Ürəkçün sərinlik axtarışında


İlk dəfəydi quyuya daş pllələrlə düşürdüm. Abşeronda belə su quyularına ovdan deyirlər. Ovdan gələnlərçün tikilibmi, ona görə belə adlanıb, ya yox, onu bilmirəm. Pillələr suyun içində tamamlanırdı. Yuxarıdan, suyu vedrəylə çəkməkçün qoyulan dəlikdən içəri düşən işıq oraları qeyri –adi sehrə bürümüşdü. Ovdanın içinə girib pillələrlə enməkçün əvvəl daş alaqapıdan keçməlisən. Ərəb hərflərylə yazılmış daş kitabəyə indikilərin kiril əlifbasçına sual dolu nəzərlərlə baxdığı baxışla mən də baxası oldum. Mətndən heç nə anlamasam da bildim ki, bu nədisə çox yaxşı bir şeydi və bizimçün tikilib.
Nədənsə qaralmayan daşdan tikilmiş ovdanları yoldan yorulan, susuzluqdan əziyyət çəkən və iri quyu qazımağa imkanı olmayan insanlarçün tikirdilər. Ordan su götürməkçün dərin quyulardakı kimi qurşağacan əyilib vedrəni zülmlə dartmaq lazım deyil. Rahat daş pillələrlə quyuya enib ordan suyu lap uşaq da götürə bilər. Divarların hörgüsü hələ də dürüst, hələ də nizamlıdı. Ordan bir daş düşsə quyu batar, tağı sökülüb yerdən çıxan xəzinəni də batırar. Tikənə də, tikdirənə də Allah rəhmət eləsin.
Qəribədi, ətrafdakı torpaqlarda çoxdan bəri evlər, villalar ucalsa da buranı hasara alan olmamışdı. Torpağı işarələyib cığır da açmışdılar ki, yəni sahibi var. Deyirlər ovdanın həyətində kiçik bir daxma da varmış. Qaçqınlarmı, köçkünlərmi deyim buralarda köç salanı daşı daş üstündə sahibsiz görənlər hamısını söküb aparıblar. Heç kim inciməsin deyə onları dağıdanlar adlandıraq. Köhnə evin heç bünövrəsi də görünmürdü. Yerli əhali ortalıqda qoyub getdiklərini lap bir ildən sonra qayıdıb həmən yerdəcə tapdıqları illəri xoş nağıl kimi xatırlayırlar. Evi də, hətta yerlilərin kür adlandırdığı hovuzun bir neçə daşını söküb aparanlar ovdana dəyməmişdilər. Ya gözəlliyi görüb ürək eləməmiş, ya da çalışsalar da nizamlı tağlardan bir dənə də daş çıxara bilməmişdilər. Əlacsızlıqlan quyunun içinə bir neçə kubik parçası, bir neçə də deton qırığı ata bilmişdilər. Bunlarsa suyun duruluğunu poza bilməmişdi. İndi başa düşürəm ki, dağıdanlar səninkini, mənimkini dədəsinin malı kimi aparıb işlədə bilsələr də, apara bilmədiklərini oyub, qırıb töksələr də bizimkinə gücləri çatmır. Çünki tikiləndə artıq o, bizimki kimi tikilib. Deyiblər, qoy insanlara çatsın. Hamıyçün olmaqdan savayı məqsədləri olmayıb.
Məştağanın «ovdan» dayanacağı kimi tanınan, bizim ovdandan aralıda yol qırağında bir dənə də quyu var. Onun sahibləri, daha doğrusu hazırda torpağa bir parça kağızları olanlar (yəqin ki, ovdanı tikdirənlərin nəvə, nəticələri) ehsan quyunu hasara alıb həyətə salıblar. Əhəngli hasarın dalından boylanan bu ovdanın tağda oyulmuş daş kitabəsi xəbər verir ki, nə vaxtsa, kimsə bunu insanlarçün tikib ki, içib ürəklərini sərinlətsinlər. Yəqin ovdanı «özəlləşdirənlər» onun dağıdanlardan qorumağa çalışıblar. Onlar da bilmir ki, dağıdanların gücü bizimkinə çatmır!
Ovdanı görüb şəhərə qayıdanda özümü qoltuğumda inci gizləmiş kimi hiss eləyirdim. İndi şəhərin media havasına da qayıtmaq bir elə çətin olmadı. İndi mən xalğımın əxlaqi dəyərlərini, keçmişini, gələcəyini, istedadını, bacarığını şübhə altına alan yazılara ötəri, onları yazanlara isə dağıdanlar kimi baxıram. Onların gücü «sənin» və «mənim»ə çatacaq. Bizimkinə baş qoşsalar dişləri sınar.
Qırhaqır, qaphaqap dünyasında yer tapmayan insanlar məncə yaşamağı təbiətdən öyrənməlidi. Məsələn, Abşeron torpağı yamyaşıl rayonlarımızdan gələnlərçün o qədər boz, simasız və üzücü görünür. Kim inanar ki, toz rəngli torpağın bir neçə metrliyində su çıxa bilər? Dağıdanlar üzdə görünənə uyur, ona görə mayasını, canının suyunu çox da dərinə gizləmək gərəksizdi. Gündən bozarmış səhrada su axtaranlarla, lap həmin ovdanı qazan kənkərlərlə birgə thləmək içtərdim. Nəinki yerin, göyün də bir hissəsini əlimizdən alan villalar o vaxtlar orda yəqin olmazdı. Su axtarar, qazıyıb ortaya çıxarar, tikib əbəziləşdirər, bir sözlə bizimçün çalışardım. Kompüter arxasında axtarışlar bu ləzzəti vermir. Bir də, deyirlər, səhranın nəsə dilə gəlməz bir sehri də var. Bu barədə bəlkə gələn dəfə...

 




 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?