Kumirlər ölmür
Yaxud Bakı haqqında növbəti nağıl


Bu yaxında qəribə söhbətin şahidi oldum. Əslində söhbət qəribə yox, kədərli idi. İki nəfər nostalji tonda keçmişi xatırlayırdı. Söhbəti əsnasında o dövrün təsvirindən çox abi havasını canlandıra bildilər. Onlarla birgə elə mən də o vaxtlara səyahət elədim…
O vaxtlar insanlar rahat yaşayırdı. Çətinlik çəkəni də vardı, yamaq paltar geyəni də. Amma indikilər kimi bu qədər deyinib ətrafa narazılıq səpməzdilər. Allahın verdiyindən geyər, qazandığından yeyər və hər axşam «Allah artıq eləsin. Aclıqnan bizi imtahana çəkmə, İlahi» deməmiş süfrədən qalxmazdılar. «Şükür Allaha» deməsəydilər gözlərinə yuxu getməzmiş. O vaxtlar da qonşunun malına xor baxan da vardı, adamöldürən də, əyyaş da. Amma onlar barmaqla göstərəcək dərəcədə az imiş. Elin malına göz dikən rüşvətxorlar xalqdan oğurladığını evinin qapı-pəncərəsini möhkəmcə bağlayıb gizlincə yeyərmiş. Oğrunun anası utandığından qonşudan bir çimdik duz belə istəməyə ürək eləməzmiş. Məhlənin əyyaşını isə balacalara göstərib «Bax, yeməsən ona oxşayacaqsan», ya da «Yatmasan gəlib səni öz evinə aparacaq» deyib qorxuzardılar. Uşaq da həmən evdən gələn əcaib-qəraib səsləri yada salıb oralara düşməyi arzulamazdı.
O vaxtlar camaat hamama gedərdi. Orada dərdləşər, yüngülləşər, qız bəyənər, adam barışdırar, sövdələşər, həm də çimərdilər. Axşamlar konsertlərə gedərdilər. Foyedə az qala hamıyla salamlaşardılar, çünki əksəriyyəti bir-birini tanıyardı. Axşamlar bulvara getmək də həyat tərziydi. O vaxtlar sahil də cələn-gedəni nöyüt iyiylə qarşılamazdı. Bəlkə də buna heç fikir verməzdilər. Hamı dadsız eyni dondurmadan yeyər, başqa şəhərlərdə dadına baxdığı növbənöv dondurmaları heç xatırlamazdılar. O vaxtlar uşaqları İçərişəhərdə gizlənqaç oynamağa da, bulvarda qartopu oynamağa da qoyardılar. Əlindəki zibili yerə heç kim atmazdı, ona görə ki, hamı bu şəhəri sevrdi. Hamılığa bir şəhərimiz vardı. Şəhər hamının kumiri idi.
Yazının əvvəlində söz açdığım söhbətdə keçmiş kumirləri də xatırladılar. Onlar indi Akif İslamzadənin xırıltılı səsini eşidəndə pis olurlar. Dedilər ki, onun belə danışmasını eşitməsək bizə daha rahat olar. Axı onun «ala gözlüm» sədası hələ ki, qulağımızdadı. Başqa birisi Sezen Aksunun Bakıya son səfərini xatırladı. Dedi ki, «Sərçəcik» filminin qəhrəmanının totuq dodaqlarını silikon şişkinliyində, səsindəki biədəb xırıltılarla görəndə elə ümid qırıqlığı keçirib ki, elə bil onun cavanlağını əlindən almışdılar. Sonra isə keçmişin başqa bir kumiri Ququşu xatırladılar. Fars müğənnisinin yaşlı vaxtı xaricdə verdiyi konserti görəndən sonra elə bil ki, ömrünün 10-15 ilinin üstündən cızıq çəkmişdilər. «Uzun gecə» bir neçə dəqiqə ərzində o qədər qısalmışdı ki… Çoxları Zeynəb Xanlarovanı deputat kimi qəbul eləyə bilmir. O dövrünün simvolu, kumiri kimi daha lazımlı idi.
O vaxtın Bakısı da kumir şəhər idi. Moskvaya səfər eləyəndən sonra qaydıb ləzzətlə «Onlar nə qədər kobud davranırlar» deyərdik. Tünlüyə, basabasa öyrəşmiş paytaxt şəhərinin milyonlarla gəldi gedər qonaqlarından bezmiş sakinlərini heç gür anlamazdıq. Gəzib gəlib «Bura ayrı aləmdi» deyib rahatlanar, öz kumirimizi bütün mənfi və müsbət cəhətləriylə birgə sevərdik. İndi kumirini çirkli, həyasız, səs-küylü və simasız görə bilməyənlər heç evdən bayıra çıxmır. İşdən sonra birbaş evinə yollanır ki, toz dumanına bürünmüş obrazlardan canını qurtarsın. Konsert salonlarımız da ona görə boşdu, kitabxanalarımız da, ürəklərimiz də...
Kumirlərə demək lazımdı ki, başqa üzlərini bizə göstərməsinlər. Biz sizin nə qocalmağınızı, nə çirklənməyinizi, nə də dəyişməyinizi görmək istəyirik. Heç olmasa fantaziyalarımıza bir az yer qoyun. Kumirlər ölmür. Onlar xəyanət eləyir, kiçilir, məhv olur, xırdalanır, yaxud da yaddaşlarda həmişəlik həkk olurlar. Silinəndə isə tarixin bütöv bir parçasıyla birgə yoxa çıxırlar.


 

 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?