Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Avropanın islam sunamisi

İslam Avropa üçün təhlükədirmi?
Bu gün Avropa iki bir-birinə zidd olan prosesin yanaşı yaşaması faktı ilə barışmalı olur. Avropanın müsəlmanlaşması sürətlə getdiyi dərəcədə də Avropada isilamafobiya, yəni islamlaşmaq qorxusu yayılır. Avropalılar bunu etiraf etməyi sevməsələr də hamı bilir ki, Avropanın üzü həmişə Şərqə doğru olub. Elmi, mənəvi, etik baxışlardan Avropa Şərqdən çox şeyləri əxs edib. İndi isə Avropa Şərqin ən vacib incisi, həyat təməlini mənimsəyir. Şərq və Qərbin qovşağında yaşayan bizlərsə neytral pozisiyada oturub müşahidə edə bilrik.
Necə oldu ki, geridə qalmış avropalı ayıldı?
Bu gün Qərb dünyası bu günə qədər olmamış miqyasda İslama üz döndərib. Bir dənə də alman rejisyor «Faust» çəkmək istəmir. Ona görə də «Faust»u oxumayanlar Quran oxuyur. O biri tərəfdən «İslam təmbəl və nadanların dinidir, «İslam dünyası isləyə bilmədiyi və passiv olduğu üçün geri qalır», «Müsəlmanlar qurucu və yaradıcı əməyə alışmayıblar» kimi şərhlər dünya müsəlmanları üçün hökm kimi səslənir. Qərb dünyasının irəliləyişləri fonunda adama elə gələ bilər ki, müsəlman dünyası yuxudadır. Amma Müqəddəs kitabımız bizi əksinəsini öyrədir. Qərbin tərəqqisinin sirri sadədir. Tarixin hansısa məqamında nadan qərbliyə başa saldılar ki, Allah uğurlu adamları sevər və O, istəyir ki, onun qulları çalışsın, yaratsın, yeni üfüqlər açsın, pul qazanıb ailəsinə baxsın. Buna qədər qərblilərin beynində katolik kilsə hakim idi. Katolisizm insan ehtiraslarını, fiziki enerjini, ictimai, siyasi fəallığı, intellektual fəaliyyəti boğan bir cərəyan idi. Bu zamanlar Avropa çox geridə qalmış idi, cadugərləri tonqalda yandırır, kitabları məhv edir, kilsəyə qarşı çıxan alimləri edam edirdi. Cəmiyyəti total nəzarət altında saxlayan qüdrətli kilsə əbədi qala bilməzdi. Elə Qərbin özündə yeni cərəyanlar, protestantizm, lüteranlıq, kalvinizm kimi xristian reformaçıları meydana gəldi. Reformaçılar Avropada yeni - zəhmətkeşlik, yenilik axtarışı, elmi tapıntılara sövq edən idealar səpələdilər. Bu cərəyanlar vətəndaşın ictimai və vətəndaş aktivliyini hər xristianın borcuna çevirdi. Martin Lüter, alman protestantlığının banisi deyirdi: «Əgər görürsən ki, cəllad, mühafizə, hakim məşğuliyyətində çatışmazlıq var və sən özünü bu sahədə sınaya bilərsən, bununla məşğul ol. Çünki hakimiyyət və qılınc hər ikisi Allah yolunda qulluqdur». Başqa bir reformator Jan Kalvin deyirdi ki, artıq yaradılmış dünyada insanın azadlığı var və insan öz yerini tapmaqla, həyatınnı mənasını axtarmaqlaYaradana xidmət etmiş olur.
Bu konsepsiyaya görə insan zəhmət çəkməyi, həyatda özünə yer qazanmağı ilə Allahın göstərişini yerinə yetirir. Bu idealar katolik kilsənin həyata monax baxışını, dünyadan qaçma, ciddi həyat tərziylə özünü üzmə adətini ortadan çıxardı. Nəticədə Yaradana inanan xristianın bütün həyat tərzi Allahın şərəfinə olan borca çevrildi. Aktvliyin dərəcəsi o qədər böyük oldu ki, bir neçə əsr ərzində Avropa məşhur Reformasını həyata keçirə bildi. Avropa elmdə, hərbdə, coğrafiyada birinciliyi əlinə alaraq kapitalistik münasibətlərin yaranması üçün bünövrə hazırladı.
