Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Vicdan sızıldayanda

İnsan sağlamlıq və gözəllik naminə böyük qurbanlar verir
Bütün normal adamlar kimi mən də sağlam olmaq istəyirəm. Gözəl də görünmək yaxşı olardı. Sağlam və gözəl olmaqçün elmin nailiyyətlərindən də çiyrənmirəm. Lazım olsa dərman da atıram, dərimin qocalmasının qarşısını almaqçün kosmetik vasitələrdən də yararlanıram. Bütün bunları insanlar kəşf edib və insanlar da işlədir. Ona görə də bütün normal adamlar kimi sağlamlıq və gözəllik naminə aparılan təcrübələrin humanist addım olduğuna sidq ürəkdən inanıram. Amma humanist addımlara görə başqa canlıların əzab çəkdiyini düşünmək istəməzdim. Əgər normal olsaydım yəqin ki, belə də olardı. Arabir anormallıq etmək də olar.
Sağlamlıq naminə ağlasığmaz əzablar
Hamı bilir ki, hər yeni dərmanın yaranması minlərlə heyvann həyatı bahasına olur. Düzdü, bu fikirlər beynimizə xəstə vaxtı həbi ağzımıza aparanda gəlmir. Sonra, yəni xəta sovuşanda bir növ vicdanımız sığıldayır. Ona görə də canlılarnı kütləvi şəkildə məhvinin qarşısını almağı hələ ki, ağlımıza gətirə bilmirik.
Hamıya məlumdu ki, yeni dərman yaratmağa illər sərf edilir. Dərman alınandan sonra isə yeni məhsulun testdən keçirilməsi çox vacib mərhələdi. İstər dövlət, istər universitet, ya da tədqiqi laboratoriya işinin ayrılmaz bir hissəsi heyvanlar üzərində təcrübələrsiz başa gəlmir. Dəqiq rəqəmlər demək çətindi, amma təxminən hər il 50-100 miloyn məməli heyvan insan təcrübələrinin qurbanı olur. Heyvanları yeni dərmanlara, yeni təbabət üsullarına, kosmetikanın testdən keçirilməsinə, məişət kimya məddələrinin zəhərlilik dərəcəsinə qurban veririk. Bu məsələ elmi irəli dartmaq istəyənlər və hümanitar qurumlar arasında hələ ki, həlledilməz maneə kimi durub. Heyvanlar üzərində təcrübələr hansı nəticələri verir? Siçan və milçəklərdən alınmış nəticələr insana da eyni dərəcədə aid edilə blərmi?
Kosmosu insandan əvvəl heyvan görüb
İnsanın quruluşunu yaxşı anlamaq üçün heyvanlar üzərində təcrübələri hələ Qədim Yunanıstanda aparırlırdı. O zamanlar bu, elmi addım idi və prosesi təsvir edən çoxlu qravürlər salamat qalıb. İnsan naminə heyvanların zülmü eramızdan əvvəl 4-cü, 3-cü əsrlərə gedib çıxır. Aritotel də elm naminə heyvanlara zülm verərdi. Qalen donuz və keçilər üzərində təcrübələr apardığından onun adını «Viviseksiyann atası» qoyublar. Viviseksiya elm məqsədilə heyvanların yarılmasına deyilir. 19-cu əsrlə Lui Paster Sibir xorasına yoluxdurulmuş qoyunlar üzərində təcrübələr aparırdı. Həmişə heyvanı qabağa verdiyimizdən kosmosu də insandan əvvəl it, triton kərkəntələsi və meymun görüb. Bu sırada insan ən axırda gəlir.
