Alimlər Allahı necə görür?
 
 
      « Biz bu məsəlləri insanlar üçün çəkirik. Onları yalnız (haqqı) bilənlər anlayarlar». (Quran, 29:43)
Dünyanın bütün 
        materialistləri və ateistləri bir yerə toplaşsa və ali yaradanın olmadığını 
        sübuta yetirməyə çalışsa bircəcik, yeganə həqiqəti dana balməyəcəklər: 
        Elmin öyrəndiyi ətraf mühitin bütün fenomenləri Allahın yaratdıqlarıdır. 
        Ona görə də yəqin ki, elm və din yanaşı, hətta harmoniyada olmalıdı. Təbiətin 
        quruluşunu öyrənən, Kainatın qanunlarını kəşf eləyən alim əslində elə 
        Allahı dərindən öyrənən insandır. Tarixin gedişi sübut edib ki, elmdə 
        müəyyən nailiyyətlər qazanmış alimlər dindardı, hətta Allaha qatı din 
        xadimlərindən də daha yaxın olan insanlardı. 
         Bioloji impuls həyat yaratmağa yox, həyatın dadına baxmağa xidmət 
        edir  
        Bu dünyada, Kainatda, Yer kürəsində baş verənlər elə qurulub ki, insanın 
        burada yaşayıb və yaratması daha komfortlu, rahat olsun. Allahın «şah 
        əsəri» insan olmasaydı yəqin ki, dinlər də yaranmazdı və yer üzünə peyğəmbərlər 
        və kitablar göndərməyə lüzum qalmazdı. Bəs Allah insanların niyinə lazımdı? 
        Üzünü heç vaxt görmədiyimiz məxluqa inam, Allahın şərəfinə mürəkkəb dini 
        ayinlər keçirmək, qurbanlar vermək, özünü məhdudlaşdıran mərhumiyyətlərə 
        bilərəkdən məruz qoymağə bizi nə məcbur edir?
        İlk baxışdan düşünmək olardı ki, alimlərin baxışları bu məsələdə ruhanilərdən 
        və dindar insanlarda ciddi surətdə fərqlənər. Oksford Universitetinin 
        alimi «İnsanlar niyə Allaha inanır?» layihəsinin iştirakçısı Castin Barret 
        hesab edir ki, sonuncu elmi tapıntılar bəşəriyyət mədəniyyətinə müdaxilə 
        eləməyə inkan verir. Adı çəkilən layihənin müxtəlif ölkələrdən olan bir 
        qrup entuziastları bir yerə yığılaraq aydınlaşdırmağa çalışırmışlar ki, 
        ali qüvvələrin mövcudluğuna inam insanın nəyinə lazımdı və insan təfəkkürünün 
        ayrılmaz hissəsidir, ya yox? Əlbəttə ki, bu layihədə alimlər Allahın özünü 
        insan beyninin içində tapmadılar və elan elədilər ki, o, yoxdur. 
         Alimlər Allahın yerini dəqiqləşdiriblər
        Bu yaxınlarda Missuri Universitetinin neyropsixoloqları insan beynində 
        Allahın yerini dəqiqləşdiriblər. Bu nəticəyə gəlməzdən əvvəl onlar aydınlaşdırıblar 
        ki, dünya dinlərinin prosesləri əslində insan beynində baş verir. Bütün 
        dinlərin ümumi cəhəti kimi insanın namaz vaxtı, zikr eləyərkən, ya da 
        meditasiya zamanı özündən, cismindən uzaqlaşıb dualar vasitəsilə Yaradana 
        qovuşması təcrübəsini əsas götürüblər. Tədqiqatçılar müşahidə ediblər 
        ki, bu, insanın əmgəyinin sağ tərəfində aktivliyin azaldılması vasitəsilə 
        nail olmaq olur. Məlum olmuşdu ki, dini mənsubiyyətindən asılı olmayaraq 
        insanlar Yaradanla münasibətə girərkən eyni neyropsixoloji funksiyanı 
        işə salırlar. Üstəlik məlum olub ki, beyinin sağ əmgəyi tərəfindən travması 
        olan insanlar Allahla kontakta daha rahat girirlər. 
        Oksforddan olan antropoloq Castin Berret hesab edir ki, əşyaları canlandırmaq 
        bacarığı insanda artıq 5 aylığında əmələ gəlir və ömrünün sonuna kimi 
        davam edir. Ona görə də addımlayan robot uşaq üçün yanından ötüb keçən 
        insanlardan daha qiymətli gəlir. Bütün 4 yaşlı uşaqların xəyalında canlandırdığı 
        dostu olur ki, onunla gizlincə söhbət eləyir. Uşaqlar hər bir predmetin 
        mənasını özləri uydurub tapırlar. Məsələn, buludlar yağış üçündür, iti 
        uclu qayalar heyvanların kürəyini qaşıması üçündür və s. Beləliklə uşaqlarda 
        ilahi yaranış konsepsiyası əmələ gəlir. İnsan yaşa dolduqca artıq ölmüş 
        qohumları və uydurduğu personajlarla ünsiyyətə girir. Burdan o yana ilahilik 
        ideyasına artıq bir addım qalır. Biz başımıza gələn bütün hadisələrdə 
        kiminsə, təbiət hadisələrində kənardan təsirinin olması fikrində əminliyimiz 
        olmasa yaşaya bilmirik. Onsuz da ən qatı ateist də ən çətin anlarınla 
        ali qüvvələrə bir ağız duanı edir. 
Allah 
        var, amma elm onu nədənsə görmür
         Məşhur genetik, «İnsan geni» layihəsinin rəhbəri və «Allahın 
        dili» bestsellerinin müəllifi Frensis Kollinz deyir ki, Allah var və hətta 
        bizim yaşamımıza da müdaxilə də eləyir. Alim düşünür ki, dünyanın Yaradıcısı 
        həyatımızı o qədər incə üsullarla idarə edir ki, biz, yəni müasir alimlər 
        bunu görə bilmirik. Bu mənada elm təbiət qanunlarını pozmadan ilahiyyatı 
        öyrənmək üçün bir qapı ola bilər. Kollinzə inansaq belə çıxır ki, Allah 
        bizim nazımızı kvant mexanikası səviyyəsində çəkir. Yəni ki, ona dua eləməyin 
        və kömək ummağın da mənası var. 
        Antropoloq Paskal Buaye düşünür ki, dini təfəkkür insanın yaşaması üçün 
        ən rahat formalardan biridir. Axirət dünyasına inanmamaq insandan çoxlu 
        qüvvə və öz üzərində şüurlu və inadlı iş tələb eləyir. Bu çəkilən zəhmət 
        və sərf edilən enerji israfçılıqdı və bizim psixi meyllərimizə zidddir. 
        