Yaxınlıqda İslam vardı!
Avropa reformatorluğunun hazırlayan tarixi dönəmə baxanda aydın olur ki, bu tip aktivliyi bir neçə əsr bundan əvvəl cəmiyyətdə reallşdırmış İslamdan sava başqa yerdən əxz edə bilməzdi. Andaluziya və Məqribdə müsəlmanların geridə qalmış Avropa ilə çoxəsrlik yanaşı yaşaması izsiz ötüşmədi. Avropa katolik ruhaniliyin təsiri altında əl-ayağı bağlı halda olarkən qonşuluqda İslam aktiliyi alqışlayırdı. Şəriətə görə çalışqanlıq, zəhmət, əmək həmişə Allaha itaət kimi dəyərləndirilib. İslam ilk günündən insanları cəmiyyət naminə çalışmağa çağırıb. Bir hədisdə isə göstərilir ki, Məhəmməd peyğəmbər deyib: «Qiyamət günü əlinizdə əkiləsi şitil varsa mütləq onu basdırın». Bu günün din alimləri, imamlar belə şəraitdə Qiyamət günü ərəfəsində olarıqsa məscidə cumub günahları yumaqçün dua etməyə çağırardı. Peyğəmbərimizsə bu cür vacib məqamda yarımçıq qalmış işi başa çatdırmaqdan bəhs edir. Peyğəmdərimizin həyat təcrübəsindən qaynaqlanan bəzi məqamlar var ki, müsəlman həyat tərzi üçün örnəkdi: müsəlmanlar çalışmalı və işini axıra çatdırmalıdırlar. Zəhmətinin nəticəsini axirətdə alacağına inamla və son məqamda Allahın hüzurunda dayanacaqlarına inamla yaşamalıdırlar. Müsəlman üçün dini və dünyavi aktivlik bir-birindən ayrılmazdır, yəni məsciddə namaz qılarkən, öz evini inşa edərkən də çalışdıqları Allah naminədir. Müsəlman peyğəmbərinin nümunəsinə uyğun olaraq şəri aradan qaldırmaq və haqsızlıqlara, zülmə qarşı çıxış etməlidir. Müsəlman aktivliyində bütün hərəkətilər ən yaxşı nəticəyə can ataraq, bilikləri cəmləyərək və səbr, inadla icra etməlidir.
Son 300 ildə Qərb dünyasında uçurum yaranıb
Avropa dövlətlərinni hamısı öz çıxışlarında vurğulayır ki, İslam və Xristianlıq arasında münaqişə ola bilməz. İslamın terrora dəxli yoxdur. Siyasi liderlər və ABŞ dövlət başçıları İslamı dəyərlərdən heyran olduqlarını deyir və Quran əxlaqına yaxnlaşmağı arzulayırlar. Quranı dərindən bəyənənlərdən bir də İngiltərənin keçmiş baş naziri Toni Blerdir. O, Quranı dəfələrlə oxuduğunu deyir və Allah yolunda zəkat vermək məsləhətindən lap heyran qalır. Toni Bler rəsmi çıxışlarında İslamın son dərəcə sülhsevər və ədalətli olduğunu vurğulayıb. O, deyir ki, hər dəfə Quranı oxuyanda qəlbi Allahın nuru ilə işıqlanır. BBS kanalına müsahibəsindən: «Mən Quranı oxudum. Bu çox aydın kitabdır. İnsanlara həqiqət yolunu açıq göstərir və sevgi və qardaşlıq meyarlarını aydın başa salır». ABŞ-da baş verən terror aktından sonra Toni Bler bəyan etdi ki, İslamn nə terrora, nə də müsəlmanlara heç bir dəxli yoxdur: «12-ci əsrdə səlib yürüşlərindəki vəhşicəsinə qətllərin Xristosa dəxli olmadığı kimi Ben Ladenin də Quran əxlaqından xəbəri yoxdur. Qərb İslamın həqiq üzünü görməyi istəməməsi mövqeyindən əl çəkməlidir. Yəhdilər, xristianlar və müsəlmanlar İbrahimin övladlarıdır və bu gün 3 dinin birləşməyə can atması zamanı yetişib. 3 din öz mənəvi dəyərlərini birləşdirib ümumi məqamları anlamalıdır»