İnsan dərdini çəkən siçanlar
Bu günün ən əzabkeş elm qurbanı siçandı. «Rattus norvegius» kimi gözəl adla çağırılan və yenə ən adi siçan kimi qalan bu heyvana borcumuz böyükdü. Təcrübələr üçün 200-dən artıq siçan növü yetişdirilib. Məsələn, təbiətdə heç rast gəlinmyən bir siçan növü laboratoriyalarda gəzişir ki, hipertonik təzyiqin kəskin artması dərdlilə yaşayır. Keçən əsrin 60-cı illərindən adam dərdi çəkən bu siçanlar birdən birə hipertonik kriz keçirir və sonra adamların tapdığı dərmanı qəbul edib ya ölür, ya da bir az dirçəlir. Hipertoniayaya meylli siçanların xəstəliyi artıq doğuluşdan 5-6 həft keçmiş özünü göstərir. Bu yazıq xəstələrin təzyiqi lap adamların təzyiqi qədər olur. Yetkin yaşa çatanda bu siçanlar hipertoniya xəstəsi kimi ürək-damar problemlərilə yaşayır və bəzən də insultdan keçinirlər. Hipertonik siçanlardan əlavə epilepsiyalı siçan növü də yetişdirilib. Onlar əsəb sisteminin gərginliyi və neyronların zəif aktivliyilə seçilir. Ona görə də kəskin bir səs, zəng səsi, açarın yerə düşəndə çıxardığı cingilti bu siçanların beynini qıcıqlandırır. Bundan sonra siçan ağ xalatlı cəlladının gözü qarşısında epileptik tutmaya düşür. Ürəyinə rəhm gəlsə insan ona yeni yaratdığı dərmanlardan birini verib yazığı əzabdan qurtarır.
Deyirlər ki, siçovulun geni Homo Sapiens lə 90 faiz üst-üstə düşür. Bizi siçovuldan cəmi 10 faizlik fərq ayırır. Təgrübə sahəsində bu çox böyük fərq sayılır. Çünki siçovul bədənindəki zəhəri insandan daha tex çıxara bilir. Ona görə də məişətdə biz siçovulları nə qədər zəhərləsək də tamailə təmizləməkdə aciz qalırıq. Ona görə də siçovullarçün zərərsiz sayılan dərmanı yenidən insan üzərində də təcrübədən keçirmək lazım gəlir.
70-ci illərin sonundan bəri siçanlar genetik qohumları siçovulları laboratoriyalardan sıxışdırıb çıxardılar. Çünki kiçik obyektdə gen üzrə dəyişiklilər aparmaq daha asandı. Təcrübi dərman az işlənir, nəsil vermə dövrü qısadır. İnsanın dəlisov həyat tərzi bu şərtləri diqtə edir ki, nəticələr də tez alınsın. İlk transgen heyvan da siçan olub. 1974-cü ildə Rudolf Ceniç meymun virusunu siçan embrionuna yerləşdirməklə bu sahənin pioneri oldu. İndi gen dəyişikliyi edilmiş yüzlərlə siçan növü var. Allah o gündən saxlasın ki, bu siçanlar qəfəslərində çıxıb təbitə qovuşaraq həyatımızı soxulsunlar.
Lazım olarsa siçanı əsil insan azarı sayılan Alsqeymer xəstəliyinə də yoluxdururlar. Yaddaşın tam silinməsilə nəticələnən bu xəstəlik gen səviyyəsində irsi şəkildə ötürülür. Siçanları İsveçrədə yaşamış bir ailənin genindən yoluxdurub xəstələndirmişdilər. Yəni ki, bu məsələdə həmin ailə siçanla qan qohumu olmuşdu. İndi həmin siçanların da verdiyi bütün nəsildə neyron funksiyasının və yaddaş pozuntusu, yeni şəraitə uyğunlaşa bəlməmək kimi irsi əlamətlər əmələ gəldikcə onlar yaddaşı möhkmləndirən dərmanları yoxlamağa yararlı olurlar.
Siçanlardan başqa daboratoriyalarda dovşanlar da insan xəstəliklərinin «dərdini çəkir». Dovşanları cərrahi əməliyyat tələb olunan hallarda, orqanları müşahidə etmək lazım gəldikdə istifadə edirlər. İri, ətli-canlı dovşanlar tələbə bioloqların canlı gəlinciyinə sevrilir.
