Sözünə qüvvət, ay kişi!
 
        Bu günlərdə mənimçün sensasion bir fikiir eşitdim. Məni şoka salan tanışlarımdan biri etiraf etdi ki, hətta intim münasibətdə də qadının intellekti mühüm amillərdən biridir. Bəs yaxşı, bu necə olur? Gözümüzü açandan bəri əlimizə hansı kitabı almışıqsa dünyanın gedişinə təsir etmiş kişilərin hamısı qadınlar barədə ağızlarına gələni yazıblar, bütün dünya da oxuyub. Odur ki, dünya duranı qadınlar üstlərindəki damğanı silib ata bilməyiblər. Hələ ki…
Kişi qadının gözlərinə 
          uzun müddət baxa bilirsə deməli yerdə qalanı o, artıq yaxşıca gözdən 
          keçirib (xalq məsəli)
           Bunu hamı bilir: «Kişilər canavardır. Bircə yol qalır, onları 
          yaxşıca yedizdirmək» (Oskar Uayld). «Əgər istəyirsizsə kişiniz sizi 
          ilahiləşdirsin, onu acımamışdan 3-5 dəqiqə əvvəl yedizdirin» (Yuri Şanin). 
          «Kişi üçün təzəcə salınmış yemək süfrəsini görmək arvadının yunanca 
          səlist danışmasını eşitməkdən min dəfə xoşdur» (Samuel Gekson). Bunu 
          da dahi kişilər yazıb, amma bu fikirlər xatirələrdə o qədər də yer almayıb. 
          Çünki «Qadın əsrlər boyu sehirli güzgü rolunu oynayıb. Burada kişinin 
          vücudu həqiqi ölçülərindən ən azı 2 dəfə böyük görünür» (Virciniya Vulf). 
          Əlində qələm oldu, ya yox fərqi yoxdu hər kəs bilir ki, «Qadının üstündə 
          hakim olmaq hüququ qazanmaq üçün ona tez-tez baş əyməli olursan» (Viktor 
          Hüqo). Buna baxmayaraq yenə də «Qadınla yaxınlıq etmək gözəl şeydir, 
          amma onun həmişə yaxınlıqda olmasına dözmək olmur» (Alber Qinon) deyənlər 
          də tapılır. Bəlkə də ona görə «Qadını çiçəklə müqayisə edən birinci 
          insan şair olub, amma ikincisi çox səfeh bir adam» (Henrix Heyne) kimi 
          fikirlər daha çox yadda qalır.
          Kişilər bizə etibar eləmir, bu aksiomu sübuta yetirməyə ehtiyac yoxdu. 
          «Dünyada bircə dəfə də kişi nəvazişi görməyən qadınlar çoxdur. Amma 
          cəmi birisi ilə kifayətlənəni çətin ki, tapıla» (Fransua Laruşfuko). 
          Ona görə də kişilər hesab edir ki, «Qadının başına dolanan hər kişi 
          bilməlidir, o başqasının yandıracağı odunları qurutmaqla məşğuldur» 
          (Onore de Balzak). Kişilər çox yaxşı blir ki, «20 illik sevgi qadını 
          haldan salır, 20 illik nikah isə onu ictimai binaya bənzədir» (Oskar 
          Uayld). «Həyat yoldaşı cavanlar üçün məşuqə, orta yaşlılar üçün dayaq, 
          qocalar üçün isə dayədir» (Frensisi Bekon). Yenə də bütün bunlara baxmayaraq 
          qadın özündə güc tapıb sevə bilir. «Qadının yalnız sonuncu məhəbbəti 
          kişinin ilk məhəbbətilə müqayisə edilə bilər» (Onore de Balzak). Kişilərsə 
          həmişəki kimi qadının ilk sevgilisi, qadınlarsa kişinin sonuncu məhəbbəti 
          olmaq istəyir. Amma kimsə ağlına da gətirmir ki, «Ağıllı qadınlar sağlam, 
          yanaqlarından qan daman axmaq kişilərlə ağıllı və qadın görəndə ağzının 
          suyunu axıdan qoca kaftarlar arasında seçim etməli olur» (Bernard Şou). 
          Qadına ağıllı deyərlərsə bu lap təhqir kimi səslənir. Çünki kişilərin 
          əksəriyyəti razıdır ki, «Ağılla qadın statusu yanında özünü axmaqcasına 
          aparmağa imkan yaradan qadını verilə bilər» (Pol Valeri). 
