Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Tale açarları

Əlimizdə olan cəmi bir azadlıq forması var, taledə seçim azadlığı.
Azmış və əlləri yanına düşmüş səyyahlara ithaf edilir
Hamının arzusu var. Kiçik, böyük, əlçatmaz, uşaqlıq, gənclik arzuları. Amma arzularımızdan əksəriyyəti nədənsə reallaşmağa tələsmir. Ya kimsə, ya nəsə, maneə olur, yada şərait imkan vermir. Ola bilər arzunun reallaşacağı an nəsə əngəl çıxdı və sadəcə bəxtin gətirmədi? Heç nə arzulamamaq olarmı? Mümkün deyil. Elə bil ki, tələyə düşmüşük. Bir ucdan arzulayır, o biri tərəfdənsə həyata keçməyən arzularımızdan pərt oluruq.
Heç kim dəyişmək istəmir!
İnsanları uğurlu, zəngin, xoşbəxt olmağı öyrədən yüzlərlə kitab var. Cəzbedici görünür. Amma bu tip kitablarda hansısa çalışmalara eləməli, meditasiyadan tutmuş diyetaya qədər çətin əməliyyatları keçməli və öz üzərində işləməlisən. Elə bil ki, həyat sonsuz imtahanmış. Sizi inandırırlar ki, kamil deyilsiz, ona görə də dəyişməlisiz. Qəlbinin dərinliyində heç kim dəyişmək istəmir və düz də eləyir. Sizə mükəmməl olmayan varlıq kimi baxanlara inanmayın! Siz dəyişməli deyil, əksinə özünüzə qayıtmalısız.
Bezmişəm! Nə qədər olar eeeee…
Ola bilər hər səhər qonşunun hürən iti səsiylə sibh tezdən beyninizə işləyir. Məcbur olub durursuz və yəqin ki, itin dalınca deyinirsiz. Sonra nədənsə başmaqlar çarpayının altına sürüşüb gizlənir. Başmağı çıxaranın atabatasını söyməsən tapılmır. Sonra ola bilər ac qarına siqaret çəkirsiz ki, əsəbləri tarazlayasız. Eyvanda külək qopur və siqaret külü gözünüzə girir. «Bezmişəm, nə qədər olar!» kimi fikirlər dayanmadan beyində qaçışır. Tərs kimi qazı da kəsiblər, çay içmək mümkün olmayacaq. Cavan olanda elə bilirsən ki, bütün dünya cibindədir. Amma sonunda tənha və deyingənin birini çevrilirsən. Elə bil ki, türmədəsən amma azadlığa çıxacağın gün məlum deyil. Sanki hər şey bu saniyə dəyişəcək, amma dəyişmir. Sən həmişəki kimi ağzına nəsə atıb həyatın mənasızlığı barədə fikirlərlə birgə zəhləngetmiş işinə yollanırsan. Sən gözləyirsən, gələcək isə gəlmir. Tanış situasiyadır?
Bundan sonra necə yazasan ki, insan öz taleyini seçməkdə azaddır. Əlimizdə olan cəmi bir azadlıq forması var, taleyi seçmək azadlığı. Hər kəs istədiyi taleyi seçə bilər.
Arzular reallaşmır!
