Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Bağlı konvertlər günü

Müəllimini göstər, deyim hara gedirsən…

Əgər göylər uşaqların dualarını eşitsəydi yəqin ki,
dünyada bütün müəllimlər qırılardı.
Xalq məsəli


Dünən metroda bir qadın əl çantasının içindən çoxlu konvertləri çıxarıb sayırdı. Sonra onları yerinə qoyur, amma əlini üstündən çəkmirdi. Bir az keçmiş konvertləri sanki bir daha yoxlayıb yerini dəyişir, çantanın daha dərin cibinə yerləşdirirdi. Görkəmindən müəllimə oxşayırdı. Əzizlədiyi konvertlərsə yəqin müəllimlər günündə ona verilmiş qiymət idi. Axı dünən müəllimlər günü idi.
Bu qadının üzü heç nə ifadə etmirdi. Nə sevinc, nə kədər, nə razılıq… Elə bil ki, arxayınçılıq hissiylə layiq olduğu aylıq maaşını almışdı. Yəqin ki, bağlı konvertlərin təxmini qədərini bilirdi və artıq alacağı pulları yerbəyer də eləmişdi. Görəsən, konvert əvəzinə böyük bir gül buketi alsaydı onun üzündə nə cür ifadə olardı? Bunu təsəvvür etmək gərək. Məqsədimiz bu qadının və müəllimlərin tənqidi ya, müdafiəsi deyil. Sadəcə bilmək istərəm, axı kimdi bu müəllim?
Yaşlı nəsil öz müəllimlərini xatırlamağı sevir. Onlar uşaq olnda elə bilirdilər ki, müəllimlər yemək yemir, tualetə getmir. O vaxt müəllim elə bir ucalığa qaldırılmışdı ki, onun real simasını kimsə görə bilmirdi. Bu qəbildən olan müəllim qız uşağını yazı taxtasına çıxarıb dodağını rənglədiyinə görə danlasaydı yəqin ki, bu qız böyüyəndən sonra da heç vaxt pomada çəkə bilməzdi. Axı o vaxt hamı ona barmağını uzadıb gülmüşdü. Şarlotta Brontenin əsərində buna bənzər səhnə də var. Sonra bütün sinif bu qızla danışmamışdı. Yazıq qız axşamacan gözünün yaşını tökürdü. İndinin birinciləri hətta ilk dərs günündən sonra evə təssüratsız qayıdır. Uzaqbaşı yanında oturan qızın gözəl, ya da kifir olduğunu xatırlayır. Bəs bu əfsanəvi müəllim obrazına nə oldu? Ucalıqdan endirilmiş müəllim bizlərdən birinə çevrildi və indi hamı, hətta şagirdləri də onun səhvlərin görə bilir.
İndi müəllim «Sizin uşaqlarınızı öyrətməyə məcbur deyiləm» deyə bilər. «Mən proqramı keçirəm, uşağın başa düşmürsə mənlik deyil. Uşaqla evdə özünüz məşğul olmalısız. Alınmırsa müəllim tutun». Əlbəttə, müəllim barədə onun arxasıyca gedən kütlədən nəticə çıxarmaq da olmaz. Yoxsa ki, dahiləri kim yetişdirib? Onların da müəllimi olub, yəqin. Müəllim sirkdə heyvanları əhilləşdirənin və klounun keyfiyyətlərini özündə birləşdirməsə il boyu şəgirdləri dairə boyu qaçmağa məcbur edə bilməz. Axı itlərin səni anlaması üçün hürmək lazım deyil. Əhilləşdirmədə yaxşı hərəkət üçün bir parça qənd verilir, bu əsas şərtdir. Lenin demişdi ki, «Nə qədər ki, xalq savadsızdı bizimçün kino və sirk əsas sənət növləri olaraq qalacaq».
Bəzən dərsdə öyrəndiklərimizdən yalnız düz oturmağı yadda saxlayırıq. Müəllim özü şagirddən betər öyrənmirsə o, kimisə öyrədə bilməz. Yazılmamış bir qanun da var, başqasını öyrədənəcən özün daha yaxşı öyrənirsən. Çörçilin bir yaddaqalan məsəli də var: «Mən oxumağa həvəsli deyiləm, amma məni öyrədəndə ürəyimcə olur». Hələ Seneka demişdi ki, «Allah kimisə cəzalandırmaq istəsə onu müəllim edir».
Bizi nə qədər öyrədirlərsə də özümüzü yenə də oxumuş sayırıq. Bəlkə də hər şey metodikadan asılıdır. Diogenin oturduğu çəllək şərabla dolu olsaydı onun şagirdləri çox olardı. Adamlara nə qədər desən ki, öyrənin, oxuyun onsuz da onlar dərsliklərdəkini əzbərləyəcək. Pedaqoqika parodoksal elmdir, onu nə qədər öyrənirsənsə, bir o qədər də anlayırsan ki, o mövcud deyil. Proqramlar çətindi. İnanıram ki, heç bir klassik öz əsərləri üzrə tərtib edilmiş test imtahanından uğurla keçə bilməz.
