünə icazə vermir. Orada vaxtı ötəndən sonra kanalı söndürmürlər, bilirlər ki, abırlı adamlar gəlib pulunu ödədikdən sonra televizoru yandıracaq. «Yasaq olunmuş meyvə şirin olar» məsəli elə bil ki, burda işləmir. Orda intellektual əməyən dəyərini artıq bilirlər.
Bizdə intelletual əməyin nə olduğunu hələ uzun-uzadı başa salmaq gərəkdi. Bunu fəhlələrə, sürücülərə, evdar qadınlara yox, elə intellektual məhsul hazırlayanların özünə də başa salmaq lazımdı. Uzağa niyə gedək, jurnalistikanın inkişafından danışırıq. Amma peşə etikası, plagiat, fikir oğurluğundan, yazı mənimsəmələrindən danışanlar gözümə çox dəymir. İndi informasiya oğurlamaq adi işdi. Kimsə gedib, yaxud zəng eləyib kimdənsə fikir öyrənir, kollaqası isə otağından çıxmadan internetdən bu yazını götürür və bircə imzanı dəyişdirməklə mənimsəyir. Birisi zəhmət çəkir yazı yazır, o birisi yazını saytına kopyalayıb oxucu toplayır. İstinad elədiyi mənbəni göstərmək belə istəmir. Xəbər portalları oğurluqda bəhsə giriblər. Elə bil ki, mənbəyə istinad qoymaq reputasiyaya xələl gətirəcək. İctimailəşdirilmiş, yəni dərc edilmiş, efirə getmiş hər hansı yazı, veriliş artıq onun müəllifinin və yayımlanan orqanın şəxsi mülkiyyətidir. Şəxsi mülkiyyət isə qanunla qorunmalıdır.
Bundan sonra hətta yazmağa da qorxuram ki, bəlkə intetektual əməyin mənimsənilməsinə qanunla qadağa qoymaq lazımdı? Yəqin məndən də yaxşı bilirsiz ki, qadağalar necə reaksiya doturur. Qadağalar tarixcəsinə gəlin bir ekskurs eləyək:
Böyük Britaniyada pasport üçün şəkil çəkdirərkən uşaqlara gülümsəmək qadağan edilib. Estoniyada notun üzünü kseroksda köçürmək qadağandır. Simfonik orkestrdə bir nüsxə not alıb üzünü köçürərək hamıya paylanması çox rahat olsa da bu qərara əsasən indi hər ifaçıya ayrıca not alınmalıdır. Tacikistanın başqanı İmaməli Raxmonov dövlət məmurlarına qızıl diş gəzdirməyi yasaqlamışdı. O, qızıl dişlərini parıldadaraq maaşından şikayət edən bir mülləimə ilə rastlaşqandan sonra bu fikrə gəlib. Şikayətin cavabında o, «Ya siz qazancınızdan şikayət edirsiz, ya da qızıl diş saldırırsız, özünüz seçin» demişdi. Özbəkistanda isə xəz dəridən hazırlanmış alt paltarlar geymək qadağandır. Çünki bu alt paltarlar çox seksual görünür (?!). Çin hökuməti yas vaxtı striptiz göstərməyi qanunla yasaqlayıb. Burada hesab edirlər ki, yas vaxtı ölənin qohumları nə qədər şənlənsə mərhum özünü o dünyada bir o qədər yaxşı hiss edəcək. Burda ölünü torpağa tapşırarkən prezervativin kağız imitasiyasını və bir qab «Viaqra» yandırmaq dəbdədir. Yəni ki, bu hərəkətlər xoşbəxtlik gətirər. Amma hətta çinlilər də deyir ki, başdaşı üstündə striptiz oynamaq lap ağdır.
Bizim qadağalara münasibətimiz xüsusidir. Dilnən desən sayılmaz. Başa salsan qulaq ardına vurular. Qanunlaşsa fikir verilməz. Bəlkə, bəlkə kimsə bezib hasarının üstünə «Bura zibil atanın…» yazsa o dünyadakıları qarğışla narahat etməkdən çəkinib zibili bir-iki tin o yana boşaldarlar. Mən də istədim ki, bu yazını oxuyasız. Diqqətdə olmaq istəyimnən bacara bilməyib etik qadağalardan birini pozdum. Qüsura yazmayın, başlığı ona görə belə seçdim.

 




 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?