Avropanın daha bir nüfuzlu adı - şahzadə Çarlz da İslam və müsəlmanlara yaxınlığıyla tanınır. İlk dəfə İslama simpatiyasını 1993-cü ildə Oksford Universitetindəki çıxışında deyib. Həmin vaxtdan müsəlman icması onu bütün mərasimlərə dəvət edir və hər dəfə də o, İslam məzhəbinə heyranlığını ifadə edir: «Biz, Qərbin sakinləri İslam ənənəsinin təlqin etdiyi kimi təbiətin və bütün mövcud nemətlərin Yaradıcısına qarşı hörmət göstərməliyik ki, kökümüzü tapaq. Müasir materializm çox ziyanlı idealogiyadır və bəşəriyyətə hələ sox bəlalar verəcək. Son 300 ildə Qərb dünyasında insanları ətraf mühitdən qoparmış dərin uçrum yaranıb. Bizə deyirdilər ki, inam və elm bir-birinin əksidir. Bunun ziyanlı nəticələri artıq göz qarşısındadır. Elm sübut etdi ki, dünya biz anladığımızdan dəfələrlə mürəkkəbdir. Materialist elm artıq bir çox məqamları izah etməkdən aciz olduğun gizlətmir. Amma İslam alimləri heç vaxt elmi tapntıları öz ağlının və istedadının nəticəsi kimi qələmə verməyib. Çünki bilir ki, bunları etməyə onu ulu Allah vadar edib. Mən Quranı oxuyarkən bəzi ayələr məni qəlbimin dərinliyinə qədər sarsıtdı. Biz bir-birimizdən çox şeylər öyrənməliyik. İngiltərədə məktəblərdə tədris prosesinə daha çox müsəlman müəllimləri cəlb etməliyik. Bütün dünya ingilis dilini öyrənir, amma bizim ölkədə insanların zəkası və ürəyinə yönəldilmiş biliklərə eytiyac var ki, bunu bizə müsəlman müəllimlər verə bilər». Şahzadə Çarlz müsəlman tədbirlrinə, layihələrə spnrsorluq və dəstək verən bir adamdır. Londonda Müsəlman Mərkəzini yaradılmasına da o, 10 milyon funt ayırıb.
İslam təhlükəlidirmi?
Toni Bler və şahzadə Çarlzın İslama marağı çox vacibdir. Çünki dünyada İslam barədə bilərəkdən təhrif olnmş məlumatlar yayılan zaman siyasi liderlərin İslama bu cür münasibəti bütün dünyanın müsəlmanlara münasibətini də dəyişə bilər. Amma İslamın Avropada yayılmasını ikrahla qarşılayanlar dəstəkləyənlərdən daha çoxdur:
Uelsin milli assambleyasına namizədliini vermiş ingilis milli Partiyasınnı üzvü Şion Ouens Quranı yandırmaqda ittiham edilib. İttihama görə müqəddəs kitabın yandırılması videoya çəkilib və ekstremistlər arasında yayılıb. «Ağların qanunu təslim olmamaqdır» yazılmış maykada o, kameri qarşısında Qurana kerosin töküb yandırır. Hadisəni şərh edən polis «Bu tip iddialarda sağlam yanaşmanın tərəfdarıyıq və cəmiyyətimizdə belə səbrsizliyə imkan yaratmırıq» dedi. Bundan əvvəl isə Amerikalı pastor Ueyn Sapp və Terri Conm ictimai şəkildə Quranı yandırmaqla Əfqan şəhəri Kandaqarda etiraz aksiyasına səbəb olmuşdular. Nümayişdə 10 nəfər qurban getmişdi. Hadisəni törədənlər sonradan demişdilər ki, «Biz dünyanı bir illüziyadan qurtarmaq istədik. Qoy bilsinlər ki, İslam təhlükəli deyil».
İtaliyalı Orianna Fallaçi «Qəzəb və iftixar» kitabına görə İsveçrədə ekstradasiyada yaşayır. Hollandiyalı karikaturaçı Nekşot antiislam rəsmlərinə görə həbs edilib. Amerikalı yazıçı Reyçel Erenfeld Britaniyada Saudiyyə biznesmeni tərəfindən böhtana görə məhkəmə qarşısında dayanıb. Hollandiada Ayan Xirsi Ali, Avstraliyada 2 xristian pastoru məhkəməyə çağırılıb. Danimarka karikaturaçı Uesterqard öz cızma-qaralarının bahasını öz ömrüylə verəcəkdi. Kütləvi çıxışların fonunda Salman Rüşdinin lənətlənmiş kitabı artıq o qədər də aktual görünmür.
