Qadın kosmonovatları kosmosda uşağa qalmaqçün ora göndərirlər
Təhsilinə görə filoloqdu.
Uzun müddət Mədəniyyət Nazirliyində sosiologiya şöbəsinə rəhbərlik edib.
Hazırda Moskvada yaşayır və işləyir.
1994-cü il fevralın 14-dən naməlum instansiyadan hər gün qeyri-adi informasiyalar
alır.
Şer yazır, şəkil çəkir.
Bu səkkiz ildə onun dillər, fəlsəfə, elm, etika, poeziya, qrafika, astrofizika,
kimya, din və s. sahələrdə aldığı məlumatlar Rusiyanın bir sıra nüfuzlu
institutlarında tədqiq olunub.
Bakıya qısa müddətli səfərində Maya Bədəlbəylidən götürdüyümüz müsahibənin
davamını sizə təqdim edirik.
İkinci söhbət
- Kütləvi psixozdan, kainatın sirlərini "oxuya" bilən
adamlarda psixi pozuntulardan danışdız. İndi ortaya atılan ekstrasenslər
psixikası pozulmuş insanlardı?
- Ekstrasenslik sənət deyil. Ekstrasenslər hansı enerjiylə işlədiklərini
bilmirlər. Çünki insana təsir mexanizmi hələ müəyyən edilməyib. Keçmiş
SSRİ-də ekstrasens adlandırılan ilk şəxs Cuna olub. İndi o özünə ad-san,
böyük kapital qazanandan sonra deyir ki, əllə sağaltmaq mümkün deyil.
Ekstrasenslik pul qazanmağın ən asan yoludu. Şöhrət və pul ardıyca gedənlər
onlara bəxş edilmiş təmiz vibrasiyalardan tədricən uzaqlaşırlar. Şöhrətpərəstlik,
pulgirlik kainatı olduğu kimi dərk etməyə mane olur. Sivilizasiyadan kənarda
yaşayan aborigenlər elmi-texniki tərəqqidən uzaq qaldıqlarına görə bizim
ekstrasenslik kimi qiymətləndirdiyimiz dərəcədə hissiyyatlıdılar.
Bir neçə il əvvəl mənim yanıma 12 yaşlı qız gətirmişdilər. Əlləri o qədər
həssas idi ki, gözübağlı oxuya, görə bilirdi. Qohumları onu qeyri-adi
olduğuna, Allahdan vergi verildiyinə inandırmışdılar. Mən indi bilirəm
ki, Moskvada bir məktəb var, əllə "oxumağı" öyrədirlər. Belə
işlərin peşəkarları karma, günahlar, keçmiş həyat və başqa şeyləri camaata
təlqin eləməklə onları sektalara cəlb edib çaşdırırlar.
- Deyirlər, insan enerjisi təbiətdə analoqu olmayan bir enerjidi.
- İnsan canlı olaraq impuls verir və qəbul edir. Bununla öz ətrafında
biosfer yaradır. Bu biosfer Yer kürəsinin ətrafındakı qatlarla əlaqədədi.
Öncəgörnə qabiliyyətinə malik insanlar ya insanın öz sferasına, ya da
onun vasitəsilə Yerin informasiya qatlarına girə bilirlər. Bu yolda sapmamaq
üçün yüksək intellekt lazımdı. Məsələn, Tofıq Dadaşovda olduğu kimi.
- Tofiq Dadaşov qəzetlərdə elan verir: "Taleyi korrektə edirik,
gözdəymədən qurtarırıq, uğura kömək göstəririk..." O səviyyəli insan
bilmir ki, başqasının taleyinə müdaxilə etnıək olıııaz?
- Xəbəriniz varmı, biz indi söhbətləşdikcə də bir-birimizin taleyini korrektə
edirik. İnsanların ünsiyyətə ehtiyacı var. Bu gün cəmiyyət Tofiq Dadaşovdan
lazımi qaydada yararlana bilmir. 2000-ci ildə mənə Azərbaycan Ekstrasenslər
Birliyinə rəhbərlik eləmək təklif olunmuşdu. Qəbul etmədim. Çünki onlar
ciddi işlə məşğul olmurlar.
