Əbədi həyatın sirri
Ölüm və həyatın kandarında həyat forması olan somati fenomeni
Bəlkə də hər insanın arzusudur ki, o dünyanı görüb qayıda bilsin. Ola bilər ki, kiminsə ölüb sonra yenidən öz bədəninə qayıtma hadisəsini mistika, yalan, gözbağlayıcı saya bilərsiz. Amma Tibet yoqları üçün bu, su içmək kimi asan məşğələdir. Buna somati deyirlər. Bir nağıllarımıza göz gəzdirək. Mən o qədər nağıl tanıyıram ki, qəhrəman Allaha dua eləyib ki, onu daşa döndərsin. Dua eləyib və daşa çönüb. Qarğışların içində də «Səni görüm daşa dönəsən» deyimi çox yayılıb. Bəs niyə məhs daşa, quma, suya, küləyə yox? Bəlkə babalarımız bu mövzuda daha artıq məlumatlıdır? Bəlkə onlar daşa dönmüş somatiləri öz gözləriylə görüb? Əfsanələrin əksəriyyətində daşa dönmək hadisəsi məhs dağlarda olur. Bunun köklərini araşdıraq.
 Şəkilaltı: Somati 
      mağarasına giriş qapısı. Bu yer Nepalda ən müqəddəs yerlərdən biri sayılır. 
      Nazik sapla bağlanmasına baxmayaraq seçilmişlərdən başqa heç kim qapıdan 
      o yana keçə bilməz. Nepal krallarından kimsə qapıdan girib bir-iki addım 
      edəndən sonra kor olmuşdu.
 
      Şəkilaltı: Somati 
      mağarasına giriş qapısı. Bu yer Nepalda ən müqəddəs yerlərdən biri sayılır. 
      Nazik sapla bağlanmasına baxmayaraq seçilmişlərdən başqa heç kim qapıdan 
      o yana keçə bilməz. Nepal krallarından kimsə qapıdan girib bir-iki addım 
      edəndən sonra kor olmuşdu. 
      Somati 
        nədir?
        Bu bəlkə də bəşəriyyətin, daha doğrusu insan bədəni və ruhunun ən sirli 
        və izaholunmaz fenomenlərindən biridir. Oftalmoloq Ernst Muldaşov bu fenomenlə 
        maraqlanıb, onu öyrənmək məqsədilə Tibetə səfər eləyib. Səfərdən qayıtdıqda 
        silsilə kitabları çap etməzdən əvvəl bu termin hər kəsə məlum deyildi. 
        Bu üsulu yalnız Tibetin monaxları tətbiq eləyir və böyük sirr kimi şifahi 
        tərzdə nəsildən-nəslə ötürürlər. 
        Somati meditasiyanın ali formasıdır. Somatini letargik yuxu (bu vaxt insan 
        uzun illər yuxudan ayılmayaraq yatır) ilə səhv salmaq olmaz. Çünki letargik 
        yuxuda insanın ürəyi, beyni işləyir və maddələr mübadiləsi davam edir. 
        Somati vəziyyətində insanın bədəni daş kimi bərk və tərpənməz hala keçir 
        və soyuq olur. İnsan öləndə də onun bədəni bərkiyir, amma somati vəziyyətindəki 
        insanın bədəni daşla eyni bərklikdə olur. Bu ona görə baş verir ki, insan 
        maddələr mübadiləsinin sıfır səviyyəsinədək endirə bilir. Bir növ konservləşdirilmə 
        sayılan bu hala orqanizm su vasitəsilə keçir. İnsan o qədər meditasiya 
        eləməlidir ki, bədənindəki suyun biosahəsinə təsir eləmək qüdrətində olsun. 
        Somati klinik ölüm də deyil. Klinik ölüm vaxtı ruh uzun müddət bədəndən 
        ayrı yaşamağa hazır deyil. Somati zamanı ruh bədənin yanında olur. İnsan 
        öz bədənini tərk eləyib konservləşdirmiş halda qoyub gedə, sonra yenidən 
        ona qayıda bilər. Somati ruhun həyatını çox yaxşı izah eləyə bilər. Bədən 
        isə yüz, min, hətta milyon illik konservləşdirilə bilər. Dərin somati 
        vəziyyətinə hər meditasiya edən insan da düşə bilmir. 
        
