Ölümdən sonrakı həyat yoxdur, çünki ölümün özü də yoxdur
Maya Bədəlbəyli aldığı informasiyalar əsasında bu qənaətə gəlib
İndi çəkdiyi şəkillər
əvvəlki qrafikadan xeyli fərqlənir. Burada izah edə bildiyi fikir, məzmun
var. Rəsmlər çox rəngarəngdir: müxtəlif fəsillərin meşələri, elə bil insan
ayağı dəyməyən başqa planetin dağları, xeyir və şər mövzusunda bir neçə
düşüncələr seriyası, üçüncü gözün açılmasına dair bir neçə rəsm, hətta
surrealizm cəhdlər və hamının bəyəndiyi avtoportret. İdeya və mövzu müxtəlifliyi
ilə yanaşı üslub axtarışları da sezilir. Neçə il günbəgün aldığı informasiyalar
yaradıcılıq kanallarını açıb. Rəsm texnikasını bilmədiyindən özünə rahat
olan bütün üsulları təcrübədən keçirir: bəzən barmaqlarıyla, lap dırnaqlarıyla
da çəkir. İndi pastel texnikasında, qələmyonanla çəkir.
– Rəsmin yaranması prosesi bizimçün çox maraqlıdır.
– Əvvəl fonu yaradıram. Fon əmələ gələn kimi rəsm hazır şəkildə gözümün
qabağında olur. Mən onu, sadəcə, görürəm. Amma gördüyüm rənglərin çoxunu
verə bilmirəm.
Hakim kimdir?
Qəzəb və nifrətdən ağlımızı itiririk,
Onu «heç nə» yaradır.
“Heç nə”də şeytan və iblisi ruşeymi var,
Ona biz hamilə olmuşuq,
Bulanmış idrakın fikirlərindən,
İşıq sönür və şeytan dirçəlir,
Allahın istəmədiyi işləri görürük.
Niyə mən çəkirəm? O vaxt ixtiyarsız çəksəm də, indii fikirləşirəm ki,
qrafika vasitəsilə xətləri düzgün çəkməkçün bir məktəb keçmişəm. Çünki
özümlə informasiya arasındakı sərhədləri itirmişəm. Çoxları rəsmlərimi
almaq istəyir. Amma satmaq haqda düşünmürəm. Qoy əvvəl sərgim açılsın,
görsünlər. Camaat möcüzə istəyir, bu da möcüzə.
– Deyəsən, qrafika keçilmiş mərhələdi.
– Mən heç nəyi elə-belə çəkmirəm. Bu, maraqlı da deyil. Qrafika bir impuls
idi, 5-6 dəqiqəyə çəkirdim. İndi bir gecəyə bir əsər yaranır. Bəzən axşam
9-dan dan ağaranacan yerimdən heç durmadan çəkirəm.
Üç buğanın başı bir qazanda beş saat qaynadı.
– Nə desək acığınız tutar? İstəyirik Sizi hövsələdən çıxaraq.
Standart situasiyalarda adamı dərindən görmək olmur.
– Mən buğa bürcündənəm. Buğanı müvazinətdən çıxarmaq çox çətindir. Həyatımda
o qədər dəyişiklik olub ki. Bir vaxtlar məhəbbət şerləri yazırdım. Romantik
təbiətli adam indi elm, həyatın mənası, mənası, fəlsəfi mövzularla yüklənib.
– Məhəbbət bitdimi? O vaxtkı məhəbbət indikindən fərqlənirmi?
– Yaşıma görə fərqlənir. İndi həyata başqa cür baxıram. Yenə də məhəbbəti
ən gözəl stress sayıram.
Əbu Hamid əl-Qəzali: “Siz ölçülər dünyasına məxsussunuz. Buraya isə heç bir ölçüsü olmayan bir məkandan gəlmisiniz.”
İçimizdəki şərlə mübarizə bitsə belə, biz Allah olmayacağıq
- Şəkillər
arasında bir üzü mələk, o biri üzü şeytan olan şeytandı, eləmi?
– Bəli, bu insan xislətindəki şərin rəmzidi.
– Çəkdiyiniz bu məxluq şeytanla, deyəsən, könülsüz vuruşur?
– Vuruşmaq deyəndə… Bilirsiniz, şər özü də zəruri ünsürdür. Məsəlçün sunami
şərdir? İnsançün, bəli. Amma onu Allah yaradıbsa, o necə şər ola bilər?
– Bizcə, adamın həyatının mənası elə şeytanlı davasının səmərəliliyindədir.
İslam dinində cihadın ən üstünü adamın öz nəfsi ilə davası sayılır və
bu böyük cihad adlanır.
Sən yenidən
doğulacaqsan
Sən yenidən doğulub oyanarsan – dedi Allah – çünki, sən özümüzsən. Əbədi
yaşayacaqsan, çünki səni əbədi olandan xəlq eləmişəm. Və sənin həyatın
davam edəcək. Sən həmişə özün olmayacaqsan. Mənsə həmişə səninlə olacağam,
çünki sən mənim bir parçamsan, fikrimsən. Əbədiyyətdən qorxma. Çünki sən
ondasan və o səndədir. Ölümdən sonrakı həyat yoxdur, çünki ölüm yoxdur.
