İndiqo- illyuziya rəngli uşaqlar
Böyüklərin öz missiyasını unutduğu zamanlarda uşaqlara dünyanı kəşf eləməyi qadağan etmək olmaz!
100 il əvvəlin adamları indiqo rənginin
özünü tanımırdı. Çünki tünd göy ilə bənövşəyi çaların qarışığından alınmış
bu rəng özü bu yaxınlarda doğulub, əsrin yenilikləri kimi müasirdir. Aurası
indiqo rəngində olan uşaqlara indiqo uşaqlar deyirlər. Müasir insanlar
üçün öncəgörməlik, aura, karma, rentgen baxışlar və s. bu tipli şeylər
məişətdə tez-tez işlənən ifadələrdir. İnsanın aurasının rəngi barədə o
qədər danışılır ki, qarşındakı adamın ətrafındakı rəngli halqaları görməyəndə
məyus olur və özünü natamam hiss eləməyə başlayırsan. Rəngi görən psixoterapevtlər
təkidlə deyir ki, cəmiyyətdəki dəyişikliklər insanların aurasındakı rənglərin
dəyişməsi ilə bağlıdır. Artıq sarı, yaşıl, göy rəngli auralar yavaş-yavaş
sıradan çıxaraq inliqo rəngi ilə əvəz edilirlər.
Bəlkə evdə ipə-sapa yatmayan cocuq da inliqodur?
«İndiqo uşaqlar» terminini məişətimizə amerikalı ekstrasens-psixoloq Nensi
Enn Tepp salıb. Yüksək intellek və qeyri-adi qabliyyətli uşaqlara tətbiq
edilən bu termini o, uşaqların aurasının rənginə uyğun seçmişdi. O, yüzlərlə
uşağın aurasının rəngini tədqiq edəndən sonra nəşr etdirdiyi «Rəng vasitəsilə
həyatdan necə baş çıxarmalı» adlı kitabı işıq üzü görən kimi hamı bu termini
işlətməyə başladı. O, təkid edir ki, indiqo auralı uşaq yeni insan irqinin
nümayəndəsidir. Bu terminin məşhur olmasına baxmayaraq hələ ki, heç kim
auranın rəngini nümayiş etməklə bu fərziyyəni nə rədd edib, nə də təsdiqləyib.
Vaxtaşırı yaradıcı imkanlar və psixi natarazlıq arasında əlaqə tapmış
elmi məqalələr dərc edilsə də elm bu termini qəbul etmir. Ekstrasens Enn
Tep hesab edir ki, 10 yaşına qədər uşaqların 70 faizi, 15-25 arası isə
40 faizi indiqodur. Əgər indiqo uşaq dünyanı dəyişdirmə, eləcədə insanın
özü-özünü təkmilləşdirmə prosesində bir fenomendirsə onda əlamətləri bilməyimiz
lazımdır.
Dəcəl, yoxsa şəxsiyyət?
Ən əvvəl qəbul etməmiz lazım, onlar bizim kimi deyil! İndiqo
uşaqların həyatın mənası, Yerə nə üçün göndərildiyi barədə özünün maraqlı
versiyası olur. Bəziləri bunu açıq aydın deyir, bəziləri isə bunu içində
sirr kimi gizləyib özünə qapanır. Demək olar ki, indiqoların hamısının
gizli adı və öz missiyası var. Onlar öz qoruyucu mələklərinin adını bilir
və təsvirini verir. Təkid edirlər ki, mələkləri ilə istədikləri vaxt əlaqəyə
girə bilirlər.
İndiqo uşaqları adi dəcəllərdən ayıran əlamətlər bunlardır:
• Asosiallıq, yəni cəmiyyətə uyuşa bilməmək.
• Avtoritetləri qəbul etməmək, individuallıq, xudbinlik, özünə böyük qiymət
vermək.
• Böyük yaradıcılıq potensialı və yüksək intellekt.
• Empirik yolla məlumat toplamağa meyllilik, uzaq predmetlərdə əlaqə tapmaq
yolu ilə.
• Enerjililik, bir yerdə otura bilməmək, diqqət difisiti.
• İmpulsivlik, əhvalın tez-tez dəyişməsi və depressiyaya meyl.
• Sosial ədalət hissi və olanlara qarşı böyük məsuliyyət duyğusu.
• İnkişaf etmiş intuisiya və təhlükəni duymaq qabliyyəti.
• Texnikanı, xüsusilə də kompüteri tez öyrənmək bacarığı.
• Onlar keçmiş həyatlarını xatırlayır və gələcəyi görür.
• Adamın ağrıyan yerinə əl dəyməklə əzablarını azalda bilirlər.
