Qız qalası- qədim şəhərin daha bir sirri
Dünyanın heç bir yerində analoqu olmayan Qız qalasının ən azı 3 min il yaşı var. Onun əsil məqsədini izah edərkən bütün tədqiqatçılar çaş-baş qalırlar. Çünki forması və ölçüsünə görə qeyri-simmetrikdir və horizontal zolaqlarla örtülüb. Ola bilər ki, müxtəlif dövrlərdə Qız qalası müxtəlif məqsədlərə xidmət edib. Ölkəmizin tarix və memarlığının unikal nümunəsi olan Qız qalası təkcə dini, müdafiə və elmi (astronomik) baxımdan deyil, həm də ekzoterik baxımdan əhəmiyyətlidir. Ona görə də Qız qalası barədə çoxlu rəvayətlər var. Qala ilə bağlı əfsanələrin əksəryyətti qız kəlməsilə bağlıdır. Onun alınmaz, bakirə olmağına işarədir.
Nostradamus
Bakı qalası barədə
Bütün dünya Nostradamusun öncəgörməliklərindən danışır və onun yazıları
hələ də tədqiq edilir. Azərbaycanlı riyaziyyatçı Vaqif Ələkbərov bu mövzuda
maraqlı tədqiqat apararaq gözlənilməz nəticələr əldə etmişdir. 20 ildən
artıq apardığı tədqiqatlar, tariximizdə açılmamış qalmış bəzi məqamları
işıqlandırmaq istəyi tədricən hobbiyə çevrilsə də onun adı elmi dairələrdə
yaxşı tanınır. Vaqif Ələkbərov da Qız qalası ilə bağlı maraqlı müşahidələr
aparıb və Nostradamusun «Senturiya»sının mətnində eyni sözlərin təkrarını
vurğulamaqla «Qala» sözü ilə bağlı bəzi sətirləri aşkarlayıb.
«Buka qalası barbarların cəngəlliyindən qorxacaq» (1.28), «Dənizdəki qala
3 dəfə əldən ələ keçəcək» (3.01), «Mars qalanın ən böyük pəncərəsində
olacaq» (5.42), «Böyük Neptun qalanın böyük pəncərəsindən görünəcək» (3.01)
Buka sözü Nostradamus üçün xarakterik olan anoqramma, yəni hərflərin yerini
dəyişmə üsuluyla tədqiq edilsə Baku sözü rahat alınır. Cəngəllik dedikdə
ola bilər qalanın ağac gövdəsinə oxşaması nəzərdə tutulur. Axı onun içi
ağacın özəyi kimi boşdur və divarları bayırdan ağac qabığı kimi zolaqlıdır.
Şeirlərdə Günəş sistemi planetlərinin Qız qalasının pəncərələrinə uyğun
gəlməsi bir daha tasdiqlənir. Qalanın yarıyacan zolaqlı olması bir qədər
qəribədir. Bu faktı tədqiqatçıların heç biri izah edə bilmir. Nostradamusun
adıçəkilən katrenində deyildiyi kimi Qalanı ağaca bənzətsək və planetlərin
Günəş ətrafında hərəkət müddəti ilə müqayisə etsək, Qalanın zolaqlarını
sanki ağacın yaşını təyin edən halqalar kimi qəbul edə bilərik. Günəş
sistemində ən uzaq planet olan Pluton ən uzun perioda malikdir – 247,
7 il. Qız qalasını tikən memarlar da həmin rəqəmləri işlədiblər. 24 tam
halqalı zolaq və 7 yarımçıq çıxıntı. Bu 3 rəqəm zərdüştilikdə də müqəddəs
sayılırdı. Zərdüştilər sudrə adlanın ağ köynək geyər və onu 4 düyünlə
bağlayardlar. Kuşti adlandırılan kəmər özü isə 72 ipdən hörülərdi. Rəqəmlərin
üst-üstə düşməsi adamı heyərətləndirir. Müqəddəs Quranın da Fussilət (Müfəssəl
izah edilmiş) surəsini islam teoloqları Günəş sisteminin şifrəli illüstrasiyası
kimi və qazvari dumandan əmələ gəlməsinə sübut kimi sitat gətirirlər:
«9- (Ya Peyğəmbər!) De: Doğrudanmı siz yeri 2 gündə yaradanı inkar edir
və Ona şəriklər qoşuruz? 10 – O, yer üzündə möhkəm durmuş dağlar yaratdı,
onu bərəkətli etdi və (Allahdan ruzi) istəyənlər üçün bərabər olaraq orada
yer əhlinin ruzisini 4 gündə (mövsümdə) müəyyən etdi. 11- Sonra Allah
tüstü (duman, yerdə qalxan buxar) halında olan göyə üz tutdu (göyü yaratmaq
qərarına gəldi). Ona (göyə) və yerə belə buyurdu: «İstər-istəməz vücuda
gəlin!» Onlar da: «İstəyərək» (Allahın əmrinə itaət edərək) vücuda gəldik!»
