Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

«Bakıya bahar gəlir» seriyasından

Od imandandır

Əski inanclarda odu günəşlə, işıqla, gündüzlə əlaqələndirirlər. Bu gün Novruzla bağlı çərşəmbələrdən ikincisidir ki, odla bağlıdır. Ulularımız oda Dan (dan yeri qızarmaq» deyimi indi də işlənir) da deyirdilər. Ona görə bu gün dan yeri qızarmamış durub odla ünsiyyətə girmək lazımdi.
İçimə od düşdü
İlaxır çərşəmbələrdən ikincisi olan bu çərşəmbəyə bəzən «Üsgü çərşəmbə», «Üsgü axşamı» da, əzizləmə mənasında «Addı çəpşəmbə» də deyərlər. Günəş istisini arzulayan ulu babalarımız od çərşəmdəsində sübh tezdən Günəşə qurban aparardılar. Böyük tonqal qalayıb günəşin çıxmasını gözləyər, odun şərəfinə nəğmələr oxuyardılar. Tonqal sönəndən sonra qızlar və oğlanlar külü yığıb onu kəndin kənarına, ya da yola səpirdilər. Bu bir növ tonqaldan atılmış adamların azarınn çıxıb getməsini simvolizə edir. Qədim dövrdə tonqalı yetkinlik yaşına çatmamış oğlan uşağı çaxmaq daşı vasitəsilə qalayardı. Belə od müqəddəs sayılardı.

Çıraq yandıranın çırağı sönməz olar
Tariximizdə elə dövrdər olub ki, odun üzərindən atlanmaqla məhkumlar xilas olublar. Deməli günahsızdır ki, od onu yandırmayıb. Od çərşəmbəsinin digər maraqlı mərasimlərindən biri də il boyu ailə üzvlərindən birini itirmiş evlərin qarşısında tonqal qalamaqdı. Od yandırmaqla həmin ailənin saxladığı yas mərasimiqə son qoyulardı. İnsanlara Uraz/Araz (od, atəş) adının verilməsi, evlərdə üzərrik yandırılması, xəbis ruhlardan qorunmaq məqsədilə qoyun sürülərinin yanmaqda olan kolların altından keçirilməsi, təndirin müqəddəs sayılması, ondan arzuların gerçəkləşməsinin istənilməsi, yanmaqda olan ocağı söndürməmək və məzar daşların üzərində atəşdanların həkk edilməsi və başqa nümunələr də türklərin oda olan hörmət və ehtiramını göstərir. Qədimdə evlərdə ocağı sönməyə qoymurdular. Yalnız kimsə ölmüş olarsa odu çıxarıb xüsusi yerdə saxlayır və qış vaxtı 5 gündən sonra, yayda isə bir aydan sonra odu evə qaytarardılar.
Xalqımız alqış deyəndə söyləyir: «Odana nur çilənsin!», «İşığın gəlsin», qarğış edəndə deyir: «Ocağın sönsün!», «Çırağın keçsin!», and içəndə deyir: «Sözümdən dönsəm, gün gözümü tutsun», «Od haqqı, ocaq haqqı», «O işığa and olsun». Odun qüdrətinə inanardılar, odun üstünə su töküb şeytanı sevindirməzdilər: «Od sönsə, ocaq sönər!». Avestanın yazıldığı əlifba hazırda dünyada ilk yaranmış əlifba hesab edilir. Əlifba 12 bürc və 9 planetin həndəsi quruluşuna əsasən yaradıldığından ona «Ulduz əlifbası» da deyirlər. Əslində bu ilk əlifbanın adı «Vattan» adlanır. İndi işlətdiyimiz vətən sözü də bu kökə bağlıdır. Mənası oddan yaranan deməkdir.

