Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Allaha məktublar

Balaca adamların Yaradana müraciəti

Doğuldum, ətrafıma baxdım, dünya artıq qəddar və qəzəbli idi.
«Uşaqlar Allaha məktub yazır» kitabından

Müqəddəs kitablar deyir ki, uşaqlar Allahı görür və eşidir. Amerika yazıçısı Nil Donald Uolş «Allahla söhbət» kitabı bu sahədə olan məhdudiyyətləri sanki aradan qaldırdı. Guya ki, ya da həqiqətən Allahl söhbətləşən yazıçı əslində sualı öz şüuraltına verirdi. Cavabı olaraq onun əli qeyri iradi şəkildə yazı yazırdı. Həmin bu qəribə söhbətləri qələmə alıb sonra kitab şəklində çap edəndən sonra insanların şüurunda sanki bir dəyişiklik yarandı. Onlara elə gəldi ki, hər kəs birbaşa Allahla danışa və ona suallarını verə bilər. Uolş həyatının ən çətin anlarından birində ələrini göy açıb Allaha müraciət etdi və cavabını eşitdi. Bu günə qədər hələ ki, yazmağı də fərli başlı bilməyən Uolş eşitdiklərini yazdıqca onlarla kitablar yarandı. Hazırda bu kitablar ən oxunaqlı kitablar çırasındadı və dünyanın 28 dilinə tərcümə edilib. Bu kitabları oxuyanda yumor hissi olan, heç nəyi qadaba etməyən, heç kəsi cəzalandırmayan Tanrı obraz yarandı. Kitabda deyilir: «Bəkə də hər kəs özüylə tək qalanda Allahla söhbətləşir. Amma bu söhbət adətən birtərəfli olur. Ürəyindən keçirdiyin sualın cavabı ola bilər ki, həmən dəqiqə olmasa da az sonra təsadüfən eşitdiyin mahnını sözlərindən, baxdığın filmdn, dinlədiyin məruzədən, küçədən keçən birisinin nitiqindən gələcək. Onda sən başa düşəcəksən ki, biz bu yolla danışırıq, onda hətta dostlaşa da bilərik». Ola bilər ki, uolşun təcrübəsi insanları birbaşa Allaha müraciət etməyə ilhamlandırdı. Uşağın qəlbi təmiz aə pak olduğundan ordan gələn suallar da Tanrıy daha yaxındır. Belə ki, amerikalı yazıçı Stüart Xempli uşaqların Allaha ünvanladığı sualları toplayaraq kitab şəklində çap edib. Dımov Amerikalı yazıçı Stüart Xempli amerikalı uşaqların Allaha müraciətini yığıb kitab şəklində çap etdirmişdi. Bu kitabdan ruhlanan rus yazıçısı Mixail Dımov da uşaqların nə düşündüyü ilə maraqlanmaq qərarına gəldi.
Müəllif kitabın yaranma ideyasını belə izah edir: «İsraildə olarkən amerikalı yazıçı Stüart Xemplinin kitabından parçalar oxudum. Burada amerikalı uşaqlar allaha müraciət edirdi. Üstümə el bil ki, qaynar su töküldü və öz həmvətənlərimin də Allaha ünvanladığı sualları eşitmək istədim. Mənim qəhrəmanlarım 6 yaşdan 10 yaşacan idi. Onlar hələ ki, həyatı ürəklərindən keçirirlər. Ondan əbədiyyətə «sən» deyə müraciət edirlər».
Dımov uşaqlara cəmi 3 sual verdi: «Allahdan nəyi soruşardız?», «Allahdan nəyi xahiş edərdiz?», «Allaha nəyi danışmaq istərdiz?». Bu suallara uyğun olaraq uşaqlar fikirlərini yazdılar. Bəzən valideynindən elementar şeyləri soruşmağa ürək etməyən balacalar Allaha müraciətin formalarını sanki anadangəlmə bilirdilər.

