Adsız adam açarsız qapıdır
Adı divarlara da yazmaq olar, tarixə də
Adı adama bir dəfə verərlər. O da bəyəndi, ya bəyənmədi
onu götürər və ömrü boyu özüylə daşıyar. Çünki adla birlikdə adama elə
bil ki, tale də verilir. Elm adın insan taleyinə təsiri barədə susmağa
üstünlük verir. Amma ən skeptik adam da uşağına ad seçəndə həmişə min
ölçüb bir biçər və uşağına layiq bildiyi ən yaxşı taleyi üstün qoyar.
Əgər ad sadəcə səs yığını olsaydı insan özünü bu adla eyniləşdirməzdi.
Ona görə də kiminsə adını məsğərəyə qoymazdan əvvəl düşünmək lazımdı
ki, bu adın seçilməsində onun rolu heç olmayıb. Kimsə seçib, o isə daşımalıdır.
Ad açardır. Uşağa ya doğulanda, ya da 7-ci günündə ad qoyular. Hətta
ölən uşağa da ad qoyub sonra cənazə namazını qılarlar. Hətta Rəbbimizin
də 99 gözəl adı var. Bu adlar vasitəsilə tövhid xəzinəsinin qapılarının
aça bilərik.
«İnsanın şüurunda bütün Kainat əks olunub»
Tale nədir və adın taleyə nə qədər dəxli var? Tale insanın fərdi xüsusiyyətlərindən
asılı olmalı, yoxsa adından? Görəsən ola bilər ki, yumşaq ad insanın
sərt qismətini də yumşalda bilsin? Bu kimi sualların cavabını bəziləri
Karma qanunlarında axtarır. Karma qanunları şəxsiyyətin Kainatla münasibətini
tənzimləyən qanunlardı. Onsuz də hər insan Kainatın qanunlarına uyğun
yaşayır və hətta onlarla yola gedir də. Nyutonun başına düşən alma Nyutonun
özüylə hansı münasibətdədirsə insan da ətrafındakı dünya ilə o cür qohumluqdadı.
Biz bu əlaqəni hər saniyə, hər dəqiqə duymuruq, biz sadəcə yaşayırıq.
Kainatın kaprizlərini qabaqcadan duyuruqsa taleyimizi oxumuş oluruq.
Bəziləri karma qanunlarını günahlara görə verilmiş cəza, ya da mükafat
sistemi kimi qavrayır. Əslində hər şey daha sadə və daha gözəldir. Bu
qanunu yaxşı anlamaqçün planetimizdə həyat yaranan zamandan bəri yaşanan
təkamül yolunu təsəvvür etmək lazımdı. Əvvəl ilk birhüceyrəlilər, amöb
yarandı. Sonra yosunlar, soxulcanlar, balıqlar, qurdlar, heyvanlar,
quşlar və özünü şüurlu elan etmiş insanlar yarandı. Bu yol hörmətə layiq
yoldu və kimsə mübahisə xətrinə geri qayıdıb bu yolu yenidən keçmək
istəməz. Hər hansı bir canlının həyatında maneə yaranırsa və onun 2
yoldan birini seçmək imkanı varsa o canı çıxsa da sağ qalmaq yolunu
seçəcək. Dərisi boğazından çıxsa belə yeni sağ qalma variantlarından
ən uyğununu seçib ardını yaşayacaq. Kənardan prosesə baxanda bu sehrli
görünür. Baramadan çıxan kəpənəyin zəhmətinə hədər deyən adam tanımıram.
İnsan da hər dəfə çətinliyə düşəndə «Axı nə üçün?» deyib başını sındırır.
Bu planetdə yaşayanların hamısının işi-peşəsi baş sındırmaqdan və təkamülü
irəli itələməkdən ibarətdi. Parlaq psixoloq Yunq deyir ki, insanın şüurunda
bütün Kai nat əks olunub. Ona görə də adi insan heç özü də bilmir ki,
niyə düşmənlərinə nifrət edir, dostlarını isə sevir. Sadəcə o öz beynində
yaşayan obrazları sevib nifrət edir. Dediyimiz hər söz, hər fikir şüuraltı
ilə əlaqədar olduğu qədər də Kainata təsir edir. Fikirlərdə ki neqativ
kritik həddə çatanda bir parçası olduğumuz Kainat avtomatik olaraq cavabımızı
verir. Ona görə də hər kəs öz adını da şəxsiyyəti qədər sevib əzizləməlidir.