Əbədidə əriyib başqa dünyaya gedərsən.
– İnsanın içindəki mənfi də müsbət qədər gərəklidir. Mənfi və müsbət arasındakı
ziddiyyət bitdikdən sonra nə etməli? Onda irəliləməkçün zamanla ziddiyyətə
girmək lazımdır. Allahla aramızda təsəvvür edilməz qədər böyük məsafə
var. Zaman bizə daimi təmizlənmə verir. Bu, xeyir və şərin qarşıdurması
deyil. Bu ziddiyyət bitsə belə biz Allah olmayacağıq.
İbn əl-Ərəbi: “Mələklər insanların bacarığında və orqanlarında gizlənmiş qüvvələrdir”
«Eşqdir mehrabı uca göylərin…»
– Heç bir dini kitab
oxumamışam. Allaha inanmaqçün dinə gəlmək lazım deyil. Mən heç bir dində
deyiləm. İsa peyğəmbəri Allahın oğlu hesab edən xristianları başa düşə
bilmirəm.
– Üzr diləyirik, Allah evlənib ki, oğlu da olsun.
– İnsanın inkişafının ilk mərhələlərində cəmiyyətin formalaşması üçün
mənəviyyat və əxlaq kodeksi lazım idi. Bu zamanın tələbi idi. İnsan öz
əliylə qurduğu evə Allahın evi deyir, onunla danışmaqçün bura gəlir. Allah
insanı yaradanda məbədi artıq onun qəlbində tikib. Allahla insanın münasibəti
çox intimdir. Hansı daha güclüdür: Allahın, yoxsa insanın tikdiyi məbəd?
Bu məbədin də təmizliyi onun fikirlərinin təmizliyindən asılıdır. Məbədlər
insanın psixikasına təzyiq edir.
Dünyanın axırı deyil.
İndi Yer ətrafında
planetlərin yığımı başlanıb. Yer xəstələndiyi kimi insan da, onun əsəb
sistem idə xəstələnir. Deyirlər, dünyanın axırıdır. Amma heç nəyin axırı
yoxdur. Bir prosesdən çıxıb ayrısına gedirik. Gözlənilən o təzə dövr çox
gözəl, «Qızıl dövr» olacaq. Kimsə öləcək, kimsə xəstələnəcək bu normaldır.
Çünki bizim əsəb sistemimiz proseslərə dözmür. Bu, dünyanın yox, bu dövrün
axırıdır. Bunu hələ 2000 əvvəl yaxşı kahinlər, astroloqlar bilirdilər.
Bəs bizim görücülərimiz nə deyir? Ölüm olacaq, zülm olacaq, nə bilim nə
olacaq.
Estrasenslər deyir ki, onlar Allahın əliylə işləyir. Bu, vergi deyil,
insanın imkanlarıdır. Sizdə də var, o birində də. Əgər ekstrasens bacarırsa,
özünü sağaltsın. Bu gün şəraitimiz çox ağırdır. Əgər əclaflıq edib, pul
qazanmaq olarsa, niyə ekstrasenslik edib pul qazanmaq olmasın? Yazıqlar
dua oxuya-oxuya, qurban sadağa gedə-gedə 5 qəpik pul alır. Əgər mən sağaltmaqla
məşğulamsa, xəstənin donoruna çevrilirəm. Bununla da o mənim vibrasiyamın
təsirinə düşür. Amma o mənim enerjimlə yaşaya bilməz. Ekstrasenslər bilmirlər
ki, nə ilə işləyirlər. Deyirlər ki, vergidir. Elə həyatımız özü Allahın
vergisidir. Ya da ekstrasens ağrını aparır. Ağrı siqnaldır ki, içəridə
nəsə düzgün deyil. Ağrını götürmək isə anesteziyadır. Ağrı ikiqat gücü
ilə qayıda bilər.
– Cadu deyirsiniz ki, var?
– Əlbəttə. Amma inanmayanı cadu tutmaz. Sizdən iraq, mən üzbəüz sizinlə
oturub, var gücümlə pis fikirlər düşünsəm, onlar mütləq gəlib sizə dəyəcək.
Bütün günü sizdən fikirləşsəm, mütləq sizin ya ayağınız burxulacaq, ya
da… Fikir bir enerjidi, informasiyadı. Heç bir informasiya heç yerə uçub
getmir. Haradasa qalır. O da gəlib yığılır o predmetə. Öz təmizliyinizə,
fikirlərinizin saflığına inanırsızsa, cadunun sizə heç bir dəxli yoxdur.
Fikir bizim kodumuzdur.
– Fikir impuls kimi enerjini dəyişdirir. Sonra fikir müəyyən formanı alır.