İndiqo adlandırılmış uşaq – Flavionun dediklərindən: «İndi tamamilə fərqli uşaqlar doğulur. Onlar görkəmcə bizə bənzəsələr də tamam başqa cürdürlər. Mən onlardan biriyəm. Bəşəriyyət dəyişir. Mənəvi əlaqələr daha aydın görünməyə başlayır. Bu gün uşaqlar öz özəyilə, bir sözlə öz «mən»i ilə əlaqəyə girə bilirlər. Uşaqlar ona görə ağlayır ki, onlara bu dünyada, bu planetdə yaşamaq çox çətindi. Körpə telepatik əlaqəyə girib özünü anlatmaq istəyir, amma onda bu alınmır. Axı burda hər şey o qədər bərk və kipdir ki…»
Ruh bu dünyaya gələndə əvvəllər olduğu bütün nazik, şəffaf dünyaları unudur. Bu çox kədərlidir. Amma indi yaddaşında Allahın obazını saxlamış uşaqlar doğulmağa başlayır. Onlar yer üzünə artıq yetkin insan kimi gəlib böyüklərin başına ağıl qoyaraq Allahı bir daha yadlarına salırlar. Bu prosesdə ən çətini bildiklərini sözə çevirib hamıya çatdırmaqdı.
Bu yazının yazılması təsadüfi deyil. Onun qəhrəmanları ətrafımızdadı. Onların heç xəbəri yoxdu ki, həyatımızın güzgüsü, kamertonudurlar. Onların öz aləmi var. Biz böyüklər bu qeyri-adi aləmdən uzaqlaşaraq bəzən heç geri də baxmırıq. Uzaqlaşdıqca uşaqlıq adlı ölkənin dilini unuduruq. Uşaqlarımızsa xeyixahlıq, şər, insan layəqəti, vicdan, şərəfsizlik barədə öz təsəvvürləriylə yaşayır. Bu yazıda Amerikalı yazıçı Stüart Xempli nin «Allaha məktublar» və M. Dımovun «Uşaqlar allaha məktub yazır» kitabından nümunələr gətirilib.
Dəhşətlli dərəcədə maraqlıdır. Bir iki cümlədə bildiklərini ifadə etmək heç hər yazıçının da işi deyil. Amma uşaqlarda alınır. Yəqin ki, mən Allahdan soruşmalı olsaydım deyrdim ki, bu cür istedadlı, bacarıqlı və ağıllı uşaqlar böyüyəndə hara yoxa çıxır?

Onlar arasında alturistlər də az deyil:
- Salam, Tanrı. Sənə orda yaxşıdı? (1-ci sinif)
- Bəlkə səninçün oralarda kədərlidir? (1-ci sinif)
Gələcəyin şairləri o çaat bilinir:
- Külək hara üfürür (1-ci sinif)
- Əgər göy mas-mavidirsə deməli sənin əhvalın bu gün yaxşıdı, eləmi? (3-cü sinif)
- Zaman hara gedir, böyüklərin saçının ağına çevrilir? (3-cü sinif)
- İnsanlar Yer üzündə bu qədər əzab çəkir, yəni cəhənnəmdə bundan da pis olacaq? (4-cü sinif)
- Axı niyə yazda, sən göydə ulduz və ayı yandıranda, Yerdə ilıq külək əsəndə və ətraf sakitçilik olanda mənim ağlamağım gəlir? (2-ci sinif)
- Gün necə ölür? Qocalıqdan? (3-cü sinif)

Filosofların məntiqinə bax!
- Oxumuşam ki, İsus yəhudidir. Axı o sənin oğlundursa deməli Sən də yəhudisən? (1-ci sinif)
- Əgər sən qiyamət günü qoparsan və hamını öldürsən kim sənə dua edər axı? (4-cü sinif)
- Yaxşı insanları nəyə görə cəzalandırırsan? (3-cü sinif)
- Əgər biz hamımız bacı və qardaşıqsa niyə nsanlar evlənir? (4-cü sinif)
- Mən başa düşürəm ki, Sən göydə yaşasan da yer üzündə ən birincisən. Səni təkrar seçə bilərlər? (1-ci sinif)
- Mənim günahlarımın bağışlanması üçün əvvəlcə günah işlətməliyəm? (1-ci sinif)
- Dünyamız Sənə tərəf gəlir? (3-cü sinif)
- De görüm insanı kim yaradıb, Sən yoxsa əmək? (3-cü sinif)
- Mən doğuldum və baxdım, dünya artıq qəddar və hirsli idi. (4-cü sinif)
- Biz sənin oyuncaqlarınıq? (2-ci sinif)

