Yad həyat
Başqasının həyatı barədə fikir yürüdəndə bil ki, gördüklərin sənə göstərilən qədərdir, nə az, nə çox…
«Əgər 
          əlində tutduğun yeganə alət çəkicdirsə 
          hər şey sənə mismar kimi görünəcək». (Lütfi Zadə)
          
 
          İnsan başqasının həyatını yaşamağı sevir. Əgər belə olmasaydı biz teatrda 
          gülməkdən uğuna bilməzdik, faciəvi əsərdə göz yaşlarından boğulmazdıq, 
          filmin qəhrəmanlarını özümüzlə eyniləşdirməzdik və bədii kitab oxuyanda 
          qəhrəmanın həyatını onunla birgə yaşamazdıq. Mətbuatda da səmimi etiraflar 
          olar müsahibələr ən çox oxunan olur. İnsanlar bilmək istər ki, cırtdan 
          boylu olmaq necədi, dağda qalıb şaxtadan donanda nələr hiss edirsən, 
          «Oskar» mükafatını alan adam pillələri çıxanacan nələri düşünür, meşədə 
          ağ ayı ilə burun-buruna rastlaşanda insanın ürəyindən nələr keçir, klinik 
          ölüm keçirənlər nələr görür? Bü yazıda orta statistik insanın həyatında 
          gözlənilməyən hadisələri yaşamışların keçirdiyi hisslər təsvir edilib. 
          
Ayda əladır!
          Bazz Oldrin, 73 yaş, astronavt
          Ayın torpağını xırdalanmış talkla müqayisə etmək olar. Üst qat çox yumşaqdır. 
          Bir neçə santimetr dərinlikdən sonra sanki sement tökülmüş bərk qat 
          gəlir. Əslində orda hissəciklər arasında Yerdəki kimi hava malekulları 
          yoxdur və onlar bir-biriylə birləşməyib. Ona görə də ayağının ləpiri 
          çox dəqiq alınır. Addımlayarkən mən qarşımdakı tozu havaya qaldırsam 
          da o, səliqəli dairə şəklində yerinə qayıdırdı. Yerin tozu özünü belə 
          aparmır. Mən təssüratlarımı sözə çevirməyə çalışsam da Ayda gördüklərimlə 
          müqayisə olunmazdır. Ayda tək olarkən ətrafında heç bir səs olmayanda 
          skafandrın içinə havanı vuran matorların səsindən başqa heç nə eşidilmir. 
          Ayda müvazinəti tənzimləmək olmur. Orda hərəkət edən iki kiçik addım 
          və bir balaca sıçrayışla irəliliməlisən. İnsan Ayın üstünə tez uyğunlaşır. 
          Cazibə qüvvəsi yeriməyi asanlaşdırır. Orda əladır.
İldırım vuranda hətta 
          kipriklər də ağrayır
           Maks Dirinq, 44 yaş, səs rejisyoru
          Cümə idi. İyul üçün tipik hava idi: gün işıldayır, buludlar göydə üzürdü. 
          4 dostumla qolf oynamağa getdik. Meydançaya çatanda yağış damcılamağa 
          başladı. Biz talvar altında gözləmək qərarı verdik. Xatırlayıram ki, 
          hava ozon qoxuyurdu. Bu xatırladığın son fikir idi. Göydə ildırım göyərəndə 
          mən buz kimi soyudum, həyatımda belə soyuq duymamışdım. Sonra heç vaxt 
          eşitmədiyim fantastik səs gəldi. Elə bil ki, 2 zibil bakı arasında qalıb 
          əzilmişdim. Əl ayağım 2 ton ağırlığındaydı elə bil. Bədənimin hər hüceyrəsi 
          ağrayırdı. Zingildəyən ağrı idi. Mənim saçım və kipriklərim də ağrayırdı. 
          İldırım yanımızdakı ağacı vurdu. Bir neçə budağı qırıb başımızın üstündəki 
          talvarda deşik açdı və yanımda duran Terrinin başından girib dizindən 
          çıxdı. O, yerindəcə keçindi. Sonra yerdən çıxan ildırım mənim ayağımdan 
          girib təpəmdən çıxdı. Başımdan çıxdığı yerə 8 tikiş qoymalı olduq. İndi 
          mən çətin triqonometrik məsələləri birnəfəsə həll edirəm, amma sadə 
          çıxma və toplama mənə böyük problemdir. Həkimlər deyir ki, hər şey qaydasındadır. 
