Vicdan sızıldayanda
İnsan sağlamlıq 
          və gözəllik naminə böyük qurbanlar verir
          
 
           Bütün 
          normal adamlar kimi mən də sağlam olmaq istəyirəm. Gözəl də görünmək 
          yaxşı olardı. Sağlam və gözəl olmaqçün elmin nailiyyətlərindən də çiyrənmirəm. 
          Lazım olsa dərman da atıram, dərimin qocalmasının qarşısını almaqçün 
          kosmetik vasitələrdən də yararlanıram. Bütün bunları insanlar kəşf edib 
          və insanlar da işlədir. Ona görə də bütün normal adamlar kimi sağlamlıq 
          və gözəllik naminə aparılan təcrübələrin humanist addım olduğuna sidq 
          ürəkdən inanıram. Amma humanist addımlara görə başqa canlıların əzab 
          çəkdiyini düşünmək istəməzdim. Əgər normal olsaydım yəqin ki, belə də 
          olardı. Arabir anormallıq etmək də olar.
          Sağlamlıq naminə ağlasığmaz əzablar
          Hamı bilir ki, hər yeni dərmanın yaranması minlərlə heyvann həyatı bahasına 
          olur. Düzdü, bu fikirlər beynimizə xəstə vaxtı həbi ağzımıza aparanda 
          gəlmir. Sonra, yəni xəta sovuşanda bir növ vicdanımız sığıldayır. Ona 
          görə də canlılarnı kütləvi şəkildə məhvinin qarşısını almağı hələ ki, 
          ağlımıza gətirə bilmirik. 
          Hamıya məlumdu ki, yeni dərman yaratmağa illər sərf edilir. Dərman alınandan 
          sonra isə yeni məhsulun testdən keçirilməsi çox vacib mərhələdi. İstər 
          dövlət, istər universitet, ya da tədqiqi laboratoriya işinin ayrılmaz 
          bir hissəsi heyvanlar üzərində təcrübələrsiz başa gəlmir. Dəqiq rəqəmlər 
          demək çətindi, amma təxminən hər il 50-100 miloyn məməli heyvan insan 
          təcrübələrinin qurbanı olur. Heyvanları yeni dərmanlara, yeni təbabət 
          üsullarına, kosmetikanın testdən keçirilməsinə, məişət kimya məddələrinin 
          zəhərlilik dərəcəsinə qurban veririk. Bu məsələ elmi irəli dartmaq istəyənlər 
          və hümanitar qurumlar arasında hələ ki, həlledilməz maneə kimi durub. 
          Heyvanlar üzərində təcrübələr hansı nəticələri verir? Siçan və milçəklərdən 
          alınmış nəticələr insana da eyni dərəcədə aid edilə blərmi?
           Kosmosu insandan əvvəl heyvan görüb
           İnsanın quruluşunu yaxşı anlamaq üçün heyvanlar üzərində təcrübələri 
          hələ Qədim Yunanıstanda aparırlırdı. O zamanlar bu, elmi addım idi və 
          prosesi təsvir edən çoxlu qravürlər salamat qalıb. İnsan naminə heyvanların 
          zülmü eramızdan əvvəl 4-cü, 3-cü əsrlərə gedib çıxır. Aritotel də elm 
          naminə heyvanlara zülm verərdi. Qalen donuz və keçilər üzərində təcrübələr 
          apardığından onun adını «Viviseksiyann atası» qoyublar. Viviseksiya 
          elm məqsədilə heyvanların yarılmasına deyilir. 19-cu əsrlə Lui Paster 
          Sibir xorasına yoluxdurulmuş qoyunlar üzərində təcrübələr aparırdı. 
          Həmişə heyvanı qabağa verdiyimizdən kosmosu də insandan əvvəl it, triton 
          kərkəntələsi və meymun görüb. Bu sırada insan ən axırda gəlir. 
           İnsan dərdini çəkən siçanlar
           Bu günün ən əzabkeş elm qurbanı siçandı. «Rattus norvegius» 
          kimi gözəl adla çağırılan və yenə ən adi siçan kimi qalan bu heyvana 
          borcumuz böyükdü. Təcrübələr üçün 200-dən artıq siçan növü yetişdirilib. 