Aqnostiklər:
- Düzün desəm Sənə inanmıram. De görüm, insanlar Səni niyə görmür axı? (2-ci sinif)
- Yer üzündə baş verənləri heç bəyənirsən? (3-cü sinif)
- Katoliklərin bir allahı var, müsəlmanların başqa. Üçüncü yəhudilərin, dördüncü lüteranların, beşinci pravoslavların… Siz orda nə qədərsiz axı? (4-cü sinif)
- Yerdə güllə atanda orda eşidilir? (2-ci sinif)
- Başqa planetlər Səni əsəbləşdirmir ki? (2-ci sinif)
- İlahi, adamlarla belə rəftar eləməyi kim sənə öyrədib axı? (3-cü sinif)
- Niyə bizim yaralarımız sağalır səninkilərsə yox? (4-cü sinif)

Tədqiqatçılar:
- Sənin ağlın var, yoxsa başdan ayağa ruhdan ibarətsən? (3-cü sinif)
- Əvvəllər uşağı kişilər doğurdu, Həvvanın Adəmin qabırğasından əmələ gəlməsini xatırla. Bu sənə xoş gəlmədi ona görə də bu ağır işi qadınların boynuna yıxdın? (4-cü sinif)
- Mən təkamülü belə başa düşürəm ki, əvvəl Sən Adəm və Həvvanı yaratdın. Sonrakı insanlarsa meymundan əmələ gəldi? (3-cü sinif)
- Sənin yaşın Yer kürəsindən nə qədər çoxdu? (1-ci sinif)
- Eramızdan əvvəli Sən necə planlaşdırırdın? (1-ci sinif)

Praqmatiklər:
- Necə bilirsən «İsus xətrinə sədəqə verin, yoxsa «Allah xətrinə sədəqə verin» daha yazıq səslənər? (3-cü sinif)
- Kilsədə şamlar satırlar, bu da sənin biznesindir? (2ci sinif)
- Ay Allah, bazar gününə qədər 3 dolları 6 dollara çevirməkçün ideya yolla. Amma onu kimdənsə borc almaq fikrini göndərmə. Çünki bu fikri artıq keçən həftə 3 dolları yığmamışdan əvvəl göndərmişdin. (4-cü sinif)
- Mənə bir kisə pul göndərsəydin elə yaxşı olardı. Özün deyirdin ki, yaxınlarını sevin, min qatına özünüzə qayıdacaq. İndi özün hesabla, bir kisə qızıldan nə qədər qazanardın? (4-cü sinif)
- Elə elə ki, Sənin yaxşı evin, çoxlu pulun olsun və yaxşı yaşayasn. Yadda saxla, bütün bunları sənə kim arzıladı? (3-cü sinif)

Əbədi sevgililər:
- Hansı məqamdan adam böyümüş sayılır, iynədən qorxmayandan, yoxsa parta yoldaşını sevməyə başlayandan? (3-cü sinif)
- «Snikers»dən bir dişdəm vurmağa icazə verdisə bu məhəbbətdir? (2-ci sinif)
- Niyə axı insanlar əvvəl sevir, sonra dinməzcə ağlayırlar? (4-cü sinif)
- Gəl səninlə kişi söhbət edək. Bəyəm sənin də o qızdan xoşun gəlir? Özün bilirsən kimi deyirəm. Əgər elə deyilsə niyə elə etdin ki, mən bütün günü ona baxıram. Əgər onu bəyənirsənsə axı niyə o da həmişə mənə baxır? (4-cü sinif)
- Niyə kimisə sevirsənsə hər şey, hətta qayqanaq da xoşuna gəlir? (2-ci sinif)
- De görüm mən hələ nə qədər sevgidə səhv edəcəm. Artıq 3 dəfə oxum daşa dəyib? (2-ci sinif)