Bizim 
        sivilizasiyamızın kökləri
        Fiziki və daha incə dünyalarımız var. Fiziki dünya deyəndə materiya, planetlər, 
        ulduzlar, elektromaqnit və cəzbetmə sahələri də nəzərdə tutulur. Nazik 
        dünyalara psixofiziki hadisələr, psixi enerji, bioenerji və s. aiddir. 
        Ruh incə dünyalarda özündə informasiya daşıyan kiçik burulğan şəklindədir. 
        Bu sahə insan haqqında informasiyanın əsas hissəsini özündə cəmləşdirib. 
        Yaxşı fikirlər bu burulğanı bir istiqamətdə, pis fikirlər isə əks istiqamətdə 
        burur. Somati vəziyyətinə düşməkçün mənfi ruhi enerjidən tamamilə canını 
        qurtarmalısan. Ruh və bədən mənfi enerjidən qurtulandan sonra da somati 
        halına düşüb nəbzi saxlamaq, bədənin enerjisini sıfra endirmək və daşlaşmaq 
        çətin olur. Meditasiya məktəbində təcrübəli insanlar gündə 3 dəfə somati 
        halına bir saatlıq düşüb çıxırlar. Onların əksəriyyəti arzulayır ki, uzunmüddətli 
        somatiyə düşüb insanın genetik fonduna düşə bilsinlər. Burda yalnız seçilmişlərin 
        seçilmişi ola bilər.
        «Somati nəyə lazımdır?» sualına Muldaşov belə cavab verir ki, Tibetdə 
        ali şüur tərəfindən insanların gen fondu yaradılıb. Müasir insanlar batmış 
        Atlantidanın sakinləri olan atlantlardan əmələ gəlib. Atlantlar öz bədənlərinin 
        somati vasitəsilə qoruya bilib və ümumdünya daşqını zamanı quru qalmış 
        ən hündür Himolay dağlarında mağaralarda saxlayıblar. Yer üzü sudan quruyub 
        yaşamağa yararlı olanda ruhlar yenidən bədənlərə qayıdaraq yeni sivilizasiyanın 
        təməlini qoyub. 
        
Gümüş 
        tellər dolaşsa…
        Somati zamanı ruh başqa bədənlərə keçmir, yalnız öz bədəninə qayıtmanı 
        gözləyir. Mistik təlimlərdə «gümüş tel» anlayışı var. Bu tel ölmüş adamla 
        ruhun arasındakı əlaqəni təmin eləyir. Bizdə deyirlər ki, ruh 40 gün bədənindən 
        ayrılmır. Bu əlaqə məhz bu tel vasitəsilə saxlanılır. Yuxuda olarkən də 
        ruh bu gümüş teli qırmadan «gəzişir». Yoxsa o öz bədənini tapmazdı. Ona 
        görə də yuxuda olanları qəflətən ayıltmaq olmaz, gümüş tellər qırıla bilər. 
        Bədən öləndən 3 gün sonra efir bədəni, 9 gündən sonra isə astral bədəni 
        gedir. Amma yenə də ümid var ki, ruh geri qayıtmaq istəsə bədən canlana 
        bilər. Ölümündən çox keçmiş canlanma hadisələri artıq çoxdandır ki, elmə 
        məlumdur. Somati vəziyyətində insan bədənini kosmik enerji qidalandırır. 
        