          Məsələn, təbiətdə heç rast gəlinmyən bir siçan növü laboratoriyalarda 
          gəzişir ki, hipertonik təzyiqin kəskin artması dərdlilə yaşayır. Keçən 
          əsrin 60-cı illərindən adam dərdi çəkən bu siçanlar birdən birə hipertonik 
          kriz keçirir və sonra adamların tapdığı dərmanı qəbul edib ya ölür, 
          ya da bir az dirçəlir. Hipertoniayaya meylli siçanların xəstəliyi artıq 
          doğuluşdan 5-6 həft keçmiş özünü göstərir. Bu yazıq xəstələrin təzyiqi 
          lap adamların təzyiqi qədər olur. Yetkin yaşa çatanda bu siçanlar hipertoniya 
          xəstəsi kimi ürək-damar problemlərilə yaşayır və bəzən də insultdan 
          keçinirlər. Hipertonik siçanlardan əlavə epilepsiyalı siçan növü də 
          yetişdirilib. Onlar əsəb sisteminin gərginliyi və neyronların zəif aktivliyilə 
          seçilir. Ona görə də kəskin bir səs, zəng səsi, açarın yerə düşəndə 
          çıxardığı cingilti bu siçanların beynini qıcıqlandırır. Bundan sonra 
          siçan ağ xalatlı cəlladının gözü qarşısında epileptik tutmaya düşür. 
          Ürəyinə rəhm gəlsə insan ona yeni yaratdığı dərmanlardan birini verib 
          yazığı əzabdan qurtarır. 
          Deyirlər ki, siçovulun geni Homo Sapiens lə 90 faiz üst-üstə düşür. 
          Bizi siçovuldan cəmi 10 faizlik fərq ayırır. Təgrübə sahəsində bu çox 
          böyük fərq sayılır. Çünki siçovul bədənindəki zəhəri insandan daha tex 
          çıxara bilir. Ona görə də məişətdə biz siçovulları nə qədər zəhərləsək 
          də tamailə təmizləməkdə aciz qalırıq. Ona görə də siçovullarçün zərərsiz 
          sayılan dərmanı yenidən insan üzərində də təcrübədən keçirmək lazım 
          gəlir. 
          70-ci illərin sonundan bəri siçanlar genetik qohumları siçovulları laboratoriyalardan 
          sıxışdırıb çıxardılar. Çünki kiçik obyektdə gen üzrə dəyişiklilər aparmaq 
          daha asandı. Təcrübi dərman az işlənir, nəsil vermə dövrü qısadır. İnsanın 
          dəlisov həyat tərzi bu şərtləri diqtə edir ki, nəticələr də tez alınsın. 
          İlk transgen heyvan da siçan olub. 1974-cü ildə Rudolf Ceniç meymun 
          virusunu siçan embrionuna yerləşdirməklə bu sahənin pioneri oldu. İndi 
          gen dəyişikliyi edilmiş yüzlərlə siçan növü var. Allah o gündən saxlasın 
          ki, bu siçanlar qəfəslərində çıxıb təbitə qovuşaraq həyatımızı soxulsunlar. 
          
          Lazım olarsa siçanı əsil insan azarı sayılan Alsqeymer xəstəliyinə də 
          yoluxdururlar. Yaddaşın tam silinməsilə nəticələnən bu xəstəlik gen 
          səviyyəsində irsi şəkildə ötürülür. Siçanları İsveçrədə yaşamış bir 
          ailənin genindən yoluxdurub xəstələndirmişdilər. Yəni ki, bu məsələdə 
          həmin ailə siçanla qan qohumu olmuşdu. İndi həmin siçanların da verdiyi 
          bütün nəsildə neyron funksiyasının və yaddaş pozuntusu, yeni şəraitə 
          uyğunlaşa bəlməmək kimi irsi əlamətlər əmələ gəldikcə onlar yaddaşı 
          möhkmləndirən dərmanları yoxlamağa yararlı olurlar. 
          Siçanlardan başqa daboratoriyalarda dovşanlar da insan xəstəliklərinin 
          «dərdini çəkir». Dovşanları cərrahi əməliyyat tələb olunan hallarda, 
          orqanları müşahidə etmək lazım gəldikdə istifadə edirlər. İri, ətli-canlı 
          dovşanlar tələbə bioloqların canlı gəlinciyinə sevrilir.