Andangəlmə intellegent
-Olarmı ki, bütün insanları ədəbli edəsən, yoxsa onlarla danışmaq elə çətin olur ki? (3-cü sinif)
Onlar arasında bədbəxt uşaqlar da var. Onların arzusunu təkrarlamağa adaın bəzən dili gəlmir:
- İlahi, indiyədək etdiklərinə görə sənə çox minnətdaram. Amma indi köməyinə ehtiyacım var. Mənim atamı heç nə üstündə türməyə salıblar, artıq 8 aydı yatır. Mən daima onu gözləyirəm. İmkanım olsaydı onu azadlığa çıxarardım. Xahiş edirəm mənə kömək et. Bu mənim ən böyük arzumdu. Sonra səni heç vaxt narahat etməyəcm, hətta ölməli olsam da. (4-cü sinif)
- Əziz Allah, xahiş edirəm elə et ki, nənəmdən başlayaraq fillərə qədər hamı xoşbəxt, tox və razı olsun. (2-ci sinif)
- Mən hələ balacayam, günahlarım hələ ki, yoxdu, amma deyəsən yavaş-yavaş toplaşmağa başlayırlar. (3-cü sinif)
- Öz aramızdı, Sənə də çox şeyi bağışlayırlar ha… (4-cü sinif)
- Səni öz ad günümə dəvət edirəm. Pulun yoxdusa hədiyyəsiz də gələ bilərsən (2-ci sinif)
- Sən bilirsən ki, bəzi adamların ürəyinin bəndi bağlıdır? (3-cü sinif)
- Allahım, qorxma, mən səninləyəm! (1-ci sinif)
- Bura bax, həyatı bizə validenlərimiz verir, sənsə alırsan. (2-ci sinif)
- Görürsən, Svetanı indi başqa məktəbə keçirdilər! İndi razı qaldın! Amma mən düz 17 dəfə sənə dua oxudum, kilsədə şam yandırdım, hətta yatmazdan əvvəl dişlərimi sürtdüm. Səninsə vecinə deyil. İndi qal orda, mənsiz! (2-ci sinif)
- Valideyn iclasında müəllim barəmdə o qədər yaxşı söz dedi ki, elə bil ölmüşəm. (3-cü sinif)
- Mən səni ilk dəfə görəndə heç nə istəməyəcəm. Sənsə «necə də təvazökar oğlandı» deyib mənə Mersedes bağışlayacaqsan. (4-cü sinif)
- Mən insanların yox, Sənin yaratdığın Yerə düşmək istəyirəm (4-cü sinif)
- Əvvəl səndən it istəmək istədim. Sonra düşündüm ki, ciddi şeylər arzulamaq lazımdı. Ona görə də istəyirəm ki, anam hər gün işdən şən və xeyirxəh qayıtsın. (4 sinif)
- Elə elə ki, xəttim yaxşı olsun, onda yoxlamaları yaxşı yazaram. Sənə də məktublarımı oxumaq asan olar. (2-ci sinif)
- Səni kitablarda hərə bir gür təsvir edir. Şəklini hardan tapmaq olar, lap eramızdan çox-çox əvvəlin, ya da nuh əyyamından qalmış olsun? (3-cü sinif)
- Qabaqcadan bilmək istərdim, bizimçün nə hazırlamısan? Yer odda yanacaq, yoxsa su basacaq? (4-cü sinif)
- Heç bilirsən ki, bəziləri Səni qorxusundan sevir? (2-ci sinif)
- Allah, sən anamı da uşaq vaxtı dinləmisən? (2-ci sinif)
- Necə yəni hər şey Allahın iradəsindədi? Bahar da, anamın xəstəliyi də, müharibələr də?.. (1-ci sinf)
- Sən niyə axı insanların gözünə görünməkdən qorxursan? (4-cü sinif)
- Mənim atam sənə neyniyib ki, onun bəxti belə gətirmir? (3-cü sinif)
- Yer üzündə o qədər zülm və əziyyət var ki, insanların ölməyə heyfi gəlmir. (4-cü sinif)