Donuzlar, stress və biz
Adam dərdlərini belinə şələməyinə baxmayaraq gəmiricilər insanlan çox uzaqdırlar. Fizioloji baxımdan donuzlar insana nisbətən daha yaxındı. Bəzi insan xəstəliklərinin kəşfi donuzlar üzərində təcrübələrdən alınıb. Bədənin hipertermiyası ilk dəfə insanda təsvir edilib. Əməliyyat zamanı narkoz altında olan xəstədə tempraturun artması və qıc olmalar başlayır ki, bu da xəstənin ölümü ilə nəticələnir. Bir neçə onilliklər boyu xəstələr cərrah bıçağı altında bu səbəbdən ölürdü. Yalnız 20-ci əsrin ortalarında xəstəliyin donuzlarda da olduğu müşahidə edildi. Xəstəni sağlam heyvandan ayırmaq üçün fermerlər donuzlara uyuşdurucu qaz verirdi. Xəstə donuzlar «narkoz»dan ayılmırdı. Donuzlaın bu xəstəliyi araşdırılıb əlacı tapılandan sonra cərrah bıcağı altında ölənlərin də sayı azıldı. Atlar da bu xəstəliyə yoluxur, amma xəstəliklərin təcrübi yolla araşdırılmasında atlardan istifadə etmirlər. Atlar bahalıdır və cəmsiyyətdə insana yaxın mövqedə oturuşub.
İşıq saçan meymunlar
İnsanabənzər məməlilər- şimpanze, qorilla, oranqutanı isə psixi funksiyaların, şəxsiyyət problemlərinin, tərbiyə üsullarının təcrübədən keçirilməsində işlədirlər. Yəni ki, insanın psixi əzablarını ən yaxın qohumlarına yaşadırlar. Ulduz kimi parlamaq və məşhur olmaq kimi insan sevinclərini də əntər meymununun qismətinə düşüb. Erik Sasakinin başçılığı altında keçirilən təcrübələrin nəticələrini bütün dünya heyranlıqla oxudu. Gen «məşğələləri» yaponların da sevdiyi işlərdəndi. Onlar meymunların geninə virus vasitəsilə yaşıl fluoressent zülal yerləşdirməklə ultrabənövşəyi şüa altında dərisinin bəzi yerləri yaşıl işıq verən 5 meymun balası almışdılar. Meymunçaların sümükləri və dərisi də yaşıl işıqla iışqlanırdı. Alimlər gələn dəfə onların beyninə soxulmaq istəyir.
Milçəklər uça bilməyəndə insanları xilas edirlər
Adıçəkilən təcrübələrdən sonra laboratoriyalarda işlədilən milyonlarla balıq və qurbağaların adını çəkmək lap xırdaçılıq olardı. Nobel laureatı Rocer Sperri görmə sistemininin kimyəvi əsaslarını kəşf edəndən bəri, yəni keçən əsrin əvvəlindən qurbağalar insan gözlərinin əzabını öz boyunlarına götürüb. Eləcə də balıqlar kiçik və tez artan olduqlarına görə simic insanların maraqlarının qurbanı olurlar. İnsan həyatının çatışmazlıqlarını təkcə onurğalı heyvanlarda deyil, təkamül pilləsində şüurlu insandan çox uzaqda olan canlılarda öbyrənmək olur. Parkinson xəstəliyini milçəklərdə öyrənmək olur. Sən demə onların da lap insanı xəstəlikləri olurmuş. İlk təcrübələrdən məlum oldu ki, kənd təsərrüfatında işlədilən kimyəvi maddələr genləri aldadıb hərəkət aparatını sıradan çıxaran dopamin kimi təsir edir.