- deyə cavab verdilər. 12- Allah onları (səmaları) 7 (qat) göy olaraq
2 gündə əmələ gətirdi. O, hər bir göyün işini özünə vəhv edib bildirdi.
Biz aşağı göyü (dünya səmasını) qəndilərlə (ulduzlarla) bəzədik və (onu
şeytanlardan, hər cür bəladan) hifs etdik. Bu yenilməz qüvvət sahibi olan,
(hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmü, qanunudur)!»
2, 4,7 rəqəmləri arasındaki mistik əlaqədən danışarkən yenə də Nostradamusu
yada salmaq lazımdır. Onun fikricə kitabındakı hər fəsil 100 katrendən
ibarət olmalı idi. Amma müasirlərinin anlamadığı səbəbdən 7-ci fəslə yalnız
42 katren daxıl edərək onu sanki natamam saxlamışdır. Ruhani quru kimi
ad çıxarmış El Moriyanın ezoterik dairələrdə məhşur olan kitabının «Kosmosun
247 qanunu» adlanması da yəqin ki, təsadüfdən deyil. Ona görə də Qız qalasının
zolaqlarının sayını da təsadüf saya bilmərik. Magik 2, 4, 7 rəqəmi Qalanın
ölçülərində dəfələrlə rast gəlinir.
Həyat
ağacı
Məlumdur ki, Azərbaycan ərazilərində İslam dini bərqərar olmamışdan əvvəl,
Qafqaz Albaniyası, sonralar Atropatena dövləti olarkən zərdüştiliklə yanaşı
xristianlıq da qəbul edilimşdi. Xristianlıq buralarda 1-ci əsrdən etibarən
olduğundan xristian mənbələrində İncil kitabı formalaşan zamanlarda bu
qala barədə bir şey yazılmaya bilməzdi. Dimirti Rostotskinin «Müqəddəslərin
həyatı» kitabında oxuyuruq «… Albaniyanın Baruk (Bakı) şəhərində xəstələrə
şəfa verən, iztirab çəkənlərə kömək edən bir qala dayanıb».
Qız qalasının zolaqlarının ağacın halqaları ilə bənzədilməsi İncilin hələ
açılmamış bəzi sirrlərindən birinə yaxınlaşdırır. İoann Boqoslovun «Etiraf»ında
(22 fəsil) sirrli «Həyat ağacı» təsvir edilir ki, bunu teoloqlar hələ
ki, şərh edə bilmir. Onun yazdığına görə bu «Ağaca xüsusi rol verilib
və o, xalqların sağalmasına, şəfa tapmasına xidmət edir».
İoann Boqoslovun «Etiraf»ında 4-cü «Apokalipsis» fəslində belə sətirlərə
rast gəlmək olur: «Mən Taxt görürəm. Onun ətrafında daha 24 taxt da var.