 
 
       
      Tanrının yaradıcılıq zövqü
         Bütün dövr və insanların alimi İsaak Nyutonun fikirləri belədir: 
        «Günəş sistemi və ulduzların, planetlərin, kametaların quruluşu yalnız 
        kiminsə dahiyanə bilgisi nəticəsində yarana və yaşaya bilərdi. Bu kimsə 
        Allahdır».
        İngilis alimi Rocer Bekon elmdə təcrübi üsulu dəyərləndirib köhnə üsulları 
        kökündən dəyişmiş bir insandır. Allahın dünyanı insanlar üçün yaratdığına 
        qəti əmin olan alim hələ 13-cü əsrdə paravoz, avtomobil, təyyarə, qaldırıcı 
        karn və asma körpülərin layihələrini irəli sürmüşdü. O, hələ Kolimbun 
        doğulmasından 200 il əvvəl yerin yastı yox, dairəvi olması fikrini dilinə 
        gətirmişdi. O da deyirdi ki, Avropadan çıxıb qərbə doğru üzsək Hindistana 
        çata bilərik. O, deyirdi: «Gələcəkdə biz görəcəyik ki, təcrübələrə əsaslanmış 
        elm dinə inanan insanların köməyinə necə gələcək. Elm insanları inam ətrafında 
        toplamaq üçün ən vacib qiymətli keyfiyyətlərə malikdi».
        Səmadakı cismləri ilk dəfə teleskopdan görən insan Qalileo Qaliley ilk 
        dəfə Yer kürəsinin yumru olduğunu və Ayda ləkələrin dağlar və kraterlər 
        olduğunu demişdi. Elm uğrunda hətta tonqalda yandırılmış bu insan deyirdi: 
        «Təbiət Allahın göndərdiyi ikinci kitabdı. Ondan imtina eləmək olmaz. 
        Ona görə də Allahın yaratdığı təbiətlə müqəddəs kitablar arasında ziddiyyət 
        ola bilməz»
        Astronomiyanın banisi, planetlərin hərəkətini, Günəş sistemində məsafələri 
        və həcmləri hesablamış və ilk astronomik təqvimi tərtib eləmiş alim İohann 
        Kepler deyirdi: «Təbiətə baxarkən biz astronomlar Allahın ünvanına alqışlar, 
        mədhnamələr yağdırmaya bilmərik. Yaradanı anlamaq üçün hissləriniz və 
        intuisiyanıza arxalanın». Ondan «Niyə elmlə məşğul olursuz?» soruşanda 
        o, «Tanrının yaradıcılıq zövqünü yaxından duymaq üçün» deyə cavab verirdi.
        Atmosfer təzyiqi üzərində təcrübələr aparan, məhlulların mexanikasında 
        ciddi kəşflər eləmiş, riyaziyyat və fizikada tapıntıların müəllifi Blez 
        Paskal deyirdi: «Allah riyaziyyatdan tutmuş elementlərin sırasına qədər 
        hər şeyin müəllifi, yaradınıdır». 
        Məşhur ingilis botaniki Gon Rey də dindar adam idi. Onun fikricə insan 
        dünyaya Allahın gözəlliyini əks eləmək üçün gəlib. Minlərlə bitki, həşərat, 
        balıq və başqa orqanizmlərin təskifatını vermiş alim deyirdi: «Hər şey 
        əzəldən Allah tərəfindən yaranıb və mühəfizə edilir. Yaradılmışlar indiyədək 
        dəyişilmədən qalmaqdadır. Azad insan üçün Allahın böyüklüyü, sonsuz müdrikliyi 
        və təbiətin gözəlliyi barədə düşüncələrdən qiymətli heç nə ola bilməz». 
        