Prometey kimdir?
Tanrılara məxsus olan odun insanlara ötürülməsi barədə çoxlu miflər var. Odu ram etməmişdən əvvəl insanlar mağaralara sığınır, tez-tez yaşayış yerini dəyişməli olurdular. Amma çaxmaq daşı vasitəsilə od əldə etiməyi öyrənmiş insan evinin ocağını yandırmış. İbtidai insanlar günəşin, işığın da oddan olduğunu zənn edirdilər. Ona görə də türk dilində odun beşiyi olan ocaq neçə əsrlərdir ki, yurd, mənzil, vətən, nəsil mənalarında işlənir.
Odu insanlara vermiş Prometey haqqında əfsanəni hamımız bilirik. Bu mifin yunan miflərindən baha qədim olduğu zənn edilir. Mifə görə o, qayalıqlarda soyuq, qaranlıq daş mağaralarda hevanlar kimi ömür sürən bəşər övladına od vermiş, ev tikmək, gəmi qayırmaq, təsərrüfatla məşğul olmağı, saymağı, yazıb oxumağı, ili fəsillərə, aylara, günlərə bölməyi, Allaha qurbanlar gətirməyi, fala baxmağı öyrədir. Yunan mifologiyasında odu insanlara ötürən Prometey cəzalanır. Onu Qafqaz dağlarında zəncirləyirlər. Quzğunlar Prometeyin bədənini dəlik-deşik edir. Zevs dəfələrlə onun canını özünə qaytarır və əzab-əziyyətini artırır. Prometey dünyada insanlar uğrunda fədakarlıq göstərmiş ilk mifik qəhrəmandır. Dünyanın əksər dillərində «Ocaq» sözünün türk mənşəli olmasına heç kim şübhə ilə yanaşmır. Ehtimal var ki, bu əfsanə yunanlaşmamışdan, prometeyləşməmişdən əvvəl adında od sözu olmuşdur. Mirəli Seyidovun qənaətincə bu türklərin mifik qəhrəmanı Dədə Qorqud obrazıdır. O, yazır ki, Qorduz sözü «Qor» yəni od, «qut» yəni xoşbəxtlik sözlərinin birləşməsindən əmələ gəlib.

«Öz içimi nurlu işıqla dolmuş gördüm»
Azərbacanlı olması ehtimal edilən peyğəmbərimiz Zərdüştün adında da od kəlməsinin nişanələri var. «Zərdüşt» də məhz ən parlaq, ən qiymətli daş – «qızıl daş» mənasında səslənib (Əjdər Fərzəli Qorqud). Zərdüşt peyğəmbər özünü belə təqdim edir: «Öz içimi nurlu işıqla dolmuş gördüm. Sən məndən soruşanda «Sən kimsən, kiminləsən?» Mən dedim: «Mən Zərdüştəm - düzlük carçısı!» Sənin «Sən nə etmək istəyirsən!» sorğuna belə cavab verdim: «Hər dəfə Oda sitayiş edəndə yaxşı şeylər fikirləşmək istəyirəm!».
«Ağırlığım, uğurluğum odlara» deyib od üstündən atılmaq adəti atəşpərəstlikdən əvvəlki dövrün təsəvvürləridir. Çünki, atəşpərəstlər həmişə od qarşısında üzlərini örtüblər. Onlara görə insan nəfəsi təmiz sayılmır və nəfəs oda toxunmamalıdır, onun möhtəşəmliyinə xələl gətirə bilər. Zərdüştilər üçün oddan atlanmaq qəbuledilməz sayılırdı. Günəşə, işığa, oda tapınmaq paklığa, gözəlliyə , müqəddəsliyə tapınmaqdır. Atəşpərəstlər təmizliyə ayrıca ritual həsr edirdilər. «Yauc» (təmizlənmək deməkdir) mərasimdə insanlarla yanaşı mal-qara, bitkilər, torpaq, od-ocaqlar də timizlənirdi. Azərbaycan türkləri Novruz mərasimləri ərəfəsində həmin adətləri indi də qədimlərdə olduğu şəkildə icra edirlər. Mərasimin adı «yauc» türk dilində «yu, yumaq» felinin məna tutumu ilə tam üst-üstə düşür.
İndi məişətimizdə olan mərasimlər keçmiş inancların izlərini saxlayır. Gəlin apararkən əvvəl belini qırmızı lentlə bağlamaq, sonra onu 3 dəfə bu kəmərin içindən keçirmək də yenidən doğulmanın simvolu və günəşə sitayişlə bağlıdır. Xeyir dua veriləndən sonra gəlini çıraq başına dolandırırlar. Atəşpərəstlikdən qalma bu adət od qarşısında and içmək adətinə bənzəyir.

Həmişəyanar Bakı
Atur-Odur, Adur, Adər, Azər köku, mənşəyi unudulmasına baxmayyaraq odla əlaqələndirilirdi. Bələmi əcəmlərin ən böyük atəşgahlarının Azəbaycanda olduğunu və pəhləvi dilində oda «Azər» deyildiyini yazır. İstəxri, Məsudi kimi müsəlman tarixçi və coğrafiyaşünaçlar Abşeron yarımadasında yüksələn alovların gecələr 40 fərzəx (35-40 km) uzaqdan göründüyünü yazırlar. Müqəddəs sayılan odlar Xəzərin sahil boyu təpələrin ətəklərində yanırdı. Ona görə də odlar qrupu ətrafında yaranmış iri yaşayaş məskəni tədricən müqəddəs odların «yanar» paytaxtı – Bakı şəhərinə çevrilib. Qədim tikililərin tədqiqatçısı D. Axundov belə hesab edirdi ki, qədimdə bu şəhər Atəşi Baquan (Baquanın odları), yəni «allah şəhəri», yaxud «allahın yeri» adlanırdı.
Tarixi mənbələrdən aydın olur ki, indi dünya müsəlmanları üçün məqəddəs Məkkə və Həcc ziyarəti nə deməkdirsə, bir vaxtlar Suraxanı Atəşgahı da atəşpərəstlərin həyatında həmin rolu oynayıb. Bakı şəhəri və ətrafı hələ qədimdən bəri əbədi odların yanadığı yer kimi göstərilir. İçərişəhərdəki Gümə məsgidinin atəşpərəst zərdüştilərin məbədgahının yerində tikilməsi barədə rəvayət Bakı əhalisi arasında indiyədək yaşayır. Bizans diplomatı Prisk yazırdı: «Madiyaya basqın edən hunlar geri qayıdarkən başqa yolla döndülər və dənizdəki qayada yüksələn alovun yanından ötərək vətənlərinə qayıtdılar».

