Ölü canlar
Qəlbini, ruhunu satmaq indi neçəyədir?


Çoxdandı Mefistotel biz tərəflərə gəlmir. İnsanları yoldan çıxarıb əvəzində qəlbini, ruhunu istəyən qəhrəmanın milli adını bilmirəm. Ancaq əməllərdən məlumdu ki, o, buralarda ta qədimdən bəri məskunlaşıb, ayrı torpaqlara köç eləmək fikrində də deyil. Qərbin filmlərinə fikriniz getməsin, axı onlar «qəlb oğruları»ndan filmlər çəkməyi çox sevirlər, əslində onun yeri buralardı. Qabaqlar bizə də tez-tez gələrdi. Əlimi klaviaturaya aparmağa bəndəm elə bil, başımın üstünü nənəm demiş «urus allahı» kimi kəsdirib qulağıma mövzular pıçıldayardı: «Bax bunu belə yazsan, tanınarsan. Filankəsin adını çək, peşman olmazsan. Qalmaqal yaratmağı istəyirsən, öyrədim sənə?». Ən yadda qalan ifadəsi odur ki, «Yazanda insanların ağlına yox, emosiyalarına toxun». Biz də ki, emosional xalq kimi ağlımızda eşələnənlərlə işimiz yoxdu. Bizimki duyğudur, hissdir, sevgidir, güldür, çiçəkdir, xəyaldır, arzudur... Deyəsən mövzudan çox uzaqlaşdım. Geri qayıdaq.
İnternetdə gəzişənlər arabir belə qəribə elanlara rast gəlir: «Ruhumu İblisə satıram. Kabus kimi yaşamağa da razıyam». Məsələn, keçən il olardı, Yeni Zellandiyanın 24 yaşlı sakini «TradeMe» adlı saytda öz ruhunu hərraca çıxarmışdı. Üstəlik demişdi ki, ruhunu kim istəsə, lap İblisin özü də ala bilər. Öz hərəkətini o, belə izah eləyirdi: «Mən satdığımı görə bilmirəm, ona toxuna, ya da bir yolla duya bilmirəm. Amma bilirəm ki, o var və mən onu yaxşı qiymətə sata bilərəm». Skott hesab eləyir ki, təklif elədiyi mal yaxşı vəziyyətdədir və cəmi 6 illik alkoqol içməklə bir balaca nimdaşlaşıb. Ağlınıza gəlməzdi, amma onun ruhunu almaqçün sayta 32 min təklif gəldi. 456 dollardan başlayan satış hər saat az qala iki dəfə artırdı. Təssüf ki, «TradeMe» saytı hərracı saxlamalı oldu. Çünki qeyri-adi malın satışına dindar oxucular etiraz eləmişdi. Amma Skottun da malı əlində qalmadı. «Cəhənnəm pitsaları» adlı qəlyanaltı dükanları şəbəkəsinin marketinq şöbəsinin müdiri ona 3800 dollar təklif edərək kişinin ruhunun sahibi oldu. «Axı onun ruhu cəhənnəmlikdi. Ona görə də bizim pitseriyadan yaxşı yeri hardan tapacaq ki?» deyən Reyçel Ellison bağladıqları müqaviləni veb-saytlarında yerləşdirdi və eləcə də ofislərinin divarından asdı.
Belə anda bizlər «xeyirli olsun» deyərik. Satan bircə odur bəyəm? http://www.ebay.com/ hərracında da Hollandiya şəhərciyinin sakini öz ruhunu satmaq istəmişdi. Anonim qalmasını arzulayan iddia eləyirdi ki, mal xeyirxahdı və demək olar ki, təmizdi. Ruhu satın alan adama qotik romanların bütün tələblərinə uyğun olaraqa qanla imzalanmış əsil müqavilə veriləcəkdi. Hətta ruhun seriya nömrəsi də yazılacaqdı. Amma sayt malın mövcudluğunu sübut eləyən faktların olmaması ucbatından satanı 10 dollarından məhrum elədi. Belə alqı-satqı Amerikada da baş verib. Milad bayramı ərəfəsində yaxınlarına bayram payı almağa pulu olmadığından birisi ən qiymətli hissəsini satmağa cəhd eləyib: «Axı mənim qiymətli heç nəyim yoxdu! Onu İblisə satmaqdansa qoy insanlara satım». Bu dəfə mal şüşə qablaşmada üstündə müqavilə ilə satılırdı. Bu hadisədən bir az əvvəl ingilis Nyukasla Qaret Melem öz ruhunu çoxdan satdığına, daha doğrusu qumarda uduzduğuna görə yenisini 11 funt 60 pensə satın almışdı.
Əgər satılan ruh mal kimi qarantili mal olsaydı əslən Şanxaydan olan bir satıcı 58 nəfərin ruhunu sayta satışa çıxarardı. Nəğdi əlində idi. Amma o tərəflərin ticarət qanunlarını bilirsiz də, orda hər şey ciddidir. Satılan malın keyfiyyətinə zəmanət verən bir parça kağız olsaydı, ya da alınmış malın yerinə çatdırılması mexanizmini tapsaydılar hamı öz ruhunu çoxdan satıb qurtarmışdı. Hə, bir də ki, yuxarı instansiyaların icazəsi lazımmış. Yəni onlar Allahımı nəzərdə tuturlar?
Bu mövzuda araşdırmalar bir qədər məyusedici nəticələr verdi. Çünki sən demə maraqlısı ruh satılandan sonra baş verir, bunu isə heç kim dilinə gətirmir. Üstəlik internetdə kabus satışı daha reytinqli sayılır və nimdaş insan ruhlarından daha qiymətlidir. Odur ki, ruhunu satışa konveyer şəklində çıxarmışların nəzərinə. Siz artıq qiymətdən düşmüsüz. Mən də neçə vaxtdı başımı sındırıram. Axı bunlar niyə Vətəni, torpağı, milləti, mənim uşaqlarımın gələcəyini, sağlamlığımızı, təhsilimizi satırlar?! İnsan ruhunu satandan sonra içərisi boşalır.
Satmağa bir şeyiniz qalıbmı, cənablar?!


 

 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?