• Onlar ənənələrə söykənən və yaradıcılıq tələb etməyən sistemlərdən dəhşətə
gəlirlər.
• İntizam cəzalarını hes veclərinə almırlar.
• İnsanlar arasında alturastldirlər. Onlar aqressiyanı heç qəbul edə bilmirlər.
• Uşaq oyunlarına qəti maraq göstərmirlər. Çünki onları nəticə maraqlandırır,
proses yox.
• İndiqoların əli özündən asılı olmayaraq yazı yaza bilər, ieroqliflərlə,
ərəb əlifbası, mixi hərflərlə. Başqa birisi bədii mətnlər yazıb rəsmlər
çəkə bilər. Onlar hər sahədən baş çıxaran mürəkkəb şəxsiyyətlərdir.
İnliqolar sürətli həyatda hər şeyi öz ritmləri, öz sürətlərinə uyğun edib
cəmiyyətin ritminə uyğunlaşmırlar. Onlar hər şeyi obrazlı və eyni zamanda
böyük miqyaslı şeyləri, məsələn, mətnləri qəbul etmək duyğusu ilə doğulurlar.
Elə bil ki, yazılanın məğzində duran əsas məsələni ilk cümlələrdən anlaya
bilirlər. Obrazlı , panoram qavrayış adi təfəkkürdən 400-2000 dəfə sürətlə
baş verir. Adi təfəkkür sözdən-sözə, fikirdən fikrə keçənəcən obrazlı
təfəkkür sahibi bir neçə saniyəyə informasiyanı tutub formalaşdıra bilir.
Ən çox rast gələn situasiya: məktəbdə riyaziyyat məsələsini hamı yarım
saata həll edərkən inliqo onu 2 dəqiqəyə həll edib cavabını yazacaq. Amma
müəllim ondan bunu necə elədiyini soruşanda o bunun cavabını bilməyəcək.
Başqa uşaqlar isə tənliyi uzun-uzadı həll edib sübuta yetirərkən göydən
alınmış cavabı müəllim köçürülmüş hesab edəndə «Mən bilirəm ki, cavab
belədir» deyən indiqo uşaq və müəllim arasında konflik yaranır. İndiqo
uşaqlar həm də çox diqqətsiz olduqlarına görə müəllimlərin sevimlisi olmurlar.
«Bənövşə balaların» missiyası
Onları Rusiyada «Yeni minilliyin uşaqları», ya da «İşığın övladları» adlandırırlar.
Ümumi davranış qaydaları onları heç cür yapışmadığına görə Fransada onları
«teflon uşaq» çağırırlar. İngiltərədə indiqolara kiborqlar deyirlər, çünki
onlar hərəkətlərini beyinlə idarə edir, nəinki ürəklə. Bəzən indiqoları
«mələk enerjisinin daşıyıcıları»da adlandırırlar. Ona görə bilməyimiz
lazımdı ki, axı bu indiqo rəngli uşaqlar cəmiyyətə xeyir, yoxsa şər gətirəcək?
İndiqoların texnikanı belə gözəl qavraması onu da deməyə əsas veri ki,
belə uşaqların daha çox doğulması ilə gələcəkdə texnika görünməmiş zirvələrə
qalxa bilər. Onlar elə dünya qura bilər ki, orda əllə yox, yalnız beyinlə
işləmək lazım gələcək. İnliqonun intellekt göstəricisi 130 bal olur, adi
uşaqlarda rəqəm 80-ni keçmədiyi halda. Nəinki öz yaşıdlarını, valideynlərini
də kölgədə qoyan «Bənövşə balalar» bizim dünyaya müəyyən proqramla gəliblər.
Yeni irq çox qısa zamanda yayıla bilər. Çünki 30 il əvvəl indiqolar haqqında
heç danışan da yox idi. Bu gün isə 100 doğulan uşağın 70-inin aurasında
qeyri-adi rəngi qeydə alırlar. Qabaqlar bu rəqəm hər 100 uşağa 3 nəfər
idi. Gələcəkdə alimlər uşaqların 90 faizinin belə rəngə boyanacağını guman
edir. Telepatiya və ekstrasensliyə meyl, elmi yaradıcılığa can atmaq da
burdan qaynaqlana bilər.
Deyirlər ki, yeni nəsil- indiqoların əmələ gəlməsi təsadüf deyil. Bəzə
nəzəriyyələrə görə tarixin ən dramatik məqamlarında nəsə böyük bir qəzanın
qaçılmaz olduğu anlarda Yer üzündə yeni sivilizasiya doğulmağa başlayır.
