Sərhədləri aşan sərsəmlik
Bernard Şou: «Ağıllılar cəmiyyətə uyğunlaşır, axmaqlarsa dünyanı özünə uyğunlaşdırır. Ona görə də dünyanı dəyişməklə tarixi elə axmaqlar yaradır».
 
        Ağıllılar və axmaqlar… Ağlın 
          ifadəsi bir sözə sığırsa axmaqlıq sərsəmlik, giclik, səfehlik, sarsaqlıq 
          kimi çalarlarda işlənir. Bu iki kriteri arasındakı sərhədlərin yeri 
          dəqiq deyil. Biz ağıllı olmaq nədir bilirik, tam axmaqlıq, abdallıq 
          da gözümüzdən qaçmır. Ola bilər kiminçünsə axmaqlıq mövzusunda araşdırmanın 
          özü mənasızdı. Axmaqlığı özümüz etsək onu görmürük, basqasının axmaqlığı 
          gözümüzə girir. Ona görə də tam ciddi görkəm alıb həmin ciddiliklə mövzumuzu 
          araşdıraq.
          Qadına ağıllı desən…
           Məşhur parodiyaçı Klara Novikovanın bu mövzuda maraqlı səhnəciyi 
          var. O, deyir ki, ağıllı qadına nəsə lazımdırsa, o lazımi orqanlara 
          müraciət edir, qapılar döyür, əsəbləşir, dava salır və axır nəticədə 
          istədiyini əldə edə bilmir. Axmaq qadın isə lazımi sənədləri yığmaq 
          əvəzinə güzgü qarşısında bir az artıq dolaşır və lazımi idarənin rəisi 
          ilə görüşəndə gülümsəməyi unutmur. Rüsvət vermək məqamı gələrsə özünü 
          lap gicliyə vurur. Özü də axmaq görünmək qorxusu keçirmədən «Oy, mənim 
          pulum yoxdu…» deyir. Nəticədə istədiyi sənədi alır. Səhnəciyin sonunda 
          Novikova deyir: «Əgər kiməsə ağıllı qadın deyirlərsə, deməli o, lap 
          axmağın biridir». 
          Adi həyati hadisəni təsvir edək: tanışlarımdan biri ətrafının ağıllı 
          saydığı bir qadındır. Məişət problemləri onu bizneslə məşğul olmağa 
          məcbur edib. O, planlar cızır, aktrisalıq qabliyyətini işə salıb lazımi 
          vəsait əldə edir, kredit tapır, lazımi adamlarla görüşür, fəhlələrlə 
          özü razılaşır və s. Hansısa məqamda nəzərə alnmamış bir incə nüans bütün 
          planları alt-üst edir. Şəxsi həyatı da elə bu gündədir. Onun yaşadığı 
          bütün məhəbbət romanlarınnı hamısına fəlakət yarlıkı vurmaq olar. Bununla 
          belə onlarla qadın tanıyıram ki, ağzını açmağıyla axmaq fikir deməyi 
          bir olur. Beləsinin şəxsi həyatı da, professional fəaliyyəti də yerindədir. 
          
           Axmaqlığın sərhədləri hüduduzdur
           Axmaqlığın (həm kişi, həm də qadın) lüğəti izahi belədir: 
          Bu söz öz ağlının real sərhədlərinə dəqiq qiymət verə bilməyən adamlara 
          deyilir. Bəziləri ədəbiyyatdan danışmasa yaxşıdı, bir başqası isə siyasətdən. 
          Üçüncüsü isə heç ağzını açmasa daha ağıllı görünər. 
          Hər şeydə ağıllı insanlar demək olar ki, yoxdur. Amma hər tərəfdən axmaq 
          adamlarsa unikal hadisədir. Axmaqlığın sərhədlərini adi insan ağlı ilə 
          əhatə edə bilməyəcəyik. Ona görə də abdalların təsnifatına keçək:
          Kütbeyin – bu tip adamlar axmaqların ən cəlbedici formasıdır. Onlar 
          üçün əyləncəvi vurma cədvəli və sair bu tipli son dərəcə axmaq kitablar 
          yazılır. Deyək ki, belə kitablar piştaxtaya qoyulmağıyla həmən satılır. 