Tale məsələsinə müxtəlif yanaşmalar var. Çoxumuz inanırıq ki, tale qabaqcadan müəyyən edilmiş alın yazısıdır və ondan qaçmaq mümkün deyil. Bu fikir özü adamı sındırır, amma həyatı rahatlaşdırır. İrəlidə gələn günlərdə qorxmursan. Üstündə keyfiyyət nişanı olamayan taleli insan bəs neynəməli? Ömrünün sonuna kimi şikayətli gəzməlidir? Kiməsə Allah gözəllik, zənginlik, ağıl bəxş edib, o isə 2-ci sort damğasıyla gəzməlidir? Dinlər insana şükranlıq duyğusu aşılayır ki, razı və xoşbəxt yaşaya bilsin. Bəxtindən şikayətli adam özünü zorlayıb necə xoşbəxt ola bilər ki? Axı bu, zorla sevmək kimidir…
Elə bil ki, kinoya baxırıq
İdealizm deyir ki, dünya illüziyadır, dünya razılaşır. Materializm deyir ki, madiyyat hər şeyi həll edir, dünya yenə də razıdır. İnsanlarn fikirləri toqquşub münaqişələr yaradır. Dünya hamıya «Sən də haqlısan» deyir. Hər iki nəzəriyyə sübut edilən deyil. Amma bunun əsasında dünya modelləri quraşdırılır. Fəlsəfə, elm və din dünyanı öz bildiyi kimi izah edir və özünə görə haqlıdır. Biz heç vaxt absolyut həqiqəti bilməyəcəyik. Həyatımızın illüziya olduğunu deyənlər də var. Elə bil ki, kinoya baxırıq. Siz taleyin dəyişmədiyini düşünürsüzsə deməli belə də olacaq. Əgər taleyinizi əlinizə alıb hər hadisəyə görə məsuliyyət daşımaq fikrindəsizsə bu da olacaq. Biz həmişə seçdiyimizi əldə edirik.
Əgər dünyanı məşhur fizik Nils Borun fərziyyəsilə quraşdırsaq onda atomlar günəş sistemindəki kimi nüvənin ətrafında fırlanmalı olacaq. Atomun dalğa xüsusiyyətini əsas götürsək atom özündən şüalar buraxan dalğaya çevriləcək. Belə çıxır ki, maddi dünya da bizim seçimimizə uyğunlaşır? Dünyanın çoxvriantlılığı onun fundamental xüsusiyyətidir.
Həyat bir xətt üzrə çürən hadisə deyil, onun çoxlu variantları var. Məkan soxlu informasiya struktundan ibarətdir və baş verəcək hadisələrin bütün mümkün variantlarını özündə cəmləyir. Həyatımızı sektorlara ayırsaq onun hər parçasının çox fərqli ssenarisi və dekorasiyası olduğunu qəbul etməliyik. Məsələn, alma Nyutonun başına düşə də bilərdi, düşməyə də. Aristotel vannaya girəndə su daşa da bilərdi, daşmaya da. Nəzəri cəhətdən heç bir məhdudiyyət yoxdu. Amma mənasız bir detallar bütün tale ssenarisini dəyişdirə bilər. Buna etiraz edənlər də olacaq: «Bu necə mümkün ola bilər? Mənim taleyimin yüzlərlə variantı kimə lazımdı axı?!». Məktəbdə biz keçmişik ki, nöqtə müstəvidə hər hansı iks və iqrek koordinatlı ola bilər. Nöqtə soruşmur ki, «Necə ola bilər ki, mənim keçəcəyim yol artıq cızılıb?». Nöqtəyə biz yuxarıdan baxırıq, ona görə hər şey aydındır. Öz taleyimizə də yuxarıdan baxa bilsək suallarn əksəriyyəti avtomatik yoxa çıxar.
Taleyin bir neçə variantı var
Fikir insanı hərəkətə çağıran motiv olmaqdan savayı ətraf reallağı formalaşdıraraq maddi sayıla bilər. Axı həmişə ən qorxulu fikirlərimiz reallaşır. Maşina minməkdən qorxan maşın qəzasına düşür, itdən qorxanı isə it dişləyir. Buna qorxuların materiallaşması da deyirlər. Bu fikrin qarşılığında kimsə «Belə çıxır ki, dənizlər, çaylar, planet və qalaktika da mənim fikrimin şüalanmasıdır?». İnsanın özünü Kainatın mərkəzi hiss etmək kimi zəifliyi var. İnsan dünyanın çox cüzi bir hissəsini tutur. Milyardlarla canlı orqanizmlərlə birgə reallığın ucaldılması prosesində müştərək iştirak edir. Hər məxluqda Yaradanın bir zərrəsi var və Allah bu yolla bütün dünyanı idarə edir.