          
 
           Donuzlar, stress və biz
           Adam dərdlərini belinə şələməyinə baxmayaraq gəmiricilər insanlan 
          çox uzaqdırlar. Fizioloji baxımdan donuzlar insana nisbətən daha yaxındı. 
          Bəzi insan xəstəliklərinin kəşfi donuzlar üzərində təcrübələrdən alınıb. 
          Bədənin hipertermiyası ilk dəfə insanda təsvir edilib. Əməliyyat zamanı 
          narkoz altında olan xəstədə tempraturun artması və qıc olmalar başlayır 
          ki, bu da xəstənin ölümü ilə nəticələnir. Bir neçə onilliklər boyu xəstələr 
          cərrah bıçağı altında bu səbəbdən ölürdü. Yalnız 20-ci əsrin ortalarında 
          xəstəliyin donuzlarda da olduğu müşahidə edildi. Xəstəni sağlam heyvandan 
          ayırmaq üçün fermerlər donuzlara uyuşdurucu qaz verirdi. Xəstə donuzlar 
          «narkoz»dan ayılmırdı. Donuzlaın bu xəstəliyi araşdırılıb əlacı tapılandan 
          sonra cərrah bıcağı altında ölənlərin də sayı azıldı. Atlar da bu xəstəliyə 
          yoluxur, amma xəstəliklərin təcrübi yolla araşdırılmasında atlardan 
          istifadə etmirlər. Atlar bahalıdır və cəmsiyyətdə insana yaxın mövqedə 
          oturuşub.
           İşıq saçan meymunlar
           İnsanabənzər məməlilər- şimpanze, qorilla, oranqutanı isə 
          psixi funksiyaların, şəxsiyyət problemlərinin, tərbiyə üsullarının təcrübədən 
          keçirilməsində işlədirlər. Yəni ki, insanın psixi əzablarını ən yaxın 
          qohumlarına yaşadırlar. Ulduz kimi parlamaq və məşhur olmaq kimi insan 
          sevinclərini də əntər meymununun qismətinə düşüb. Erik Sasakinin başçılığı 
          altında keçirilən təcrübələrin nəticələrini bütün dünya heyranlıqla 
          oxudu. Gen «məşğələləri» yaponların da sevdiyi işlərdəndi. Onlar meymunların 
          geninə virus vasitəsilə yaşıl fluoressent zülal yerləşdirməklə ultrabənövşəyi 
          şüa altında dərisinin bəzi yerləri yaşıl işıq verən 5 meymun balası 
          almışdılar. Meymunçaların sümükləri və dərisi də yaşıl işıqla iışqlanırdı. 
          Alimlər gələn dəfə onların beyninə soxulmaq istəyir.
           Milçəklər uça bilməyəndə insanları xilas edirlər
           Adıçəkilən təcrübələrdən sonra laboratoriyalarda işlədilən 
          milyonlarla balıq və qurbağaların adını çəkmək lap xırdaçılıq olardı. 
          Nobel laureatı Rocer Sperri görmə sistemininin kimyəvi əsaslarını kəşf 
          edəndən bəri, yəni keçən əsrin əvvəlindən qurbağalar insan gözlərinin 
          əzabını öz boyunlarına götürüb. Eləcə də balıqlar kiçik və tez artan 
          olduqlarına görə simic insanların maraqlarının qurbanı olurlar. İnsan 
          həyatının çatışmazlıqlarını təkcə onurğalı heyvanlarda deyil, təkamül 
          pilləsində şüurlu insandan çox uzaqda olan canlılarda öbyrənmək olur. 
          Parkinson xəstəliyini milçəklərdə öyrənmək olur. Sən demə onların da 
          lap insanı xəstəlikləri olurmuş. İlk təcrübələrdən məlum oldu ki, kənd 
          təsərrüfatında işlədilən kimyəvi maddələr genləri aldadıb hərəkət aparatını 
          sıradan çıxaran dopamin kimi təsir edir. 
           Sərxoş soxulcanlar
           İnsanı öyrənmək mərhələsində soxulcanların da rolu böyükdür. 
