Xristianlıq və qadın

Bütün dünya, bəzən elə biz
özümüz də qadına qarşı sərt münasibəti Şərqdən və müsəlman ölkələrindən
gözləyirik. İnternetdəki qara çadralı qadınların imdad dolu baxışlarını
görəndə hər kəs qadın azadlığı uğrunda mübarizəyə qalxmaq istər. Həqiqətənmi
İslam qadının əl-ayağını bu qədər qəddarcasına bağlayıb? Həqiqətənmi
xristian dünyası qadına qarşı daha insani mövqedədi? Dini ədəbiyyatı
oxuyanlar daha yaxşı bilər ki, bu, əslində belə deyil. Müqəddəs kitabımız
qadın azadlıqlarını sadaladığı zaman xristan ədəbiyyatı qadına qarşı
qeyri-insani mövqesini açıqlayır. Bütün dünya da bunu bilir, amma susur.
Yəqin utandığından…
Qadın insan deyil?!
Xristianlar «Qadın da insandırmı?» adlı polemika keçirə bilər.
Yalnız xristian ədəbiyyatında «Qadın insan deyil» başlıqlı kitablar
tapmaq olar. Macar Milli kitabxanasında bu kitabın tam adı kataloqda
belə yazılıb: «Qadının insan olmadığına sübutlar. Ağlı başında olarkən
yazılmış. 1783-cü ildə çap edilmişdir». İlk sübut belə təqdim edilir:
«Tanrı insanı yaradıb dənizdəki balıqlara, göydəki quşlara, sürünənlərə
və başqa heyvanlara sahib çıx dedi. Ağlı başında olan hər kəs analayır
ki, Qadın da Kişinin hakimiyyəti altına düşür. Çünki özünü şüurla idarə
edə bilmədiyindən onu da, məsələn at kimi idarə etmək lazım gəlir».
Əgər Tanrı qadını heyvanlar sırasına daxil edibsə deməli qadın insan
deyil». Yəni ki, bu cümlələrin müəllifi hesab edir ki, Müqəddəs Yazıda
qadının adı insan kimi çəkilmirsə deməli o, heyvanlara aid olmalıdı.
Xristian dindarları hesab edir ki, Müqəddəs yazıda heç bir yerdə qadının
adı insan kimi çəkilmir. Bəzən onun adı insana köməkçi kimi çəkilir.
Necə ki, çəkic dəmirçiyə köməkçidir, əksinə yox. Ələ alınmamış qələm
özü yaza bilmədiyi kimi, dərzinin qayçısı özü kəsə bilmədiyi kimi qadın
da kişiyə köməkçidir amma insan deyil. Müəllif fikir yürüdür k, kişi
Tanrının, qadınsa kişinin obrazına uyğun yaradıldığından insan ola bilməz.
O, cənnətə də düşməyəcək, çünki yer üzündə bütün günahların, yaradıcısı,
sülh və əmin-amanlığın pozucusudur. Müəllif utanmadan yazır ki, qadın
heyvani dünyaya daha yaxındı, çünki tovuzquşu kimi qanadlarını açmağı,
ayı kimi deyinməyi, qurd kimi simicliyi, tülkü kimi bicliyi, it kimi
acıqlığı, ilan kimi zəhərliliyi, qarğa kimi boşboğazlığı və kişiləri
məhvə aparan dəniz pərisi kimi məlahəti var.
Belə yazları oxuyanda adamda elə təsəvvür yaranır ki, guya qadınlar
insan əti yeyən yırtıcılardı. Deyərsiz ki, belə mənasız kitabları oxuyan,
sonra da ona inana kimdi axı? Elə deməyin. Bu kitab 16-cı əsrdən bəri
200 il ən mötəbər kitab kimi əllərdə gəzib. 2 əsrlik boşboğazlıqdan
sonra Macarstanın kitab makulaturasına qatıldı. Bu 2 əsrlik boşboğazlığı
«Qadının insan olmadığı barədə dissertasiya» adlı (1595, Leypsiq) kitabla
tamamlandı. Bu kitab da 5 dəfə yenidən nəşr olunaraq kitabsevərlərin
az qala stolüstü kitabına çevrildi. Fransız dilinə tərcümə edildi. Zamanının
adlı-sanlı müəllifi Valenm Asidaliy də yazırdı ki, İncilin təhrif edilməsi
qadının insan olmadığını ört basdır edib. Sübut kimi Əhdi Ətiqdə İnsanın
Tanrı timsalında yaranmasının təsvirini gətirir. İnsanın cəm halda deyil,
tək halda verilməsi buna birbaşa sübutdur. Həmin kitabda deyilir: «Tanrı
Adəmi öz obrazına uyğun, Həvvanı isə Adəmə uyğun yaratdı. Adəm Allaha
uyğun yaransa da Allah olmadığından deməli Adəmə uyğun yaranmış Həvva
da insan deyil. Qadının ruhu olması heç nəyi izah etmir. Çünki mələklərin
də, şeytanların və cinlərin də ruhu var. Onlar ki, insan deyil. Qadının
danışması da onu insan etmir, çünki tutuquşular da danışır». Asidaliy
adlı tarixçi Əhdi Ətiqə istinadən yazır ki, günaha batmağa görə, yəni
cənnət almasını dadandan sonra göydən qovulmuş Adəm və Həvvanın bu hərəkətinə
görə məsuliyyət Həvvanın üstündədi. Zühur edən İsus ilk dəfə qadının,
yəni müqəddəs Məryəmin gözünə görünsə də bu da onu yenə də insana çevirmir.