- Ruhun yenidən doğulması, reinkarnasiya barədə çox danışırlar...
- Mən ölürəmsə, mənimlə birlikdə "Mən"im də ölür. Subyektiv
bitir və mən obyektiv dünyanın hissəsinə çevrilirəm. Bura xeyir və şərin
olmadığı ahəngdar dünyadı. Yerdən kənarda cənnət-cəhənnəm yoxdu. Ölümdən
sonra həyat yoxdu, çünki ölümün özü yoxdu. Reinkarnasiya başqa həyat ritminə
keçmək deməkdi.
Yeni həyatın yaranmasıyçün qadın və kişi müəyyən münasibətə gir- məlidi.
Mayalanmasa o zaman baş verir ki, yumurtalıqla spermatozoidin hər ikisi
rezonansda olsun. Biz özümüz şüalandığımız kimi xaricdən də impuls qəbul
edirik. Hüceyrə mayalananda informasiya mühitindən təkan almalıdı. Bu
informasiya qatında başqa insanlar haqqında da məlumat saxlanır. Deməli,
məndə başqaları haqda da məlumat var. İnsan öləndə sanki bir proqram bitir,
başqa səviyyəyə keçir. O, dünyanın başqa hissəsinə reinkarnasiya olur.
- Quranda deyilir ki, qohumlar, yaxınlar o dünyada birlikdə olacaqlar.
- Güclü şəxsiyyətlər haqqında informasiyalar heç vaxt itmir. İnfor- masiya
qatında bir-biriylə vibrasiya tezliyi uyğun gələnlər bir yerə toplaşır.
Ola bilsin, bu dünyada insanın doğulmasıyçün impuls lazım olanda o toplu
bir nəfərin cisminin doğulmasına təkan verir. Alın yazısı da elə doğum
anında alınan impulsdu.
- Başqa sivilizasiyalar bu prosesdə iştirak edirmi?
- Yer kürəsi periodik olaraq kataklizmlər, bədbəxt hadisələr haqqında
bəzən işarələr şəklində, bəzən müxtəlif şəxsiyyətlər vasitəsilə xəbərdarlıqlar
alır. Bəlkə mifoloji allahlar haqqında hekayətlər də burdan gəlir. Biz
kainatın bir parçası olub onunla harmoniyada yaşamalıyıq. Bizim dünyada
baş verən hadisələrə onlar - başqa sivilizasiyadakılar etinasız qala bilməzlər.
Onlar insanın nüvə silahı yaradıb özünü və yaşadığı planeti məhv eləməsinə
sakıt baxa bilməzlər.
Üçüncü minillik bizə çox şeyi anladacaq, xüsusilə də insanın Yer üzündə
yaranışı barədə. Mən düşünürəm ki, insan lap əvvəldən elə bu quruluşda
- iki əlli, iki ayaqlı yaradılıb. Beyninin işləməsiyçün o, şaquli gəzməliydi.
Müasir elm Darvinin nəzəriyyəsini şübhə altına salıb. Məndə olan informasiya
əsasında deyə bilərəm ki, insanı bizdən yüksəkdə duran sivilizasiya süni
yolla xəlq eləyib. Buzlaqların hidravlik ağırlığı Yerin təkində gilə bənzər
maddə əmələ gətirib. Hidravlik elementlərə müəyyən miqdarda gün işığı
və alfa, betta, qamma tipli şüalar təsir göstərib. Suda yox, məhz yerin
təkində həyat üçün əsas yaranıb. Bu maddəni götürüb laboratoriya şəraitində
insan yetişdirməyə cəhd ediblər. Yer kürəsi isə bu vaxt artıq yaşamaqçün
hazır idi. Yerdəki bitki və heyvanlar da insanın mühiti kəşf edib onunla
birlikdə yaşamağı öyrənməsiyçün yaradılıb. İnsanın yaradılması üçüncü
cəhddə baş tutub.
