Cızığın diliylə


Deyirəm yaxşı ki, yazıları qələm kağız yox, kompüter vasitəsilə canlandırırlar. Təsəvvür edirsiz, gələcək nəsillər cızmaqaralarımı oxuyub psixoloji portretimi səhvsiz deyər, üstəlik bir balaca qımışıb da hələ demədiklərini ürəklərindən keçirərdilər. Kompüterdə yazsam belə onsuz da əhvalımı yazıya köçürməyimi mənə çox irad tuturlar. Görürsən ki, tamam fərqli mövzuda iki kəlmə yazmağa bəndəm, dostlarım zəng eləyib «nə var, nə yox?» deyir. Bir növ əhvalımın pəjmurdə olduğunu yazıdan duyurlar. Ola bilr ki, klassiklər bilsəydi ki, onların yazdıqlarını böyüdücü şüşə altında analiz eləyib, sözlərə çevrilməmiş sətiraltı emosiyalarını ortaya çıxaracaqlar, yəqin ki, çox ehtiyatlı olardılar.
Xəttə baxıb xasiyyət təyin eləməyin kökləri çox qədimdi. İmperator Neron (o boyda şəhəri oda vermişdi) məktublarının birində yazırdı ki, «Mən bu adamdan qorxuram. Onun xətti göstərir ki, xəyanətkar təbiətlidir». Amma hayıf, orta əsrlərdə toplanmış qrafoloji biliklər itirilib. 20-ci əsrdə psixoloqlar bu sahədə itirilmiş bilikləri bərpa eləməyə çalışıblar. Görək nə alınıb.
Soldan sağa, güzgülü xətt psixologiyada «Leonardo xətti» adını alıb. Leonardo da Vinçi məktublarını belə yazırdı. Bu da onlarını nəinki təhlilini, hətta oxunmasını da çətinləşdirirdi. Napoleon isə ömrü boyu xəttini az qala 7 dəfə dəyişdirib. İllərin üstünə il gəldikcə onun xətti daha da mürəkkəb və anlaşıqsız olurdu. Yeri gəlmiş, Napoleon da roman yazmaq cəhdi eləyib. Əsərin adı «Klissson və Yevgeniya»dın. Bu əsərin oxunub başa çıxılması mütəxəssilərə it əzabı hesabına başa gəlib. Puşkinin xəttini «tezbazar» adlandırmaq olar. Hələ stenoqrafiya kəşf edilməmişdən əvvəl Puşkin yazılarıyla müasirlərini, sonra isə gələcək nəsilləri çaşbaş qoyurdu. Belə yazı tərzinə görə müəllimləri onu o qədər danlayırmış ki. Müasirləri də dahi yazıçının bu kiçik çatışmazlığına rəğbətlə yanaşmazdı, çünki o dövrdə bu gür yazmaq ədəbsizlik sayılırdı. Bəlkə də bunu bildiyindən Lermontov səliqəli yazmağa çalışırdı, amma heç cür alınmırdı. O, nə qədər çalışsa da sətirlər həmişə yuxarı dartınır, hərflər ya xətdən aşığı, ya da yuxarı düşürdü. Ona görə də onun xətti indi psixologiya kitablarında nevrotik şəxsiyyətin xətti qrafasında klassik nümunə kimi verilib.
Elə bu səbəbdən də Bethovenin 9-cu simfoniyası ifasından 2 il keçmiş nəşr olundu. Çünki ifadan sonra Bethovenin xəttini yaxşı anlayan, bütün notlarını köçürən köməkçisi vəfat eləmişdi. Dahi bəstəkarın xəttini araşdırmağa başqa köməkçiyə 2 il gərək oldu. 2 il sərf eləməyinə baxmayaraq o, çoxlu səhvlər də eləmişdi. Onun səhvlərini düzəldən Bethoven hirsini gizləyə bilməyib hər 2 dəqiqədən bir «Axmağın biri, səfeh!» deyib çığırırmış. Çörçillin də xətti o qədər xırda və oxunulmayan idi ki, adətkarı olmasan yazdığı bir cümləni də oxuya bilməzdin. Bir dəfə Çörçillə deyirlər ki, onun xətti Kleopatranın xəttinə çox oxşayır. Bunu eşidən Çörçill şövqə gəlib təsvirə gəlməş fərəh hissi keçirmişdi. Karl Marksın da bəzi sənədlərini oxumaq çox çətindi. Çünki sözləri yapışıq yazmaq adəti vardı. Enşteynin bilsəydi ki, hamı onun xəttinə baxıb xasiyyətinin pintiliyini anlayacaqlar yəqin ki, yenə də əlyazmalarının üstündə kofe içərdi. Onun əlyazmalarında kofe izlərindən başqa mürəkkəbə bulaşmış əlinin, barmaqlarının ləpiri də gözə girir. Lev Tolstoyun xəttini anlamaq ona görə çətin idi ki, yazıda hərflərlə bərabər işarələr, mənasını yalnız özü bildiyi əlavələr olurdu. Onun xəttini yalnız həyat yoldaşı anlaya bilirdi deyən bizim zorla oxuya bildiyimiz bir qarış qalınlığında olan «Hərb və sülh» romanını dəfələrlə köçürməli olmuşdu. Bəlkə ona görə psixiatr Çezare Lombrozo Tolstoyun xəttinə baxaraq belə nəticəyə gəlmişdi ki, bu xətt yüngül davranışlı və psixopatik təbiətli qadına məxsusdur.
Əllə, ya kompüterdə, yazdınsa göndərməlisən. İndi biz internetdən istifadə eləyirik. Amma qədimdə camaat konvert alır, marka yapışdırır, məktubu içinə qoyub hələ bir tüpürcəyi ilə konverti qapayıb sonra poçtla göndərirdilər. Amma əlyazmanı poçta etibar eləməyə ürək gərəkdi. Təsəvvür eləyin ki, «Hərb və sülh»ün yeni redaksiyasını ititrirlər və Tolstoyun arvadı onu yenidən köçürməli olur.
Düşünmək düzgün olmazdı ki, bizdə hər poçt qutusunun yanında bir Novruzəli dayanıb. Biz də poçtdan istifadə edirik. Məsələn, bu yazını indi konvertə qoyub redaksiyaya göndərsəm gələn kvartalda ünvanına çatar. Şikayətin yeri deyil, amma dəqiqlik rəmzi olan ingilislərin də bu səhədə səhvləri olur. Məsələn, Uoll Stritdə böhrandan əvvəl 1929-cu ildə göndərilmiş bir məktub ünvanına 2008-ci ildə növbəti böhrandan əvvəl çatmışdı. Maraqlıdı ki, Kral möhürlü bu məktubun üstündə «Gecikməyə görə üzr diləyirik» yazısı vardı.

 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?