          Təcrübəsizlər üçün seks addl kitablar da adətən oxucusunu çox gözləməli 
          olmur. Bəziləri orda verilən tapşırıqları da şəstlə yerinə yetirirlər.
          Kütbeyin daim işlə məşğuldur və bütün nailiyyətlərə özü çatır. Amma 
          bütün bu proseslər onda çox yavaş gedir. Ağıllı adamın 10 dəqiqəyə çıxaracağı 
          nəticəni əldə etməyə ona bir ay lazımdı. O, bilir ki, 2 dəfə 2 4 edir. 
          O, bu barədə düşünür də, başqalarının bu barədə fikir çəkmədiyindən 
          bəzən hirslənir. Axı 2x2 = 4 məsələsində nə qədər gözəlliklər var, hamı 
          bunu görməlidi. Günlərin bir günü o, anlayır ki, 2-ni 3-ə vuranda 6 
          edir. O, bunu dəfələrlə təkrarlayır, fikir ona ləzzət edir. O, hər dəfə 
          bu fikirlə birlikdə eyforiya keçirir. Bəzən ləzzətdən vurma cədvəlinin 
          ardını hesablamaqdansa rəqəmləri öz məntiqinə uyğun yerləşdirir. Məsələn: 
          2x3=6, 2x4= 29 Bu nəticənin düzgün olmadığını ona kimsə izah etmək qüdrətində 
          deyil. 
          Zirək sarsaq – vurma cədvəlini necə lazımsa bilir. Onu öyrənən kimi 
          cədvəli özü quraşdırdığına inanmağa başlayır. Onun sonrakı həyatı vurma 
          cədvəlinə həsr edilib. Zirək sarsaqlar tez-tez danışır, paradokslar, 
          hekayətlər deyir. Amma onun fikirlərinin canı 7dəfə 7 –nin 49, 6 dəfə 
          6-nın 48 olmasından uzağa getmir. O, vurma cədvəlini bilməyənlərə hətta 
          nifrət də edir. Həmin ehtirasla o, vurma cədvəlindən artıq bilənləri 
          də gözü götürmür. 
          Mütəxəssis gicliyi – təkəbbürdə o biri axmaqlardan fərqlənmir. Amma 
          sarsaqlardan fərqli olaraq hərdən maraqlı fikir də deyə bilər. Təvazökar 
          adam görən kimi ikrahla onun-bunun fikrindən ibarət kollaj fikirlər 
          buketini az qalır gözə soxsun. Müsahibinin ünvanına iynəli sözlər atır. 
          Belə tiplər hansısa sahənin mütəxəssisi də ola bilər. Məsələn, onurğasızlar 
          üzrə namizədlik dissertasiyası yaza bilər, ya da fizikada yarımkeçiricilər 
          barədə, ya da orta əsrlərdə səlib yürüşləri barədə yazılanların hamısını 
          əzbər deyə bilər. Professional sahədə əldə etdiyi yüksəklik onun reallıq 
          duyğusunu kütləşdirir. O, başqa sahələrə də girişib fikir deməyə başlayan 
          kimi hamı onun kimliyindən xəbər tutur. 
          Sarsaqlığın növləri çoxdur. Poetik pozada dayanıb ədəbi əsər qəhrəmanlarını 
          yamsılayanlar da olur. Patetik vasvasılıq edib mülahizələrində Yaradanın 
          ünvanına tənqid yağdırıb dünyanın boz və səliqəsiz olduğu üçün Allahı 
          məzəmmət edənlər də. 
