Qadınlar nə düşünür?
«Əgər kişilər qadınların nə düşündüyünü bilsəydilər,
məqsədə çatmaqçün qadına həmişəkindən 20 artıq
cəsarətlə qulluq edərdilər»
Alfons Karr

Qadın dilindən adam dilinə tərcümə cəhdləri
Hərdən elə arzulayırsan ki, səni anlasınlar. Dediyinin bütün çalarlarını, nüanslarını başa düşüb artıq suallar verməsinlər. Hərdən isə lap utopik xəyallara qapılıb istəyirsən ki, heç ağzını açmasan da nə dediyini bilsinlər. Özü bilər, ya gözlərimdən oxusun, ya da ürəyimdən. Deyirsiz heç nə alınmaz? Əlimi qulağımın dibinə qoyub dərin olduğu qədər şirin düşüncələrə dalıb insanlıq tarixinə göz gəzdirən kimi son ümid işartılarım da sönməyə başladı. Guya ki, heç bilmirdim ki, yaranışdan bəri bəşəriyətin bir yarısı (mən də bizi güclü və zəif cinslərə ayırmaqnan aşağılamaq, ya da üstün saymaq fikrim də yoxdu) o biri yarısının dilini anlamır. Bir torpaqda gəzsək də, bir sudan içib lap bir yastığa baş qoysaq da bir-birimizi anlamırıq ki, anlamırıq. Təəssüf…
Mənim kimi bir-birimizi anlamamağımız üstündə fikir çəkən alimlər də deyərdim ki, ümumbəşəri problem üzərində xeyli baş sındırıblar. Ölçüb, biçib hesablayıblar ki, qadınlar çox ucadan (bərkdən demədim ha…) danışdığından kişilərin beyni həmən tezlikli səsləri bir o qədər də yaxşı qavramır. Sirkdə itləri oxumağa məcbur eləyən təlimçi bilir ki, yüksək səslər itlərin qulağını incidir. Ona görə də ucadan çalınan musiqini səsləndirən kimi onlar ulamağa başlayır. Hamı da elə bilir ki, itlər oxuyur. Qadınlar da eləcə. Hamı elə bilir ki, qadın isteriyaya düşüb, amma əslində söz dəyməkdən nazikləşmiş yerləri (əksəriyyətində buna qəlb deyilir) ağrayır.
Qəribəsi odur ki, kişilərin anlaşılmamaq problemi yoxdur. Onların nə tərcüməçiyə, nə də bəzi qabarıq məsələləri «yontalayan»a ehtiyacı var. Biz niyə axı bu qədər fərqli düşünürük? Kişi və qadın birlikdə olanda qadın «Nəhayət ki, birlikdəyik», kişi «Nəhayət ki, təkik» düşünür. Ər əvə tez gələndə «Görəsən nə oxuyum?», gec gələndə isə «Görəsən nə uydurum?» fikirləşir. Amma qadın nədənsə onun fikirlərini sanki anlayır. Ümidqırıqlığı keçirməyin, vəziyyət o qədər də pis deyil. Çünki dünyanın ən mürəkkəb dilini öyrənmək, həmən dillərdə lüğətlər, danışıq kitabçaları yaratmaq mümkün olduğu kimi qadın dilindən də adam dilinə tərcümələr edəcək vəsaitlər yaratmaq olar. Bu yolda illər uzunu topladığım reputasiyamı və hətta özümü də qurban verməkdən qorxmayaraq vasitəçi olmağa könüllü razılaşmışam. Deyirəm bəlkə bu dəfə alındı, bir-birimizin dilini anlaya bildik?..
Qadın nəyisə dilinə gətirirsə bu heç də həmişə məhz həmin mənada anlaşılmalı deyil. Sədəcə bir az diqqətli, bir az həssas, bir az da məlumatlı olmaq olar. Qadın dilindən tərcümələr eləmək cəhdlərim hələ ki, eksperiment səviyyəsində olsa da orda xeyli maraqlı məqamlar tapa bilərsiz. Əlbəttə ki, əgər istəsəz… Solda yazılanlar dilə gətirilənlər, sağda yazılanlar isə əslində necə anlaşılmalıdır olan fikirlərdir. Qadın deyir sə «Harda avaralanırdın?» – Bu, «Mən darıxmışam» mənasını bildirir.
Əzizim, səndə pul var? – Səhər verdiyin pul gözlənilmədən xərcləndi.
Sabah anam bizə gələcək – Gününü göy əskiyə büküm, sən də bax.
İşdə nə var, nə yox? – Maaşını nə vaxt artıracaqlar?
Bəlkə bir az gəzişək? – Gedək görək dükanda təzə nə var?
Sənə bir sual verə bilərəmmi? – Qaragünlüyünü qablaşdıra bilərsən!
Oy, mən sənə pivə almışam – Mən özümə təzə kofta almışam.
Köynəyindəki pomada izi hardandı? – İlahi, bir yalanı da danışa bilmirsən?
Nə fikirləşirsən? – Dilini qarnına soxub oturmusan, dəlkə danışasan!
Evə tez gəl, darıxmışam – Rəfiqəmin telefonu səhərdən məşğuldu.
Axşam evə tez gəlsən birlikdə nahar eləyərik – Bu gün mebelin yerini dəyişmək istəyirəm.
Gəl mənim ad günümü qeyd eləməyək – Mən özümü o qədər bədbəxt, lazımsız hiss eləyirəm ki…
Çörək alarsan – Yanında süd, 20-30 yumurta, duz, kolbasa və smetan da olsun. Kartof, kök, soğan, kələm hələ bir çayla içməyə də bir şey olsa heç də pis olmaz.
Sənə bir ifritə zəng eləmişdi – Kimsə cavan qadın gözəl və nəvazişli səslə səni soruşurdu.
Necə? Sən bu günü unutmusan? – Bilmirsən ki, toyumuzun üstündən düz …. (nöqtələrin yerinə hərə istədiyi rəqəmi qoya bilər) il keçib!?
Məni sevirsən? – Mən yaman darıxıram.
Dünən yenə də televizorun qarşısında yuxulamışdın - Heç olmasa mən də bir az yatdım.
Gör səninlə birgə yaşamaqdan nə günə düşmüşəm?! – Bu gün 1-ci kursda geydiyim cinsi əynimə keçirməyə cəhd eləmişəm.
Nəsə ürəyim darıxır – Deyəsən, corablarımı tərs geymişəm.
Sənin məşuqən əmələ gəlib? – Dünən pencəyini təmizləmişəm.
Bu nə həyatdı? – Mənim ürəyimdə əqrəblər qaynaşır, amma ilişməyə bəhanə tapa bilmirəm.
Mən anam gilə getdim, kimnən istəyirsən yaşa – Mən sabah nahardan sonra evdə olacam.
Başım ağrayır – Bu gün yataqda məndən bir şey gözləmə.

P.S Lüğət yaratmaq cəhdləri eləyənkən bir kişiyə də ziyan dəyməmişdir


 

 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?