          Soxulcan ilk çoxhüceyrəli orqanizmdir ki, onun genomu tam açılıb. İndi 
          yazıq soxulcanlar alkoqol alidəçilərinin əzablarına görə cavab verərək 
          alkoqolun orqanizmə təsiri təcrübələrində insanı uğurla əvəz edirlər. 
          Bir də görürsən ki, soxulcan da insan kimi alkoqolun müəyyən dozasına 
          öyrəşir və onu qəbul edəndən sonra sərxoş olmur. Prosesi mikroskop altında 
          öyrənən alimlər də soxulcanı içirdəndən sonra işləməyən geni ifşa edərək 
          içməyəndə də adamı sərxoş edə bilən genləri aşkar ediblər. 
          Nəticələr tələsik lazımdısa alimlər insanı xəmiri şişməyə vadar edən 
          maya hüceyrələrindən də istifadə edirlər. Mayanın insan bədənində şişlərin 
          yaranma prosesində yaxından iştirak etməsi aşkarlanıb. Əlbəttə, alınan 
          elmi nəticələr daha mürəkkəb orqanizmlərdə təcrübədən keçirilməlidi. 
          Bəyəm hər gün yediyimiz çörəkdə həmin bu maya hüceyrələri öz işini görmür 
          ki? Sonra xstəliklərimizin səbəbini axtarmaqla yazıq canlıları zülmə 
          qatırıq.
           Heyvanların kütləvi iztirabı qaçılmazdı?!
           Heyvanlar üzərində təcrübə aparmaq üçün icazə almağa xüsusi 
          hazırlıq keçmək lazımdı. Deyilənə görə təcrübə masasına düşmüş heyvanları 
          xüsusi müəəssisələr yetişdirir. Hətta bu müəssisələrin hamısında heyvanların 
          hüquqlarını qoruyan xüsusi komissiyalar da var. Onlar təcrübələri böyük 
          səylə izləyir və heyvanların əzab çəkməsinə, ifrat diskomfort hiss edib 
          qorxu çəkməsinə guya ki, imkan vermirlər. Əgər təcrübədə hər hansı bir 
          hərəkətin qabaqcadan icazəsi alınmayıbsa həmən firmanın çox böyük problemləri 
          ola bilər. İnsan əzablarını belinə şələmiş heyvanlar xüsusi şəraitdə 
          saxlanır, lazım olduğu kimi yedirilib suvarılır və təcrübənin sonunda 
          ən humanist addım kimi əbədi yatızdırılırlar. İnsan hələ ki, öz problemlərinin 
          həllində bundan yaxşı çıxış yolunu tapa bilməyib. Ona görə də heyvanların, 
          canlıların əzabları artdıqca dünyada heyvanların müdafiə cəmiyyətləri 
          durmadan artır. Onlar təcrübələrin modernləşdirilməsini tələb edərək 
          heyvanları rahat buraxmağı tələb edirlər. Amma əczaçılıqda insanları 
          ölümdən qurtaran hələ ki, yeganə vasitə heyvan və həşəratların kütləvi 
          iztirablarıdır. İnsanlar azğınlaşanda yiyəsiz qalmış adamları, kimsəsizləri 
          də təcrübə obyekti kimi cəlb edir və bunun adını yeni texnologiyalar 
          qoyurlar.
          P.S. Yazı bitməyinə bitib, amma onu bu günlərdə İnternetdə 
          müşahidə etdiyim səhnələrlə ha çalışsam da uzlaşdıra bilmirəm. Orda 
          ölü doğulmuş, ya da bilərəkdən öldürülmüş insan balasının kəsilərək 
          ondan şorba bişirilməsi mərasimini öz gözlərimlə gördüm. Kadrlarda deyilirdi 
          ki, guya bu, Yaponiyanın milli mərasimlərindən biridir və çoxlu görüntülər 
          bunun iydurma olmadığını deyirdi. Videoda iri qabda körpə başı üzən 
          şorbanın içindən qaşıqla budu götürüb sonra qabında onun sümüklərini 
          sümürən kişini müşahidə etdikdən sonra insanın qəddarlığının həddini 
          anlamaq olur. Belə baxanda öz balasını yeyə bilən insan xeyrinə görə 
          niyə də heyvana zülm verə bilməsin ki? Onu bu yoldan çəkindirən nə ola 
          bilər?
Qadın baxışı