        Müasir kimyanın banisi, suyun donarkən həcmcə artmasını, lakmuş kağızını 
        kəşf etmiş, bəsit soyuducunun quraşdırmış və atomlar arasında boşluğun 
        olduğunu ilk dəfə söyləməklə atom nəzəriyyəsinə təkan vermiş alim Robert 
        Boyl həmişə hesab edirdi ki, Kainatda ilahi niyyət var: «Dünyada mövcud 
        sistemlərin kamilliyi, heyvanların, canlıların quruluşu və bacarıqları 
        əsrlər boyu bütün mütəfəkkirləri valeh eləməklə Allahın olmasına inamda 
        əmin olmağa səbəb olub». 
        Antoni van Levanquk bakteriyanı ilk dəfə kəşf eləmiş alim olub. O, optik 
        linzaları hazırlayaraq bakteriyanı mikroskop vasitəsilə seyr edən ilk 
        insandı. Həyatın Allahı tərəfindən yox, öz-özünə yaranması ideyasına etiraz 
        əlaməti kimi tədqiqatlar apararaq elmdə çox vacib kəşf eləyib. 
        Cazibə qanununu kəşf eləmiş Nyutonun dinamika qanunları artıq 4 əsrdir 
        ki, insan fəaliyytinin bütün sahələrində dəyişilmədən tətbiq edilir. Mexanika 
        və optika sahələrində də kəşfləri olmuş və işığın 7 rəngdən ibarət olmasını 
        sübut eləmiş alim ateizmin əsaslarını laxladan və yaranış hipotezini müdafiə 
        edən elmi iş də yazmışdı: «İlahi yaranış yeganə elmi izah ola bilər. Kainat 
        dayanmadan işləyən iri saata bənzəyir. Bu yalnız sonsuz biliklər və qüdrətə 
        malik olan Allahın yaradıcılığı ola bilər. Tanrı böyükdür, mütləqdir. 
        O, hər şeyi bilir, olacaqları da, olmuşları da. O, hər yerdədir». 
        Civə termometri və hidrometrinin «atası» izveç fiziki Jan Delyuk da Kainatın 
        təsadüfən yaranmasının tam əleyhinə idi. 18-ci əsrin məşhur astronomlarından 
        biri, indiyədək görünməmiş qalaktika və dumanlıqları gözləriylə seyr etmiş 
        Uilyam Qerşel deyirdi ki, «Ateist astronomlar gərək dəli olsun». O, düşünürdü 
        ki, Kainatda hökm sürən qayda-qanunu, səliqəni gözləriylə görəndən sonra 
        Allaha inanmayanın gərək ki, ağlı çaşmış ola.
        Teleqrafın və Morze əlifbasının yaradıcısı Samuel Morze də Allahın Kainata 
        hansısa məqsədə görə yaratdığına inanırdı: «Biliklərim artlıqca Allahın 
        böyüklüyünü daha aydın duymağa başlayıram. Gələcək seving və inam işığına 
        boyanır».
         Ruh Allahın miniatür formasıdır
         Termodinamika qanunlarının ixtiraçısı, naqillər üzrə hərəkət 
        edən elektrik cərəyanını və qaz malekulunun sürətini tapmış Ceyms Coul 
        1864-cü əldə Darvinin təkamül nəzəriyyəsinə qarşı çıxmış 717 alimin imzaladığı 
        sənədi təşkil eləmiş alimdir. Həmin sənəddə belə yazılmışdı: «Biz Allahı 