Hər 24 taxtda ağ geyimli qocaman oturub. Bu Taxtın qarşısında 7 od yanır
ki, 7 İlahi ruhun simvoludur.» Qız qalasına yandan baxanda Qafqaz Albanyası
zamanı işlədilən taxta– basilevsə çox oxşayr. Həmin müəllif başqa yerdə
(4-cü fəsil, 6-cı şeir) «… Taxtın qarşısında şüşə kimi dəniz kristal kimi
parlayır» deyir. Yenə də 2, 4, 7 rəqəmləri. İoann Boqoslovun 4-cü fəsil,
7-ci şeirində dediyi daha qəribədir: «… və bu Taxtın yanında 4 heyvan
gördüm. Birisi şirə bənzəyirdi, ikincisi buğaya. Üçüncüsü heyvan üzlü
insana, sonuncusu isə uçan qartalı oxşayırdı». Bu cümlənin arxasında məna
tapa bilməyən oxucular İçəri şəhəri qoşa qala qapısı tərəfdən girməmiş
başını qaldırıb Azərbaycanın qədim herbinə baxa bilər: bir-birinə baxan
iki şir arasında bir buğa. Azərbaycanın xəritəsini görənlərə isə onun
uçuş zamanı qartala bənzəməsini bir daha xatırlatmaq lazım deyil. Heyvana
bənzər insanlar barədə isə uzun-uzadı fəlsəfi polemikaya qoşulmaq olar.
Əhdi-ətiqdə də (qədim İncil) qəribə fraza var: «… Şərqdən olan qartalı
göndərəcəm ki, dinlərin əzəlinə qaytarsın». Bu xristianlar üçün «Allah
təkdir, yeganədir» fikrinə qayıdışdırsa bütün dünya dinlərinin birləşəcəyi
yerə işarə edilir.
Kosmik
informasiya qəbul etmək üçün vacib qəbuledici
Ola bilər ki, Qız qalası da Misir ehramları kimi astronomiya ilə çıx bağlı
olaraq şəfa verici bioenerji mənbələrindən biridir. Qız qalasının mərkəzi
boş olduğundan onun ortasından enerji mübadiləsi gedir. Qala 7 mərtəbəlidir
(8-ci mərtəbə torpaqda dayandığından zərdüştilər onu mərtəbə saymırdılar).
İnsanın enerji sistemiylə müqayisədə onun onurğa sümüyü ətrafında yerləşən
7 enerji mərkəzi- çakrlarla müqayisə edilə bilər. Bəzən buna 7 möhür də
deyilir. Vaqif Ələkbərovun akademik Qoçun biolokasiya matritsa görüntüsü
metodikası ilə təcrübələr nəticəsində əldə etdiyi faktlara əsasən bu hipotez
təsdiqlənir. Mərtəbələr bioenerji baxımından özünü insanın çakraları kimi
aparır. İnsanın enerji sütunu- yəni onurğası sıradan çıxarsa onun sağlamlığına
necə ziyan dəyə bilərsə Qız qalasının da enerji kanallarının bağlanması
həmin nəticəyə gətirir. Yəqin ki, Qız qalası böyük bir enerji sistemində
çox vacib funksiya daşıyr. Söhbət bütün yer kürəsinin enerji-informasiya
sahəsindən də gedə bilər. Anomaliyalar mərtəbə arasında dəliklərin tam
bağlandığı yerlərdə daha aydın müşahidə edilirdi. Bu ekstrasens qrupunun
apardığı təcrübələr nəticəsində məlum oldu ki, bütün mərtəbələri keçib
Qız qalasının başına çıxmış adamın enerji kanallarında aydın sezilən dəyişikliklər
əmələ gəlir. Sağlamlıq xətrinə bura gələnlər Qalanın içində 2 saata qədər
olmalıdır ki, müəyyən nəticələr üzə çıxsın. Bu da ki, Qalanın quruluşunda
sonradan aparılan tikinti işləriylə bağlıdır. Olmayan mərtəbələrin tikilməsi
sağlamlaşma prosesinin qarşısını alır. Manfred Dimdenin «Piramidaların
şəfaverici qüvvəsi» kitabında da Yerin biosahəsi ilə enerji mübadiləsi
prinsipləri və onların müəyyən nöqtələrdə olması təsvir edilib. Ola bilər
ki, Qız qalası da belə nöqtələrin birində quraşdırılıb və o da Misir piramidaları
kimi şəfaverici funksiya daşıyır.
