İstəmirəm!
Sevgi uman qadınların «miqren»inin səbəbləri
 
        Müasir qadının beyni qəribə 
          orqandır. Burda nələr yoxdu?! «Klon» serialının bütün serialarının arxivatorundan 
          tutmuş «Mən axı demişdim!» adlı polad pozisiyaya qədər hər şey özünə 
          yer tapır. Buralarda bir az eşələnsən «qadın məntiqi» adlanan element 
          və kişilər üçün ən dəşhətli, əbədi başağrılarını genirasiya edən sahə 
          də tapılar. Kişilər bizim isteriyalarımızın, kaprizlərmizin səbəblərini 
          bir az çalışsalar anlaya bilərlər, amma «İstəmirəm!» kimi tərcümə edilən 
          klassik başağrısı fenomenini onlar dünyasında anlamayacaqlar. Zarafat 
          bir yana, amma qadınlar məşuqə, evin xanımı, nişanlı qız olarkən vəzifələrindən 
          yaxa qurtarmaq üçün nələr uydurmayıblar? «Başım ağrayır», «Əhvalım pisdir», 
          «İşdə yorulmuşam» deyərək dişi olmaq vəziəsindən qaçırlar. Amma niyə? 
          Belə hərəkət erkəklərin heç ağlına da gəlmir. Ləzzətli bir şeydən imtina 
          etmək üçün bəhanələr uydurmaq nəyə lazım?
           Qadınlar get-gedə gözəlləşir!
           Çarlz Darvini və onun təkamül nəzəriyyəsini bir ağızdan söyənlər 
          özü də etiraf etməyə məcburdur, evolyusiya insan fərdlərini daha cazibədar 
          edir. Zəif cins bunun üçün xüsusi olaraq heç çalışmasa da təbii seçmə 
          yolu ilə insanlar gözəlləşir. Biz nəinki 100 min il bundan əvvəl mağaralara 
          sığınmış əcdadlarımızdan, hətta 100-200 il bundan əvvəl yaşamış nənə 
          və babalarımızdan çox fərqlənirik. Yəni təvazökarlıqdan uzaq olsa da 
          deməliyik ki, biz daha gözəlik. Tədqiqatçılar etiraf edir ki, təkamül 
          prosesi qadınların nümunəsində daha aydın görünür. Müasir qadın elə 
          keyfiyyətlərlə «silahlanıb» ki, hələ də kişiləri çönüb arxaya baxmağa 
          məcbur edə bilir. Amma kişilər təkamüldən fərli bir şey qazanmayıblar. 
          Mağaralarda veyillənən vaxtlarıyla müqayisədə ciddi dəyişikliklər görünmür. 
          Diqqətlə baxası olsaq bəzi orqanların kiçilmə prosesini görəcəyik. Amma 
          bu barədə danşmayaq, axı kişiləri incitmək fikrində deyilik.
          Sözün qısası, qadınlar gözəlləşdikcə kişilər ibtidai görkəmdə qalıblar. 
          Helsenki Universitetinin professoru Markus Yokelanın apardığı statistikanın 
          nəticələrinə görə gözəl qadınlar kifir qadınlara nisbətən 16 faiz çox 
          uşaq doğurlar. Gözəl qadınların gözəl uşaqları doğulur, xüsusilə də 
          qızları lap çox olur. Beləliklə gözəllik genlə anadan qıza ötürülür 
          və artır. Bu sürətlə getsə nə vaxtsa yer üzündə yalnız fotomodellər 
          gəzişəcək. Alimin fikricə gözəl qadının özünə uyğun erkək seçmək şansı 
          daha çoxdur. Çünki gözəl qadın uğrunda kişilər bir-birinin boğazını 
          gəmirir. Burda gözəgəlimli kişilər də var, imkanlı da, ağıllı da. Qadına 
          isə bu namizədlər içindən ən uğurlusunu seçmək qalır. Qadın isə həmişəki 
          kimi ailə üçün ən yararlı kişini seçir. Bu da gözəl balaca qızlar yetişlirmək 
          üçün şərait yaradır. Birdən qadınlar bu boyda seçimiin içində gözəl 
          maçoları seçməyə başlasa nə olar? Onda qadınlar ərinin genlərinə güzəştə 
          gedərək gözəl kişilər doğmağa başlayacaq? London iqtisadiyyat məktəbinin 
          psixoloqlarının Satoşi Kanazamanın başçılığı altında keçirdiyi tədqiqata 
          əsasən demək olar ki, hər iki valideyn göyçək olarsa gözəl qızların 
          doğulması göyçək oğlanların doğulmasından 26 faiz artıq olur. Yəni ki, 
          gözəl qadınlar doğulub və yəqin ki, doğulacaq da. 
