Koka haqqında dastan
Anestiziya tarixindən seçmələr
 
        Oktyabrın 16-nı həkimlər Anestezioloqlar günü kimi qeyd edirlər. Düz 163 il əvvəl Bostonda amerikalı alim Uilyam Morton narkozun istifadəsiylə ilk dəfə müşahidəçilərin gözü qarşısında əməliyyat aparıb. Bu gün minlərlə insanın həyatını xilas edən anestezologiya tarixi o qədər də rəvan keçməyib. İnsanları xilas etməyi öyrənənədək o, minlərlə insan ömrünü sındırıb.
Opium, həşiş, yoxsa kokain?
Təbabət tarixçiləri hesab edir 
          ki, ilk anesteziaya cəhdləri bəşəriyyətin lap erkən cağlarından işlədilir. 
          Əl altında uyuşdurucu bir şey olmayanda ən effektiv vasitə kimi dəyənəklə 
          xəstənin başından vurmaq tətbiq edilirdi. Xəstə huşunu itirən kimi əməliyyata 
          başlanırdı. Amma hələ bizim eradan 1500 il əvvəl Misirdə təbabət haqqında 
          əlyazmalarda ağrıkəsici vasitə kimi xəstəyə opium vermək məsləhət edilirdi. 
          Çin və Hindistanda opiumu tanımasalar da onlar marixuanadan istifadə 
          edirdilər. 2-ci əsrin məşhur Xua To adlı təbibi əməliyyat zamanı xəstəyə 
          çətənə tozu qatılmış şərabı verməsini yazılı mənbələr təsdiqləyir. Kolumb 
          hələ Amerikanı kəşf eləməmişdən əvəl yerli hindular koka adlandırdıqları 
          bitkinin yarpaqlarını anesteziya kimi işlədirdilər. Qəbilənin təbibi 
          yarpaqları çeynəyir və tüpürcəyini yaranın üstünə damcıladırdı ki ağrı 
          kəsilsin. 
          İnsanlar güclü alkoqol almağı öyrənəndən sonra anesteziya daha əlçatan 
          oldu. Müharibələrdə spirtlə dolu çəlləklər əskərlərin yol yolduşı olurdu 
          ki, yaralanan zamanı ağrıçəsici kiim işlədilsin. Çox nadir hallarda 
          həkimlər hipnotik yuxuya salmaqla təlqin etməni anesteziya kimi işlədirdilər. 
          Skandallarla ad çıxarmış Anatoli Kaşperovski 1988-ci ildə telekörpü 
          vasitəsilə okeanın o tayında döşündə şişlərin kəsilməsi əməliyyatında 
          qadının hipnotik yuxuya salıb ağrılardan xilas etməsilə anesteziya tarixinə 
          daxil olub. Amma bu işin davamçıları tapılmadı.
«Şənləndirən qaz»
Bizim tanıdığımız üsullar 19-cu 
          əsrin ortalarında kəşf edilib. İngilis cərrahı Henri Hikman karbon qazı 
          istifadə edərək heyvanların ətraflarının amputasiya edirdi. Amma bu 
          işə oksidləşmiş azot qazı daha çox yarayırdı. 1799-cu ildə kəşf edilmiş 
          bu qazı «şənləndirən qaz» adlandırırdılar. Amma onun ağrıçəsici keyfiyyətini 
          amerikalı fokusçu Hardner Kolton aşkarlayıb. O, tamaşalarında «şənləndirən 
          qaz»ı istifadə edirdi. Bir dəfə qeyri-adi qazı nümayiş edərkən o, səhnəyə 
          gülməkdən ürəyi gedən tamaşaçını dəvət edir. Tamaşaçı arenaya çıxanda 
          yıxılıb ayağını sındırır, amma ağrını hiss etmədən gülməkdə davam edirdi. 
          Bunu zaldan müşahidə edən dantist Xoras Uells bu effekti praktikasında 
          işlətmək qərarına gəlir və tamaşadan sonra qazı almağa sövdələşir. Diş 
          kabinetində bu qazı işlətməyə başlasa da tapıntısına patent almadı. 