«Qalanın
başında durub şərqə doğru baxın».
Qız qalasında 2005-ci il mart-aprel aylarında aparılan tədqaqatların nəticəsində
maraqlı nəticələr alınmışdır. Qız qalasına çıxmamışdın əvvəl və sonra
təcrübə keçən adamların biosahəsi lokator vasitəsilə ölçülmüşdür. Qalaya
çıxıb düşəndən sonra açıq-aydın dəyişikliklər müşahidə edilmişdir. Qız
qalasının başına çıxmış bir qrup ekstrasens cənub şərq tərəfdə altıguşəli
oval forma müşahidə ediblər. Moskvalı bioenergetiklər Qalanın enerjisini
tədqiq edərkən avadanlığın sıradan çıxmasını görəndə heyrətlərindən nə
edəcəklərini də bilmirdilər. Onlar Qız qalasını dünyanın daha bir möcüzəsi
adlandırmışdılar. Qız qalasından aparılan təcrübələr bir aydan artıq çəkmişdi.
Nəticələr heyrətamiz idi. Qalada olanların bioenerji baxımından gumrahlaşmasından
başqa bir nəticə də əldə edilmişdi. Qız qalasının başında olarkən bioenergetiklər
qalanın mühafizəkarı adlandırdıqları məxluqla kontakta girə bilmişdilər.
7 ekstrasens eyni vaxtda adi adamlar üçün gözəgörünməz olan mühafizəkarın
suallarına cavab verirdilər. Bu səhnəni müşahidə edənlərin heyrətinin
hüdudu yox idi. Deyilənə görə bu məxluq qalanın bəzi sirrlərini də açıqladı
ki, eksperiment zamanı onun məsləhətlərindən istifadə edildi. Yəqin qədimdə
ekstrasensor qabliyyətli adamları kahin adlandırırdılar və onlar da qalanın
mühafizəkarı ilə kontakta girib məlumat öyrənə bilirmişlər. Deyirlər ki,
Misir piramidalarında faraonlar bədənlərini sağaldır və cavanlaşırdılar.
Amma bunun yollarını, üsullarını yalnız kahinlər bilirdi. İndi biz də
Qalanın hansı hissəsində, nə qədər, üzü hansı istiqamətə dayanacağımızı
bilmirik ki, Qız qalasından yararlana bilək. Çox təəssüf ki, mübariz ateizm
mövqesində tərbiyə almış elm adamlarımız tarixi öyrənərkən bu tip informasiyaları
ciddi qəbul etmirlər. Təcrübə aparan ekstrasenslər Qalanın mühafizəkarından
həmişə eyni cümləni eşidirdilər: «Qalanın başında durub şərqə doğru baxın».
Nə qədər ki, Qız qalasının özəyi metal arakəsmə ilə örtülüb onun içindəki
enerji də içinə qapanaraq tıxanıb. Qədim dövrlərdə insanlar bizə nisbətən
ulduzlara daha yaxın idilər.
***
Qız qalası məbəd də olub, müdafiə qalası da, mayak da. İndi o muzeydir.
Yeri gələndə döyüşmək üçün üstündə muşğulları da olub. Bəziləri onun rəsədxana
olduğunu da ehtimal edir. Qız qalası 2000-ci ildən etibarən YUNESKO-nun
qoruğuna daxil edilib. Dəfələrlə dağıdılıb və təmir edilib. Hər təmir
öz silinməz izlərini qoysa da Qalanın əsil mahiyyətini dəyişdirə bilməyib.
Qız qalası hələ də insanlara qulluq edir.