Bütün adların və soyadların karmik analizini çəkməyə nəinki məqalə,
heç bir kitab da bəs etməz.
Adını mən qoydum, taleyini Allahdan istə
Qədimdə insana ad verilməsi çox vacib mərasim sayılırdı. Dədə Qorqud
dastanından bilirik ki, əcdadlarımız adı uşağa doğulanda deyil, həyatda
yerini tutanda verirdilər. İnsan bu adı hələ qazanmalı idi. Ad adamın
bir parçasıdır. Ola bilər yatmış adamın «Ey, bura bax» xitabından tükü
də tərpənməz, amma adını eşitcək dik atlanıb cavab verər. Hər kəs özünü
adsız heç təsəvvür etmir.
Öz uşağına ad seçəndə hamı onun qeyri-adi olmasını istəyir. Sanki uşağına
qeyri-adi tale arzulayır və onun fantastik keçəcəyini adıyla təsdiqləmək
arzusundadı. Bəzən bu qeyri-adilik axtarışında əcaib adlar yaranır və
sonra onlar təkrarlandıqca adiləşir.
Hər millətin öz adı və öz qəhrəmanı var. Bəzən ad insana yox, insanlar
ada təsir edir. Məsələn, Adolf adı Hitler dünyanı faşizm bəlasına salmamışdan
əvvəl tamamilə adi alman adı idi. İnsanlar bədii ədəbiyyatda rast gəlinən
obrazların adlarına həyatda rast gələndə ədəbi qəhrəmanın xasiyyətinin
bir hissəsini avtomatik olaraq ad sahibinə köçürürlər. Sanki onların
hər ikisinin xasiyyəti mütləq eyni olmalıymış kimi. Bir sözlə adı almaq
azdı, onu qazanıb bəzən də bəraət qazandırmaq da lazım gəlir. Bunu bizdən
gözləyənlər var, həm insanlar, həm də Kainat.
«R» hədələyir, «A» çağırır, «J» qəddardı…
Ad assosiasiya yaradıb sahibini yeni emosiyalarla təqdim edə bilər.
Ad tarixin uzaq məqamlarını yenidən həyata qaytara bilər. Ad insana
öz ritmini, plastikasını, musiqisini aşılaya bilər. Yəqin müşahidə etmiş
olarsız, səslər müxtəlif cür səslənir və müxtəlif cür qavranılır da.
Onlar kədərli, yumşaq, ağıllı, xeyirxah, nəzakətli, kobud, qəddar ola
bilir. Fransız şairi Artur Rembo deyirdi ki, səslərin rəngi də müxtəlifdir.
Çünki sözlər tək informasiya kimi deyil, həm də melodiya kimi qavranılır.
Onun da öz plastikası, həcmi, ritmi var. Əgər sözün major, ya da minor
rəngi, yəni şən və kədərli xasiyyəti varsa, o, optimistcəsinə, ya da
pissimistcəsinə səslənə bilirsə deməli qulaqlarımız insan adının da
xasiyyətini tuta bilir. İnsanın adının melodiyası onun xasiyyətilə eyniləşməyə
başlayacaq. Axı musiqinin təsiri şüuraltı olur və bunu kimsə dana bilməz.
Bəlkə də ona görə simpatiya, ya da antipatiyalarımızın səbəbini anlamadan
onu insanın özünə köçürürük.
Səsin rəngi olduğu kimi onun xarakteri də var. Məsələn, «r» səsi hədələyir,
«a»-da çağırış var, «f» səsi qədim adlarda rast gəlinmir, çox cavandı,
«j» yaman qəddardı. Həmin səslər şüuraltıya da bu cür təsir edir.
Ad, ləğəb, ayama
Atalar, daha doğrusu qədim astroloqlar deyib ki, adın enerjisi təmbəlləri
və axmaqları idarə edir, müdrik adam isə özü öz adının sahibidir. Adını
bəyənmirsənsə ləğəb seçə bilərsən. Hollivud ulduzları, idmançılar, müğənnilər
üçün bu adi haldı. Onlar hamı kimi olmaq istəmir və kütlədən seçildiyini
vurğulamaq üçün sənətini, görkəmini daha çox əks edən adlar seçirlər.
Ləğəb seçərkən onun məntiqi müqayisəsindənsə (hər hansı əşya, ya da
heyvanla) sözün şüuraltında oyatdığı məna daha vacib sayılır. Ləğəb
qazanma prosesini izlədikcə biz əsrlərdən bəri adların yaranma prosesini
görə bilrik. Türmələrdə ləğəb qazanma prosesi vaxtilə adqoyma mərasiminin
kiçik modelini təkrarlayır.