- İlk insanlar da indiki kimi kişi və qadınlardan ibarət olub?
- Bunu dəqiq deyə bilmərəm. Çünki insanın yaranışı haqda mənə informasiya
gələndə birdən "cinslərə bölünmə" məsələsi ortaya çıxdı. Cinsə
ayrılmanın Yerdən kənarda olması barədə məlumat yoxdu. İnsanın mühiti
tanıması və ona uyğunlaşma prosesində mutasiyaya cəmi 15 faiz yer ayrılıb.
- Deməli, biz heç vaxt yekəbaş, yaşıl adamcığazlara çevrilməyəcəyik?
- Əlbəttə, yox. Mühitə təzəlikcə uyğunlaşdığı vaxtlarda insanın yaradanla
telepatik əlaqəsi vardı. Tədricən ciddi nəzarət götürüldü, insan öz başının
ağasına çevrildi. Belə müstəqilliyin çox ciddi problemlərə gətirib çıxardığı
vaxtlarda əlaqə bərpa olunmağa başladı. Bu, peyğəmbərlər dövrünə aiddi.
İnsan vahid Allaha inanmasaydı, Yer kürəsi salamat qala bilməzdi.
- Quranda deyilir ki, Məhəmməd peyğəmbər sonuncudu. Doğrudanmı
bəşəriyyətin yerə nur gətirəcək daha bir peyğəmbərə ehtiyacı yoxdu? Hər
şey bu qədərmi ümidvericidi?
- Peyğəmbərlər də insandı, amma müəyyən təsir nəticəsində onların dünyagörüşü
çox genişlənib, adi insanlardan fərqləniblər. Ona görə də adi insan peyğəmbərə
bənzəməyə can atıb. İndi elə dövr gəlir ki, hər kəs öz rolunu, kainatda,
kosmik proseslərdə yerini tapıb yüksəlməlidi. Hamımız peyğəmbər səviyyəsinə
çatmalıyıq ki, yeni inkişaf dövrünə adlaya bilək. Düşüncə stereotiplərinin
əsarəti altında yaşayan insan kosmik məkan və öz yaranışı barədə fıkirlərin
içində azıb qalıb. O heç ağlına da gətirmir ki, həqiqət onun öz içindədi,
kainatın bütün sirləri ezəldən varlığına köçürülüb.
- Bizi Allah yox, başqa sivilizasiya yaradıb fikri çox cəsarətli
səslənir.
- Niyə də olmasın? Mən başa düşmürəm, biz niyə fıkirləşirik ki, kainatda
təkik. İnsan kiçik ağlı və kainat haqqında iynə ucu boyda məlumatıyla
Aya uçan kimi tələsik ora bayrağmı sancdı ki, bura bizimdi. O vaxt mən
"Marsda həyat olub" demişdim. Bunu indi elm də təsdiqləyir.
Bəşəriyyət başqa planetlərə köçmək barədə düşünür. Kosmosda aparılan təcrübələrin
də əksəri orda yaşaya biləcək həyat formalarının yaradılmasına yönəlib.
Qadın kosmonavtları kosmosda uşağa qalmaqçün ora göndərirlər.
- Təcrübələr alınıbmı?
- Dəqiq deyə bilmərəm. Amma yaranışdan bizim məqsədimiz pla- netləri fəth
etməkdi. Yeri öyrəndik, indi kosmosu ələ alırıq. Çünki özümüz atmosfer,
lazımi temperatur olmadan yaşaya bilmirik. Ordakı şəraitə uyğun canlını
klonlaşma yoluyla yaradandan sonra həmin planetin faydalı qazıntılarından,
bəlkə də neftindən istifadə edərik.
- Yeri zibillədik, talan elədik... Kosmosu da bu günə salacağıq?