İisus Məryəmi insan kimi saydığından deyil, xəbərin yer üzünə daha tez
yayılması üçün bele edir. Axı qadınlar boşboğazdı. Bu cür nəşrlərin
çıxmasının bir müsbət tərəfi də var ki, sonra bu müəlliflər qadınpərəstlər
tərəfindən təqib edilərək cəmiyyətdə qadın müdafiəçiləri obrazını yaradır
və demək olar ki, bütün qadınların, xüsusilə də saray xanımlarının sevimlisnə
çevrilirlər.
Qadının insan olub-olmaması barədə mübahisə ilk dəfə Makon kilsəsində
585-ci ildə baş qaldırıb. Burada Yepiskop «homo» sözünün qadına aid
edilməsinin nə dərəcədə düzgün olması mövzusunda moizə edib. Amma ona
başa salıblar ki, olar və mübahisə qapadılıb. Amma bu məsələ o biri
kilsələrdə müzakirə mövzusuna çevrildi və indiyədək arabir müzakirə
edilir. Qadın deyingənliyi və kobudluğunun qurbanı olan kişilər qələm
sahibi olan kimi şeir şəklində hirslərini vərəqə köçürür və sonra həmin
şeirlərə mahnılar qoşulub el arasında məşhurlaşırdı. Orta əsrlərdə yarı
dini, yarı kubar mətnlərinə yazılan mahnılar geniş yaylmışdı. Burda
da məsğərəyə qoyulanlar qadınlar idi. Sonralar qadın məsələsi daha yumşaq
şəkildə ortaya atılırdı. Məsələn, «Niyə qadınlar kişilərdən daha artıq
davakardı?» kimi mövzularda.
Cırılanadək…
Xristian dünyasının qadına nifrəti orta əsrlərdə inkvizisiyanın
tüğyan elədiyi zamanlarda apageyinə çatdı. Kilsə ləzzət hissiylə qadınları
tonqala göndərir və vicdan əzabı çəkmədən yandırırdı. Kilsə qadınlara
əzab vermə məsələsində bütün nəsillərə, bəşəriyyətə pis mənada görk
olacaq işgəncə sistemini yaratdı.
Tarixi xronikalarda «dıba» adlı işgəncə aparatının adı ən çox işlədilən
alət kimi tez-tez çəkilir. Bu alət bütün Avropa ərazisində işlədilirdi.
O qədər də böyük olmayan masa üzərinə məhkum edilmişi uzadır və əl-ayağını
dartıb bağlayırdılar. Hərəkətdən qalmış bədəni o vaxta qədər dartırdılar
ki, onun əzələləri dartılıb qırılırdı. Bəzən cəllad prosesi tezləşdirmək
üçün əzələni kəsirdi ki, tez cırılsın. Cırılına qədər məhkümun bəzəni
30 santimetrə qədər uzanırdı.
İblisin məşuqələri
Təkərə bağlamaq üsulu da orta əsrlərin sevimli işgəncə vasitəsi
idi. Onu adətən cadugərlikdə ittiham edəndə tətbiq edirdilər. Cəza və
edam iki, kifayət qədər ağrılı hissədən ibarət olurdu. Birinci hissədə
adamın əksər sümüklərini çoxlu mıxlarla örtülmüş təkər vasitəsilə qırırdılar.
Nəzərdə tutulmuşdu ki, məhkumun sümükləri qırılandan sonra o, sanki
bir kəndir kimi sürüşərək təkərin milləri arasından keçib uzun ağacın
üstünə düşərək burda ölümünü gözləyəcək. Bu edamın ən populyar növü
təkərə bağlayıb sonra ocaqda yandırmaqdı. Edam prosedurunu məhkəmə materiallarından
bütün təfərrüatı ilə oxumaq olar. Məsələn Tiropol şəhərində 1614-cü
ildə bir zavallını iblislə münasibətdə və tufan qoparmaqda ittiham edib
yuxarıda təsvir edilmiş üsulla öldürmüşdülər.