Bəzən uşaqlarımızın adını əzizləmə mənasında kiçildirik. Heç düşünmürük
ki, belə ad uşaqdansa pişiyə, siçana daha çox yaraşar. Uşağın özündən
heç soruşan olmur ki, sənin belə dəyişmələrdən xoşun gəlir, ya yox.
«Ot kökü üstə bitər»
Bəzən məşhur soyadın yetirməsinə həyatda yerini tutmaq çətin olur. Çünki
onun ad çıxarmış ata və babalarının açdığı cığırlar onun həmin imici
saxlamasını tələb edir. Amma o, babaları kimi istedadlı olmaya da bilər.
Onda «Eh, sənin baban belə deyildi, sənsə…» kimi müraciətləri tez-tez
eşidəcək. Mədəniyyət tariximizə diqqətlə baxsaq atadan oğullara keçmiş
soyadlarla bərabər insanilik, alicənablıq, kubarlıq və millət dərdi
çəkmək əzmi də ötürülüb. «Oğul ataya cavabdeh deyil» deyib repressiya
dövrünü bir daha yada salmaq olar. Amma oğul atadan adını və soyadını
miras alırsa bu əlaqəni danmaq olmaz. Çünki bu ad nəinki bir ailəni,
bütövlükdə ölkəni də təmsil edir. Bir neçə kilometr aralıqda həmin adla
tanınan başqa millətin nümayəndəsini tapmazsan, onların da öz adları
var. Biz rusların medvedyevlərini, zaytsevlərini, kotovlarını anlamarıq
və qəbul edə bilmərik. Çünki biz soyadlarımızda heyvan adlarını gəzdirmirik.
Rus üçünsə bu adi haldı.
Əgər ad və soyadınıız hələ ki, yaddaqalan adlar sırasında deyilsə sizin
onu məşhurlaşdırmaq şansınız var.

Adına qayıt
Son illər türk mənşəli adlara maraq artıb. Bu da yəqin ki,
qan yaddaşındakı oyanmaların nəticəsidir ki, qulağımıza daha mərhəm
gələn fars, ərəb mənşəli adlardansa qısa, güclü enerjisi olan turk adlarını
seçirik. Türkün adına və enerjisinə ehtiyacımız var.
Uşağına İbrahim adı verən adam Abram adının və bu adın tarixcəsinin
çox böyük həyat enerjisindən yararlanar. Amma deyirlər ki, bu adla birgə
onun sahibi əbədi sərgərdan yəhudi xalqının qismətini və çətin taleyini
də bölüşməli olur. Adəm adının daşıyıcıları mənası «gil», «qırmızı adam»
kimi tərcümə edilən sözün enerjisinə də sahib çıxır və cənnətdən qovulmuş
Adəmin qismətindən onun adını daşıyanlara da pay düşür. Hətta deyirlər
ki, bu adın daşıyıcıları ömrü boyu qadınlara görünməz qüvvəylə dartınır,
cənnətdən qovulma onlardan heç birinin qarşısına ala bilmir. Artur adı
isə kelt tayfalarının dilində «ayı» mənasın verir. Bu heyvan druid –kahinlərin
totemi sayılırdı. Artur adı fantaziya və xəyallar aləminin enerjisini
də gəzdirir. Təsadüfi deyil ki, Dəyirmi Masa cəngavərlərinin kralı Artur
guya ki, hələ də öz saatını gözləyir ki, qayıtsın.
Vilen adı V.İ. Leninin qısaldılmış adından yaranıb və yəqin, onun sahibi
ictimai fəaliyyti sevən, ünsiyyətcil adam olmalıdı ki, adının enrjisini
doğrultsun. Deyirlər ki, vilenlər öz dəyərini bilir və maraqlarını yaxşıca
güdən olurlar. Karyeraya maraq elə bil ki, adın üstündə gəlir. Peyğəmbərlərin
adı - Musa, İsa, İlyas, Yaqub, Yusif, Məhəmməd adlarını uşağına qoyanlar
yəqin ki, övladını Tanrıya yaxın görmək istəyir. Nuh peyğəmbərin adını
bəlkə ona görə qoymurlar ki, yenidən daşqın gələcəyindən eştiyatlanırlar?
