Qəbirlərə çığınan tariximiz
Şəhidlərin məzarına daha bir qərənfil dəstəsi


İş belə gətirib ki, biz tarixi qəbirlərdən öyrənirik. Qədim insanın yaşayış məskənlərini tapırıqsa qəbirləri açıb sümüklərini, basdırılma şəraitini, son mənzilə yola salınma mərasimindəki atributları bitdə-bitdə analiz edib nəticələr çıxarırıq. Belə sübut dəlili olmasa bir xalqın da «Mənim babalarım bu torpaqda çoooox qədimdən bəri yaşayır» deməyə haqqı çatmaz. Allahın da bizə yazığı gəlib köhnə qədirlərdən torpağımızı bol eləyib. O qədər bol eləyib ki, qonşularımız da payımıza gözü düşür və özlərini cırıb dağıdandan sonra Qarabağ boyda parça qoparıb onlara verirlər. İndi onlar alban xaçdaşlarını xaçkar kimi bütün dünyaya göstərir. Ona görə də deyirlər ki, tarix çox sürüşkən bir elmdi, ona o qədər də etibar eləyəsi deyil.
Tarixin arabir qayıtmaq adəti də var. Yadınızda olar, bu gün 21 il əvvəl şəhidlərimizi xiyabanda basdıranda hamı bir ağızdan eyni fikri səsləndirirdi: «Burada həmişə qəbirsanlıq olub. Sümükləri çıxarıb park salmaqnan deyil e, tarix öz çarxını öz- bildiyi kimi fırladacaq». İş bu dəfə elə gətirdi ki, dağüstü parkda yelləncəkləri saxlatdırıb 20 yanvar şəhidlərini basdırdıq. Başdaşını bir elə də bəzəmədik, adlarını, soyadlarını yazıb hamısına eyni gündə ölüm tarixi qoyduq. Misir faraonları kimi qəbirləri ev əşyaları, qul-qaravat, qır-qızılnan doldurmadıq. Müsəlmanın o dünyaya aparası bir şeyi olmaz. Şəhidlər barədə dastanlar qoşduq, ağladıq, sızladıq. Ağlamağımızın yubileyini də qeyd etdik. Bu il yubiley ili deyil. Amma yenə də şəhərin asfaltını eşən tanklar, güllələr, torpağı bəzəyən qıpqırmızı qan və qıpqırmızı qərənfillər xatırlanacaq.
Tarixin sürüşkənliyini unutmayaq, ona görə də bu günü kağızlara yox, daşlara yazaq. Bəlkə minillər keçdi, yer üzündə kataklizmlər oldu, bəlkə də neft qurtardı və enerji qıtlığı oldu, kompüter və İnternetdən seçilmişlər istifadə edə bildi, ya da sivilizasiya yer üzündən silindi, bax onda tarixi daşlardan və qəbirlərdən oxuyacaqlar. Dağüstü parkdakı qəbirləri tapmış arxeoloqlar bilməyəcək ki, İlham və Fərizə kimdi və onlar niyə birlikdə basdırılıb. Ya da qatarlama qəbirlərin yerini kim və niyə məhz burda seçdi. Onlara 20 yanvar faciəsini danışan olmayacaq. Qara mərmərlər faciə barədə bir klmə də danışmayacaq onlara. Amma danışması lazımdı. Özümüz olmasaq da qoy daşlarımız danışsın. Pasxa adasının nəhəng daş heykəlləri kimi susqunluq bizə yaraşmaz.
Kim düşünər ki, ölülərlə döyüşmək asandı? Əlbəttə, onlardan kimsə qəbrini yırtıb öldürənin dalıyca gəlməycək. Divara dirəməyəcək, qanının haqqını istəməyəcək, gözlərini bərəldib «Niyə?!» sualını səsləndirməyəcək. Bəlkə bunu bilirik deyən ölənlərin dalınca danışmağı adətlərimiz yol vermir. Qədim dövrlərdə də ölənlərlə eytiyatla davranardılar. Şərqdə hətta düşməni basdıranda da ağlayıb sızlayardılar. Çünki ölənlərlə və qalanların dünyasının birliyinə ananardılar, keçmişin, indinin və gələcəyin vahid, bölünməz olduğunu bilərdilər. Qədim insanlar ölənlərin qisasından xüsusilə qorxardılar. Haqq dünyasını görüb amma qisas xətrinə geri qayıdanların hiddəti can daşıyanların daimi qorxularından olub.
Bu günyada ölənlərə sorğu-sual olmaz. Kimsəyə «Həmən gecə niyə küçəyə çıxdın axı!», «Niyə gizlənmədin?», «Niyə tankdan hürkmədin?», «Rusların məkrli olduğunu bilmirdinmi!?», «Vətənini balalarından artıq niyə bildin?» kimi sallardan birini də verə bilmərik. Amma gic-gic reklamlarda çəkilib pul qazanan Qorbaçovdan hələ ki, soruşa bilərik ki. Üstündən illər keçsə də onu hələ də məhkəməyə verə bilərik. Heç olmasa vicdan məhkəməsi quraşdırıb suallarımızı yağdıra bilərik axı. Ölümünə bais olanlar onu divara dirəməyəcək, suallarını yağdarmayacaq, heç gözünün içinə də qınaqla baxmayacaq. Ondan bir dəstə qərənfil də uman olmayacaq. Onun əvəzinə dağüstü parka qərənfili biz də apara bilərik. Günahlarının etirafına gələndə biz acizik. Bu hərəkəti eləməyincə ona nə bu, nə də axirət dünyasında rahatlıq olmayacaq…

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?