Əsrin əvvəlində
vətəni Qərb sayılan opera sənəti Azərbaycana da gəlib çıxdı. Dahi Üzeyir Hacıbəyovun
təşəbbüsü, səyi və bilavasitə rəhbərliyilə opera mədəniyyəti formalaşmağabaşladı.
«Leyli və Məcnun» muğam-operası bu yolda ilk qaranquş oldu. O illərdən
artıq bizi 90 il ayırır. Bu müddətdə dünyamızda çox şeylər dəyişib, milli
opera sənəti inkişafedib. Nəzərəçarpacaq məqamlar çoxdu. Ötən on illərdə
neçə-neçə opera inciləri yaranıb, müxtəlif sənətkarlar yetişib. Sözsüz
ki, dövrün, rejimit yasaqlarından itirdiklərimiz, əyər-əskiklərimiz də
az olmayıb. Ancaq şükürlər ki, bu gün də, problemlərə baxmayaraq, opera
sənətimiz yaşayır.
Mükəmməl təhsil
və gözəl səslə yanaşı, yüksək fiziki və mənəvi keyfiyyətlər tələb edən
opera sənətimizi yaşadanlardan biri Həsən Əli Önəmidir.
Həsən Əli Önəmi – Təbrizdə anadan olub. İbtidai təhsilini də orada alıb.
1994-cü ildə Bakı Musiqi Akademiyasına daxil olub. Hazırda sonuncu kursdadır.
Magistraturada təhsilini davam etdirmək fikrindədir. 1996-ci ildən Azərbaycan
Dövlət Opera və Balet Teatrının solistidir. 1996-cı ildə Azərbaycan vokalçılarının
müsabiqəsində 1 yerə layiq görülüb. Bülbül adına beynəlxalq müsabiqədə
II yer tutub və onun səsi tenor səslər içərisində ən yaxşı səs kimi qiymətləndirilib.
Bir neçə ay əvvəl isə Moskvadan Çaykovski adına beynəlxalq müsabiqədən
xüsusi diplomla qayıdıb.
- Özünüzü
Azərbaycan vokal sənətinin davamçısı hesab edirsiz?
- Bu bir az ağır sualdır. Mən özümü bir oxuyan kimi tam yetkin saymıram.
Bu çox ağır sənətdir. Nə qədər işləsəndə, hətta ad da qazandıqdan sonra
görürsən ki, hələ heç nəyin sahibi deyilsən. Amma inanıram ki, insan qarşısına
məqsəd qoysa ona mütləq çatar.
- Günlərin bir günü istədiyiniz səviyyəyə çatanda bəziləri kimi
vətəndən getmək fikriniz ola bilər?
- Mən çox istərdim ki, opera ifaçısı üçün heç olmasa ortabab şərait yaradılsın.
Onda hətta burada çalışdığımız üçün sevinərdim. Amma yaşamaq imkansızsa,
insanı dediyiniz fikir rahat olmağa qoymur.
- Bir az pis çıxmasın, nə ilə dolanırsız? Səsiniz sizi dolandırır?
- Hələ yox. Əgər mən toyda, restoranda oxusaydım səsim məni çox yaxşı
dolandırardı. Demirəm onlar pisdir. Amma mənim yolum başqadır. Bu yolu
özüm seçmişəm.
- Ariya oxumaq asandır. Operada isə fiziki, mənəvi gərginlik keçirən
ifaçıya artistlik məharəti də lazımdır. Hazırda cəmiyyətdə belə bir fikir
var ki, operanın ağırlığını öz çiyinlərində daşıya bilicək tenor yoxdur.
Yalnız məhdud dairəd bilirlər ki, potensialı güclü olan ifaçılar var.
Sizin opera oxumağa gücünüz çatar?
- Bəli, mən buna əminəm. Yanvarın 16-da «Sevil» operasında Balaşın partiyasını
oxumağı mənə həvalə ediblər. Əgər mən bu obrazın öhdəsindən gələ bilsəm,
onda özümə, öz içərimə deyəcəm ki, böyük rollarda da oxuya bilərsən. Sonra
Koroğlunu hazırlayaram. Amma klassik musiqi camaat tərəfindən az rəğbətlə
qarşılanır.
- Sizə elə gəlmir ki, bu elə olmalıdır. Azərbaycanda Opera və
Teatrı da var, oxuyanı da, hətta qulaqasanı da. Bəlkə «Opera Teatrına
hamı gəlməlidi» fikrindən əl çəkək.
- Əlbəttə, operanın öz dinləyicisi var. Amma görürsən ki, başqa, daha
rahat yol seçmiş bir ifaçının həm pulu, həm hörməti var. Bu bir qədər
adama təsir edir.
- Dünyada klassik opera sənəti şou-bizneslə yaxınlaşır. Düzdür,
şou-biznesin də öz tələbləri var. Misal üçün Pavarotti və onun dostlarını
göstərmək olar.
- O, səviyyədə olsa, əlbəttə, tərəfdar olaram. Bizdə birinə 20 dollar
verirlər və hesab edirlər ki, o, səhərə qədər oxumalıdır. Bu, bütün Şərq
ölkələrinə xas əlamətdir.
- Siz dinləyici sevgisinin səviyyəsini necə müəyyən edirsiniz?
Axı hamı əl çalır.
- O vaxt ki, öz istədiyim kimi oxuyuram, onda bilirəm başqasına da əsər
eləyir.
- Ərköyün olmaqdan qorxursuz?
- Qorxuram.
«Yeni Müsavat»
qəzeti
30 dekabr 1998