          Çünki o, bu qazın hava kimi hamıya məxsus olduğunu düşünürdü. Cəmi bir 
          dəfə hamının qarşısında qazın uyuşdurucu keyfiyyətini nümayiş etdirmək 
          qararına gəlir. İri, gövdəli bir kişinin dişi çıxarılmalı idi. Amma 
          əməliyyat başlayan kimi o, çığırmağa başladı. Hamı həkimi «şarlatan» 
          adlandırıb otaqdan çıxdı. Sən demə kişi ağrıdan yox, qorxudan çığırırmış. 
          Bununla belə həkimin reputasiyasına xələl gəlmişdi. O, həkimliyin daşını 
          atıb anestiziya sahəsində təcrübələrini davam etdirir. Özü xloroform 
          iynəyir, hətta bir dəfə intoksikasiya zamanı küçədən keçənlərin üstünə 
          turşu sıçratmışdı. Türmədə özünə gələndən sonra həkim nə etdiyini anlayaraq 
          intihar edir. Amma venalarını kəsməzdən əvvəl anesteziya kimi yenə də 
          xloroform iyləyir.
          Dantistin uğursuz nümayişində iştirak etmiş dostu və kolleqası Uilyam 
          Morton isə tarixə anesteziyanın banisi kimi daxil olub. Müəlliminin 
          uğursuzluğundan sonra o tibbi efiri anesteziya kimi işlətməyə başlayıb. 
          O, 1846-cı ildə efiri diş çıxarma zamanı atrıkəsici kimi işlədib. Müəlliminin 
          təcrübəsi gülüşlə qarşılanan xəstəxanada 1846-cı ilin 16 oktyabrı tarixində 
          keçirdiyi təcrübə isə tarixə daxil oldu. O, hamının qarşısında efir 
          iyləmiş xəstənin şişinin kəsib götürdü. Xəstə ağrı hiss eləmədi. Uilyam 
          Morton alturist deyildi, şöhrət və pul da istəyirdi. Ona görə də əməliyyat 
          zamanı idi efir qazı işlətməsini boynuna almamışdı. Qazın adını «leteon» 
          qoyaraq öz kəşfi kimi qələmə vermişdi. Kəşfinə görə patent alsa da qazın 
          tərkibi məlum olan kimi okeanın hər iki tayında həkimlər efiri aneteziya 
          kimi işlətməyə başladı. Morton məhkəmələrlə özünü yorsa da heç kimdən 
          pul ala bilmədi. Amma tarixə anesteziyanın atası kimi daxil oldu. Ondan 
          4 il əvvəl Krouford Lonq adlı amerikalı həkim artıq efiri atrıkəsici 
          kiim işlədirdi və əməliyyatlara müşahidəçilər dəvət eləmirdi. Bu barədə 
          etmi məqaləsini yazanda isə dünya 6 il idi ki, anesteziyanın banisini 
          tanıyırdı. Ona nə pul, nə də şöhrət düşdü. Əvəzində uzun və xoşbəxt 
          bir ömür sürdü. 
Kokain iyləyən Freyd
Xloroformun narkoz əvəzi işlədilməsi də çoxdandı ki, məlum idi. İngilis həkimi Con Snou xloroformu kraliçə Viktoriyanın doğuşu zamanı işlətmişdi. Amma maddənin zəhərli olmasına görə onu işlətmək məsləhət bilinmirdi. Həm efir, həm də xloroform ümumi narkoz kimi işləndiyi vaxt həkimlər yerli anesteziya vasitəsi axtarırdı. Çoxdan gözlənilən sehirli dərman kokain oldu. Kokaini koka bitksindən almaq alman alimi Albert Himana qismət olub. Bu maddəni yerli anesteziya kimi rus həkimi Vasili Anrep öz üzərində təcrübələrdə işlədərək sinirlərə təsiri barədə elmi məqalələr yazsa da o vaxt bu məqalələr diqqətdən yayınıb. Amma Ziqmund Freyd adlı hələ o qədər də tanınmamış psixiatrın kokain barədə yazdıqları tez zamanda məşhurlaşdı. Freyd ilk dəfə kokainin dadına baxaraq heyrətə gəlmişdi. Kokain depressidan qurtarır, özündə əminliyi artırır, astmadan, mədə pozuntusundan, nevrozlardan xilas edirdi. Psixoanalizin atası bu mövzuda 8 məqalə çap etdirmişdi. Bu yazılar böyük gəlirlərə gözünü dikmiş farmoseptik firmalar tərəfindən dəstəklənirdi. Amma sonuncu məqaləsində Freyd əvvəlki kimi ruh yükskliyilə yazmırdı. Axı yaxın dostu Ernst fon Flyayşl kokaindən vəfat eləmişdi. Freyd kokainin həm də cinsi potensiyaya təsiri barədə bir çıra müşahidələrini qələmə almışdı. Yəqin ki, qoca alimin kokain tozunu iyləyəndən sonra öz palıd ağacından mebellə bəzədilmiş kabinetində apardığı müşahidələri daha maraqlı olardı.