          Məncə onlar nəyisə məndən gizlədirlər…
 
        «Mən qrup seksiylə 
          məşğul oldum və bunu yenə də edəcəyəm!»
           Mənbə gizli qalmağı arzuladı
          Qrup seksi əhilləşmiş səkkizayaq dəniz ilbiziylə seksə bənzəyir. Ətrafında 
          o qədər əl-ayaq var ki. Onlar səni dartır, əlləşdirir. Beyin bütün baş 
          verənləri və duyğuları emall etməkdə aciz qalır. Səni bu yola təhrik 
          etmiş libido da sanki qorxub geri çəkilir. Qrup seksi imkan verir ki, 
          sən çılpaq nəfsin necə olduğunu öz gözlərinlə görəsən. Axı hamının bədəni 
          ideal deyil və model olmaqdan uzaqdır. Ona görə də burada toplaşanlar 
          sənin görmək istədiklərindən seçilir. Qadınlar heç olmasa tutqun işıq 
          və makiyajın hesabına o qədər də pis görünmür. Amma kişilərin pivədən 
          köpmüş qarınları, biz-biz dayanan tükləri hətta ən qatı geyin də sevişmək 
          istəyini poza bilər. Freyd deyir ki, biz hamımız bir qədər geyik.
          Amma qrup seksi heyrətamizdir. Yaxınlğında sevişənlərin ləhləməsini 
          eşidəndə özündən çıxırsan. Qadınlarsa biri o birisini o qədər tez-tez 
          əvəz edir ki, nəsə fikirləşməyə macal tapmırsan. Belə məqamlarda özündən 
          əvvəlki kişinin bu qadında qoyduğu izi duymağa başlayırsan. 
          Sonra taksidə gedərkən, səhəri gün özünə qayqanaq hazırlayarkən, ofisində 
          işləyərkən bir fikir yerdə qalan fikirlərin başında durur: «Mən qrup 
          seksiylə məşğul oldum və mən bunu yenə də edəcəyəm!»
           Yuxuda keçən həyat
           Melodi Zarnk, 45 yaş
          Əgər kimsə özünü narkoleptikin (dözülməz yuxululuq və qəfil yatma xəstəliyi) 
          yerinə qoymaq istəyirsə 2 sutkalıq yuxudan imtina etsin. Biz bu əzabı 
          hər gün çəkirik. 21 yaşında olarkən hiss edirdim ki, maşını idarə edərkən 
          mən arabir onu yoldan çıxarıb mürgüləməklə özümü bərpa edirdim. Bu narkolepsiyanın 
          ilk əlamətləri imiş. Sağlam adam yatandan saat yarım sonra yuxu görür, 
          narkoleptik isə dərhal. Bəzən yuxunu hələ gözlərim açıq olarkən görməyə 
          başlayıram. Hallusinasiyalar o qədər realistik olur ki, dəhşət yaradır. 
          Əgər yuxuda məni arı sancırsa dözülməz ağrı hiss edirəm. Təkrarlanan 
          hərəkətlər etdikdə məni yuxu aparır. Bir dəfə kinoteatrda filmə baxıb 
          qaqqıldayarkən tutmam oldu və başım arxaya düşüb qaldı. Onu əvvəlki 
          yerinə qaytara bilmirdim, yaxşı ki, yoldaşım kömək etdi. Deyirlər həkimlər 
          xəstəliyimi dözəcək edə bilən dərmanlar hazırlayrlar. Amma mən özümü 
          aldatmıram ki, nə vaxtsa yatağıma qorxu hissi keçirmədən girə biləcəyəm. 
          
          Qadın kişiyə çevriləndə
           Daniel K. , 35 yaş, aspirant
          Oğlan olmaq istəyi bir yana uşaqlığımda mən elə oğlan idim. Sadəcə lazımi 
          orqanlarım olmadan doğulmuşdum. Uşaq bağçasında oğlanların tualetinə 
          gedirdim və təbii ehtiyacımı ayaq üstə ödəməyə çalışırdım. Məktəbdə 
          beysbol və basketbolu kişi komandasında oynayırdım. Bədənim əzələli, 
          saçım qısa idi. Yalnız qadınlara qarşı seksual istəyim olub. Yuxarı 
          siniflərdə oxuyarkən məktəb balının kraliçəsi seçilmiş qeteroseksual 
          qızla münasibətim vardı. 3 il əvvəl mənə ilk testosteron (kişi harmonları) 
          iynəsi vurdular. Mən bu dərmanı ömrümün sonuna kimi vurdurmalıyam. O, 
          libidonu artırır və saçın çıxmasını stimullaşdırır. Artıq üzümü qırxmalı 
          oluram. 2 əməliyyat keçirmişəm. Birincisində döşlərimi yığışdırdım. 