        
Dirilik 
        və ölülük suyu haqqında
        Uzun müddətə somati vəziyyətində müsbət 4 dərəcədə qalmaq olar. Belə tempratur 
        ya suyun altında, ya da mağaralarda olur. Suyun 3 vəziyyəti bizə məlumdur: 
        maye, qaz və bərk, yəni buz halı. Somati vəziyyətində bədəndəki su elmə 
        məlum olmayan 4-cü hala düşür ki, bu da bədəni məhv olmadan daş vəziyyətinə 
        gətirə bilir. Su isə informasiya daşıyıcısı kimi bədən və ruh arasında 
        əlaqə yaradır. 
        Somati halı bir əfsanə ilə də bağlıdı. Bunu uşaqlar da bilir, çünki dünyanın 
        bütün xalqlarının nağıllarında «dirilik suyu» və «ölülük suyu» haqqında 
        məlumat var. Nağıllarda da uca dağların başında yanaşı axan dirilik və 
        ölülük suyundan bulaqların axması təsvir edilir. Həyatda isə seçmə yoqlardan 
        başqa heç kim bu bulaqlara yaxın gələ bilməz. Muldaşov Tibetə ekspedisiyası 
        zamanı belə bulaqlardan birini yerli yoqların icazəsiylə tapıb ordan suyun 
        nümunələrini götürüb gəlməsi barədə yazır. O deyir ki, 5 km hündürlükdə 
        ölülük suyunun bulağını tapdılar. Belə su 30 metr dərinliyindən çıxır. 
        5600 metr hündürlüyündən isə dirilik bulağı vardı. Həmin nümunələri loboratoriyada 
        tədqiq edərkən məlum oldu ki, ölülük suyu insan hüceyrələrində ölüm genini 
        aktivləşdirir. Hüceyrə də bu genin əmriylə ölür. Dirilik suyu isə əksinə, 
        dirildən genləri aktivləşdirir. Loboratoriyada su bu keyfiyyətlərini cəmi 
        6 ay saxladı. Sonra məlumat sanki yaddaşından silindi. Ona görə də Somati 
        halına düşməyə hazırlaşan hər kəs dirilik və ölülük suyu çıxan yerlərə 
        getməlidir, yəni dağlara. Somati halına düşməzdən əvvəl insan ölülük suyun 
        içməlidi. Ona görə də yoqlar uzun müddət nəfəs saxlamaq və dərinliyə baş 
        vurmaq bacarığını məşq eləyirlər. Somatidən əvvəl o, suya baş vurub ən 
        dərin yerindən su götürüb içməlidi. Somatidən çıxanda da kimsə yoqun bədəninə 
        dirilk suyuyla damcılatmalıdı. Əvvəl üstünə səpib sonra içirtməlidi. 
        
 
 
       Şəkilaltı: 1927-ci 
      ildə vəfat eləmiş lama
 
      Şəkilaltı: 1927-ci 
      ildə vəfat eləmiş lama 
      O dünyanın 
        tempində
        Somati zamanı vaxt adi qaydadan 717 dəfə tez gedir. Bəlkə də bu o biri 
        dünyaların zaman vahididir. Somatiyə düşmüş insanlarla meditasiya vasitəsilə 
        ünsiyyətə girmək olar. Amma yad adamın enerjisi, yəni insani hisslərdən, 
        mənfi emosiyalardan təmizlənməmiş enerrjisi somati halında olan insana 
        mənfi təsir göstərə bilər. Ona görə də somati mağaralar bütün sivilizasiyalar 
        boyu isnanlardan gizli saxlanılıb. Bu sirri seçilmişləri ən seçilmişi 
        bilə bilər. İnsanların əksəriyyəti öz hiss və fikirlərinə tam sahib deyil 
        deyən «bəşəriyyətin məlumat bankı»na hər adamı yaxın buraxmaq bəşəriyyəti 
        məhvə aparardı. Axı bu bankdakı informasiyanı insanlar pis məqsədlərə 
        yönəldə də bilər. Somati halı ölməmişdən əvvəl insan üçün o dünyanı görüb 
        gəlmək imkanıdır. 
        
Mağaraların 
        sirri
        Somati vəziyyətində insanların olduğu mağaralar müxtəlif maneələrlə möhkəmləndirilir. 
        İnsan övladının qaldıra bilməyəcəyi daş qapılar, psixi enerjidən hörülmüş 
        maneə, mağaranın girişinin gizlədilməsi. Yenə də nağıllara bənzədi deyəsən. 
        Bütün nağıl qəhrəmanları belə mağaralardan, maneələrdən keçməli olur. 
        Bəlkə də nağıl somati mağarasına girmək cəhdini eləmiş insanın danışdıqlarıdır 
        ki, nağıllarımıza hopub? Somati mağaralar əsasən Tibetdə, Himolay dağlarında, 
        Misirdə, Cənubi Amerikada və Sibirdə yerləşir. Bir çox məbədlər somati 
        mağaraların üstündə tikilib və ora girişi qoruyur. Muldaşov öz kitablarında 
        somati mağaralara girmək cəhdlərini təsvir eləyib. Anlaşılmaz qorxu hissi, 
        başgicəllənmə, qarabasmalar və sair duyğuları keçirən adamı bir neçə dəqiqədən 
        sonra ordan çıxaran olmasa o ölə də bilər. Bir neçə saniyə ərzində insanın 
        ətrafındakı enerji qatının tam dağılması da müşahidə edilib. Buralar adi 
        insanlarçün deyil.
 