Kokainin təsiri barədə Anrep və Freyd yazsalar da yerli anesteziyada onu göz həkimi Karl Koller işlədib. O, Freydlə bir mərtəbədə yaşayırdı və Freydin bu barədə söhbətlərindən baş-qulağı getmişdi. O, göz əməliyyatlarında kokainin ağrıkəsici kimi işlədərək sonra Vyana Həkimlər Cəmiyyətinə əməliyyatın nəticələri barədə məruzə verdi.
 
        Kokain insanların həyatına 
          daxil oldu. Onu nəinki əməliyyatlarda, məişətdə də işlədirdilər. Çünki 
          o, apteklərdə satılır və bizim aspirini işlətdiyimiz qədər tez-tez alınırdı. 
          Mağazalar kokainli şərab və qazlaşdırılılmış «Koka kola» satırdı. Adından 
          göründüyü kimi bu içkinin 1903-cü ilə qədər tərkibində kokain vardı. 
          Kokain bumu 1880-1890-cı illərdə çox insanların həyatını zəhərləyə bildi. 
          20-ci əsrin əvvəlindən kokain qadağan olundu və yalnız tibbi əməliyyatlarda 
          işlədilməyə başlandı. Kokanin kəşfiylə məşhurlaşmır Karl Koller öz təpıntısından 
          utanmağa başladı və bu faktı heç öz abtobioqrafiyasına da yazmadı. Onu 
          ömrünnü sonuna kimi Koka Koller adlandırırdılar. 
          20-ci əsrdə anesteziologiyada kokaini nisbətən təhlükəsiz preparatlar: 
          prokain, novakain, lidokain əvəz edəli. Bununla da anestezologiya effektiv 
          olduğu qədər təhlükəsiz oldu. 
Kokain kolu Boliviya və Perunun dövlət herbini bəzəyir
Nakotik tarixini izləsək çox 
          qədim dövrlərə gedib çıxarıq. Arxeoloji qazıntılar deyir ki, Boliviya 
          və Peruda kokain kolunu hələ 3000 il əvvəl yetişdirirdilər. Yerli camaat 
          – inklər əsrlər boyu koka yarpaqları çeynəyiblər. Milli ənənəyə görə 
          «chuspa» adlanan kisəcikdə hərənin gündəlik koka payı olurdu. Onun yanında 
          birlikdə çeynənmək üçün bir çimdik sönməmiş əhəng olmalı idi. Bu onun 
          ağız büzücü xassəsini öldürmək üçün idi. Boliviyada cirə və şəkər qamışından 
          hazırlanmış, biyan kökü ilə qarışdırılaraq şirinə çalan konfetlər hazırlanırdı 
          ki, koka yarpağının çeynənməsi mərasimini daha dadlı etsin. Kokain kolu 
          Boliviya və Perunun dövlət herbini bəzəyir. Bu ölkələr üçün kokain çeynəmək 
          sağ qalmaq kimi vacib məsələlərlə bir sırada dururdu. Koka bitkisində 
          çoxlu insana lazımlı maddələr vardı. Bu kollar yeməyin əlçatmaz olduğu 
          yerlərdə çılpaq qayalıqlarda, səhralıqlarda bitə bilirdi. Koka dağ rayonlarında 
          təzyiqin aşağı düşməsindən yaranan başağrıları, yuxululuğu aradan qaldırırdı. 