           Qadının ağlına vurulanlar da olur
           Təbiətdə erkək və dişilərin rolu insanınkından ciddi şəkildə 
          fərqlənir. Orda erkəklər gözəl olmağa məcburdur. Rəngli lələklər yetişdirmək, 
          rəqs etməyi öyrənmək, buynuzları rəqibinin «gözünə soxmaq» lazım gəlir. 
          Dişilər rahat oturub özünü oda-közə vurmur, onsuz da qaça-qaça gələcəklər. 
          Cəmiyyətdə rolların tam əksinə olması bəzən alimləri çaş-baş qoyur. 
          Burda açıq dekolte, qısa yubka, parlaq makiyaj, saç düzümü və sair üsullar 
          erkək tovuz quşunun quyruğunu yelləməsini çoxdan kölgədə qoyub. Birdən 
          rollar yerini dəyişər, onda necə? Vaşinqton kollecindən olan Conatan 
          Qottşal deyil ki, qadınları gözəlləşdirən səbəb bir yox, ikidir. Təkamül 
          prosesi yavaş-yavaş öz işini görərkən bununla yanaşı qadının keyfiyyətdi 
          erkək axtarışı onu gözəl olmağa məcbur edir. İş təkcə cəmiyyətdən asılı 
          olsaydı kişilərin gözəlləşməsi, qadınların kifirləşməsi prosesi də getməlidi. 
          Çünki hazırda gender rollarının dəyişməsi baş verir. Qadınlar ailədə 
          və cəmiyyətdə irəli çıxmağa, iş qurub bizneslə məşğul olmağa, şəxsi 
          kapitalını toplayaraq müstəqil olmağa başlayıblar. İndi kişiləri qadının 
          təkcə xumar gözləri deyil, həm də maddi durumu maraqlandırmağa başlayıb. 
          Qadının ağlına da vurulanlar da var. İndi qadınlar özü partnyor axtarmağa 
          başlayıb. Seçəndə də yəqin ki, kifirini seçməzlər.
          Yuxarıda deyilənləri təkzib etmək istəyənlər çimərliklərdən kiçicik 
          reportaj yazıb qadın gözəllikləri barədə mifi darmadağın edə də bilər. 
          Yəqin ki, bu barədə dəniz mövsümü bitəndən sonra yazmaq lazım idi. Bir 
          aksioma da var, qadın kişinin görmək istədiyi kimi olur. Gözəllik məsələlərinə 
          böyüdücü şüşə ilə baxanda kişilərin şişman qarınları qadın selülitindən 
          heç də yaxşı görünmür. Amma tərs kimi kişilər gözəllik və təkamül prosesinin 
          zirvəsi olmağa iddialı deyillər. Onlar sadəcə keyfiyyətli seks istəyirlər, 
          vəssalam… 
          
 
           Pionerlər kimi «Həmişə hazır!»
           Bəs qadınlar niyə dünyanın bu ləzzətindən vaxaşırı imtina 
          edərək yayınır, bəzən isə bəhanələr uyduraraq qaçırlar? Demək olarmı 
          ki, qadınların instinkləri korşalıb? Səbəbləri araşdıraq. 
          Əvvəla, əgər qadın intim münasibətdən qaçırsa ola bilər ki, hələ zamanı 
          yetişməyib. O özünü hələ tanımadığı adama etibar edə bilmir. El arasında, 
          daha doğrusu əcnəbi filmlərdə «3 görüş qanunu» deyilən bir qayda var. 
          Abırlı qız nəinki birinci, hətta ikinci görüşdən sonra da yatağa girməməlidir. 
          Bir növ abır-həya kodeksidir. Bizdə bu qanun işləmir. Ərə getdinmi, 
          vəssalam. Ömürlük devizin pionerlər kimi «Həmişə hazır» olmalıdır. Kişilər 
          bəzən imtinanı səbəblərinin o qədər sadə, hətta onlarçün mənasız görünsə 
          də fizioloji səbəblərdən olduğunu ağlına da gətirmir. Bəlkə qadın şəxsi 
          gigiyenasında əmin deyil, alt paltarı hadisəyə uyğun seçilməyib və s. 
          bu tipli bəhanələr. Belə şəraitdə hər ikisi istəkdən yansa da qadın 
          çox vaxt «yox» deyir. Qadın üçün çit darbalaqda sevimli kişisinin qarşısında 
          dayanmaq ölümə bərabər bir şeydi. Bunu kişilər anlamaz.