          Onlar bizə etibar eləmir və demək olar ki, hətta qorxurlar: «Lazımi 
          anda ağlamağı bacaran qadın üçün mümkünsüz heç nə yoxdur» (Onore de 
          Balzak). Axı kişilər onu da bilir ki, «Çılpaq qadın o qədər də təhlükəli 
          deyil, amma gizlədəcəyi yerləri məhircəsinə aça bilən geyimli qadnlardan 
          qorunmaq lazımdır» (Onore de Balzak). Özü də «Yaşını gizləməyən qadınlara 
          xüsusilə etibar etmək olmaz. Belə qadın nəyi desən dilinə gətirməyə 
          utanmaz» (Oskar Uayld). Qadın mərəzindən yalnız qadının özü xilas edə 
          bilər. «Sevimli qadını itirdiyin qədər çox ağrılı, amma çox tez unudulan 
          itkini xatırlaya bilmirəm» (Lük de Klapye Vovenarq). 
Qadının susmağını dinləmək 
          necə də xoşdur…
           Qadın həmişə bildiyindən çox informasiya gizləyə bilir. Amma 
          ağzını açdımı, vəssalam. Bəlkə də bir az boşboğaz olmasaydıq ünvanımıza 
          bu qədər iradlar eşitməzdik: «Qadın geyinən, soyunan və danışan insan 
          məxluqudur» (Volter). «Cələn görüşlərədək» ifadəsini 30 sözdən az cümlə 
          ilə ifadə edə bilən qadın tanımıram» (Bernard Şou). Çox danışmağımıza 
          baxmayın, hər qadın da az qala bələkdən bilir ki, «Hər bir kişi onu 
          dinləməyə hazır olan qadına yerindəcə vurula bilər» (Frensis Bekon). 
          Bəlkə susaq və kişilərin gözünün içinə tez-tez baxaq görək onda nə olar? 
          «Qadın danışırsa ona inanma, susursa heç inanma» (Kornel Makuşinski) 
          deyəcəklər. Sonra susmağımızda nəsə bir təxribat görüb mütləq ağıllı 
          görkəmlə təsliqləyəcəklər: «Əgər qadının nə düşündüyünü bilmək istəyirsizsə 
          onu dinləməyin, sadəcə o danışanda üzünə baxın». Amma siz kişilər sərxoş 
          olanda çoxdanışan qadınların bütün rekordlarını arxada qoyursuz. Ona 
          görə də «Qadından həqiqət tələb etməyin. Nə qədər ki, siz onları «Qadın 
          həyatının mənası kişiyə özünü bəyəndirməkdir» fikriylə tərbiyə edirsiz 
          qadınlar heç vaxt həqiqəti deməyəcəklər» (Mariya Ebner-Eşenbax).
 
        Qadınlar şaxmatçılar 
          kimi qələbə naminə qurbanlar verirlər
           Qadın məntiqi deyilən bir anlayış var. Bu məntiq nəinki kişilərin 
          beyninə sığmır, hətta onlar gətirilən arqumentləri anlaya bilmirlər. 
          Məsələn, «Əlləri qorumağın ən yaxşı yolu hər işi kişinin əlləriylə görməkdir» 
          polşa xalq məsəlini onlar dünyasında anlamaz. Nəinki anlamaz, hətta 
          dəqiq şparqalka yazıb instruksiyaları əllərini versək belə alınmaz. 
          Qadın desə ki, «Sən sevəcəyin birisini axtarıb tapanacan səni sevəcək 
          birisi yanında olmalıdır» (Şeyla Deleyni) ən yaxşı halda qaşlarını düyünləyərlər. 
          «Sənin artıq bir kişin olanda o birilərini tapmaq daha asan olur» (Peyc 
          Miççel) cümləsini isə biz yalnız bir-birimizin qulağına pıçıldaya bilərik, 
          yoxsa cinslər arası müharibə qopar. Amma «Qadınlar gözəl kişilərə deyil, 
          yanında gözəl qadınları olan kişilərə diqqət verirlər» (Milan Kundera) 
          fikrindən əminəm ki, bayılarlar. Axı özünə dəyər verməyən qadınları 
          heç kim sevmir. «Özünə aşağı qiymət verən hər qadın bütün qadınları 
          dəyərdən salır» (Nelli Makklanq). Bununla belə «Hər qadın özünü təkrarsız 
          saysa belə başqasını asanlıqla əvəz edə biləcəyində əmindir» (Pitiqrilli). 