Cəllad İppolit Marsilinin dediyinə görə yeni, sındırmaq və yandırmaqdan
fərqli üsulların yaranmasını (bu üsulu beşiyin qoyrunması, ya da sayıqlıq
işgəncəsi adlandırırdılar) işgəncələr tarixində yeni mərhələ saymaq
olar. İşgəncənin məqsədi məhkumu mümkün qədər sayıqlıqda saxlayıb onu
yatmağa, bayılmağa qoymamaqdadır. Məhkumu iti uclu dəmir piramidanın
üstünə otuzdururdular. Ağrı o qədər böyük olurdu ki, məhkum huşunu itirirdi.
Onu huşa gətirənədək işgəncəni təxirə salırdılar. Məhkum özünə gələn
kimi hər şey yenidən başlayırdı.
Tonqalda daha yaxşıdı
Asılqanlı dıba adlandırılmış işgəncə aləti daha kamil idi
və onunla az qala yüz faizlik etirafa nail olmaq olurdu. İşgəncə qurbanının
əlləri arxadan bağlanırdı və belə şəkildə dartılıb busurğaca yığılırdı.
Adətən bu işgəncə azmış kimi onunla birgə bir neçə vasitəni birlikdə
işlədirdilər. Çünki inam vardı ki, cadugərlər əzabdan qurtulmaq üçün
sehirli dualar bilir və ona görə də adi insanın çəkə biləcəyi ağrıdan
100 dəfə artığını tətbiq edirdilər. Bu alətin tətbiqini daha dərindən
öyrənməkçün 17-ci əsrin əvvəlində Münhendə 11 nəfərin məhkəməsini öyrənmək
olar. Onlardan 6–sına dəmir başmaqla əzab vemişdilər, 5 nəfəri təkərə
bağlamış, bir qadının döşünün parçalanması ilə, bir nəfərin isə piramidada
oturtmaqla «günah»larını etiraf etdirmişdilər. Onlar işgəncə zamanı
daha 21 nəfərin adını çəkmiş, onlar da işgəncələrə məruz qalmışdılar.
Onlar arasımında bir hörmətli ailənin adı çəkilir. Ananın etirafını
yalnız 11 dəfə dıbadan sonra almaq mümkün olmuşdu. 21 yaşlı qız isə
bütün əzablara dözür və hər dəfə cəlladlarını bağışladığını deyirdi.
Anasının etirafını eşidəndən sonra onun da dözümü azalır və bütün ittihamları
boynuna alır. 8 yaşından İblislə yaşadığını, 30 nəfərin ürəyini yediyini,
tufan qopardığını, cədugər yığıncaqlarında iştirakını etiraf edib canını
işgəncələrdən qurtarıb tonqalda ölməyi üstün tutur. Ana və qızı bir
tonqalda yandırırlar.
İnkvizisiya kreslosu adı altında tanınan məşhur işgəncə aləti Mərkəzi
Avropada çox yayılmışdı. Nürnberqdə və Feqenesburqda 1846-cı ilədək
onu mütəmadi tətbiq edirdilər. Məhbusu çılpaq şəkildə iti iynələrdən
ibarət kresloya otuzdururdular. O, bir balaca tərpənmək istəsə ağrıdan
qovrularaq tərpənməməyə çalışırdı. Bu kreslonun daha kamil variantı
Cadugər stulu adı altında tanınırdı və Avstriya inkvizisiyasının ən
sevimli aləti idi. Onu xüsusi qəddarlıqla yaratmışdılar. Hər yeri iti
mıxlardan olması bir yana, onun oturacağını dəmirdən hazırlayırdlar
ki, lazım gəlsə qızdırmaq mümkün olsun. Bu kreslo yavaş-yavaş öldürmək
üçün ideal vasitə di. Məhkum çox vaxt ağrıdan havalanırdı.
İşgəncə alətləri keçən əsrin axırınadək işlədilirdi
Nyurinberq qızı adlandırılmış daha bir alətin də vətəni Almaniya
olb. Adam boyda dəmir qutunun içinə salınan məhkumun işgəncəsi 3 gün
çəkirdi. İçəridən yerləşmiş iynələr elə qurulmuşdu ki, bədənə batsa
da vacib orqanları zədələmir və işgəncənin vaxtını uzadırdı. Bu alətin
adını sənədlərdə 1515-ci ildən bəri çəkirlər. Qarrota adlı aləti isə
İspaniyada bu yaxınlaracan işlədirdilr. Onu axırıncı dəfə 1975-ci ildə
tətbiq ediblər. Məhkum əlləri arxada dəmirlə bağlanmış vəziyyətdə otuzdurulur
və onun başı dəmir boyunduruqla arxaya bağlanırd. Sonra cəllad o vaxta
qədər məhkumun başını sıxırdı ki, dəmir iynə onun beyninə girib yavaş-yavaş
etiraf etməyə məcbur etsin. Bu alətin müxtəlif variantlarını bədii filmlərdə
tez-tez görmək olar.