        tanıyıb ona tabe olandan sonra daha bir işimiz də qalır. Onun Qüdrətini, 
        Xeyirxahlığını, Müdrikliyini onun işlərindən görüb öyrənmək. Təbiətin 
        qanunlarını öyrənmək Allahı tanımaq deməkdir». Darvin nəzəriyyəsinə qarşı 
        çıxdığına görə təzyiqlərə məruz qalmış alim Lui Paster mikrobiologiya 
        sahəsində əhəmiyyətli kəşflər edib. O, quduzluq, difteriya, Sibir xorasını 
        qarşı vaksinin kəşfində, sterilizasiya və pasterilizasiya üsullarının 
        tapmaqla tarixə girib. O, deyirdi: «Təbiəti öyrəndikcə, Yaradanla üzbəüz 
        qaldıqca mənim ona inamım daha da artır. Elm insanı Allaha aparır».
        19-cu əsrin alimi Corc Vaşinqton Karserə kəşf elədiyi rəngin tərkibi barədə 
        suala belə cavab vermişdi: «Mənim nailiyyətim ondadır ki, Allahın yaratdığını 
        insanların işlədə biləcəyi hala sala bilmişəm. Bu mənim kəşfim deyil, 
        Allahın yaratdığıdır». 
        Məşhur fizik Ser Ceyms Gins isə deyirdi: «Kainatın elmi tədqiqatlarının 
        nəticələrini bir fraza ilə umumləşdirmək olar: «Kainat sonsuz biliklərə 
        malik olan varlıq tərəfindən layihələşdirilərək yaradılmışdır». 
        Dövrümüzün ən dahi alimi sayılan Albert Enşteyn belə deyirdi: «Mən ürəyində 
        inamı olmayan alimi təsəvvür eləyə bilmirəm. Allahsız elm axsaqdır. Elmlə 
        ciddi məşğul olan hər kəs əmin olur ki, burada insandan daha yüksəkdə 
        duran bir ruh var. Ona görə də elm insanı dinə gətirir».
        Böyük partlayış nəzəriyyəsinin müəllifi Jorj Lemetr hesab edrdi ki, dünyanın 
        əvvəli olduğu kimi sonu da var və bu biliklər insanları Allahın olmasına 
        inama gətirib çıxaracaq. Elm və din insana eyni həqiqətləri bəyan edəcək. 
        
         ***
         Yuxarıda çəkilən misallardan aydın görünür ki, Allahın mövcudluğuna 
        inanmış alimlər vahid, absolyut Allahı nəzərdə tuturlar, xristianların 
        çarmıxda can verərək insan gunahlarını yumuş «allah»ını yox. Ona görə 
        də əminliklə demək olar ki, elmə baş vurmuş insan nə vaxtsa İslama gəlib 
        vahid Allah ideyasını qəbul eləməli olur. Müqəddəs Quranın ayələrində 
        deyilir ki, onun üçün yaradılmışları anlayıb qavramaq, Allahın Böyüklüyü 
        və Qüdrətini anlamaq üçün «alim», ya da «bilik sahibi» olmaq lazımdı. 
          «Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. 
        Mələklər və elm sahibləri də haqqa-ədalətlə boyun qoyaraq (haqqa tapınaraq) 
        o qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına 
        şəhadət verdilər». (Quran, 3:18)
         
 
 
       Qadın baxışı
Qadın baxışı