Bizim taledən narazı olmağa haqqımız yoxdu, çünki hər birimizin seçim hüququ var. İslam dini dölün ana bətnində 9 –cu həftəsində insana cinsinin, ruzisinin, taleyinin verildiyini deyir. Müsəlmanlar taledən qaçmağın mümkünsüzlüyünə inanır. Amma kimsə demir ki, taleyin bir yox, bir neçə variantı var. Xoşbəxtlik uğrunda (başqa mübarizələrin də sonu həmişə pis bitir) mübarizə etməzlər, onu seçib yaşayarlar.
Nə tökərsən aşına o çıxar qaşığına
Hər kəsin öz həyat xətti var. Dünya bir olsa da onun maddiləşməsi prosesi hərə üçün ayrıdır. Məsələn, siz turist kimi gözəl bir şəhərə gəlmisiz və tarixi abidələri, çiçəkləri, fəvvarələri seyr edib valeh olursuz. Qarşınızda zibil yeşiyinin yanında oturan dilənçini görürsüz. Onun üçün reallıq çirkli zibil yeşikləri, kiflənmiş çörək qırıntısı və üfunətli divardır. O yalnız boş butılka yığmaqda rəqibi olan o biri dilənçini görür. Bu da onun reallığıdır. Sizin reallıqlar hansısa məqamda kəsişdi.
Fikir insanın içində qapanıb qalmış enerji deyil. O başqa enerji sahələrilə təmasda olan və hərəkətli formadır. İlk baxışdan bu proses idarə olunmaz görünə bilər, Amma məhz siz öz enerjinizlə, fikirlərinizlə reallığı məkandakı variantların birinə yönəldirsiz. Siz mübarizələrlə dolu həyat istəyirsizsə, hətta avtobusda sərnişinlərlə dava dalaş salırsızsa sizin həyatınızda sakitlik çətin ola. Siz daim problemlə dolu həyatınızdan danışırsızsa onların arası kəsilmək bilməz. Amma artıq yaşadığınız həyatda siz heç nəyi dəyişə bilməzsiz. Nə valideynləri, nə görkəmi, nə də cinsinizi. Elə bil ki, muzeyə gəlmisiz və sərgilənən ekspozisiyaya baxmalısız. Bəyənmirsizsə başqa zala keçə bilərsiz və axtardığınızı orda taparsız. Arzular yerinə yetmir, bunu unutmayın. Arzu və seçim çox fərqli anlayışlardır.
İqtidarı söyənlər ona enerji yollayır
Bizi uşaqlıqdan başqasının iradəsinə tabe olmağı öyrədirlər. Hamımızın ailə, Vətən, bəzilərində siyasi partiya qarşısında daşıdığı məsuliyyəti var. Hamı firmaya, dövlətə, ideyaya, yəni özündən başqa hər şeyə qulluq edir. Ayrı-ayrı insanların fikirləri ümumi işə yönəldikdə toplaşıb ümumi enerji qatı yaradır. Buna elmi dildə energetik kəfkir deyirlər. Bu, bir növ saatın tərpənən kəfkirinə bənzədilir. Kəfkirin hərəkətə gəlməsi üçün onu tarazlıqdan çıxarmaq lazımdı, yəni ona enerji vermək. Hərəkətə gələndən sonra enerji kəfkiri öz müstəqil həyatına başlayır. Ona insanların enerjisi lazımdı ki, hərəkət dayanmasın. Müəyyən ideyanın, partiyanın, dövlətin, xalqın enerji kəfkiri olduğu kimi balaca, gözə girməyən təşkilatların və ümumi fikirlərin enerji kəfkiri olur. Tərəfdarları azaldıqca kəfkir dayanır, yəni ki, ölür. Məsələn, ölüb-getmiş xalqlar, qədim dinlər, qədim silah növləri, köhnə dəblər, vinil vallar aradan çıxdığı kimi artıq enerji kəfkirlərini də itiriblər.