          Elə bilirsiz özündən razı kişiləri əldə saxlamaq asandır? «Bəzən sənin 
          hisslərində əmin olmayan bir düjün məşuqunu əldə saxlamaq hisslərində 
          əmin olan cəmi bir kişini saxlamaqdan asan olur» (Helen Roulend). Biz 
          bəyəm boynumuza alarıq ki, ilahə kimi görünməkçün cəmi 20 dəqiqəni, 
          təbii görünməkçüq isə 3 saatı güzgü qarşısında keçirməli oluruq. Sonra 
          da «Əgər qadın qızından 10 yaş cavan görünməsə özünü bədbəxt sayar» 
          (Oskar Uayld) deyib bizi məsğərəyə qoyurlar. Durub bunlara anlataqmı 
          ki, «Qadın kimi doğulmurlar, həyat bizi qadın olmağa məcbur edir» (Simona 
          de Bovuar). 
           Qadın biliciləri nadir hallarda optimist olur
           Kişisiz cəmiyyti təsəvvür etmək olur, amma nə qədər çalışsaq 
          da qadın olmayan bir icmanı təsəvvür etmək mümkün deyil. Bu cəmiyyətdə 
          «Qadın Allahın ikinci səhvidir» (Nitşe), «Qadından ziyanlı bir hey yoxdur» 
          (Homer), «Qadınsız yaşaya bilməyən bir kişi varsa o da ginekoloqdur» 
          (Artur Şopenqauer) kimi fikirlər səslənsə də hələ ki, insan nəsil vermək 
          instinktindən əl çəkməyib. Əgər kişi «Qadının 3 vəzifəsi var: 1- gözəl 
          olsun, 2 –gözəl geyinsin, 3 – cavab qaytarmasın» (Somermet Moem), yaxud 
          «Cavan və gözəl olduğuna görə həyatını qadınla biğlamaqdan təhlükəli 
          heç nə yoxdur» (Belinski), «Qadına ağıl lazım deyil, tutuquşu bir neçə 
          kəlmə desə biz qane olmuruqmu?» (Conatan Svift) deyirsə niyə qadından 
          imtina etmir? Hələ ortalqda müəlliliyi itirilmiş kəlmələr folklor nümunəsi 
          kimi dolaşır: «Hər şey Allahdan yaranıb, qadından başqa. Qadın Adəmin 
          qabırğasından törənib». Ən qatı arvadbazlar «Qadına güzgü və bir neçə 
          konfet verin, o, razı qalacaq» (Corc Qordan Bayron), «Qadınlar həqiqəti 
          deyə bilmirlər. Onlar həmişə yalan danışır, hakimlərə, məşuqlarına, 
          qulluqçularınıa, hətta özlərinə də» (Emin Zolya) deyirsə deməli torbada 
          pişik var. «Qadın şər hansı milyarder kişidən milyoneri bir göz qırpımında 
          düzəldə bilər» (Çarli Çaplin), ya da «Qadınlar bizdən məşuqlar əvəzinə 
          axmaqdar düzəltməyə meyllidirlər» (Con Uilmot) kimi fikirlər ucadan 
          səslənirsə bunun arxasında maddi, üstəgəl fizioloji problemlərin olduğu 
          lap adamın gözünə girir. Məni bağışlayın, amma «Qadın paltarıyla birgə 
          abır-həyasını da soyunur» deyən Herodotun cinsi sağlamlığına şübhələrim 
          yaranır. Qadınları maddi himayədarlığa almaq əsrlər boyudur ki, kişiləri 
          əsəbləşdirir: «Qadınların bizə münasibəti bəşəriyyətin tanrılara olan 
          münasibətinə bənzəyir. Ona baş əyir və həmişə də nəsə umaraq zəhlələrini 
          tökürlər» (Oskar Uayld). Bir də nəzərə almaq lazımdı ki, «Qadınlar barədə 
          pis danışan kişilər adətən cəmi bir nəfəri beyinlərində tutub bu sözləri 
          dillərinə gətirirlər» (Remi de Qurman). Adam inana bilmir ki, adına 
          «Ziyan vermə» deyib and içilən Hippokrat «Dünyada nə qədər ulduz varsa, 
          qadın ürəyində də o qədər yalan və riyakarlıqlar var» deyirmiş. Əsas 
          səbəb odur ki, qadın məişət, ailə qayğıları çəkərkən kişilərin əllərinə 
          qələm alıb yazmaq imkanları yaranırdı. Bəşəriyyət də onların yazdıqlarıyla 
