Portret ustası İsmayıl Məmmədovun portretini mənə bağışladığı qələm və təbəssümlə çəkmək istədim
Deyirlər, rəssam
ağac çəkirsə ağaca, qum çəkirsə quma «çevrilməlidi» ki, canlı alınsın.
Bəs, insanları çəkməyi xoşlayan rəssam necə? O da çəkdiklərinə uyğunlaşmalıdırmı?
Bunu portret, şarc çəkməklə ad çıxaran İsmayıl Məmmədovdan yaxşı kim bilər? «Qız
qalası» verilişindən əvvəl də onu insanlarla maraqlanan rəssam kimi tanıyırdılar.
Çəkdiyi portretlərin miqdarına görə bəlkə də Ginnesin rekordlar kitabına
düşə bilər. Dalıyca düşən olsa. Onun da portretini çəkən olubmu görən?
Amma rənglərlə yox.
Doğuldu, təhsil aldı, sərgi açdı – bunlar da önəmlidir. İşlərinin nümayiş
edildiyi ölkələrdən Fransa, Belçika, İtaliya, Almaniya, Avstriya, Danimanka,
Bolqarıstan, Finlandiya, Kuba, Suriya, Macarıstanı qeyd eləmək, «QızılDərviş»,
«Humay» mükafatlarının adını çəkmək olar. Sənət bilicilərinin, dostlarının
fikirlərini də sadalamaq müəllif üçün şərəflidir. Amma yatardıqları daha
maraqlıdı.
Əsərlərinin xronologiyası onun keçdiyi yoldur. Rəssam yaradıcılığı avtobioqrafik
olduğundan.
Portretə ilk ştrix
Təxminən bir il əvvəl qara mürəkkəbli qələmi o vaxt qəribə saydığım təbəssüm
və «gör nə qədər potensial portretlər bağışladım sənə» sözləriylə birlikdə
mənə uzatdı. Hər dəfə o qələmi mənası şübhəli yazılarçün işlədəndə fikirləşirdim
ki, İsmayılda qalsaydı, fərli bir şey çəkərdi. Böyük həvəslə çəkər və
ondan da böyük həvəslə bağışlayardı. Hərdən adamda elə təəssürat oyanır
ki, deyəsən, onun çəkməyi də bağışlamaq üçündü… Rəsmlə birlikdə çəkiliş
anındakı hisslərin kodlaşmış variantı və ona sərf edədiyi cəmi 5-7 dəqiqəni
də bağışlayır. Çəkdiyi portretlər içində kədərli üzə, qaba emosiyaya rast
gəlmədim. Elə bil kobudluğu, qəddarlığı görmür, görmək istəmir. Portretlə
birlikdə özünün o adama münasibətini də çəkir. Bəs bağışladığının əvəzində
nə qazanır görəsən?
– Çəkə-çəkə insanların xariciylə bərabər içini də görməyi öyrənmişəm.
Amma pis xüsusiyyətləri çəkməməyə çalışıram. Əsasən də qadınlarda, axı
onlar inciyə bilərlər… Özümsə çəkdikcə xəttin, çızığın qüdrətini başa
düşməyə başlamışam. İndi xətt, çızıqla daha çox şey deyə bilirəm, nəinki
rənglərlə.
Kökü kəsilməmiş… «Əjdaha»lar
Teatr rəssamı kimi də tanınır. Akademik Dram Teatrında tamaşalara tərtibat
verir, Musiqili Komediya Teatrının baş rəssamıdır. Başqa bir ölkədə rəssam
iki ildə 8 tamaşa hazırlasaydı, həyatının azı 10 ilini təmin eləmiş olardı.
Sifarişləri “Pul imkanı məhduddur” sözləriylə birlikdə qəbul edir. Eskizlər,
dekorasiya, kostyumlar, tamaşaçının görə bilmədiyi səhnəarxası toz-torpaqlı
quraşdırma işləri…
«Bankir adaxlı» tamaşasında «görməmiş xanımın» evini növbənöv qablarla,
çeşidli rəsmlərlə bəzəmək fikrinə düşmüşdü. Özü də tək yox, həmkarıyla
birgə. Yəni müxtəlif boş çərçivələri müxtəlif müəlliflər doldurmalıydı.
Bu ideya alınsaydı, Musiqili Komediya Teatrının fondunda Azərbaycan rəssamlarının
bir nəslinin işləri dekorasiya üzərində toplaşmış olardı. Birbaşa dekorasiya
üzərinə çəkmək sevincini mənimlə də bölüşdü. «Böyük zövq alacaqsan» sözləriylə
dekorasiyanı korlamaq qorxumu da sındırıb yamyaşıl «əjdahanın» xeyir-duasını
verdi. Rənglər, kətan, yanpörtü çərçivə, onun tələbələriylə bir neçə saat
və vəd olunmuş zövq. Premyerada pərdə qalxan kimi birinci axtardığım da
o «əjdahaydı». Hər yeni tamaşada pərdə qalxan zaman İsmayılın duya biləcəyi
sevinc və fəxr hissinin həcmini indi başa düşürəm. Amma duyduğu təkcə
sevinc hissi deyilmiş. Antraktda dostlarıyla birlikdə meyvə şirəsi də
boğazından keçmədi. “Eh, mən nə haydayam...” deyib səhnə arxasına keçdi.