          Döşümün gilələrini çərtib içindəkiləri qaşayıb yenidən tikdilər. Sonra 
          uşaqlığı kəsmək üzrə əməliyyat olundum. Nə vaxtsa falloplastik əməliyyat 
          da edəcəyəm və mənim penisim olacaq. Hələ ki tələsmirəm, çünki özümünkü 
          artıq böyüməyə başlayıb. 
          Qaçıb finişə birinci çatmaq
           Al Paçino, 65 yaş, aktyor
          «Oskar»ı mən 8-ci dəfədən aldım. Ona qədər məni yalnız siyahıya salırdılar. 
          İndi nominantlara baxıb düşünürəm: «Görəsən onlar neyrocərrah olsaydılar 
          necə olardı? Onlardan hansına beyin əməliyyatını həvalə etməyə cürət 
          edərdin. Bax elə ona da «Oskar» vermək lazımdı. Keçmişdə hər şey əhvalımdan 
          asılı olurdu. «Qadın ətri» filminə görə «Oskar»alandan sonra o qədər 
          yeni hisslər duydum ki, özüm də heyrətləndim. İndi mən öz hekəlciyimi 
          nadir hallarda görürəm. Amma onu aldığım zaman özümü Olimpiadada qızıl 
          medal almış adam kimi hiss edirdim. Elə bil ki, qaçıb finişə birinci 
          çatmısan və sənin qələbən hamıya məlumdur. Özünün mükəmməlliyi duyğuları 
          əla hisslərdir. 
          Çirkab dünyanın gündəlikliyi
           Şon Bredli, 31 yaş, 230 sm boy, basketbolçu
          Günüm necə başlayır? Mən yuxudan ayılıb tualetə gedirəm. Bu o deməkdir 
          ki, yuxulu olsam da başımı əyməliyəm ki, qapıdan keçim. Mən hər gün 
          əyilirəm, güzgüyə baxanda da, düş qəbul edəndə də (yoxsa duş mənim sinəmə 
          dirənir). Maşina minməkçün əvvəl bir dizimi büküb salona salır, sonra 
          bütün bədənimi içəri dürtürəm. Mənim ilan adam da adlandıra bilərsiz. 
          Bütün geyimimi, hətta ayaqqabıları da sifariş etməliyəm. Çünki ayağımın 
          ölçüsü 52-dir. 
          Bir dəfə məktəbdə olanda başqa meydanda oyuna getmişdik. Soyunma otağında 
          başım şkafdan hündür olduğuna görə orda zibillərin, tozun, yaddan çıxmış 
          əşyaların yığıldığını gördüm. Məşqçimiz məndən 30 sm alçaq olduğu üçün 
          skamyanın üstünə çıxıb baxdı və dedi: «Sən çirkab dünyada yaşayırsan, 
          eləmi?». Bu əslində belədir, mən çirkli dünyada yaşayıram. Qonaq gedəndə 
          də mən içəri keçməzdən əvvəl qapının üstündəki tozu görürüəm. Soyuduculara 
          yuxarıdan baxanda tox tozlu görünür. Camaat arasında olanda mən hamının 
          dazlaşmış kəlləsini görürəm. Ürəkaçan səhnə deyil. Özümdən hündürünə 
          rast gəlməmişəm. Amma mənə elə gəlir ki, nə vaxtsa belə adamlara rast 
          gələcəm. 