Avropa İslam və Qurana müharibə elan edib
Bu gün dünya məktəblərdə hicab qadağası kimi kifayət qədər böyük problemlə üzbəüz qalıb. Müasir təhsil sistemində materialistik dünya görüşü və Allahın inkarı təbliğ edən sistemlər durmaqdadır. Təkamül nəzəriyyəsi, darvinizm, materializm nəzəriyyələrinin davamçılarının artıq fırıqdaqçı olduqları da məlumdur. Elm özü darvinizm nəzəriyyəsini şövhə altına alıb. Dinin yoxluğunu elan elan edən materializm də 21-ci əsrdə can verməkdədir.
Avropanın atdığı addımlardan bəllidir, o açıq-aydın şəkildə İslamla mübarizə aparır. Avropaya islamlaşma sunamisi təhlükədirmi? Bütün dünyaya təmkinlik dərsi keçən Avropa bu gün tolerantlığını və təmkinin itirib. Ərəbləri, şərq ölkələrindən gəlmələrin ölkədən çıxarılması şüarı tez-tez səslənir. Məqsəd artan cinayətkarlığın deyil, cəmiyyətin müsəlmanlaşmasının qarşısını almaqdır. Dərinin başqa rəngi, başqa dinin artması avropalıları qorxuya salıb. Müsəlmanları vəhşi heyvan kimi qəfəsə salmağı uca tribunalardan deyənlər də tapılır. Cəmiyyətin müsəlmanlaşması məsələsi o qədər sürətlə artan proses olmasa da siyasi liderlər bu məsələni qabartmaqla siyasi dividentlər qazanmağa çalışır. Siyasi fiqur kimi artmaqda olan şəxs Girt Vilders deyir ki, İslam özü artıq böyük problemdir. Çünki İslam zorakılıq dinidir. O, Məhəmməd peyləmbəri zorakılığı dəstəkləyən adam, Quranı isə başdan-başa zorakılıq yayan kitab adlandırır. Vildersin iddiasına görə müsəlmanlar Avropada yaşamaq üçün, qəbul olunmaqları üçün Quranın və əqidələrinin yarısından imtina etməlidirlər. «Avropanın islamlaşmasına qarşı» aksiyası nümayişlər, elektron poçt vasitəsilə çağırışlar, internet vasitəsilə tərəfdaşlar yığmaqla və aktiv şəkildə müqavimət göstərməklə Avropanın islamlaşmaqdan çox qorxduğunu bir daha təsdiq edir. Bu cərəyanın təşkilatçısı Anders Qravers deyir: «Biz mülayim müsəlmanlıq konçepsiyasına inanmırıq və Avropanı Səudiyyə Ərəbistanı və İrana çevirməyə qoymarıq!».
Müsəlmanlara qarşı çıxışlar edənlər islamafobiyanın rasizm kimi qiymətləndirilməsi ilə razı deyil. Onların fikricə sağlam düşüncə tərzi və özünü qoruma instikti bunu tələb edir. «SİOE» cərəyanının saytında açıq aşkar yazılıb: «İslam və demokratiya Quran təlimi və şəriət əsaslarını tənzimləyən bəzi hədislərə görə bir-birinə tamamilə uyğun gəlmir». Saytın materiallarında müsəlmanlar sözü islamçılar sözünün sinonimi kimi işlədilir.