          Koka bu ölkələrin insanları üçün o qədər adi bitki idi ki, məsafəni 
          kokada adlı ölçü vahidi ilə ölçürdülər. Bir kokada koka yarpağının ağza 
          doldurub çeynəyə-çeynəyə gedilə biləcək məsafəni bildirir. Kokada həm 
          də zaman vahidi kimi də sayılır. Yarpaqlar tamını, iyini itirənədək 
          çeynənilən zaman bir kokada təşkil edir. Dini mərasimlərdə inklər kokanın 
          tüstüsünü Günəşə təklif edirdilər ki, allahlar sakit olsun. Koka Peru, 
          Boliviya, Ekvador, Kolumbiya, Arqentinanı şimalı və Çilidə dini mərasimlərin 
          də ayrılmaz şissəsidir. Qadınlara koka işlətmək qadağandır. Yalnız oğlu 
          evlənmək yaşına çatandan sonra qadına kokanın dadına baxmağa icazə verirlər. 
          Bu ölkələrdə koka yarpaqlarından çay dəmləmək ceniş yayılıb. Koka çayı 
          dükanlarda açıq şəkildə satılır. İnklərin izləriylə gedən turistlər 
          koka çayı içib dağlıq yerlərdə hündürlük xəstəliyindən qurtulurlar. 
          Las-Pas şəhərinə gələn rəsmi dövlət qonaqlarını da koka çayına qonaq 
          edirlər. İngilis şahzadəsi Anna və rəhmətlik Roma Papası ikinci İohann 
          Pavel Boliviyada bu çaya qonaq edilmişdi. 
          Keçən əsrin 90-cı illərində qədim Misir mumiyalarını tədqiq edərkən 
          onların saçlarında və sümüklərində kokainin izləri aşkar edilmişdi. 
          Onlar tütün çəkir, kokain və həşişi də tanıyırmışlar. Amma 2-3 metr 
          hündürlükdə olan kokain kolları hələ kəşf edilməmiş Amerikada bitirdi. 
          Misirlilər üçün bu tamam başqa, əlçatmaz bir dünya idi. Alimlər Nubiyada 
          tapılmış mumiyaları tədqiq edərkən aşkar ediblər ki, 1400-3100 il əvvəl 
          yaşamış bu insanlardan 80 faizi sağlığında kokain işlədirmiş. 3000 il 
          əvvəl yaşamış çarın sarayını tədqiq edən alimlər orda nikotin, kokain 
          və həşiş kimi bitki zəhərlərindən ibarət çələngin izlərini tapıblar. 
          Elm burdan çıxan suallara hələ ki, cavab verə bilmir. 
16 –cı əsrin əvvəllərində koka 
          plantasiyaları ispan müstəmləkəçiləri tərəfindən zəbt edildi. Kokanı 
          işlətməyə dair reseptləri Avropaya Ameriqo Vespuçi gətirib. 1539-cu 
          ildə Yepiskop Kuzko vergini koka yarpaqları ilə kəsmişdi. İnklərin imperiyası 
          dağılandan sonra Peruda koka istehsalı yığışdırılaraq qiymətdən düşür. 
          İspanların gümüş çıxardan şaxtalarında məcburi işçilərə koka yarpağı 
          verirdilər. 
          19-cu əsrin ikinci yarısından Yava, Madaqasqar, və Afrikada iri kokain 
          plantasiyaları salındı. 1863-cü ildə Angelo Mariani Bordo şərabının 
          reseptinə patent aldı. Vin Mriani adlı şərabın tərkibində bir unsiya 
          (30 qrama yaxın) şərabda 6 mq kokain olmalıdır. 1878-ci ildə amerikalı 
          həkim Bentli morfinizmlə mübarizədə kokaini əvəzedici kimi rəsmi təkliflə 
          çıxış edir. 1883-cü ilddə alman həkimi Teodor Aşenbrant kokainn orduda 
          əsgərlərin dözümünü artırmaq üçün işlətməyi təklif verir. 1886-cı ildə 
          isə Con Pemterton Koka-kola adlı içkini yaradır. Onun tərkibi kokain 
          şirəsi və kofeindən ibarətdir. Köhnə reklamlarda deyilir ki, bu içki 
          «koka bitkisindən alınmış maddələrin şövqləndirmə tonikindən ibarətdi».
1662-cı ildə Abraham Kouley 
          «Koka haqqında əfsanə» yazaraq onu ədəbiyyata gətirdi. Şekspirin yaşadığı 
          yeri tədqiq edərkən burdu du kokainin zləri tapılıb. Kokainin ingilis 
          karliçəsi Viktoriya da işlədirdi. 