Təsəvvür edək, futbol oyunudur və stadion ağzınacan doludur. Oyunçu səhv buraxır və hamı onu söyür. Bu qədər neqativ enerjinin təsiri altında oyunçu gərək öləydi. Amma bu baş vermir. İnsanların buraxdığı bütün enerjini kəfkir özünə götürdü. Bu belə olmasaydı kütlənin nifrəti altında insanlar ölərdi, ya da kumirlər heyranlarının enerjisi ilə göylərə pərvaz edərdi. İstər xeyir iş görən xeyriyyə cəmiyyətinin, istərsə də sektaların bizim enerjimizə ehtiyacı var. Yalnız öz taleyini əlinə alanlar enerjisini idarə etməyə və mənfi kəfkirlərin təsirindən çıxmağa qadirdir.
Fərdlərin ümumi ideya dalıyca gedəndə enerjilərinin toplanması məsələsini yoxlamaq üçün hansısa güclü bir partiyanın, ya da dini qurumu söyün. Bunun ardıyca sizə nəsə bir zərbə dəyəcək. Bu sehr, ya da qarğış deyil. Bu həmin enerji kəfkirinin qüvvəsinin dalğası idi ki, sizə yüngülcə toxundu. Ona görə də azadlıq uğrunda mübarizədə qarşı tərəfin liderləri nə qədər çox söyülsə onun gücü daha da artacaq. Yaxud iqtidarı söyənlər dəstəsi əslində tərifləyənlər qədər ona enerji yollayır. Enerji kəfkirləri bizi buraxmır. Sistemin təsirinə düşmüş adam öz həyatını bu qanunlara uyğunlaşmış şəkildə qurmalı olur. Ona görə biz istəmədiyimizi edirik, istəmədiyimiz həyatı yaşayırıq. Kəfkirin təhlükəsi ondadır ki, insanı xoşbəxtliyindən uzaqlaşdırır. Napoleon, Hitler, Stalin kimi mənfi, destruktiv şəxsiyyətlər də kəfkirin bu sehirli keyfiyyətindən yararlanıblar. Amma Napoleondan soruşan olsaydı o, yəqin ki, həqiqətən xoşbəxt olduğu bir-neçə günü güclə xatırlayardı.
Qorxu kiçik ölümdür
Sizi tarazlıqdan çıxarırlarsa enerjinizi aparırlar. Tarazlıqdan çıxıb deyinir, şikayət edir, informasiyanı dostlarınızla bölüşüb enerji kəfkirini daha da artıq yellədirsiz. Sizi asılılıqda saxlayan ən güclü hiss qorxudur, ən qədim və ən güclü hiss. Kimdən və nədən qorxmağın fərqi yoxdur. Günahkarlıq hissi də enerji sərfiyyatına səbəb olur. Bizi uşaqlıqdan bəri daim günahkarlıq ruhunda böyüdürlər. Cəza, ya da etiraf adamı yüngülləşdirir. Börc hissi də enerji baxımından israfçılıqdır. Adamların kompleksləri də ona xoşbəxt olmağa maneə olur: gözəl deyiləm, o qədər də ağıllı, ya da bacarıqlı olmadım və s. Həmişə güclü olmaq istəyi, həqiqətpərəstlik, qanunsevərlik və s. hisslər də müsbət çalarlı olsa da enerjimizi aparır və bizi yolumuzdan uzaqlaşdırır. Kukla teatrındakı kimi əl-qolumuzu bağlayan ipləri özümüz də sadalaya bilərik: ədalət hissi, şöhrətpərəstlik, təkəbbür, ləyaqət, sevgi, nifrət, simiclik, əliaçıqlıq, maraq, aclıq və s. İnsanın ətrafındakı bütün fəaliyyəti onun enerjisiylə dolanır.