           «Mənə hər şey olar, çünki belə doğulmuşam» 
          
 
           Qadınlara gəlincə isə burda sarsaq sarışından tutmuş qaşlarını 
          xüsusi qaydada dartıb şəstlə Koelio və Murakamidən sitat gətirən intellektual 
          heykələ qədər çoxlu psixoloji tiplər var. Qadınları incitməməkçün simpatik 
          axmaqlar, ya da lap axmağın biri kimi obrazların üstündən keçək. Qadın 
          axmaqlığınnı öyrənmə mexanizmi hələ də elm üçün sirr olaraq qalır. Ehmallıca 
          əlamətləri sadalayaq, tanış gələn kimi dodağınızı dişləyib xəfifcə gülmək 
          olar:
          - O, saçını perekislə yandırıb süpürgəyə döndərsə də vecinə deyil. Dodağını 
          qıpqırmızı boyayıb yaşının artmağına baxmayaraq paltarının balaqlarını 
          uzatmaq fikrini ağlına gətirmir. Başında dolaşan fikirləri heç kim, 
          hətta özü də bilmir. Qafasıyla maraqlanan tapsa çox sevinir və onu dərhal 
          evə çağırıb yeyilməsi mümkün olmayan ərzaqlara qonaq edir. Hərəkət etdikcə 
          gözünün içinə baxıb kişinin qavramayacağı səs yüksəkliyində nəsə pıçıldayır. 
          Bu ünsiyyətdən sağ çıxanlar kandardaca Allaha dua etməyi unutmurlar.
          - Onu hər gün görə bilərsən. Keçəndə kipriklərini tez-tez qırpıb «Salam»ı 
          dilinin ucunda deyir. Onun axmaqlığını hamı bilir. İllərlə saçını, ərini, 
          işini dəyişmir. Çünki saçı qalın, əri nəzakətli, işi isə sevimlidir.
          - Onun yaşını təyin etmək mümkün deyil. Yaz gələn kimi köhnə paltosuna 
          təzə detal əlavə etməklə onu təzələdiyini düşünür. Tənhadır, heç kimnən 
          işi yoxdur, intellektualdır. Sevginin qəribəliyindən, həyatın mənasından 
          danışmağı sevir. Qonşular ondan heç duz istəməyə də gəlmirlər. O, nağıl 
          qəhrəmanına bənzəyir. Elmə məlum olmayan saç rəngini neçə aldığını heç 
          özü də bilmir. Gözünün altındakı tuş axmasından yaranan zolaqla elə 
          bil ki, doğulub. Təmbəl, məzəli, maraqlıdır. Belələri qocalanacaq uşaq 
          xasiyyətilə birlikdə üzündəki sızaqlarını da saxlayırlar.
          - Onun böyük əndamı, truba kimi səsi, əla iştahası və həyat eşqi var. 
          Gözünə sənət əsərləri içində əməlli bir şey dəysə uşaq kimi cuşa gəlir 
          və «Halal olsun, Rubens qadınlardan baş çıxarırmış» deyər.
          - Oxumaq, oxumaq və yenə də oxumaq. Onun məqsədi sanki qırmızı və göy 
          üzlü diplomları toplamaqdı. Oxuma prosesində heç kimə lazım olmayan 
          peşələrə yiyələnir. Şanelin geyimini bəyənir, alçaqdaban geyir ki, yorulmasın, 
          göy rəngdən bezmir və çantasında həmişə vaxtı keçmiş konfetlər gəzdirir. 
          
          - O, şeir yazır. Yeri gəlsə özü də oxuyur. Dinləyəni tapılsa opera səsiylə 
          ciyildəyib «səsim bu gün kaldır» deyib davam edir. Uşaqlıqda ərə gedib 
          xoşbəxt olacağını düşünürdü. Arzularında hələ də hər səhər çəhrayı penüarda 
          və qotazlı başmaqlarda dənizə baxan eyvanında kofe içir. 
          - O, sizə alturizm haqqında məruzə deyə bilər, nə lazımsa xatırladar. 
          Başını sığallamağa adamı həmişə var. Cavan rəfiqəsini gecə növbəsində 
          həvəslə əvəz edir, kişi kolleqalarının hamısına «dost» deyir. Evinin 
          qarşısında isə it və pişiklər dəstəylə onun işdən qayıdanda bir zəmbil 
          yemək gətirib onları yedizdirəcəyini gözləyir deyən burdan həmişə it 
          iyi gəlir.
          - Ona telefonla danışanda da güzgü lazımdı. Sifətinin əzələsinin hər 
          tərpənişini görməlidi. Ofisin ortasında kağız qalağını, ya da vizit 
          kartlarını yerə səpələsə yığışdırmağa tələsmir. Ətrafdakılar onun hər 
          dəfə əyilib nəsə götürməsi prosesinin bütün detallarını yaxşıca izləməlidi. 