«Məhəmməd peyğəmbər zamanımızda yaşasaydı onu ölkədən qovardım»
Bu qorxuların başında hollandiya siyastçisi Gert Vildersin çəkdiyi «Fitnə» adlı antimüsəlman filmi dayanır. Hollandiyanın Xalq Partiyasının lideri siyasi karyerasını İslama qarşı çıxışlar üzərində qurub. O, «Məhəmməd peyğəmbər zamanımızda yaşasaydı onu ölkədən qovardım» kimi ifadələrdən də çəkinmir. 2010-cu ildə Amsterdamda müsəlmanlara qarşı nifrəti alovlandırmaq ittihamı ilə məhkəmə işi açıldı. Bu məsələ ilə bağlı Vilders xüsusi sayt açıb məhkəmə tribnasını siyasi karyerada irəliləməkçün öz xeyrinə və ideyalarının yayılması üçün iftifadə etməyə başladı. Həqiqətən də bu məhkəmə prosesindən sonra Vildersin məşhurluğu artdı və növbəti seçkilərdə partiyası ümumi səslərin 15 faizini toplaya bildi. O, deyir ki, ölkənin baş naziri olsa paranca geyməyi, məscid timəyi və müsəlman ölkələrindən immiqrasiyanı qadağan edəcək. Vildersin dediklərindən: «Ola bilər, biz Avropanın islamlaşmasının sonuncu mərhələsini yaşayırıq. Avropada yeni reallıq əmələ gəlib: rəngbərəng baş örtüklərində gəzən qadınlar, uşaq arabaları və dəstə ilə uşaqlarıyla gəzişən ailələr, 4 metr irəlidə yeriyən quldar ər, çoxsaylı məscidli küçələr… Bu, dini fanatların idarə etdiyi gettodur. Avropada minlərlə məscid var, onlar xritian məbədlərindən çoxdur. Hər şəhərdə bütün mədəblərdən uca olacaq iri məscidin tikinti planı var. İri avropa şəhərlərinin bir çoxunda artıq əhalinin dörddə biri məsəlmandır: Amsterdam, Marsel, Malma. Şəhərlərin əksəriyyətində 18 yaşlıların içində müsəlmanlar daha çoxdu. Paris müsəlman icmalarıyla halqaya alınıb. Məhəmməd şəhər əhalisinin ən sevimli adıdır. Fransada məktəblərdə müsəlmanlara qarşı danışmış müəlliflərdən - Volter, Didro – yan keçməyi üstün bilirlər. Darvinə münasibətdə də eləcə. Xolokost tarixi öyrənilmir. Çünki bu, müsəlmanların şərəfinə toxuna bilər. İngiltərədə şəriət hüquq sisteminin bir parçasına çevrilib. İndi Avropada 44 milyon müsəlman var. İslam nəinki cəmiyyət, hər bir şəxsin taleyini idarə etməkçün yaradılmış sistemdir. İslam missiyadır. İslam azadlıq və demokratiya ilə bir araya sığmaz. Onu kommunizm, ya da nasional-sosializmlə müqayisə etmək olar. Bu da totalitar sistemlərdən biridir. Biz indi anlayırıq ki, Uinston Çerçil niyə İslamı «dünyada ən mürtəce sistem» adlandıraraq Quranı «Mayn Kamf»la müqayisə edirdi.( Çörçilin Quran və «Mayn Kamf» əsərini müqayisə etdiyi «İkinci dünya müharibəsi» kitabı Nobel mükafatına layiq görülüb – G.R.) İslam avropası Avropanı azıdlıq və demokratiyasız nəzərdə tutur. Məni siyasi baxışlarıma görə təqib edirlər. Bilirik ki, dissidentləri Yaxın Şərq, İran, Saudiyyə Ərəbistanında təqib edərlər, Avropada, Hollandiyada yox. Ona görə süal edirəm, nə vaxtsa Çörçili bu məsələyə görə məhkəməyə çağırardılarmı? İslam çoxalarsa, azadlıq azalar».
İslamafobiya siyasi sifarişdir
Yazıçı Şelina Zəhra Canmühəmməd fikrincə siyasətçilər və jurnalistlər bu məsələni öz xeyirlərini güdərək olduğundan çox şişirdirlər. İngiltərə yazıçısı İmdad Ramazan deyir ki, Avropada müsəlmanlara qarşı münasibət ona görə gərginləşdirilir ki, yerli əhalini İslama və müsəlmanlar qarşı aparılan müharibələri dəstəkləməyə vadar etsin. Düşmən obrazı yaratmaqla İrak, Əfqanıstan, Somali, Sdan, İranda aparılan müharibələrdə cəmiyyətin dəstəyini qazanmaqdır. Heç kim düşünmək istəmir ki, artıq avropalı olmuş müsəlman cəmiyyətdə terroçuluğu qızışdıracaqsa ən əvvəl özü zərbə altında olacaq. Avropanın müsəlmanları Allahın qoyduğu qanunlarla yaşamağa çalışırlar. Bu qanunlar həm də xristianların 10 həyat qanununa uyğundur. Müsəlmanlar Avropa üçün təhlükədirsə, deməli xristianlarçün 10 əmr də Avropa təhlükəsizliyini poza bilər. Məsələyə siyasi qızışdırmadan kənar baxışla nəzər salsaq görərik ki, Avropanın islamlaşması adlı problemi yoxdur. Sadəcə son 50 ildə müsəlman cəmiyyətləri öz infrastrkturlarını inkişaf etdirərək məscidlər tikir, halal qida sistemi yaradır, islam mərkəzləri, qəbirsanlıqlar, məktəblər yaradır və siyasi həyata qoşulurlar. Artıq İngiltərənin lordlar palatasında və ABŞ-ın Konqresində müsəlman təmsilçiləri var. Müsəlmanlar başqa dinlərin nümayəndələriylə bəzi məsələlərdə birləşərək cinayətkarlıq, narkomaniya kimi bəşəri problemlərin həlli ilə məşğul olurlar.