          Kokain öz yerini musiqidə də,ədəbiyyatda da tutmuşdu. O, Şerlok Holmsa 
          gumrahlıq verirdi ki, deduktiv üsulunu yaxşı tətbiq etsin. Stivenson 
          vərəmdən kokain vasitəsilə müalicə alanda doktor Cekele və mister Hayde 
          haqqında hekayəsini yazır. Kokainə ən yaxşı tövsiyyələri Tomas Edison, 
          Gül Vern, Emil Zolya, Henrix İbsen verib. Bulqakov hələ həkim ikən difteriyalı 
          uşağın boğazından boru ilə bəlğəmi sovurarkən bir qırığı da öz ağzına 
          düşmüşdü. Sonra xəstəliyin ağrılarını aradan qaldırmaq üçün o, narkotik 
          işlədir və 8 il bu asılılıqdan qurtula bilmir. Onun fantastik qəhrəmanlarının, 
          uçan əcinnələrin, İblisin özünün obrazının belə real təsvirini verməkdə 
          yəqin ki, narkotikə minnətdar olmalıdır. Fransız müğənnisi Edit Piaf 
          də sevimli insanının avtomobil qəzasında itirndən sonra qəlbinin, eləcə 
          də vücudunun ağrılarının narkotiklə götürə bilirdi. Ağ ciyərin xərçəngindən 
          qan boğazacan çıxanda o, içindəki vulkanı narkotiklə yatırıb səhnəyə 
          çıxırdı.
          Kokain Avropanı əlinə alndan sonra müğənnilər, aktyorlar tezliklə hiss 
          elədi ki, kokaindən sonra səs telləri yaxşı durumda olur. İdmançılar 
          kokanı işlədərək yorğunluğı aradan qaldırdılar. Qocalar isə cavanlığın 
          dadına bir də baxa bildilər. Belə reklama ilə kokain populyar olmaya 
          bilməzdi. Amma nəticələr də göz qabağında idi. Dozadan artıq işlənmələrdən 
          ölənlər, kokain psixozları, asılılıq əmələ gələndə artıq hamı kokainin 
          əsil simasını gördü. 1914-cü ildən etibarən kokain, eləcə də xloroqidrat, 
          ilk sintetik analqetik heroin da qanunsuz elan edildi.
1930-60-cı illirdə kokain ictimaiyyətin diqqətini cəlb etmirdi. 70-ci illərdən şou biznes sahəsində az miqdarda kokain iyləmək dəbdə idi. Bu da çox nadir hallarda dozanı aşmağa gətirirdi deyən bəziləri kokaini leqallaşdırmağa çağırırdı. Bu səhv təsəvvürlərin nəticəsində kokain müxtəlif sosial qrupların daxilinə giri bildi. Kokainin dünya ağalığı 1980-ci ildən başlayır. 1981-ci ildə bir kq kokain 55 min dollar idisə, 1984-cü ildə artıq 25 minə enmişdi.
Britaniya elmi jurnallı «Physorg»un 
          apardığı sorğulara inansaq alimlərin 20 faizi etiraf edir ki, beyin 
          fəaliyyətinin stimullaşdırmaq üçün narkotik maddələrdən istifadə edirlər. 
          Bu diqqəti lazımi istiqamətə yönəltməyə kömək edir. Onlardan 60 faizi 
          narkotiki həftəlik, ya da gündəlik işlətdiklərini etiraf ediblər. Yazıyla 
          əlaqədar «Google»-nin pəncərəsində «anesteziologiya, narkotiklər» yazıb 
          axtarış verəndə saysız məqalələrin içində anestiziya kimi təsir edən 
          audio narkotiklərin satışı ortaya çıxır. Guya ki, təklif edilən musiqilər 
          diş ağrısı, baş ağrısı kimi adi ağrıları arada qaldırmaqla yanaşı dəlilik 
          dərəcəsində ləzzət, hətta orqazm da yarada bilir. Bəşəriyyət deyəsən 
          yenə də azıb güclə çıxdığı dalana bir daha girmək fikrindədi. İnsanlarsa 
          ləzzəti zəhmətlə yox, narkotik vasitəsilə almağa üstünlük verməyində 
          davam edir.
           
        
Qadın baxışı