- Bax, onda biz onlara xəbər göndərəcəyik: "Bir-birinizi sevin. Torpağı
zibilləməyin, məhv olarsız. Allahın qanunlarına riayət edin". Sonra
onlara bizim yox, onların fıziki qanunları, etik normaları barədə məlumatlar
verəcəyik.
- Bəs niyə insan əzəldən içinə yerləşdirilmiş proqramdan uzaqlaşıb?
- İnsan fikrinin gücü çox böyükdü. İnsan istəsə, hər şey eləyə bilər.
Kosmik məkanda bizə bəlli olmayan böyük bir enerji var. Bu enerji insana
onun ətrafındakı enerji qatı vasitəsilə təsir edir. Yer kürəsi zəhərləndiyinə
görə müasir insanın müdafiə qatı pozulur. Bu, əsl fəlakətdi, çünki kosmosla
əlaqəni itirsə, insan məhv olacaq. Hazırda bəşəriyyət mutasiya dövrünü
keçirir. Adaptasiya mərhələsi hiss edilməyəcək. Amma nəticədə yeni insan
psixotipi yaranacaq. Bəzi orqanların yerdəyişməsi də mümkündü. Bu dəyişikliklər
ekstrasensor qabiliyyətləri ortaya atacaq və bütün bunlar kosmogenezlə
bağlı elmlərin, təbabətin, incəsənətin inki- şafına yönələcək. Mənə göndərilən
informasiyanın məqsədi bunları Yer sakinlərinə çatdırmaqdı. Kəlləsində
unikal biokompüter daşıyan insanın yaşayışının əsl məqsədi özünü dərk
edib taleyinin sahibi olmaqdı.
- Bəs, Allah nədi?
- "Məndə Tanrının bir zərrəsi var" desəm, ruhun mənasını azaltmış
olaram. Ona görə "Mən Tanrının bir parçasıyam", "Mən dünyanın,
kainatın bir parçasıyam" deyirəm. Həyat ucalmaq, irəli getmək cəhdidi.
Maddi yox, mənəvi yüksəlişlə insan kainatın ruhuyla birləşib nəsə böyük
bir varlığın parçası kimi vahid olacaq. Ona görə Allahdan soruşma - niyə
və nə üçün, özündən soruş. Allahdan dönən özündən dönür. Varlığın bir
hissəsi olaraq biz niyə özümüzə bənzərlərə nifrət edirik? Allaha olan
mücərrəd sevgidən ləzzət ala-ala onun yaratdığını məhv eləməklə məşğuluq.
- Həqiqət nədi?
- Həqiqət insanın içindədi. O nə pis, nə də yaxşıdı. O, hər şeyin məğzidi.
Hər şeyin məğzi Alinin yaradıcılığıdı. Həmin yolla yaranan insan ali yaradıcılığı
necə qınaya bilər?
Qohumlarım mənə deyir ki, o vaxtdan (ona qeyri-adi informasiyaların gəldiyi
ilk gün - 1994-cü il fevralın 14-ü nəzərdə tutulur - G.R) çox dəyişmisən.
Başıma gələn möcüzəni vergi sayırlar. Mən elə düşünmürəm. Hesab edirəm
ki, ən böyük möcüzə də, vergi də bizim həyatımızdı. Ruh, enerji, kainatın
gücü olan Allah özünün bir damlasına insan obrazında doğulmağa imkan verib.
Bu bizim hamımıza qismət olmuş vergidi.
Mən hər kəsdəyəm
və hər şey məndədi.
Mən - Mənayam,
Mən - Həqiqətəm.
Və içimdəki Həqiqət də mənəm.
Nəsiminin şerinə çox bənzəyir, eləmi? Amma plagiat deyil. Belə şerlər
bir çox dillərdə var. Bəlkə ona görə ki, şairlər bütün bəşəriyyətin unutduğu
dünyamızın ümumi dilini yaddan çıxarmayıblar...
“Avropa” qəzeti
12-18 aprel, 2003-cü il.