Gələcəyin dumanına boylananda…


Gəlin bir az dərdləşək. Yəni hər şeyin o qədər də pis olmadığını nəhayət ki, dilimizə gətirək. Çünki heç kim bilmir ki, bundan nə qədər pis ola bilərdi. Bunu isə yalnız təsəvvür etmək mümkündür.
Bu yola təzəcə qədəm qoyanlar, yəni «çaynik»lər (kompüter texnologiyalarını təzəcə öyrənməyə başlayanları belə adlandırırlar) üçün yaxşı futuroloji çalışmalar var. 10 il əvvəli xatırlayın. Adətlərinizi, işin keyfiyyətini, dostlarınızı yada salıb o vaxt 10 il sonra barədə düşündüklərinixi yada salın. Və ən əsası xatirələrini bu gününüzlə müqayisə edin. 2000-ci ildə, əsrlərin qovşağında baş verəcək kataklizmlərdə heç biri reallaşmadı. Hər şey maraqlı, sirli, ümidverici görünürdü. İndi həmin çalışmanın davamı kimi 10 il irəliyə baxaq. Söhbət ağaran saçlar, qırışan dəri və perspektivdə dəhşətli görünən qocalıqdan getmir. Görəsən indi ətrafımızda olan əşyalar, insanlar, hadisələr yenə də həmənki keyfiyyətində olacaq? Çalışmamızı tətbiq edən «pasientlər» tezliklə hadisələrdən baş çıxarıb hər şeyi «daimi», «ölüb gedən» və «yeni doğulacaq» kateqoriyalarına ayıraraq səliqə-səhman yaradır. Əslində bizim beynimiz bu işi ona tapşırmasaq da özü könüllü şəkildə edir.
Hakimiyyətdə olanlar üçün qurduğu sistemin nə dərəcədə yaşamlı olması maraqlı olacaq. İnvestorların diqqətini tez başa gələn və təmiz gəlir zəbt edəcək. Jurnalist üçün yuksək qonorarlı və o qədər də çirkin olmayan iş vacib görünəcək. Sadə istehlakçının isə heç nə vecinə deyil. «Nə verirlər, götür və şükür et» şüarıyla lap minilliklər boyu yaşamaq fikirləri var. Fantaziyamızı zorlamaqdan bir şey çıxmayacaq. Bir də ki, sorğu aparan nüfuzlu dərgilərin fikrini də arabir eşitmək olar, məsələn «Forbs» jurnalının proqnozlarını. Tədqiqatçıların fikri isə güllə trayektoriyası kimi dümbələm-düzdür. Ekspertlər əmindir ki, insanın işi peşəsi vuruşmaq, qocalmaq və nəsil artırmaqdan ibarət olacaq.
İlbəil günəş altında yer azalır və sözün əsil mənasında darısqallıq əmələ gəlir. Bir azdan ola bilər ki, bir parça torpaq üstündə didişmələrdə silah həlledici sözü «deyəcək». Ona görə də «Forbs» jurnalının versiyasına görə «universal əsgər»lərə perspektivlər görünməyə başlayır. Hürkməyə dəyməz, dünya müharibəsi çətin ki, ola. Amma yerli münaqişələri, lap məhəllə davalarını da muzdlu əsgərlərin köməyilə həll etmək daha rahat olacaq. Ona görə də davakar oğlanların gələcəyi daha parlaq görünür.
Hardasa, uzaq-uzaq, adını dilimizə gətirə bilmədiyimiz ölkədə muzdlu əsgərlər «razborka» edərkən Yer kürəsinin camaatı qocalmaqda davam edəcək. Orta yaş həddi bəzi ölkələrdə 80-i keçməyə başlayıb. Bu boyda qocaların qabağında dayanmağa bir o qədər də qulluqçu, xəstəyə baxan şəfqət bacısı (ya da qardaşı) lazım gələcək. Axı bütün millətlər bizim kimi uşaqlarını qocalıqda ona baxmaq üçün böyütmür. Yuvadan uçmağa gücü çatan kimi balalarının başını boş buraxır. Deməli xəstəyə baxmaq üçün peşakar qulluqçulara ehtiyac böyük olacaq.
Ekspertlərə inansaq çinovnik ordusu daha da artacaq. Onların arasında dilli-dilavər, insan ürəklərinə tez yol tapan, lazım gəlsə ilan dili çıxarıb lap adamyeyən qəbilənin lideriylə dil tapa bilən adamlara ehtiyac olacaq. Öz aramızdı, deyirlər Afrika ölkələrinə inevstisiya indi su qiymətinədirsə, od kimi bahalaşacaq.
Mühəndislər və energetiklər də işsiz qalmayacaq. Neft və qaz ehtiyatı tükənir. Neft sona yaxınlaşan zaman siz natri qlyutamatdan (əntiqə səslənir!) enerji almağı bacarırsızsa qırmızı kürünün dadını unutmayacaqsız. Bununla belə «Forbs» ekspertləri əmindir, yemək il-ildən azalır. Ona görə də qırmızı kürünü əldə etmək də gün-gündən çətinləşir. Bu yerində söz verilir gen mühəndislərinə. İndi onların solosudur. Yəqin ki, Gədəbəyin hətta əyri-üyrü kartofuna həsrət qalacağıq. Əvəzində hamımız eyni boyda, bir biçimdə olan çürüməyən kartoflar yeyəcəyik.
Bir az fantaziyaya bənzəyir, etiraf edirəm. Amma «Forbs» jurnalı 3 il əvvəl də fantaziyalara qapılırdı və bundan da betər proqnozlar verirdi. Bu öncəgörməliklərin əsası da vardı, çünki sorğuların nəticəsində çıxarılmışdı. Cəmi 3 il əvvəl insanlar gələcəyin peşəsi deyəndə robotların təmiri üzrə usta, kosmik gid, teleportasiya (bir məkandan o birinə ani keçmə) üzrə mütəxəssis və hətta heyvanların vəkili kimi peşələrini sadalayırdılar. Adı çəkilən peşələr 2007-ci ilin sorğuları əsasında sadalanıb. Amma 2010-cu ilin ən məşhur peşələri sırasında artıq universal əsgər, rabitələr üzrə menecer, xəstəyə baxan qulluqçu, alternativ enerji üzrə ekspert, Afrikada biznes aparacaq mütəxəssis kimi peşələrin adını çəkirlər.
Maraqlıdı, amma nə 3, nə 10 il əvvəl, nə də 10 il sonra kimsə jurnalistikanı öndə gedən peşələr arasından görmür. Nəticə çıxarın…

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?