Həyat yoldaşı Zərifə xanımın dediklərindən::
– Canını qoyub hər işə. Başqaları eskizləri təhvil verib arabir
iş prosesinə nəzarətçün gəlibgedirlər. İsmayılsa səhnə üçün tül almağa
da özü gedir.
«Rəngli yuxular»ın doğulduğu
yer
Onun öz dünyası var, hamı kimi. Dünyasını materiala köçürməkçün emalatxanaya
gedəndə özünə qayıtmış olur. Bura jurnalistlər hazırlıqsız da gələ bilər.
Krişnaçılar hesab edir ki, dəfələrlə təkrarlanan söz materiyaya çevrilir.
Bəlkə dəfələrlə baxılan materiya da canlanır? Suallar, cavablar öz əhəmiyyətini
itirdiyindən yalnız İsmayıl Məmmədovun iç dünyasına baxmaq gərəkdi. Adi
emalatxana təsəvvürlərindən bir o qədər fərqlənməyən otaqda hər yer rəng
qabları, fırçalar, üstündə xatirə ləpiri, üstündə göz yeri olan əşyalar,
kağızlar, boş çərçivələr, heç bir emalatxanada olmayan aura və işıq. Bu
işıq gün keçdikcə üstünə düşdüyü rəsmlərin də emosional təsirini dəyişir.
Elə bil “Heç bu cür görmüsənmi, bir də bax” deyir. Hər dəqiqə, hər saat
baş verən dəyişikliyi gördüyündən sən də müəlliflə birgə onların canlı
olduğuna şahid olursan. Və inanırsan ki, yalnız həyat ritmimiz üst-üstə
düşmədiyindən onlar cansız, sənsə canlı adlanırsan. Fərq bircə bundadır.
Bir neçə dəqiqədən sonra qəhrəmana dəyən ox bir az da dərinə gedir, axıdılan
qan bir az da qatılaşır, peyzajdakı buludlar yerindən tərpənir, avtoportretin
baxışları bir az da itiləşir, yarımçıq işlər bar-bar bağırır. Boş çərçivələr
arasından görünən başqa boş çərçivələr dolacağı günü səbirsizliklə gözləyir
ki, tələsik öz boşlüğünun içindəkini açıb töksün ortalığa. Belə bir yerdə
«Rəngli yuxular»ı görməməkmi olar? 94-cü ildən sonra ən ağrılı günlərin
birində yaranmış, şüşə üzərində rənglə çəkilib ardınca kağıza köçürülən
«yuxuları» rəssam hələ də görür. Nədənsə ağrılı və çətin günlərdə heç
vaxt maraqlanmadığı qızılgülləri və natürmortları çəkməyə başladı. Bir
gün arzuladı at çəkdi. Bir gün at dönüb öküz oldu. Mübarizə eləmək istədi
– şirlər çıxdı meydana. İndi əjdaha ilində əjdahalarla döyüşür. Qəhrəmana
dəyən ox bir az da dərinə gedir, axıdılan qanbir az da qatılaşır, peyzacdakı
buludlar yerindəntərpənir, avtoportretin baxışları bir az da itiləşir,
yarımçıq işlər bar-bar bağırır. Belə bir yerdə «Rəngli yuxular»ı görməməkmi
olar? 94-cü ildən sonra ən ağrılı günlərin birində yaranmış, şüşə üzərində
rənglə çəkilib ardınca kağıza köçürülən «yuxuları» rəssam hələ də görür.
Bir gün at dönüb öküz oldu. Mübarizə eləmək istədi – şirlər çıxdı meydana.
İndi əcdaha ilində əcdahalarla döyüşür. Amma öküz başında dayanan balaca
adam qoymaz buralarda çox qan tökülsün. Lap həsəd aparırsan…
– Hərdən özüm də özümə həsəd aparıram. Bəzən ayağını kandardan içəri qoyan
kimi emosiyalarını bərpa eləyirsən. Amma rəngkarlıq xəyanəti bağışlamır.
Yağlı boyayla işləyəndə işi yarımçıq qoymaqolmur, keyfiyyətini itirir.
İşlərsə o qədərdi ki, bir müddət ətrafla əlaqəni kəsib burda qalmalısan. Bu adama böyük səadət kimi gəlir.
Əlbəttə, vaxt olmaz da. Uşaq kitablarına tərtibat, döş nişanları, markalardantutmuş
rəngli qrafika, yağlı boya – hamısıyla məşğuldu. Təzəlikcə Bakının xəritəsini
bitirib. Şəhərin ən gözəl binalarını əvvəl bir-bir çəkib, sonra kiçildib
şəhərin xəritəsində yerləşdirib.