Bu indiqo uşaqlar da onun nümayəndələridir. Alman müəllifi Ziqfrid Voytınasın
«İnliqo uşaqlar – onlar kimdi?» kitabında bir versiya ən maraqlılardan
biridir. Orda belə fərz edilir ki, guya bəşəriyyət özündəki insani keyfiyyətləri
bilərəkdən sıradan çıxarır. Sonra inliqo uşaqların yeni keyfiyyətləri
ilə yada salmaq istəyir ki, «Bax, sən də belə idin, səndə də bu var, bunu
inkişaf etdir». Hazırda inkişaf etmiş ölkələrin əksəriyyətində indiqo
uşaqlarla dövlət səviyyəsində məşğul olurlar. Bu vaxt və gücün nahaq sərf
edilməsi deyil. Ola bilərki, məhs bu nəsil sivilizasiyamızı artan böhrandan
çıxarmaq qüdrətində olacaq.
Yeni nəsil insanın yaranması məsələsinə qeyri ənənəvi üsulla yanaşanlar,
yəni ekstrasenslər iki cür baxır. Onlardan bir qismi hesab edir ki, indiqo
işıqlı uşaqlar 6-cı irqin nümayəndələridir. Sarı işıqla şüalanan adi insanlardan
fərqli olaraq onlar yerə dağıdıcı funksiya ilə göndəriliblər. Təbiətcə
döyüşçü olduqlarına görə onlar cəmiyyətdə yeniliklər yaratmalı və bəşəriyyəti
silkələyərək bu hadisəyə reaksiya verməyə məcbur etməlidirlər. Cavab reaksiyası
kimi 6-cı irqin daha iki nümayəndəsi, yaşıl auralı və qırmızı auralı insan
növləri də yaranmalıdır. Yaşıl auralı insanlar döyüşçü təbiətli inliqoları
yönəltməli və işçi qüvvəsi kimi nəzərdə tutulmuş qırmızı auralı insanlara
rəhbərlik etməlidirlər. Başqa bir qism ekstrasenslər düşünür ki, indiqo
uşaqlar Kainatın elçiləridir. Onlar valideynlərini düz yola yönəltmək,
Yerə sevgi, işıq gətirmək üçün yaranıblar. Ona görə də belə uşaqların
ömrü az olur. Onlar bütöv bir nəslə, qəbiləyə, xalqa tərəqqipərpər enerjilərini
ötürüb dünyanı tərk edirlər.
İndiqonun
«fokus»ları
Almaniyadan olan 9 yaşlı Mayk Smit belə «fokus» göstərirdi: Əlinə ağzı
bağlı dərman şüşəsini götürür, onu masanın üstünə qoyurdu. Sonra əlinin
hərəkəti ilə həbləri şüşədən bayıra çıxarıb masanın üstünə düzürdü. Şüşə
əlbəttə ki, salamat qalırdı.
Voljski şəhərində Boris adlı fenomen doğulmuşdu. Uşaq 8 ayında bütöv frazalarla
danışır, yaş yarımında iri qəzet şriftlərini oxuyurdu. 3 yaşında Kainat
haqqında danışmağa başladı. Özü də təkcə Günəş sistemindən və onun peyklərindən
deyil. Onun dilindən başqa qalaktikaların ulduzlarının adları, nömrələri
yağış kimi səpələnirdi.
10 yaşlı Mariya Yudoviç Nyu-Yorkda auditoriya qarşısında çıxış edərkən
hərəyə bir qönçə paylayardı. Sonra əlinin bircə hərəkəti ilə zalda hamının
əlindəki qönçələr eyni vaxtda gül açardı.
Meksikalı Osvaldo Rios isə gözləri bağlı olsa da fotonu götürüb əlini
sürtməklə orda təsvir olunanı dəqiq deyə bilirdi. Daha sonra o, həmin
adamın adını, ünvanını, hətta sürücülük vəsiqəsinin nömrəsini də səhvsiz
deyirdi. Bəzən fotoqrafın da adını çəkə bilirdi. O, bağlı gözlərlə əlindəki
fotoya əsasən tanımadığı evin otaqlarını gəzib nəyin harda olduğunu təsvir
edə bilirdi. Bəzən bu qız yerə səpələnmiş jurnalın üstünə çıxmaqla içindəkiləri
əlində tuturmuş kimi rahatcana oxuya da bilirdi.
Yevpatoriyadan olan Leva B.-nin 10 yaşında artıq 4 riyaziyaat kitabı dərc
edilmişdi. O məktəbə getmir, çünki orda darıxır. İmtahanları ekstern yolu
ilə verir. Məsələləri ona görə qoşur ki, uşaqlara məktəbdə oxumaq maraqlı
olsun.
