Başayaq
Keçəl Həsən, yoxsa Həsən keçəl?!


Bu dünyada dəyişiləsi şeylər nə qədər çoxdur! Haqsızlıqlar, ədalətsizliklər, nalayiq adlar, lazımsız və artıq əməllər… Bunların olduğunu bilsək də biz dəyişməyəcək, əbədi şeylərə əl gəzdirmək istəyirik. Naşı redaktorun yazını söküb yenidən biçdiyi kimi (əsas fikri mötərizələrlə əhatəyə alıb oxucunu dolambaca salmaq cəhdilə) artıq yaranmaşları cüzi dəyişikliklər etməklə zahirini dəyişirik. Biz dərin, köklü dəyişiklikləri sevməriz!
Son günlər adımı dəyişmək istəyimi beynimdən ata bilmirm. Ola bilər bu da işsizliyin bir növüdür, yəni yaradıcı avaraçılıq. Gülnarə Rəfiq yox, Rəfiq Gülnarə olmaq istəyirəm. Bezdim! Nə qədər bu adı gəzdirərlər axı! Sadəcə Gülnarə də olmaq olardı, amma gülnarələr çoxdu, səhv salarlar. Deməli mən dəyişiklik istədiyim qədər də keçmişimdən imtina edəsi halda deyiləm. Millətimin əsil layiqli övladı kimi nəyisə, nəsə şəffaf bir istəyə görə yerindən eləyirəm. Həm də ki, mən Yer kürəsi deyiləm ki, hər bir-neçə min ildə maqnit sahəsini mənfidən müsbətə dəyişməklə yer üzünün canlı aləminə bir süpürgə çəkəm. Mənə cüzi də olsa dəyişiklik lazımdı.
Axı niyə də dəişməyim? Ətrafım gündən-günə dəyişir. Məsələn, 2-3 ay əvvəl minməyə adət elədiyimiz marşrut avtobuslarının nömrələrini dəyişdirdilər. Əvvəl bu mənə proqressiv addım kimi göründü. Elə bildim 3 rəqəmli avtobusları rahat olsun deyə 2 rəqəmliyə dəyişdilər. Hansısa xalqsevər məntiqlə bəlkə də bu düz addımdır. Amma sonra gördüm ki, 2 rəqəmli marşrutları dəyişib 3 rəqəmli edirlər. Burda minilliklər boyu xalqımı idarə edən qeyri səlis məntiqə üz tutmalıyam ki, nəsə anlaya bilim. Əlbəttə, bütün bunların çox sadə, bəlkə də alçaq və maddi izahı var. Yəqin ki, astobusların nömrələrini dəyişdirən və yenilikdən qazanan bir qurum var ki, balaca riyazi əməliyyatdan böyük mənfəəət götürəcək. Axı yeni nömrələr müəyyən standartlara cavab verməli, saralmış kartonda deyil, qaranlıqda işıq saçan lövhədə yazılmalıdır. Bunun müqabilində ola bilər kimsə çaş-baş qalacaq, istədiyi yerə gedib çıxa bilməyəcək. Nə olsun?...
Xalqım bu tip dəyişikliklərə heç vaxt etiraz etməyib, məncə. Ona görə də tariximiz sudan təzə çıxmış balıq kimi sürüşgəndi. Faktları sübuta yetirəcək ən nüfuzlu mənbə nağıllar və əfsanələrimizdi. Sən demə tarixə Uzun Həsən adı ilə düşmüş adamı o qədər də uzun deyilmiş. Ya da ki, 21-ci əsrin azərbaycanlısı ölkənin adının hardan əmələ gəldiyini hələ ki, dəqiq bilmir. Bircə onu bilirik ki, sözün tərcüməsi necə olursa-olsun odla, işıqla bağlıdır. Adının yaranma tarixini bilməsək də dəqiq deyirik ki, 5 min illik dövlətçilik tariximiz var. Bu torpaqda yaranmış dövlətlərin Manna, Midiya, Atropatena, İskit, Albaniyanın adlarını yaxşıca öyrənmişik. Qonşuluqdakı Şumer, Akkad, Aşşur dövlətlərilə diplomatik münasibətlərdən danışırıq. Amma ölkənin adının 15 mərtəbəli dəyişikliyə uğradığından gəlib bu günə qədər, Azərbaycan olanadək keçdiyi uzun-uzadı yolu izah eləmək məcburiyyətindəyik: Aturpatakan, Azərbayqanen, Azərbayqan, Azərbadqan, Azərabadqən, Azərbazqan, Azərbican və s…
Verilən adlara, məkana əl gəzdirmək, söküb yerində tikmək, izləri itirmək kimi üsulların bütün çeşidləri bu torpaqda reallaşıb. Ona görə Bakı buxtası Makdonaldsın dünyanı fəth elədiyi çoxmərtəbli sendvicləri kimi qat-qatdır. Hər gələn əli çatdığı dərinliyə qədər söküb yerində yenisini ucaldıb. Hər növbəti dəyişiklikdə ərazinin, millətin, tarixinin üstündən qırmızı mürəkkəbli qələmlə yenisini yazmayıb. Pozanla silib və tamam fərqli, gələcək nəsilləri çaşdıracaq dərəcədə başqasını yaradıb. Ona görə də Bakı İcra Hakimiyyətinin rəsmi nümayəndəsi «Axı sökdüyünüz tarixi binadır!» iradına «Nə olsun, burda sökərik, başqa yerdə ucaldarıq» deyə bilir.
Dünyanın gedişindən baş açmağa çalışan mistiklər onsuz də deyir ki, yaşadığımız dünya elə başayaq dünyadır. Hansısa ali dünyaların yerə düşmüş proyeksiyası, kölgəsidir. Ona görə də Avrovijen müsabiqəsinə qədər şəhərimizin simasında əmələ gəlcək kosmetik və köklü dəyişiklikləri də şəffaf dünyaların Bakınn başında çatlayacaq proyeksiyası saymaq daha rahatdı. Minilliklər boyu olduğu kimi, sökəcəklər, evini başna tökdüyü adamları qabaqlarına alıb qatacaqlar, bütün bunlara nəsə abırlı, bəlkə də gözəgəlimli ad verəcəklər, inkişafın illüziyasını yaradacaqlar. Nə qədər gec deyil şəhərə çıxıb qədim binaların qarşısında şəkil çəkdirmək lazımdı, qoy fotolarda yaşasın.
Adımın dəyişməsinə gəlincə hələ ki, tərəddüdlər içindəyəm. Axı hələ ki, dəqiq bilmirəm ki, Rəfiq Gülnarəyə Gülnarə Rəfiq qədər qonorar verəcəklərmi? Hər halda əlinə «təzəcə qələm almış yazar» redaktorla pul söhbəti eləməyə ürəklənməz?! Sonra sıfırdan başlayıb oxucu yığmalı olacam. Bu dəfə Gülnarə Rəfiqdən ağıllı, bacarıqlı, istedadlı olduğumu sübut etməliyəm. Dəyişikliklərin belə fəsadları da var. Dəyişiklik yapanlar bunu bilər…

 

 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?