          O, zəhləsi gedən kişiyə də rəqsdə imtina etmir ki, yazıq gözəlliyə toxuna 
          bilsin. Belə növlər mütləq gözəl olmalıdır. O, inanır ki, vurulsa onun 
          sevgisi Romeo və Culyetta məhəbbətini kölgədə qoyacaq. 
          - Belələrini xüsusi yetişdirirlər. Onlar televiziya verilişi aparır, 
          ya da heç olmasa KVN-də camaatı güldürürlər. Başqalarından fərqli olaraq 
          onları axmaq görünməkdən utanmırlar. «Mənə hər şey olar, çünki belə 
          doğulmuşam» devizi ilə bütün yerdə qalan növləri başına yığıb dərs də 
          keçə bilərlər. 
          Axmaqlağın milliliyi
           Axmaqlığın da milli növləri var. Almanların məişətdə və elmdə 
          tutarlı olmaları bir tərəfdən İmmanuil Kant kimi nəticə verirsə o biri 
          tərəfdən əlavə məhsul kimi klassik filistyor, meşşan tip yaradır. Volter 
          fransız ağlının nümunəsidirsə Floberin müsye dOme obrazı tipik fransız 
          axmaqlığıdır. Amerikanın sağlam praktikliyi qırmızı yanaq optimist dibil 
          obrazı yaradır ki, ona görə bütün dünya problemləri kağızı büküb cibinə 
          qoymaq qədər asan başa gələndir. Spesifik rus axmaqlığı suiqəsd nəzəriyyəsi 
          üzərində durub. Yəhudi ağlı hüquqi, maliyyə və ideoloji məsələlərdə 
          zirəkliklə tanınırsa yerində addımlayan yəhudi yumurtanın ağını bu gün 
          yeyib sarısını sabaha saxlayan lətifə qəhrəmanlarından o qədər də seçilmir. 
          Bəlkə də ona görə yəhudilər haqqında bu qədər lətifələr yaranır. Eləcə 
          də çukçalar barədə. Onuncu yəhudi barədə mif var. Guya ki, yəhudilər 
          o qədər ağıllıdır ki, aralarından axmaq tapmaq mümkün deyil. Amma hər 
          9 ağıllı yəhudidən sonra 10-cu yəhudi o qədər axmaqdı ki, deməknən sözə 
          gəlmir. Ailədə yəhudi tərbiyə sistemi (uşağa seçilmiş xalqdan olmasını 
          bələkdən anlatmaq, biliyə, təhsilə fanatik münasibət və s.) ən axmaq 
          adamdan babat vətəndaş yarada biləcək qüdrətə malikdir. Belə təbii keyfiyyətlərilə 
          o, başqa millətdən olsaydı ya çilingər, ya da fəhlə olardı. Danışanda 
          ağzından şorba tökülsə də onun axmaqlığını kimsə bilməzdi. Axmaqlığa 
          millilik prizmasıyla baxanda bizim də bəzi keyfiyyətlərimiz ortaya çıxır. 
          Bic, hiyləgər ermənilərə nisbətən biz bir az sadəlöhv görünə bilərik. 
          Tarix və Zaman da bizim bu çatışmazlıqlarımızı islah edə bilmir. 
          Axmaqlıq fərdi oduğu kimi kollekliv, sosial qrupa məxsus, dövlətə və 
          ideoloji birliyə də xas ola bilər. Hətta normal quruluşların da öz axmaqlıqları 
          var. Kənardan axmaq görünməyən dövlətin bir qrupu o birinə axmaq gözüylə 
          baxır və əvəzində eynən nifrət dolu fikirlər alır. Meydana çıxıb qiyama 
          çağıran qüvvələr üçün liberallar son dərəcə axmaq, ətalətli görünür. 
          Onların hər sözü qıcıqlandırır. Demokratlar da kənarda bütün bu proseslərə 
          baxanda özlərini yeganə ağıllı qüvvə sayıb radiakalları məsğərəyə qoyub 
          gülürlər. 
           Uğur sərsəmlərin tərəfindədir?