Taxt adlandırılmış bir alət də istifadə edilirdi. Məhkum başıaşağı bura
otuzdurulur və ayaqları yuxarıdan taxtaya keçirilirdi. İşgəncələri tənzimləyən
Qanuna görə bu taxtı yalnız bir dəfə istifadə etmək olardı. Ona görə
də qanunpərəst hakimlər hər günü keçən dəfəkinin davamı kimi elan edərək
məhkumu 10 günlərlə bu vəziyyətdə saxlayırdılar. Taxt ciddi zərər vermədiyidən
onun uzun müddət istifadə etmək olurdu. Əlbəttə ki, taxt yalnız məhkumu
saxlayan bir oturacaq idi. İngəncəni qızdırılmış dəmir və su ilə tətbiq
edirdilər.
Bağırsaqların yanması kütləyə ləzzət verir
Bağırsaqların çıxarılması mərasimi daha effektiv səhnə olduğundan
həmişə ətrafına çoxlu tamaşaçı yığardı. Məhkumun bağırsaqlarının çıxarır
və gözü qarşısında yandırırdılar. Canı çıxmayıbsa onun əvvəl əl və ayaqlarını,
lap axırda başını kəsirdilər. Onun ürəyini çıxarsalar da yandırmır,
qırağa qoyurdular ki, «satqının yalançı ürəyini» hamı görə bilsin. Cəlladın
hər hərəkəti kütlədə ehtiras dalğası yaradır və hər dəfə qan fışqıranda
insanlar gülüş və ləzzət dolu səslən çıxarırdı. Cəllad indi estrada
artstlərinin kütləylə təmasını duyduğu kimi hiss edir və bütün hərəkətlərini
və sözlərini onlara ünvanlayırdı. Nə qanlı səhnə, nə də ocaqda qovrulan
insan ətinin murdar qoxusu onları meydanı tərk etməyə məcbur etmirdi.
Məhkumun bəxti gətirsəydi o tez ölürdü və kütlə təssüflə köks ötürüb
dağılışmalı olurdu.
Ən qəddar işgəncələrdən biri isə ortadan mişarlanma sayılırdı. Yazılardan
biri belə təsvir edir ki, əvvəlcə qadının əl və ayaqları kəsilir. Cəllad
yaraları odlu kösövlə yandırır ki, məhkum vaxtından qabaq qan itirib
ölməsin. Sonra onu ayaqlarından asıb ortadan mişarlayırlar. Səhnələri
müşahidə edənlər heyrətlənir ki, bu qadın bir dənə də səs çıxarmayıb
dünyasını dəyişdi. Bu cür edam odda yanmaqdan, yağ içində qovrulmaqdan
daha əzablı idi. Çünki başaşağı asıldığından qan məhkumun başına toplaşırdı
və hələ yarıyacan mişarlananadək o hər şeyi hiss edirdi. Fransada İblisdən
hamilə qalmış qadınları mişarlamağı sevirdilər.
Tanrının ən yaxşı müsahibləri
Qadınlara nə peyğəmbərlər arasında, nə də dini reformatorlar
arasında rast gəlmək olmur. Qadınlar maqlar, cadugərlər arasında daha
çox olur, nəinki din xadimləri arasında. Bunu danmaq da olmaz. Dinə
sosial kostyum kimi baxsaq bu həqiqətən də belədi. Amma söhbət ürəkdən,
qəlbdən gələn inama gəlirsə onda qadınlar yenə də ön plana çıxır. Məlumdu
ki, qadınlar dinə inamda, Allahla söhbətdə özlərini tapırlar və Tanrı
qadınların ən yaxın müsahibinə çevrilir.
Xristian dünyası Həvvanın insan bədənində yeganə beyinsiz sümükdən yaranması
ideyasına inanmaqda davam edir. Buna reaksiya kimi yaranan feminizm
cərəyanı kişinin uğursuz ilk eksperiment sayır. Daha kamil, ikinci cəhdin
- qadının olması fikrini ortaya atırlar. Allah eləsin bu da orta əsrlərdəki
kimi kütləvi qırğına gətirməsin. Çünki inkvizisiyalı orta əsrlər ötən
kimi bütün Avropa ölkələri ayıldılar ki, ərazilərində bir dənə də gözəl
qadın qalmayıb. Kimisini qısqanclıqdan, kimisini həsəddən, kimisini
də paxıllıqdan məhv etmişdilər. Bütün bu qətllər din yolunda edilmişdi…