Bu forma bizim kodumuzdur. Və o işarələr sisteminə - dilə keçir. Fikrin
gücü hələ öyrənilməyib. Fikir insanın əsl mahiyyətinin təzahürüdür. İnsanlar
düşünür. Onlar düşünəndə fikir enerji şəklində formalaşır. Maqnit sahəsinin
tezliyindən asılıdı. Fikir və biokimyəvi proseslər əlaqəlidi. Hərənin
düşüncəsinə uyğun biosahə xarakteristikası var. Titrəyişlərin, vibrasiyanın
xarakteristikası kosmosla əlaqəlidi. Kosmosdan da siqnallar gəlir. Onlar
bizim düşündüyümüz kimi deyil… Onları başa düşmək üçün bizim də vibrasiya
tezliyi başqa olmalıdır.
Cəlaləddin Rumi: «Mən öləndə əlləri qoynunda, Ağlayıb dönə-dönə ayrılıqdan deməyin. O gün hicran yox, vüsal günüdür. Günəş qurub etdi, amma bir də doğacaq. Toxum torpağa düşdüsə, cücərəcək».
HƏQİQƏT
HƏYATDIR.
Həyat mütləq həqiqətin Allahın təzahürüdür, həqiqətin mütləq mənası Allahdır.
Ali həqiqət əlçatmazdır. O, bizdə və bizdən kənardadır. İlahi başlanğıcın
təzahürü kimi bizdədir. Əlçatmazlıq Qüdrətlilik, Mütləq hakimiyyət, hər
şeyi əhatə edən idrakın təzahürü kimi bizdən kənardadır. Mən ilahi başlanğıcın
təzahürüyəm. Mən Onun böyüklüyü qarşısında heç nəyəm, eyni zamanda böyüyəm
– Onun bir parçası kimi.
ALLAHIN HİSSƏCİYİ MƏNƏM
Atom hissəciklərindən yazanda birdən belə bir mətn keçdi: «Məndə Allahın
bir hissəciyi var deyəndə ruhun əhəmiyyətini azaltmış oluram. Mən deyirəm
Allahın bir parçası mənəm. Kainatın da hissəciyi mənəm. Mən bütün qəlbimlə
onunla birləşməyə can atıram».
Mən Allahı sevmirəm. Başa düşmədiyin, tanımadığın kəsi necə sevmək olar?
Mən ALLAHA heyranam. O mənimçün nəsə əlçatmaz bir varlıqdı. Bu, sevgidən
artıqdı. Biz, adətən, konkret şeylərə görə sevirik. Axı, o mənə həyat
verib. Həyatın gözəlliklərini yaradıb. Atom-onun nüvəsi, İnsan – onun
ruhu, planet-atmosfer. Bu, dahilikdi. Buna yalnız heyran olmaq olar. Amma
dərk etmək mümkünsüzdü. İnsan Allaha nə qədər yaxınlaşsa belə, Ona ancaq
söykənə bilər. Söykənəndə də Onun böyüklüyünü görə bilməz, yalnız hissəciyi
ola bilər. Bəlkə bu vaxt onun böyüklüyünü başa düşə bilərik. Biz artıq
bilirik ki, o, çox böyükdür.
ÖLÜM.
Hər birimizin ölümü dirilmədir. Amma varlığın sirrləri bizi çaşdırır. Qeyri-müəyyənlik bizi qorxudur. Öz səy və arzularımızla biz necə də cılızıq. Həqiqətə nəzər salmayanda əbədiyyət və Allah qarşısında acizanə, sonsuzluq axınında üzürük. Özümüzün bir hissəsini özümüz ilə götürürük. Xəbərimiz də yoxdur ki, bu dünən gedən bizik.
OĞLAN BU
SÖHBƏTDƏN KAMINA ÇATDI, EVƏ ÇATAN KİMİ YIXILDI YATDI
– Mənim mühazirələrimdə birinci sıralarda oturanlar, adətən, yatırlar.
– Onlara maraqlı deyil?
– Xeyr, çox maraqlanır, soruşurlar. Bu, çox ağır energetikadır. Mən 5-6
saat istirahətsiz danışa bilirəm. Axı aldığım informasiya da enerjidir.
Mən onu kiminləsə bölüşməliyəm.
Maya xanımın enerjisinin təsirini sonradan hiss etdik. Beş saatlıq söhbət
zamanı ilk dəfə saata 4 saatdan sonra baxdıq. Adətən, gecə yarısına qədər
oxuyan Vasif müəllim etiraf etdi ki, axşam saat 6-dan balışa zəhmət verib.
Təbiətcə ertədən yatan Gülnarə isə həmişəkindən dəfələrlə aktiv olub gecə
2-yə qədər oyaq qalıb.
Ekstrasenslik qabiliyyətinin olmasını bilib, sıravi adam kimi fürsətdən
istifadə etdik. Maya xanım «Adamın əlinə baxan kimi mənə hər şey aydın
olur» – deməklə xasiyyətimizdən, bir qədər də qismətimizdən danışdı. Gələcəyi
isə şərh etmək fikrimiz yoxdu…
Maya Bədəlbəyli aldığı informasiya əsasında «Kəlam» adında kitab tərtib
edib. «Kəlam»dan gətirdiyimiz sitatlar ruscadan çevrilib.
“Ekspress”qəzeti, O'Kamil ilə birgə
23 iyun, 1999-cu il