           Nəzərə almaq lazımdı ki, müasir zamanın «axmaq» kəlməsi yüz 
          il əvvəl tamam başqa məna daşıyırdı. Bir neçə yüz il əvvəl isə abdallar 
          Allaha yaxın bəndələr saylırdı, onlara gülmək, incitmək günah iş kimi 
          qiymətləndlirilirdi. 
          Etiraf edək, nağıllarımızın qəhrəmanları sox vaxt axmaq, sadəlöhv görünürlər. 
          Şər qüvvələr hiyləgərlik edir, tor qurur, plan cızır, məlikməmədlərsə 
          həmişə quyuya düşür, sonra hansısa sehirli vasitəsiylə qaranlıq dünyadan 
          qurtulur. Nağıllar elə bil ki, sərsəmlərin daha üstün olduğunu, plan 
          cızmağın, dünyanı dəyişdirməyin mənasız olduğun başa salmaq istəyir. 
           Yəni uğur sərsəmlərin tərəfindədir?
           Cəmiyyətin axmaqlara, giclərə həmişə ehtiyacı olub. Padşaha 
          sözün düzünü yalnız yazığın, dilsiz-ağızsız axmağın biri deyə bilərdi. 
          Ona görə də bütün saraylarda həqiqəti təlxəklərin dilindən eşitmək olardı. 
          Bu günün axmaqı necə görünür? Onun ən azı ağ yaxalığı və orta savadı 
          və qoltuğunda qovluğu olmalıdı. Fəhlə görkəmli sadə adam 21-ci əsrin 
          sərsəmi obrazına uyğun gəlmir. Qəribədi ki, savad səviyyəsi artdıqca 
          cəmiyyətdəki axmaqların da sayı artır. 3-4 sözü dalbadal düzüb deməyi 
          öyrənən kimi təbii baqajına baxmayaraq hamı özünü başbilən və yolgöstərən 
          kimi aparır. Onun sözünə diqqət verməsən də neçənci ildə harda, necə 
          oxuduğunu, müəlliminin adını və hətta filan dərslikdə 147-ci səhifədə 
          yazılan mətni əzbərdən deyəcək. Belə gedişlə elə bil ki, cəmiyyətdə 
          axmaqların da sayı durmadan artır. İntellektual ambisiyalar axmaqlığın 
          yeni növünü yaradır. 
          Özünü başqalarından ağıllı bilənlər əslində axmaqdır
          Yöndəmsiz kütbeyin obraz folklorun, atalar sözlərinin, lətifələrin, 
          nağılların ayrılmaz hissəsidir. Son zamanlar bu obraz milli kinomuza 
          və milli seriallarda da özünə yer qazanıb. Bu obraz sağlam düşüncəyə 
          əks hərəkətlər edir, necə deyərlər «zibilə düşür» və sonra ağlı ilə 
          deyil, bəxti gətirməklə əhvalatdan salamat qurtulur. Qədimdə belə obrazı 
          əsərə salmaqla dinləyicini tərbiyə edirdilərsə indi tamaşaçını bu yolla 
          əyləndirirlər. Yəni ki, sosial normaları basıb keçən bir kəs özünü gicliyə 
          vurmasa halı fəna olacaq. Normaları pozmağı yalnız axmaqlara bağışlayarlar. 
          Deyək ki, sərsəmlər həyat haqqında «adi» adamlardan daha yaxşı məlumatlı 
          çıxırlar. Axmaqlar elədiyi qəhrəmanlığın da müəllifliyini sübut etməkdə 
          aciz olurlar.
          Deyirlər ki, Şərqin böyük mistiki Lao Szi görkəmcə axmağa bənzəyirdi. 
          İndi onun dilindən çıxan ifadələr insanları ağıllandırır. İncil deyir 
          ki, «Biliklər artdıqca kədər də artır». Yəni cəmiyyətin görmədiyini 
          görən adamın kədəri də böyükdür, çünki əksəriyyəti onu anlamır. 
          ***
          Bütün nağılların sonunda sərsəm hərəkətlər edib axmaqcasına padşahın 
          qızını sevən və ağlasığmaz tapşırıqlara gedən dəlilər sonunda şahlığın 
          yarısını, gözəlin sevgisini və xalqın alqışını qazanır. Yəni ki, bir 
          dəli quyuya daş atdı, min ağıllı çıxara bilmədi.
Qadın baxışı