- Sən Yer üzünü yaradanda bilmirdin ki, belə qalmaqal alınacaq? (4-cü sinif)
- Hamı cənnət düşsə yer bəs edər? (3-cü sinif)
- Bizi nəyə görə qocaldırsan? (3-cü sinif)
- Anam deyir ki, yuxuda ağlayırdım. Yadında deyil, biz Səninlə nədən danışırdıq? (3-cü sinif)
- Gəl səninlə ölənədək görüşək. (2-ci sinif)
- Göstər görüm məni necə sevirsən? (2-ci sinif)
- Mənim itim öləndə xahiş edirəm onu yanına götür. O, Sənə dost olar. Tualetə onu saat 7-də çıxararsan. Hər şey yeyir, amma üstünə çığırma, yoxsa dişləyər. (2-ci sinif)
- İnsanları günahlardan yox, tənhalıqdan xilas et. (3-cü sinif)
- Mən almanı çox sevirəm. Bu nədi, əcdadlarımın çağırışıdı? (3-cü sinif)
- Boynuna al, hamısı sənin işindir! (4-cü sinif)
- İnsan yaradanda qabırğanın bura nə dəxli var. Başımızı piyləmə də… (3-cü sinif)
- Əvvəl insana günah qazanmağa imkan verirsən, sonra onu bağışlayırsan. Belə çıxır ki, sən həmişə xeyirxahsan. Yaman hiyləgərsən ha… (4-cü sinif)
- Yaratdığın çiçəklər insanlardan yaxşı alınıb. (4-cü sinif)
- Yaxşı adamları nəyə görə cəzalandırırsan? (4-cü sinif)
- Limonad uşaq arağıdır? (1-ci sinif)
- Mən səni əlbəttə ki, sevirəm, amma ata və anamı daha çox istəyirəm. Eybi yox? (3-cü sinif)
- Olarmı ki, ölməyim? (1-ci sinif)
- İlahi, Sən mənim yeni ünvanımı heç olmasa bilirsən? (1-ci sinif)
- Bilmək istəyirəm, demokratiya odur ki, birinin hər şeyi olur, o birilərinin isə yerdə qalanı? (3-ci sinif)
- Bizim parkda ağacların qol-budağını kəsirdilər. Soruşanda mənə dedilər ki, daha yaxşı böyüməsi üçün edilib. İndi mən bərbərə getməsəm, saçımı uzatsam böyüməyəcəm? Heç qocalıb ölməyəcəm də? (3-cü sinif)
- Niyə dilənçilər sədəqəni kilsənin yanında istəyirlər? Məncə onları qeydə alırsan, ona görə? (3-cü sinif)
- Niyə sən bəzilərinə kömək edirsən, mənə isə yox? (2-ci sinif)
- Gün necə ölür? Qocalıb ölür? (3-cü sinif)
- Niyə bütün analar çığırır? (2-ci sinif)
- Niyə axı ikinci sinifdə oğlanlar artıq arvadbaz olur? (2-ci sinif)
- Niyə axı mən dəcəllik etmək istəyirəm? Məni bu yolla imtahana çəkirsən? (3-cü sinif)
- Bilirsən, kasıb olmaq elə utanclıdır ki? (4-cü sinif)
- İstəiyrəm, sən mənimlə fəxr edəsən. Mənim buna ehtiyacım var. (4-cü sinif)
- Yer üzündə əzab əziyyət ona görə çoxdur ki, insanlar ölməkdən çəkinməsinlər? (4-cü sinif)
- Kim sənin beyninə salıb ki, adamlarla bu cür rəftar edəsən? (3-cü sinif)
- Axı biz niyə itin günündə yaşayırıq, bizdə heç pişiklər də yaşamaq istəmir? (4-cü sinif)
- Bəs ateistlər səndən nəsə umurlar? (3-cü sinif)
- Niyə sən hamını bağışlayırsan, müəllimlərsə yox? (2-ci sinif)
- Yaxşı, birdən mən cəhənnəmə düşərəm, onda sən uzaqdan durub baxacaqsan ki, məni necə incidirlər? (3-cü sinif)
- Necə olur ki, həyatı sən verirsən, amma kim istəsə ala bilir? (3-cü sinif)