Qız qalası
Memar Davud Axundov doktorluq dissertasiyasında sübut etməyə çalışır ki, Abşeronun cənubunda təbii qaz olduğundan orada 3 dənə bürc tipli atəşpərəstlik abidəsi fəaliyyət göstərib. Onlardan biri indi Qız qalası adı ilə tanıdığımız əbidədir. Müəllif əsərində göstərir ki, bu Abşeron məbədləri e.ə. 9-7-ci əsrlərdə Midiya, Xarəzm və Abşeron ustaları tərəfindən tikiləndən sonra Hindistan, Midiya, Babilistan və Xarəzmdən gələn atəşpərəst zəvvarların müqəddəs ibadətgahı olmuşdur. D. Axundos iddia edir ki, bu məbədin kəlləsində lap qədimdə 7 baca inşa edilib. Binanın kəllə hissəsi sonralar dəyişdirildiyindən indi həmin bacalardan heç bir əlamət qalmayıb. Qədim zamanlarda məbədin altından çıxan təbii qaz saxsı boru vasitəsilə məbədin 7 bacalarıan qaldırılıb orada yandırılarmış. Qaz boruları 7 qurbangah taxçadan keçib bacalara qalxarmış. Bacalarda qoyulmuş müxtəlif metal duzları imkan verirmiş ki, bacalardan rəngli alovlar çıxsın. Bu rəngli adovlar gecə vaxtı əzəmətli məbədə ecazkar görkəm verərmiş.

Atəşgahda qəribə ruhlar dolaşır
Hazırda dünyada 2 yerdə – Şimali Hindistanda və Azərbaycanda əbədi od yanan belə atəşgah mövcuddur. Bəzi araşdırmaçıların qənaitinə görə, Suraxandakı Od məbədinin tikintisi eradan əvvələ aiddir. Hazırda Suraxanıda yerləşən Atəşgah 17-18-ci əsrlərdə tikilib. Amma bu məbəd ondan çox-çox qədim olan məbədin qalıqları yerində tikilb. Çünki buralara gəlmiş səyyahlar Suraxanıda olan bir neçə yanar mədəbin təsvirini veriblər. «Atəşgah» Bakıda yaşayan üzvlərinin şimali Hindistandan çıxmış və sinhlər kastasına mənsub olan hind icması tərəfindən inşa edilib. Deyirlər ki, təbbi qazın qumsaldan çıxdığı vaxtarda atəşgahda zəvvarlar yeməyi qabda torpağa basdırmağa bəndmiş kimi yemək bir neçə dəqiqəyə hazır olurdu.
Bu abidə ilə bağlı çoxlu əfsanə və inanclar da mövcuddur. Bəziləri deyir ki, Atəşgaha girən kimi buradan qəribə ruhların səsi gəlir. Mərhum ekstrasens Etibar Elkin deyirmiş ki, bura Azərbaycanda ən müqəddəs yerdir və oranı çoxsaylı ruhlar qoruyur. Bu abidənin qəribəlikləri barədə də danışırlar. Guya 18-ci hücrədən qəribə danışıq səsləri gəlir. Onu da deyirlər ki, 12-ci hücrənin qapısından alova baxanda adma elə gəlir ki, alovun bir addımlığında dayanmısan. Vaxtilə ölmüş atəşpərəstlərin yandırıldığı daş çuxur isə ziyarətə gələnlərdə qeyri- adi duyğular yaradır. Burada ev heyvanları özünü çox qəribə aparır.
Oktyabr inqilabından sonra Suraxanı məbədi kerosin zavoduna çevrilmişdi. Gümbəzindəki od söndürüldü. 1969-cu ildə Hindistanın baş naziri Cəvahirləl Nehrunun Azərbaycana təşrif buyurması bu tarixi abidənin yenidən dirçəlməsinə səbəb oldu. Deyilənə görə o vaxt cəmi 3 gün ərzində fəhlələr Atəşgahdan 700 maşın zibil çıxarıblarmış. Yalnız 70-ci illərin əvvəlində İndira Qandi müqəddəs yeri ziyarət etmək arzusunu bildirdikdən sonra məbədin ərazisi tam təmizləndi, yol asfaltlandı, tikili təmir edildi. Ən əsası isə məbədə qaz yenidən verildi.