İndiki müəllimlər səsini tez-tez qaldırır. Səbəbli, ya səbəbsiz bu, uşaq beynində yalnız neqativ iz buraxır. Merlin Olsen xatirələrində yazırdı ki: «Tanışlarımdan birinin mənə bu cümləni deyən gün həyatımın ən vacib dərsini aldım. O, dedi: «Sən o qədər ucadan danışırsan ki, mən sənin nə dediyini eşitmirəm». Müəllim təmkinli olmalıdı! Günəş yer kürəsinin birtərəfli işıqlanmasından narahat deyil. Yer kürəsinə lazımdı ki, fırlanıb özünü hər tərəfdən göstərə bilsin. Şagird içi biliklə doldurulası bardaq deyil. O, alovu yandırılacay bir məşəldir. Bu məşəlin yanacağı od isə müəllimlərin əlindədir. Məktəb müəllimlərinin əlindəki hakimiyyəti nazirlər yalnız arzulaya bilər. Ona görə əmr verənlərə yox, dərs verənlərə qulaq asmaq lazımdı. Neynəməli, bəzi beyinlərə fikir yalnız ölməyə gəlir.
Dünya durduqqca müəllimlər düşünəcək ki, yumurta toyuğu öyrədə bilməz. Bütün şagirdlər də əmindir ki, toyuq quş deyil, uça bilməz. Almaniyanın dövlət xadimi Otto fon Bismark deyirdi ki, «Hökumətin müəllimə münasibəti onun gücündən, ya da gücsüzlüyündən xəbər verir. Müharibələri generallar yox, məktəb müəllimləri udur». Bizim hələ alınmamış torpaqlarımız var, udulmamış müharibəmiz. Hüqo deyirdi ki, xalqı öyrətmək onu yaxşılaşdırmaqdı, maarifləndirmək onun mənəviyyatını yüksəltməkdi, onu savadlı etməksə sivilləşdirmək deməkdir. Sovet zamanının məşhur pedaqoqu Makavenko da deyirdi ki, insanı xoşbəxt olmağı öyrətmək mümkün deyil. Amma onu elə tərbiyə etmək olar ki, xoşbəxt olmağı bacarar. Bilik də göylər kimi hamıya məxsusdur. Ona görə də biliyə ehtiyacı olana onu verməmək kiminsə havasını kəsmək qədər böyük günahdı.
Biz az bilirik və pis oxuyuruq. Ona görə də yalan deməyə məcburuq. Televizorda hansısa nazirin «Mən bunu bilmirəm» dedyiyini eşitmisiz? İnsanlar yalnız bildiklərini danışsaydılar ətrafımızda sonsuz sükut olardı. Bu gün 35 milyon müəllim ibtidai siniflərdə çalışır. 2015-ci ildə bir o qədər də müəllimə ehtiyac olacaq. Beyinlərdə inqilab etmək fikrindəsənsə ibtidai sinif müəllimi ol. Müəllimin işi qapılar açmaqdı. Amma açdığı qapıya şagirdi o itələməməlidir.
Bəlkə müəllim də mənasız işlə məşğul olduğunu düşünür. Müəllimin işinin dəyəri konvertlərlə deyil dəftərlərlə ölçülür. Bu yaxınlarda Fransa imperatoru 1-ci Napoleon Bonopartın dəftərləri hərracda 93 min avroya satıldı. Müqəddəs Yelena adasına sürgün zamanı o, ingilis dilini öyrənməyə başlamışdı. Tarixə düşməkdə iddealı müəllimlər çox yox, hərəsi bir Naroleon yetişdirsə bəsdi.
Müəllimlər gününü payızda Arqentina, Avstraliya, Briziliya, Vyetnam, Çin, Tayvan, Türkiyə də qeyd edir. Bu gün konvert vermək günü deyil, insanların müəllimlər barədə heç olmasa bir anlıq düşündüyü bir gündür. Əgər vətəndaşın müəllimə konvertdən başqa verəcəyi bir yoxsa qoy belə də olsun.
Mövzu ətrafı bir lətifə:
Biologiya dərsində müəllim sual verir? – Müyəyyən şəraitdə təbii ölçüsündən 6 dəfə artan bədən üzvünün adını deyin və həmin şəraiti təsvir edin. Şagird qıpqırmızı qızarıb «Mən bu suala cavab verməyəcəm və dərsdə nə baş verdiyini valideynlərimə danışacam» deyir. Müəllim sualı başqasına verir. Şagird «Gözün bəbəyi işıq çatışmayanda həcmindən 6 dəfə artıq böyüyə bilir» cavabını verir. Müəllim cavab verməkdən imtina etmiş qıza üzünü çevirir: - Sənə 3 şeyi demək istəyirəm. Birincisi sən dərsə hazır deyilsən. İkincisi fikirlərin çox çirkindir. Üçüncüsü isə həyatda nə vaxtsa sən bu mövzuda ümidqırıqlığı keçirəcəksən.

Yuxariya doğru