Biz onsuz da istəmədimizi alırıq
Heç kim belə yaşamaq istəmir, amma olanlara ya mənfi, ya da müsbət reaksiya verib kəfkiri hərəkətə gətirir, ya da etinasız qalıb enerjisini özündə saxlayır. Eşitdiyiniz hər hansı fikir ürəyinizə düşübsə artıq buna görə enerji qatından ona pay vermisiz. Əgər siz fəlakət haqqında xəbəri boğazdan yuxarı dinləsəz bu hadisədə müşahidəçi olaraq qalacaqsız. Sizin həyat xəttində fəlakət olan zolaq əmələ gəlməyəcək. Amma ürəyinizə salıb, qorxacaq, hələ bir öz başınıza gəlirmiş kimi təsəvvür edəcəksizsə, onda nə vaxtsa, tez, ya gec sizin qəzaya düşüb artıq zərəçəkmiş rolunda həmən hissləri keçirəcəyiniz anlar olacaq. Belə çıxır ki, nədən qaçmaq istəsən, bu sənə daha da yapışır. Qonşunun oğlunda bəyənmədiyin cəhəti sonra öz uşaqlarında tapırsan. Bu təsadüf deyil. Neqativi həyatımıza biz özümüz salırıq.
Unutmayaq, heç kimin heç kimi və hes nəyi qınamağa haqqı çatmır! Nə yaşadığımız həyatı, nə də başqasının həyatını dəyişə bilərik. Muzeydəki kimi, bəyənmirsənsə baxma. Yaxud radioqəbuledici kimi əgər sizə bu xətti dinləmək lazım deyilsə kanalı dəyişin. Deyinmək, söymək, təhqir etmək, narazılıq bildirmək hamısı bizim enerjimizi aparır və taleyimizi çirkləndirir.
Ticarətdə satıcıların ilk müştəriyə xüsusi münasibətdə olması məlumdur. Necə deyərlər siftədi, alıcı qiyməti lap aşağı sala bilir. Ya da satıcı günün ilk gəlirini bütün mallara sürtür və uğura köklənir. Bu məişət səviyyəsində aparılar magiyadır. Satıcı özünü uğurlu dalğaya kökləyir. O özü buna inanır və onda sehr də baş verir. Fikrləriniz bumeranq kimi üstünüzə qayıdacaq.
Sevgilinə qovuşmaqçün onu buraxmalısan
Bəs nə etməli? Öz taleyini əlinə necə almalı? Əvvala mübarizədən əl çəkmək lazımdır. Mübarizənin bütün formalarından və tamamilə əks tərəfdə olan heyranlıqdan da, sevgidən də. Bütün baş verənləri lazımi kimi qəbul edib sakit qalmaq. İmtina etməkçün əvvəl qəbul etmək lazımdı. Düşməndən qurtulmaqçün onu anlamaq, sonra buraxmaq lazımdı. Sevgilinə çatmaqçün onu buraxmaq lazımdı ki, qovuşa biləsiz. Biz çox vaxt dünyalar qədər sevdiyimiz insanları itiririk. Onları öz sevgimizlə öldürürük.
Hadisəni həyatından çıxarmaq ondan qaçmaq deyil, sadəcə saymazlıq və etinasızlıq keçirmək lazımdı. Bu etinasızlıq mənfi çalarda yozulmamalıdır. Soruşa bilərsiz, «Bəs hazırki etinasızlıq zamanında Azərbaycanda arzular niyə çin olmur?». İş ondadır ki, biz sakit oturmuruq, söyürük, deyinirik, tərifləyirik, göylərə qaldırırıq, sonra ordan yerə çırpırıq, bir sözlə eləməməli hərəkətlərin hamısını edirik. Ona görə də arzular sehirli şəkildə çin olmur. Seçimini həyata keçirməyin isə yolları var və bunu ustadlardan öyrənmək olar. Seçimini real həyata gətirməyin yolları isə şalsın gələn dəfəyə…
(Yazı Vadim Zelandın «Reallığın transserfinqi» kitabı əsasında hazırlanıb)

Yuxariya doğru