- Heç doğulmamaq olar? (2-ci sinif)
- Məşhurluq səni yormur ki? (3-cü sinif)
- Həmişə düzgün olmaq zəhləni aparmır? (2-ci sinif)
- Yuxular harda yatır? (2-ci sinif)
- Dünən eşitdim ki, qəzetlər ölüb. Sən onun ruhunu cəhənnəmə yollayacaqsan? (4-cü sinif)
- Sən havanın direktorusan? (2-ci sinif)
- Mənə ümid ver. (4-cü sinif)
- Xahiş edirəm, Günəşi yandır, yoxsa evdə nənəm üşüyür. (3-cü sinif)
- Mən öləndə nə cəhənnəmə, nə də cənnətə düşmək istəmirəm. Mən sənin yanına istəyirəm. (3-cü sinif)
- Ay Allah, məni burdan götür, burda aman darıxdırıcıdır! (2-ci sinif)
- Elə elə ki, atam və anam barışsın. Onda mən siqaret çəkməyi ataram. (3-cü sinif)
- Yerə yenə də oğlunu göndər. Biz onu yenə də çarmıxa çəkərik. (3cü sinif)
- Elə et ki, doğulanda adama ehtiyat hissələr də verilsin: ayaqlar, əllər, cinsi orqanlar və başqa vacib detallar. (3-cü sinif)
- Natalya Nikolayevnaya olan cazibəmi ram etməyə mənə kömək et. Axı o, qocadır. (2-ci sinif)
- Məni oğulluğa götürsən? Sən qocalanda mən sənə bir stəkan su verərəm. (2-ci sinif)
- Düşmənlərimə düşmənlərini bağışlamağı öyrət. (4-cü sinif)
- Mən hələ keks yeməmişəm, bəlkə hələ zamanı yetişməyib? (2-ci sinif)
- Təsəvvür edirsən, dünən meşəyə getmişdim. Orda bir dəstə yaşıdım olan ağaclar gördüm. (4-cü sinif)
- Sənin olduğunu bilən gündən etibarən mən başqasından köçürmürəm. (2-ci sinif)
- İlahi, xahiş edirəm, ölmə! Onda yer üzündə nələr olacaq… (2-ci sinf)
- Bu nə həyatdı! Validenlər istəyir ki, onlara tabe olum, müəllimlər də bunu istəyir, lap elə Sən də. Bəs mənə kim sitayiş edəcək? (3-cü sinif)
- Məktubu Sənə internatdən yazıram. Bilirsən, İnternat elə yerdi ki, valideynlər özlərini pis aparanda uşaqlarını ora salırlar. (4-cü sinif)
- Bu düzgün deyil, uşaq bağçalarına qocaları göndərmək lazımdı. Onlar orda şənlənər, yeyər, yatardılar. Tərbiyəçilər onları gəzməyə çıxarar və axşam nəvələr onları götürməyə gələrdi. (4-cü sinif)
- Sənə bir sirr açım, tənha qadın görəndə Sənin yerinə o qədər utanıram ki… (4-cü sinif)
- Bu qədər yazıram, amma cavabı gəlmir. Yaman təmbəlsən ha… (2-ci sinif)

***
Uşaqlar bilir ki, yazdıqları məktub ataya, anaya, müəllimlərinə deyil, ən vacib, qüdrətli və hər şeyi anlayanadır. Ona görə də məktubları bu qədər səmimi və sadəlöhvdür. Onların yazılarında gələcəyin şairi, rəssamı, humanisti görünür. Amma uşaqlar böyüyüb hümanist, rəssam, şair olmaya da bilər. Onların öz mahiyytini tapa bilməməsində biz böyüklər günahkarıq. Əslində bu məktublar Allaha yox, böyüklərə ünvanlanmalıydı. Allaha ünvanlanan məktubların çatacaq yeri insan qəlbidir. Uşaq müracətlərini oxuyub gülümsəyin, ağlayın, təccüblənin. Əgər alındısa deməli qəlbiniz var.

Yuxariya doğru