– Bilirəm, məni xırdalanmaqda, artıq iş görməkdə günahlandırırlar. Düzdü,
çox enerci işlənir, amma heç kim bilmir ki, işlətdikcə əvəzi gəlir. Axı
mən bu xətti sevirəm ki, çəkirəm. Dəvətnamə, afişa, tərtibata vaxt və
enerci sərf eləyirəm ki, camaatın gözü sevinsin. İnsanlara gözəllik bağışlamaqdan
xoş nə ola bilər? Tarixdə elə rəssamlar var ki, neçə nəslə bünövrə olublar.
İndiki rəssamlar fərqlənməyə çox can atırlar. Amma mən bünövrə olub ayaq
altında qalmağa da razıyam. Qoy mənim elədiklərimdən faydalansınlar.
Qəhrəmanın
qorxuları
– Bəzən arzularımın reallaşmayacağından qorxuram. Qana da baxa bilmirəm.
Görəngə dizlərim bükülür, bu vaxt mənim özümə kömək lazım olur. Bir də
iki nəfərin qeybətini eşitməkdən qorxuram. Daha doğrusu, onları belə vəziyyətdə
görəndə özüm utanıram.
Soyuldum Nəsimitək…
«Azərbaycan» kinoteatrında gedəcək filmlərin telereklamları hər dəfə bəlkə
də İsmayıl Məmmədovun yarasının qayğısını qoparır. Kinoteatrın sonuncudan
əvvəlki təmirinin ağırlığı onun üzərində olub. Kinoya aidiyyəti olanların
rəsmləri, Azərbaycan kino tarixindən kadrlarla bəzənmiş vestibülü xatırlayanlar
hələ də var. Bir divarda Məşədi İbad cırtıq çalıb oynayır, o birində arşın
malçı qızlara parça ölçür, lap girəcəkdəsə Nəsiminin dərisini soyurlar.
İndi bu rəsmlər yoxdur. Kinoteatrı yenidən təmir eləyəndə kəsiblər. Divarları
Nəsimitək soymamışdan əvvəl müəllifə xəbər verilsəydi, onun müəyyən hissələrini
xilas etmək olardı. Heç olmasa orada əks olunmuş 160 portret kəsilib yiyəsinə
hədiyyə edilməliydi. Eləcə də Fantanlar meydanındakı «Retro» fotoatelyesi,
«Əfsanə» kafesi… İncəsənət tarixində müəllifin sağlığında divar rəsmlərinin
məhv edilməsinə aid nümunə çətinki, tapıla. Freskaların üstündən rənglənməsini,
məbədlərin məhv edilməsini sovet tarixinin ləkəsi saysaq da, dağıtmaqda
davam edirik. Unutmuşuqmu divar rəsmi nədir? İndi «yevroremont» dəbdədir.
Ucdantutma ağappaq…
Sevgi maskası
Hamı kimi onun da maskası var. Kimi təkəbbür, ciddilik, kimi etinasızlıq
maskası taxanda o, sevgi maskası taxıbçıxır araya. İri, üzünün yarısını
tutan təbəssümüylə birinin kürəyini sığallayacaq, o birinə ürək-dirək
verəcək. Vaxtilə heykəltaraş olmaq istəyib. Bəxtindən o vaxt heykəltaraşlıq
fakültəsi 4 illik bağlanıb. Amma əlləri «görmək» qabiliyyətini hələ də
saxlayır. Deyir, əllərlə daha yaxşı «görürəm». Kiminsə kürəyini sığallayanda
həm formanı, həm də məzmununu tədqiq eləyir.
– Bəzən teatrda aktyorlardan birinin əhvalını pis görüb yaxınlaşır, ona
sığal çəkirəm. Yaxud aktrisalarla öpüşüb - görüşürəm. İncimək heç kimin
ağlına da gəlmir. Deyirlər, eh, İsmayıldı da…
Portretə son ştrix
Ola bilər, o, elə indilərdə emalatxanasıyla vidalaşır. Yanında adam olsa
belə, bəhanə tapıb son dəqiqələri tək olmağa çalışır. Sonuncu siqaretini
yandırıb işığın yaratdığı vəziyyəti içində saxlamaq istəyir ki, gələn
dəfə bunu bərpa eləmək asan olsun. Obrazlarıyla vidalaşıb həyatın axarına
düşür.
– Emalatxanadan sonra hər dəfə şəhərə uyğunlaşmaq mənimçün çox çətin olur.
Elə bil içimdə nəsə gizlətmişəm, onu tapdaya bilərlər. Bəzən bu, qorxuya
da çevrilir. Bu vəziyyət bir xeyirxah adama rast gələnə kimi davam eləyir…
«Avropa»
qəzeti
23-29 dekabr 2000