          Ola bilər ki, qadın incikdir, hansısa sözün, hərəkətin acığını çıxır. 
          Belə olanda qadın üçün seks qisas almağın ən tutarlı üsuludur. Ya mən 
          deyən olacaq, ya da üzümü divara çevirib yatacam! Bu mövzuda qədim yunan 
          poeması da var, arvadlar üsyanı qaldırmış qadın Lisistratanın adına 
          adlandırılıb. Afinalı qadınlar ərlərinin dava-dava oyunundan bezəndən 
          sonra silahı yerə qoyub quzu kimi evə qayıtmağı tələb etdilər. Yoxsa 
          şəhərin bir kişisi də arvadına toxuna bilməyəcəkdi. Düzdü, «moratori»ni 
          hamı saxlaya bilmədi, amma qadınlar məqsədlərinə çatdlar. Əsrlər keçib, 
          amma qadın pozisiyası dəyişməyib. 
          Ola bilər ki, qadın düşünür ki, ondan istifadə edirlər. Axı hamı bilir 
          ki, 20-ci əsrin adəmləri üçün riyakarcasına «sevirəm» demək heç yalan 
          da sayılmır. Etiraf etməliyik, sevgi izharları qiymətdən düşüb. Nəinki 
          evlilər, hətta ürək fəth etməyə hazırlaşanlar belə dilinin altına bir 
          parça qənd qoymaq istəmir. Evli kişi isə arvadına «Əzizim, baxmayaraq 
          ki, mən lampoçka almağı (kranı düzəltməyi, vaxtında evə gəlməyi) unutmuşam 
          mən səni çox sevirəm!» deyirsə məlum məsələdi əvəzində o nə istəyəcək. 
          İstəmirsə heç həmən bu cümlələri də deməyəcək. Ona görə də qadın artıq 
          kişinin dilindən çıxan etrafları instink səviyyəsində duyaraq onlara 
          inanmamağı öyrənib. Cismani ləzzətə görə sehli «sevirəm» sözünü demək 
          ən alçaq insan hərəkətlərindən biridir. 
          Daha bir səbəb də var, qadın həqiqətən də istəməyə bələr. Kişilər bunu 
          da anlamaz, amma belə də olur. Bu istəməməyin psixoloji və fizioloji 
          səbəbləri olur. Birinci səbəb utancaqlıq ola bilər. Hələ 30 il əvvəl 
          «Bizdə seks yoxdur» sovet şüarı bütöv bir nəslin devizi idi. Həmin şəraitdə, 
          ideologiyada doğulub böyüyən adamlar həqiqətən də seksin nəsə murdar 
          və qadağa olunmuş bir şey olduğununda əminliklə yaşayırlar. Bizim milli 
          mentalitet də anaları qızlarını seksə nifrətlə böyütməyə vadar edir 
          ki, əl-ayaqları dinc otursunlar. Sonra bu utancaqlıq ömürlərini sonuna 
          kimi psixoloji problem kimi qalır. Hələ 16-17 yaşım olanda rəfiqəmin 
          anası bizi qarşısına qoyub fəxrlə danışırdı ki, evliliklərinin 20 ilinə 
          baxmayaraq əri onun göbəyini hələ də görməyib. Bilmirəm o bunu bizə 
          tərbiyə etməkçün deyirdi, yoxsa həqiqətən belə imiş. 
           Hər 10 qadından birinin seksə marağı azalıb
           İstəmirəm deyən qadınların əksəriyyəti özündə əmin deyil, 
          ona görə imtina edir. Bir az həssas, bir az da sevgi uman qadın hər 
          hansı şəraitdə toxum səpməklə, əkinçiliklə məşğul ola bilən kişinin 
          istəklərindən hürkür. Ona bir az nəvaziş, bir az sığal lazımdı. Bunu 
          əkinçi kişilərimiz anlaya bilsəydi nə qədər «miqren»lər sağalardı… Kişi 
          fizialogiyası və sevgi iki fərqli müstəvidir. Onlar paralel, hətta kəsişən 
          müstəvilər ola bilər, amma nadir hallarda üst-üstə düşürlər. Se lya 
          vi?..