           «Nyutondan başlayan dünya elmi artıq Lütfi zadədə bitir» Amerika 
          xalq məsəli
           Lütfi Zadə, 90 yaş, Nyuton, Enşteyn səviyyəli alim
          Mən özümü bəxti gətirən adlandırıram. Ətrafda bəxti gətirməyən çoxlu 
          istedadlı və bacarıqla adamları görürəm. Bizim ailə Bakıdan İrana köçəndə 
          çox firavan olub- evimizdə həmişə bolluq, qulluqçularımız olub. Elmə 
          marağım məni ABŞ-ın məşhur Massaçusets İnstitutuna gətirdi. Valideynlərim 
          1946-cı ildə Nyu-Yorka köçüb. Mən də onların yanında yaşamaq istədiyimdən 
          Kolumbiya Universitetinə məktub yazaraq işlə təmin olunmağımı xahiş 
          etdim. Mənə müəllimlik işi təklif olundu. Xatırladım ki, 1946-cı ildə 
          Kolumbiya Universitetində ilk dəfə olaraq əcnəbi müəllimlərə dərs demək 
          icazəsi verilib. Yəni ki, mənim müraciətin bir az tez olsaydı sonrakı 
          taleyimin necə olacağını bilmək olmazdı. Ola bilərdi ki, mən Nyu-Yorkdakı 
          ikinci dərəcəli elm ocaqlarında işləməyə məcbur olardım və heç vaxt 
          ciddi fəaliyytə imza ata bilməyəcəkdim. İndi mən Kaliforniya uniersitetindəyəm. 
          Kolumbiya Universitetində qalsaydım da indi mən heç kim olardım. 
          Mən insana oxşayan maşınlar barədə çoxdan düşünürdüm. 1961-ci ildə yazdığım 
          məqalədə qeyri-səlist məntiqin adını çəkdimsə də onu necə yaratmağı 
          hələ bilmirdim. Onu 63-cü ildə başa düşdüm və ilk işim 1965-ci ildə 
          çap edildi. Mən inanıram ki, o dünyaya gedəndə mənim nəzəriyyələrim 
          yaşayacaq. Əksər hallarda insanların 99 faizinin etdikləri özləriylə 
          birgə ölür. Məncə qeyri-səlist məntiq nəzəriyyəsi və digərləri də inkişaf 
          edəcək. Bu nəzəriyyəni tənqid edənlər anlayacaq ki, mən haqlı idim.
          Mən deyə bilmərəm ki, müştəbehəm. Mənim ideyalarımı qəbul edəndə sevinirəm. 
          Tədbirlərdə nəsə təmtəraq gözləməkdən uzağam. Hesab edirəm ki, sadə 
          insanam. Ona görə də məni tərifləyəndə özümü bir az narahat hiss edirəm. 
          Məndən həyatım, məşğuliyyətim, həyat yaldaşım barədə soruşanda mən «Olanlardan 
          son dərəcə razıyam» deyirəm. Mənim xoşbəxt həyatım, yaxşı övladlarım, 
          hörmətim var. Çoxlu dost qazanmışam, əla təminatım var. Amma eyni zamanda 
          adamın elə bil nəyisə çatışmır. Adam sürətlə ötüb keçən illərə heyfslənir. 
          Düşünürsən ki, adamın sağlamlığı imkan verməz, nəyisə çatdıra bilməzsən. 
          Məndən «Xoşbəxtsənmi?» soruşsalar deyərəm «yox». Bədbəxtsənmi soruşsalar 
          da «yox» deyərəm. İnsanı nəsə xoşbəxt edir. Mən ciddi xəstəliyim aşkar 
          olunan vaxt doktor olanda özümü xoşbəxt hiss etmişəm. 
***
          Özünü başqasının yerinə qoymaq sənət adamlarının, yazıçının, rəssamın, 
          aktyorun işidir. Əgər başqasının həyatına maraq bu qədər böyükdürsə 
          deməli biz də qəlbimizin dərinliyində bir qədər şair, bir qədər aktyor 
          və bir qədər də rəssamıq. Çünki eşitdiklərimizə rəng qata bilirik, danışılanları 
          romantikləşdirib şairanəliyini artırırq, ya da yad həyatın elementlərini 
          ömrümüzə gətirib aktyorluq edirik. Bu məsələdə heç kim yaxasını kənara 
          çəkə bilməz…
P. S. Təsəvvür 
          elə, hamı eyni zamanda yelləncəkdə yellənir. Onda küçədə sevişmək istəyəndə 
          kimsə bizi qınamazdı. Hər kəs öz xoşbəxtliyilə əlləşərdi, lap uşaqlığındakı 
          kimi.
           Xoşbəxtlik çatışmayanda biz başqasının həyatına soxuluruq…
            
Qadın baxışı