Sərxoş soxulcanlar
İnsanı öyrənmək mərhələsində soxulcanların da rolu böyükdür. Soxulcan ilk çoxhüceyrəli orqanizmdir ki, onun genomu tam açılıb. İndi yazıq soxulcanlar alkoqol alidəçilərinin əzablarına görə cavab verərək alkoqolun orqanizmə təsiri təcrübələrində insanı uğurla əvəz edirlər. Bir də görürsən ki, soxulcan da insan kimi alkoqolun müəyyən dozasına öyrəşir və onu qəbul edəndən sonra sərxoş olmur. Prosesi mikroskop altında öyrənən alimlər də soxulcanı içirdəndən sonra işləməyən geni ifşa edərək içməyəndə də adamı sərxoş edə bilən genləri aşkar ediblər.
Nəticələr tələsik lazımdısa alimlər insanı xəmiri şişməyə vadar edən maya hüceyrələrindən də istifadə edirlər. Mayanın insan bədənində şişlərin yaranma prosesində yaxından iştirak etməsi aşkarlanıb. Əlbəttə, alınan elmi nəticələr daha mürəkkəb orqanizmlərdə təcrübədən keçirilməlidi. Bəyəm hər gün yediyimiz çörəkdə həmin bu maya hüceyrələri öz işini görmür ki? Sonra xstəliklərimizin səbəbini axtarmaqla yazıq canlıları zülmə qatırıq.
Heyvanların kütləvi iztirabı qaçılmazdı?!
Heyvanlar üzərində təcrübə aparmaq üçün icazə almağa xüsusi hazırlıq keçmək lazımdı. Deyilənə görə təcrübə masasına düşmüş heyvanları xüsusi müəəssisələr yetişdirir. Hətta bu müəssisələrin hamısında heyvanların hüquqlarını qoruyan xüsusi komissiyalar da var. Onlar təcrübələri böyük səylə izləyir və heyvanların əzab çəkməsinə, ifrat diskomfort hiss edib qorxu çəkməsinə guya ki, imkan vermirlər. Əgər təcrübədə hər hansı bir hərəkətin qabaqcadan icazəsi alınmayıbsa həmən firmanın çox böyük problemləri ola bilər. İnsan əzablarını belinə şələmiş heyvanlar xüsusi şəraitdə saxlanır, lazım olduğu kimi yedirilib suvarılır və təcrübənin sonunda ən humanist addım kimi əbədi yatızdırılırlar. İnsan hələ ki, öz problemlərinin həllində bundan yaxşı çıxış yolunu tapa bilməyib. Ona görə də heyvanların, canlıların əzabları artdıqca dünyada heyvanların müdafiə cəmiyyətləri durmadan artır. Onlar təcrübələrin modernləşdirilməsini tələb edərək heyvanları rahat buraxmağı tələb edirlər. Amma əczaçılıqda insanları ölümdən qurtaran hələ ki, yeganə vasitə heyvan və həşəratların kütləvi iztirablarıdır. İnsanlar azğınlaşanda yiyəsiz qalmış adamları, kimsəsizləri də təcrübə obyekti kimi cəlb edir və bunun adını yeni texnologiyalar qoyurlar.
P.S. Yazı bitməyinə bitib, amma onu bu günlərdə İnternetdə müşahidə etdiyim səhnələrlə ha çalışsam da uzlaşdıra bilmirəm. Orda ölü doğulmuş, ya da bilərəkdən öldürülmüş insan balasının kəsilərək ondan şorba bişirilməsi mərasimini öz gözlərimlə gördüm. Kadrlarda deyilirdi ki, guya bu, Yaponiyanın milli mərasimlərindən biridir və çoxlu görüntülər bunun iydurma olmadığını deyirdi. Videoda iri qabda körpə başı üzən şorbanın içindən qaşıqla budu götürüb sonra qabında onun sümüklərini sümürən kişini müşahidə etdikdən sonra insanın qəddarlığının həddini anlamaq olur. Belə baxanda öz balasını yeyə bilən insan xeyrinə görə niyə də heyvana zülm verə bilməsin ki? Onu bu yoldan çəkindirən nə ola bilər?

Yuxariya doğru