          Özünü təmizə çıxarmaq istəyən kişilər sonuncu guman yeri kimi bəzən 
          frigidliyi, yəni qadın soyuqluğunu bəhanə gətirirlər. Amma təbiətdə 
          kişi impotentliyi var, amma qadın frigidliyi yoxdur. Alimlər də bunu 
          sübutə yetirməkdən artıq bezib. Soyuq qadınlar olmur, pis partnyorlar 
          olur. Ona görə də illər uzun ləzzəti imitasiya edən qadın vaxtaşırı 
          «Mən yorğunam», «Başım ağrayır» deməyi özünə icazə verir. Bir növ riyakarlıqdan 
          istirahət etmək üçün. 
          Statistika bəzən çox qəddar ola bilir və ayrıca fərdin dünyasında boynuna 
          almayacağı rəqəmləri açıqlayır. Hər 10 qadından biri etiraf edir ki, 
          son illər seksə marağı azalıb. Londonun Universitet kollecindən olan 
          doktor Ketrin Merserin apardığı tədqiqatda 16-44 yaş arasnda 11 min 
          qadından 4 faizi orqazmın nə olduğunu bilmədiklərini etraf ediblər. 
          Tədqiqat çübut etdi ki, evli qadınların problemləri subay qadınlarınkından 
          daha artıqdır. Çünki onlar seçim edəndən sonra ərinin problemlərinə 
          dinməzcənə dözmək pozisiyasında dayanaraq həyata maraqlarını itirməyə 
          başlayırlar. Qadınların 54 faizi və kişilərin 35 yaizi müxtəlif cinsi 
          problemlərdən əziyyət çəksələr də onlardan kişilərin 11 faizi, qadınların 
          21 faizi problemləriin həlli üçün mütəxəssisə müraciət edir. Bizdə isə 
          bu yalnız ailədə uşaq olmayanda həkimə getməyə məcbur olduqda baş verir. 
          Uşaq doğulan ailələr özünü tamam problemsiz sayır. Balaca uşağı olan 
          qadınlar isə ola bilər ki, yorğundur və sadəcə yatmaq istəyir. Onun 
          üçün yataq və balış yalnız yatmaq üçün nəzərdə tutulub. Onlar tamamilə 
          sağlamdır, amma ailə avə uşaq qayğısı çəkərkən çox yorulurlar. Axı onların 
          kişilərdəki kimi fiziki gücü yoxdu. Ona görə də qanında qadından 10 
          dəfə artıq testosteronu olan kişinin qarşısına çıxmaq ona qırmızı paltar 
          geyib qızmış buqanın yanına arenaya düşmək kimi mürəkkəb gəlir.
          Əla zarafat mövzusu
           Çıxış yollarını bəzən başqa xalqların adətlərində də tapmaq 
          olar. Namibiyada ximba xalqının qəribə adəti var. Bayramlarda bir-birilə 
          arvadlarını dəyişdirir, necə deyərlər mübadilə edirlər. Bu adət indiyədək 
          xalq arasında yaşayır. Azadlıq alandan sonra məmurlar bu adəti tənqid 
          edərək QİÇS-in yayılmasında bir səbəb kimi göstərib ondan imtina etməyə 
          təklif etdilər. Ximba xalqı isə hesab edir ki, onlar indiyədək ona görə 
          sağlamdır ki, bu adətlərinə durmadan riayət ediblər. Bunu bir zarafat 
          kimi qəbul edin. Bu mövzuda bütün dünya zarafat etməyi sevir:
          «Buynuz- kurortdan qayıdanlar üçün ən yaxşı suvinir ola bilər» - (Hədiyyələr 
          dükanında reklamdan)
          «Onun yanında bir qadın vardı və mən o saat anladım ki, onun arvadı 
          deyil. Onunda çox nəzakətlə və mədəni davranırdı» - (Müstəntiqə verilən 
          ifadədən)
          «Kassir N. nikahı rəsmiləşdirmdən başqasının həyatına soxulduğuna görə 
          işdən qovulsun» - (Əmrdən)
          «O, təkid edir ki, hər şey ekstazda baş verib. Mənsə yaxşı xatırlayıram, 
          bu mətbəxdə olmuşdu. Mənim şahidlərim də var» - (Məhkəmədə çıxışdan)
          «Ayda bir dəfə M. manyaka çevrilərək yad qadınları təqib edirmiş. Qalan 
          günlər o, normal adamlar kimi arvadı, tanışları, məquqələri və iş yoldaşlarıyla 
          qənaətlənirdi» -(Sənəddən)
           
Qadın baxışı