Göylərdə
kəsilmiş nikahlar
Qadınlar
kişilərdən ağıllıdır,
çünki az bildikləri halda çox şey anlayırlar.
Geyms Stefens
Deyirlər ki, ilk Polşa ensiklopediyasında, deyəsən 17 əsrə aiddi, «at»
termini belə izah edilib: «Atın nə olduğunu hamı bilir. İzaha ehtiyac
yoxdur». Bu cür dəqiq formulə edilmiş ifadəni hər sözə aid eləmək olmur.
Məsələn, «nikah» sözünün mənasını hamı bu qədər dəqiq bilirmi? Ola bilər
ki, atın nə olduğunu yavaş-yavaş unutmuş insanlar nikahın da əsil mahiyyətini
yaddan çıxarıblar. Müasir dövr isə nikah qədər vacib məsələlərdə də
yeniliklər, sürprizlər hazırlayır. Əgər cəmiyyətin qınağından çəkinən
Anna Kareninanın özünü qatarın altına atmazdan əvvəl kimsə qolundan
çəkib (əlbəttə ki, başını sığallayıb gözünün yaşını siləndən sonra)
dünyada olan bütün nigah növlərindən danışsaydı yəqin ki, o, intihar
eləməzdi. Eşitdiyi nigah növlərindən birini seçib sakitcənə ömrünü başa
vurardı. Elə bilirsiz ki, nikah pasportda möhür, imza atma və şampan
şərabını partlatmaqdan ibarətdi? Məncə bu sizə də maraqlı olar.
Keçmişdə ən uğurlu və ən zəngin ev çoxuşaqlı ailələrinki sayılardı.
Çox uşaq isə harda olar? Əlbəttə ki, çox qadın olan yerdə. Qadın şair
Moşu Göyəzənlinin uşaqlarının anası Söylü kimi ildə birini doğa bilməsə
necə olsun? Ona görə də evdə bir neçə arvadın dolaşması (dalaşmamaq
qərtilə) yaxşı əlamət sayıla bilər. Amma həddini biləsən. Bilirsiz də,
Qurani Kərimdə də deyilir ki, 4 arvaddan artıq saxlamaq günahdır. Yəni
bir növ israfçılıq sayılar.
Çində isə kişinin «ikinci» arvadı fahişələr olurdu. Bu qadının bir ev
dolusu uşağı ola bilərdi, kişi isə arabir buralara baş çəkərdi. Bəzən
«ikinci» arvad uşaqlarıyla birlikdə kişinin valideynlərinin evində yaşayardı.
Sezarın müşahidələrinə inansaq qədim keltlərdə qapıdan birinci içəri
keçmiş kişi qəhrəman ananın uşaqlarının atası sayılardı.
Orta əsrlərdə həddi buluğa çatmış qızlar oğlan uşaqlarıyla nişanlanardı.
Bu balaca «ər» böyüyənədək arvadı bütün ailənin şəxsi mülkiyyəti sayılardı.
Bu məsələdə qaynatanın rolu xüsusilə fərqlənər, deyərdim ki, bir növ
sözü keçərdi. Qaynatanın uşaqları da oğulun adına yazılardı.
Azyaşlılarla evlənməyi sevən hindlilərdə isə əksinə, kişi azyaşlı qızla
nişanlanandan sonra kimlə istəsə yaşaya bilərdi. Bəzən olurdu ki, dul
qalmış qadını qanadının altına çəkirdi. Sonradan bu qadın onun evində
qulluqçu kimi yaşayırdı.
İslamdan xeyli qadaq qədim ərəblərdə qadının ondan artıq əri ola bilməzdi.
Yəni ki, məhdudiyyət 11-ci kişinin qismətinə düşürdü. «Evin kraliçası»
ümumi iclasda uşaqlarının atasını təntənəli surətdə elan edərdi. Demokratiya
buralara hələ gəlib çatmadığından səsvermə, azad seçki hüququ kimi anlayışlar
hələ ki, işləmirdi.
Çukçalar hinli niyoqalara böyük hörmətlə yanaşır və demək olan ki, arvadını
bölüşmək adətini də onlardan mənimsəyib. Niyoqalarda evin kişisi sağ
və salamat olsa belə arvadı ərinin qardaşı, ya da yaxın qohumlarıyla
yaşaya bilərdi.
Nubiyada qassaniye adlı qəbilənin sakini həftədə 3 günü danışıb ərindən
icazəsini ala bilərdi. Həmən bu 3 gün ərzində onun kimlə və harda nə
etdiyini soruşmağa heç kimi cürəti çatmazdı. Bir növ cəzib dolaşmaq
hüququ varmış.
Keçmişdə qadınlar evinə kişini dəvət eləməkçün küçələrə düşməyə ehtiyacı
olmazdı. Sadəcə, qapının üstündə xüsusi bayraq asılan kimi lap yoldan
ötənlər də burda məskunlaşıb qala da bilərdi. Uşaqların atalıq məsələlərində
mübahisələr qopan kimi məsələyə qocaman ağsaqqal qarışardı. Evə dəvət
edilmiş ağsaqqal məsələni yerindəcə həll eləyib nəticə çıxarardı. Amma
kişinin «öz xoşbəxtliyindən» imtina eləmək hüququ da vardı.
Ən xoşbəxt qadınlar isə Tibetdə yaşayb. İndi yox, qədim poliandriya
adlandırılmış, çoxərlilik dövründə. Bu dövrdə kişilər də xoşbəxt həyat
sürərdi. Onlar sevdiyi işlə məşğul olar, yəni qadına uşaq bağışlayardı.
Düzdü, boş vaxtlarında kişini həyət-bacada işlədərdilər. Qadına isə
xanımlıq eləməkdən savayı iş qalmazdı. Bəzi mütəxəssislər yazır ki,
bura qaçıb gəlmiş avropalı qadınlar o qədər razı qalırdılar ki, geri
qayıtmaq istəmirdilər.
Fikir verdizsə sadalanan bütün nikah növləri evdə tam sakitçilik və
ən əsas şərt kimi uşaqların doğulmasına yönəldilib. «Görənlər nə deyər!?»,
«Ayıbdı», «Düzgün anlamazlar» kimi ifadələrə yer yoxdu. Keçmişdə ən
vacib məsələni qabartmağı yaxşı bacarırmışlar…