İkiüzlü Avropa
Avropa bir tərəfdən açıq, insanpərvər olduğunu bəyan edir, o biri tərəfdənsə rasist və imperiyaçı xasiyyətini artıq gizlədə bilmir. Avropada səslənən fikirlər bunu təsdiq edir: avropalılar Quranın redaktəsini təklif edir və müqəddəs kitabı Hitlerin «Mayn Kamf» kimi kitablarla müqayisə edirlər. Çünki elan edildiyi kimi dövlət hələ də dindən kifayət qədər aralanmayıb. İngilis kraliçəsi həm də anqlikan kilsəsinin başçısıdır. Skandinav ölkələrində cəmiyyətin həyatı dinlə çox sıx bağlıdır. Ona görə də bir sual baş qaldırır: guya ki, dünya sivilizasiyanın başında dayanmış Qərb mədəniyyəti müsəlmanların ekstremizmindən qorxaraq onlara qarşı nifrət, baykot və deportaiya ilə hədələyirsə o özü də ekstremistə çevrilməkdən narahat deyil ki? Əgər Avropanın göbəyində yəhudilərə qarşı nümayişlər tələbi ilə çıxış etməli olsaq onda davranışına görə Avropanın ikiüzlülüyünü həmən görərik.
Avrabiya yeni əmələ gəlmiş terminlərdən biridir və avropalı düşüncəsinə zorla olsa da yeridilir. Bu termin Avropanın tutqun gələcəyini ifadə edir ki, burada əksəriyyəti ərəblər və şərq xalqları olacaq, cəmiyyətdə isə şəriət qanunları işləyəcək. Əslində problemin kökündə dayanan əsas məqam olur ki, avropalılar İslamın nə olduğunu dəqiq bilmir. Məsələnin görünən tərəfi, başı bağlı qadınlar, çox arvadlılıq, ailədə patriarxal münasibətlər və dini zəmində yaranan münaqişlər avropalıları qorxudur. Bu qorxunun ucbatından adamlar İslam və ekstremizm arasında olan ciddi fərqləri görə bilmirlər.
***
Bu gün dünyada minlərlə adam dinini dəyişir. Amma məlum statistika var ki, dünyada İslamı qəbul edənlər daha çoxdur. Müsəlmanlar ilə 2, 5 faiz artımla çoxalır. Dünya siyasəti liderləri də bu faktı deməyə bilməz: müsəlmanlar dünyanın ən çox artan qrupudur. 2000-ci ildə xristianlar dünya əhalisinin 29,9, müsəlmanlar 19, 2 faizini təşkil edirdisə həmin bu sürətlə artsa 2025-ci ildə xristianlar 25 faiz, müsəlmanlarsa 30 faiz olacaq.
Bütün dünyanın alimləri nə vaxtsa elmi tədqiqatlarında böyük, ali və dərkedilməz qüvvə ilə üzbəüz qaldığına etiraf etməli olur. Ziyalılar İslamı qəbul edib etməməyindən asılı olmayaraq tək Allahın varlığını etiraf edir. İslam dünyanın yaradılışı barədə təsəvvürlərimizi təsadüflərə bağlamadan vahid Allah inancına dəyişdi. İslam dini vaxtilə barbar adlana biləcək bir toplmu islah edə bildisə deməli bəşəriyyətin hamısını islah edə biləcək.

Yuxariya doğru