 
      
      Şəkilaltı: Monax artıq 35 ildi ki, tərpənməz halda oturub.
Şüşə 
        altında həbsdə «yatan» monaxlar
        Adətən somati halına düşməzdən əvvəl insan mağarada yerini hazırlayıb 
        sonra bu addımı atır. Amma müasir dünyamızda somatiləri narahat eləyib 
        şüşə altında saxlamaqla muzey eksponatına çevirmə halları da var. Budda 
        pozasında oturub somati halında yaşayan bir neçə hal artıq rəsm şəkildə 
        qeydə alınıb. Xambo monaxı lama Etiqelov 1927-ci ildə rəsmi formada vəfat 
        edib. O indi də Ulan-Ude monastrında şüşə altında saxlanılır. Burda o, 
        lotos pozasında oturub. Onun bədəni indiyədək çürüməyib. Bunu sübut eləməkçün 
        ildə bir dəfə onu insanlara göstərirlər. 
Tailandda Samui 
        adasında Vat Kunaram monastrındakı fenomeni insanlardan heç gizlətmirlər. 
        Monax Pra Kru Sanatakitittkxunomun çürüməyən bədəni burda şüşə arxasından 
        görünür. Onu nisbətən cavan saymaq olar, çünki bu yaxında, 1973-cü ildə 
        ölüb. Amma onun ekspozisiya təcrübəsi daha artıqdır. Çünki ölən kimi onu 
        şüşə arxasına oturdublar. Yuxarıda adı cəkilən lama Etiqelov isə uzun 
        illəri qəbirdə keçirib. Onu 2002-ci ildən bəri nümayiş eləyirlər. 
        Monax Pra Kru Sanatakitittkxunomun vəfat eləyəndə 79 yaşı vardı. O indi 
        qara eynəklərdədir. Çünki şüşə dalında 35 illik «həbs»dən sonra keçən 
        il onun bir gözü tökülüb. İnsanları şoka salmamaq üçün ona qara eynəklər 
        taxıblar. Amma arıq olsa da görkəmcə quru mumiyaya bənzəmir. Monaxın tarixcəsi 
        belədir. 20 yaşı olanda o, məbədə gəlir. Burda 2 ay qulluq eləyib atır. 
        Evlənir və 5 uşaq atası olur. 30 ildən sonra yenidən monastra qayıdır. 
        Sonrakı 30 ildən sonra isə lotos pozasına oturub elan eləyir ki, bu vəziyyətdə 
        də öləcək. Dediyi kimi baş verir. Müəllimi öləndən sonra şagirdləri onun 
        meyitini yandırmaq istəyir, amma o yanmır. Bunu ilahidən işarə sayaraq 
        monaxı şüşə altına yerləşdirirlər. Deyirlər ki, onun indiyədək saçı və 
        dırnaqları uzanır. Vaxtaşırı şagirdləri müəlliminin dırnaqlarını və saçlarını 
        qırxıb səliqəyə salırlar. Hesab edirlər ki, o, ölməyib, sadəcə nirvana 
        vəziyyətinə yüksələ bilib.
Çürüməyən monaxdan 
        fərqli olaraq lama Etiqelovu dəfələrlə tədqiq eləyiblər. Onu 1927-ci ildə 
        sidr ağacından tabutda duzun içində basdırmışdılar. O bunu vəsiyyətində 
        xahiş eləyib. Ordaca yazıb ki, 2002-ci ildə çıxarıb əmin olsunlar ki, 
        bədəni çürüməyib. 1955-ci ildə XVII Pandido Xambo lama Darmayev monaxın 
        başına cələnlərlə maraqlanıb onu qəbirdən çıxarır. Sonra o mərasim iştirakçılarına 
        bəyan edəyir ki, ürək nahiyyəsində istilik duyulur. Tabutu yerinə qoyurlar. 
        1973-cü ildə yenidən çıxarırlar. Bu dəfə XIX Pandido Xambo lama Jambal 
        Dorjo Qoboyev yenidən əmin oldu ki, bədən çürüməyib. 2002-ci ildə lamanın 
        qohumlarının icazəsiylə bu dəfə XXIV Pandido Xambo lama Damba Ayuşeyev 
        tabutu yerdən çıxarıb monastra aparıb «cənnət məkanı» adlanan yerdə yerləşdirir. 
        Etiqelov indiyədək ordadır. Onun bədəninin parçasını tədqiq edəndən sonra 
        onu canlı insan toxumasından fərqləndirəcək bir əlamət tapmadılar. Bir 
        az qanı jeleyə bənzər şəkildəydi, vəssalam. Onun kimyavi analizlərində 
        bromun çoxluğu aşkar olunub. Brom isə beyinin aktivliyini yatırır. Arabir 
        lamanın alt çənəsi düşür deyə onu parça ilə bağlayırlar. Bu özü də bir 
        daha sübut eləyir ki, oynaqları daşlaşmayıb və işlək vəziyyətdədir. Hətta 
        deyirlər ki, o, hərdən tərləyir. Bəziləri dua zamanı bir gözünün açılmasını 
        da görüblər. Ola bilər ki, bu artıq insan fantaziyasıdır. 
        