Biz isə yalnız bir şeyi təkid edə bilərik, bu, tamamilə yeni bir olaydır.
Ona görə də biz bu məsələni intuisiya səviyyəsində hiss edib qavraya bilərik.
Axı biz 4 yaşında professional rəssam kimi rəsmlər səkən Akianeni (http://artakiane..com/index.htm
), ya da «marsdan gəlmiş» 9 yaşlı amma böyüklərdən daha müdrik olan Borisi
(http://www.soznanie.info/st_boriska.html) necə başa düşə bilərik? Onlar
əvəzini istəmədən ətrafa enerji səpələyirlər. Onlar Yeni Zamanın Adamlarıdır.
«Siz məni sizə rahat olan bir şeyi eləməyə məcbur edə bilməyəcəksiz!»
İndiqo uşaqlar klassik tərbiyə üsullarına tabe olmur. Onları indiqo adlandıranadək
və belə diaqnoz qoyandan sonra da Amerikada elmi dildə «Diqqətin cəmlənməsi
deyisiti» + «hiperəsəbilik» yarlıkını yapışdırıb psixotron dərmanlarla
müalicə edirlər. Bizdə isə müəllimlər sinfində belə uşaq görən kimi valideyni
2 gündən bir məktəbə çağırıb «Uşağınız ipə-sapa yatmayandı, elə bil şeytanın,
İblisin özüdü. Onu başqa məktəbə köçürün» deyirlər. Sonra 8 martda fərli
bir hədiyyə alıb səslərini qısa müddətə kəsirlər. Keçmişdə belə uşaqları
xüsusi məktəblərə, ən pis halda isə dəlixanaya göndərərdilər. İndi isə
onlar həddən artıq çoxalıb deyən cəmiyyət arabir toplaşıb bu problemin
həlli yollarını axtarmalı olur.
Yeni uşaqlar pedaqoqika qarşısında yeni problemlər çıxarır. Biz uşaqları
necə düşünməyi öyrətməliyik, nə düşünməyi yox. Müdriklik biliklərdə deyil,
onu tətbiq etmək bacarığındadır. Gələcəyin məktəbi uşaqların yeni qabliyyətlərinin
inkişafına yönəlməlidir, fakt və tarixlərin əzbərlənməsinə yox. Bir də
ki, uşağa dünyanı kəşf eləməyi qadağan eləmək olmaz. Xüsusilə də böyüklərin
öz missiyasını unutduqları zamanlarda.
«İlahi, əgər dünyanın sonu gəlsə və hər şeyi məhv eləsən, sənə
kim dua edəcək axı?»
Bir yaşında «mən» deyə bilən, 2 yaşında sərbəst qaçan, 3 yaşında kompüterdən
baş çıxaran və öz ssenariləri ilə mültfilmlər çəkən bu uşaqlarla bacara
bilərikmi? İşgüzar adamlarının dünyasında bəzən həqiqətən də uşaqlara
yer və vaxt qalmır. Uşaqlar da bu dünyada özlərini tənha və atılmış hiss
edirlər. Ona görə də indiqo uşaqlar öz dünyalarını qurur və böyüklərin
dünyasından uzaqlaşırlar. Böyüklərin dünyasındı hamı pul üçün, puldan
ötrü yaşayır və pula görə də ölürlər. İndiqo belə yaşamaq istəymir! Onlar
yalanlar və riyakarlıqlar dünyasının sakini olmaqdan boyun qasırırlar.
Ona görə də indiqolar çox yaşamır.
Ziqfrid Voytinasın kitabından bir sitat gətirək. Arqentinadan olan indiqo
uşaq Flavio dünyanı belə görür: «İndi yeni uşaqlar doğulur. Onlar tamam
fərqlidir. Bəşəriyyət dəyişir və mənəviyyatla əlaqə daha aydın görünür.
İndi uşaqlar öz özəyi, öz «mən»i ilə əlaqəni saxlayaraq yaşaya bilirlər.
Körpələr ona görə ağlayır ki, bu planetdə yaşamaq çətindi. Burda hər şey
o qədər bərkdir ki. Ruh dünyaya gələndə nazik dünyalar haqqında şər şeyi
unudur. İndi doğulan uşaqlar bu dünyaya özü ilə Allah haqqında xatirələri
də gətirirlər. Xatırlamaq çətin deyil, bildiklərini sözlə ifadə etmək
çox çətindi. İnsanlar daxili səadəti unudub xarici səadətin dalıyca qaçırlar.
Bəzən bütün ömürlərini yaşayıb tamlıq, varlıq haqqında unudur, yalnız
ölümqabağı bunu xatırlayırlar».