Firdovsinin «Şahnamə»sindəki Rütəm Zalazar yavaş-yavaş Aslan zala, sonra
17 əsrdə rus nağıllarında Eruslan Zalazaroviçə (bəzən Ruslan Lazoreviçə)
çevrilsə də mahiyyətini, yəni, döyüşçü xarakterini hələ də itirməyib.
Teymur (mənası dəmir deməkdir) hələ də hərbi qüvvə, cəsarət və bir az
da qəddarlıq rəmzi kimi səslənir. Əmir Teymurun həyat tərzi olan müharibələr
bu adın da enerjisində silinməz izlərini buraxıb. Yunan adı İliodor
Eldara çevrilsə də hələ də «günəşin sovqatı» mənasını bildirir. Aleksandrlar
İskəndər olduqca mahiyyətini dəyişmir.
Mənası enlikürək, güclü olan əflatunlara (yəni Platon) ehtiyac azaldıqca
bu adı da az-az verirlər. Alla qədim ərəb yağış ilahəsi Allatdan yaranıb,
amma bizə o, Qafqazda Alla və Bella adıyla tanınan 2 tale ilahəsindən
gəlibmiş. Azərbaycanlı svetlanalar azalır, çünki Stalinin zamanı keçdi.
İndi heç kim dahi rəhbərin qızının şərəfinə öz qızına Sveta adı verməz.
Anjela xəbərçi mənasına verir deyən yəqin ermənilər bu adı qızlarına
layiq bilir. Türkiyədə elə indinin özündə də evdən qaçaq düşmüş bütün
rus qızlarına «Nataşa» deyirlər. Ona görə də hələ ki, bütün həvvalar
bir almanın badına getmiş cənnəti əldən buraxmağın cavabını verəcək.
Maya deyəndə isə sözün kökündə duran «magiya» mənasını deyil «Böyük
dayaq» filmindəki «Maya bacı, Maya bacı» replikası xatırlanır. Əcdadlarımız
şumerlərin xanım, çariça mənasını verən Nina adı da indi bizə yad səslənir.
Ermənilər «Sarı gəlin»i oxuduqca sellər Saranı bizdən lap uzaqlara aparır.
Palma mənasını verən adıyla bütün tamaralar elə bil ki, gürcüləşir və
kişiləri çayda boğmaqdan ləzzət alır. Bəlkə də bütün tamillalar ərəb
müəllifinin qəhrəmanı kimi acı taleyindən şikayətlidir. Axı onsuz da
adın tərcüməsi «ehtiraslı əzabkeş» deməkdir. Bütün floralar gül-çiçək
içində batıb qalıb. Avropalı «Allahı sevən» bildirən yelizavetalar Elzalaşdıqca
duyğusal və kövrək olurlar.
Adımıza layiq olaq
Dünyada ən qədim, ən işıqlı, ən xeyirxah dinin yaradıcısı Zərdüşt peyğəmbər
(Onu bözən ilk maq da adlandırırlar) Yaradana sual edir ki, Yer üzündə
şərin kökünü necə kəsmək olar? Ali Müdriklik belə cavad verir: - De
görüm, Zərdüşt, ömrü boyu maneələrə rast gəldikcə kiminsə köməyini axtarıb
yalvarmaq yaxşıdı, yoxsa qəlbindəki daxili qüvvələri axtarıb tapmaq
ki, şər sənə xələl yetirə bilməsin? Ona görə də adıyla və taleyilə çarpışan
insanların sakitlik tapması lazımdı. Şər o vaxt əmələ gəlir ki, insann
inkişafı lazım olur. Həyat insanı o vaxtacan çapır ki, adam olub bunları
özü edə bilsin. Zərdüşt peyğəmbərin dediyinə görə məhz o vaxt şər öz-özünə
yoxa çıxacaq. Ona görə də adından inciyən adam xeyir tapmır. Ad insanın
götürdüyü tale kursudur. Onu keçmək lazımdı, ağlaya-ağlaya, ya da gülə-gülə.
Yaşamağa güc tapmayanda insan adının qüvvəsinə güvənsə yaxşıdı. Qəlbində
sevgi tapa bilməyəndə isə adının məhəbbət qüvvəsi kara gələ bilər. Adının
mənasını bilməyənlər olur, amma onun hansı keyfiyyətdə enerji daşıyıcısı
olmasını bilmək mütləq lazımdı. Qiyamət günü adlarımızla çağrılacağıq
axı…