Yanardağ möcüzəsi
Abşeronda əbədi alovları ilə məşhur olan daha bir abidə Məhəmmədi kəndində yerləşən Yanardağ ziyarətgahıdır. İslamdan qabaq bura inanc və sitayiş yeri olub. Od püskürən torpaq nəinki keçmişdə, indi də insanlarda heyrətamiz disslər oyadır. Yanardağın arxa tərəfindən zəif vulkan püskürür və ətrafa palçıq qarışıq su səpələyir. Vulkan suyu ilə birgə çıxan kükürdlü qaza alışqan yaxınlaşdıranda ani olaraq alovun yanmasını müşahidə etmək olar. Yerli sakinlər bu suyun müalicvi əhəmiyyətli olduğunu deyir. Möcüzəvi dağın alovu 10-15 metrə qədər qalxır. Amma ehtimal var ki, Yanardağ alovu da nə zamansa sönəcək. Qədim səyyahlar Xəzər sahillərində çoxlu yanar yerlərdən yazırdılar. İndi isə cəmi 1-2 nöqtədən təbii alov çıxır.

Odsuz ev, neftsiz şəhər…
Bir vaxtlar neft Bakını şəhərə çevirdi. Bakıda neftin tarixini izləmək istəsək çox qədim dövrlərdən başlamalı olarıq. Avşeronda neft islahatı barədə Prisk Panivski (5-ci əsr), Əbu İşad İstəhri (8-ci əsr), Əhməd Bəlazari (9-cu sr), Əbül Həsən Əbu Əli ibn Hüseyn məsudi (10-cu əsr), Həmdulla Qəzvini (14-cü əsr), Marko Polo (13-14-cü əsr) və başqa məşhur səyyahlar yazırdılar. Bu mənbələrdən bilinir ki, yerli əhali evlərini neftlə qızdırır, damları qatılaşmış neft –qırla örtür, odsaçan silahlardan istifadə edirlər. Ona görə də neft həm qorxulu silah, həm də bəzi dərdlərin dərmanı idi. Onu barbaqlara yığıb İrana, Gürcüstana, Orta Asiyaya, hətta uzaq Hinditana da aparırdılar. Yerli əhali quyuları bellə qazaraq nefti əldə edirdilər. Müşahidəçilər yazdıqlarına görə neft bəzən 35, bəzən də 80 metrlikdən çıxırdı. Quyular daşla hörülür və kənarlarında kollar əkilirdi ki, dağılmasın. Nefti dəri tuluqlara doldurub çıxarırdılar. 17-ci əsrdə Bakıda bu üsulla 140 min pud neft çıxarılırdı. Bakı xanları çox vaxt şəhərin istilaçılarına xəracı neftlə verirdilər. Rusiya Azərbaycanı istila edəndən sonra neft çar xəzinəsinə axmağa başladı. Bakı Nobel, Rotşild, Vişau kimi milyonçuların kapital mərkəzinə çevrildi. 1883-cü ildə neftə əli çatanlardan 135 nəfərdən cəmi 17-si azərbaycanlı idi. Sovet hakimiyyəti qurulandan sonra isə neft milliləşdi və yenə də Bakı nefti Rusiyanın ocağını yandırmaqda davam etdi. İndi Bakı nefti Sovet İttifaqı adlanan böyük dövlətin işığının yandıracaqdı. Xüsusilə də faşizm üzərində qələbədə Bakı neftinin rolu danılmazdır. O illərdə çətin şəraitdə əldə edilən neft indiyədək hələ ki, rekord səviyyə hesab olunur - ilə 23, 5 milyon ton. Hitler də iştahasını 1942-ci il, sentyabrın 25-nə qədər saxlamışdı. Onun planına əsasən bu tarixdən etibarən Bakı nefti Almaniyanın işığını yandıracaqdı.

***
Neft Bakının bəzən üzünü ağardıb, bəzən başına bəla olub. Neft şəhəri abadlaşdırıb, adını şəhərlər sırasına yazıb. Neft bir gün qurtaracaq. Amma burada yanan alov yəqin ki, sönməyəcək. Odun sönməməsi üçün ürəklərə düşməsi lazımdı. «Ağürlüğüm, uğurluğum odlara» deyib neft çalası olmasa da ocaqdan atlanın…

Yuxariya doğru