          böyüyüb başa çatıb. Eşşəyə gücü çatmayan kişilər palana o ki, var döyəcləyirlər: 
          «Qadına anlaya bilmədiyi bir sözü heç vaxt demə. Yoxsa o, düşünməyə 
          başlar və bilmək olmaz ki, nələr ola bilər» (Viktor Hüqo), «Ağıl qadına 
          tədbirli olmaq üçün yox, öz ağılsızlığına haqq qazandırmaq üçün lazımdı» 
          (Laruşfuko), «Qadın hər şeydə ikili məna görür, orda olmasa belə. Amma 
          harda ki, o var, orda tamamilə məna görmür» (Anri Marua). Yəqin ki, 
          vaxtın çoxluğundan kişilər qaranlıqda sufisayağı həqiqət axtararaq qəribə 
          nəticələrə gəlirlər: «Qadınlar mənimçün fil kimidirlər. Onlara baxmaq 
          çox xoşdur, amma yanımda öz filimi gəzdirmək fikrində deyiləm» (Uilyam 
          Klod Filds). Qadının hər hərəkətində özünün azadlığına təcavüz görmək 
          də bir növ patalogiyadır: «Qadınlar pərdə kimidir. Naxışları gözəl olsa 
          da onun arxasından bayırı görmək mümkün olmur» (Henrik Xoroş). Bircə 
          şeyi unutmaq olmaz ki, «Kişilər qadınlar barədə nə qədər pis fikirləşsələr 
          də hər hansı qadın bundan da betərini düşünür, amma bunları dilinə gətirmir» 
          (Nikola Şamfor). 
Qadın dekorativ cins 
          kimidir. Danışmağa söz tapmasan da o, nə desə gözəl alınır 
          Kişilərin bu etirazlarının əsas səbəbi məncə sevimli olmaq istəklərindən 
          qaynaqlanır. «Qadınlar bizi xoşbəxt etməyin cəmi bir, bədbəxt etməyin 
          isə 30 min yolunu tanıyırlar» (Henrix Heyne). Bir-birimizi anlamamağımızı 
          etiraf etməliyik: «Dövlət idarə edəcək dərəcədə ağıllı olan qadın bir 
          də görürsən ki, 10 toyuğun arpasını bölə bilməyən birisinə bütün həyatını 
          idarə etməyə imkan verir» (Kardinal Mazarini). «Qadın dünyada ən qüdrətli 
          varlıqlardan biridir. Kişini hara döndərəcəyi də yalnız onun əlindədir. 
          Allah kişini hara döndərmək əstəsə bunu qadın əliylə edir» (Henrik İbsen). 
          «Uşağı da, dostlarımızı da sevginin nə olduğunu öyrəndikdən sonra sevə 
          bilirik. Sevməyi isə qadından öyrənirlər» (Rixard Vaqner). «Qadın olmaq 
          çətindir, çünki əsasən onların işi kişilərdən keçir» (Cozef Konrad).
          Kişilər qadının nə düşündüyünü bilsəydilər belə, inanmazdılar…
          Yazını başa çatdırmağa səbri çatan qadınlar məni qınaya bilərlər. Axı 
          qadın şərəfinə ucaldılar abidələrin, yazılan əsərlərin, zəbt edilən 
          ölkə və şəhərlərin, qalibiyyətlərin, uğurların adlarını sadalamadım. 
          Elə bil ki, kişi etiraflarından sonra buna ehtiyac da qalmadı sanki. 
          «Qadın çoxdan taxt-tacı ələ keçirsə də orda hakim deyil, ya da olmaq 
          istəmir» (Delfina Jirarden). Maraqlıdır ki, bütün iynəli sözlərə baxmayaraq 
          elə məqam gəlir ki, «Bütün kişilər pərəstiş etdiyi qadınlara münasibətdə 
          eyniləşir» (Bernard Şou). Onsuz da kişilər etiraf etməyə məcburdur: 
          «Ehtiraslı qadınla yaşamaq maraqsız qadınla olmaqdan asandı. Düzdü, 
          onları arabir boğmağın gəlir, amma ehtiraslı qadını nadir halda atırlar» 
          (Bernard Şou). 
          Əlbəttə, qadın hər şeyi bacarır, amma bütün bunlar üçün ona kişi lazımdı. 
          Onsuz olmur. Kişilər, bir az mərhəmətli olmanız lazımdı, axı «Gözəl 
          qadınlar iki dəfə ölür» (Pyer Buast). Amma biləsiz, «Fikirlər və qadınlar 
          heç vaxt birgə gəlmir» (Mixail Jvanetski).
           
Qadın baxışı