Bədən 
        ruhun dalıyca qaçıb çata bilməz
        Səbəbini izah eləyə bilməsə də elm çürüməyən insanları ölü hesab eləyir. 
        Mistiklər isə onların hələ də sağ olduğuna inanır. Öləndən sonra çürüməyən 
        bədənlər haqqında elmdə çoxlu sübutlar var. Bernadet Subioz adlı katolik 
        müqəddəs 1879-cu ildə vəfat eləmişdi. Onun bədənin 1919-cu ildə torpaqdan 
        çıxarılanda hələ də çürüməmişdi. 1994-cü ildə Taivanda 11 il əvvəl vafat 
        eləmiş buddist monaxı Pu Çaonun bədəni minlərlə zəvvarı bura toplamışdı. 
        Məbədlə yanaşı yerləşən mağarada oturmuş monaxa baxıb hətta əlini də sıxmaq 
        olardı. O, 93 yaşında dünyasını dəyişmişdi. Onun şagirdləri indiyədək 
        bədənə qulluq edərək yaş parçayla onu silir. Rəhmətliyin əzələləri hələ 
        də elastikdir və saçları uzanmaqda davam eləyir. Şahidlərin dediyinə görə 
        o, yağış suyu və yarpaq yeməklə dolanırmış. Başqa iki buddist monaxı Tru 
        Xanqa (1954-cü ildə ölüb) və Çin Yenin (1970-ci ildə ölüb) çürüməyən bədəni 
        yerə basdırılmış çəndə saxlanılır. Onlar da yerli məbədlərdə «yatır». 
        
        Monaxlar min ildən sonra da belə qalacaq, ya yox bunu heç kim bilmir. 
        İnsan bədənini dəyişməz saxlayan bir mühit də var. Bu bataqlıqdır. Min 
        illər əvvəl ora düşmüş canlılar dəyişməz halda qalır. İnanmaq olmur ki, 
        Daniya, İrlandiya və Böyük Britaniya ərazisində tapılmış bədənlərin 10 
        min il yaşı. Aşağıdakı şəkildəki insan bədənində hətta axırıncı dəfə nə 
        yediyini də tədqiq eləmək mümkündü. Amma onların sümükləri sanki əriyib 
        və daşa dönyblər. 
 
 
       Şəkilaltı: Bu insanlar 
      50 min il əvvəl yaşıyıb
 
      Şəkilaltı: Bu insanlar 
      50 min il əvvəl yaşıyıb 
       
        
 Qadın baxışı
Qadın baxışı