Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Dünyaların savaşı

Təbiətdə də gender problemi, manyaklar, zorakılıq, qətllər və hətta abortlar da olur

Hamıya məlum statistika var, adamlar cinayətlərlə çox maraqlanır. Görürsən ki, həyatda qarışqanı tapdamağa ürək eləməyən bir adam üçün gecənin qaranlığında qanlı trillerə, ya da dəhşət filmlərinə baxmaq bir növ istirahət kimidir. O, ekranın qarşısında pürrəngi çayı buxarlandıraraq tum çırtlayır və tükü tərpənmədən caninin necə baş kəsdiyinə ləzzətlə tamaşa edir. Bütün kütləvi informasiya vasitələrində kriminal xəbərləri ən çox oxunan bölmədir. Mədəniyyət şöbəsinin işçisi xəbəri maraqlı etmək üçün baş sındıran zaman kriminal müxbiri «bu gün zorlamanı verim, yoxsa bıçaqlanmanı» deyə fikirləşib çoxsaylı xəbərlərdən seçim etməli olur. Cinayətlərə olan bu ehtiras insanlarda hardandı? Bəziləri düşünür ki, bu ifrat dərəcədə pozulmuş insan cəmiyyətinin təzahürləridir. Bu fikrin doğruluğunu sübuta yetirməkçün təbiətə müraciət edək. Burada bütün sualların cavabı var.
Sadizm, yoxsa həyat uğrunda mübarizə?
İnsan sapmaları içərisində sadizm, yəni başqasına ağrı verməkdən həzz almaq marağı nisbətən cavan cinayətlərdən sayılır. Markiz de Sad bədii əsərlərində ağrılı, qanlı, hətta ölümlə nəticələnən seksuual səhnələri təsvir edəndən sonra insanlar elə bil ki, bunu gözləyirmiş kimi başqasının ağrısından ləzzət almağa başladılar. Elə bil bundan sonra qurbanını qaçırıb illər uzunu gizləyən, hər gün yemək yeyirmiş kimi eyni saatda ona əziyyət verib, qan çıxarıb sonra yenidən onu otaqda bağlayan zorakılar əmələ gəlməyə başladı. Bəyəm Markiz de Sad «Gülyetta»sını yazana qədər cəmiyyətdə belə hadisələr olmurdu?
Məktubların birində Darvin etiraf edir ki, ixnevmonid adlı canlının həyat tərzini öyrənəndən sonra ürəyində Allahın rəhmdilliliyi barədə şübhələri əmələ gəlməyə başlayıb. Bu heyvanlar başqa canlının bədənində inkişaf edərək, onu içəridən yeyərək artıb törəyirlər. Zərqanadlı fəsiləsindən onlan bu həşəratlar sadist həyat tərzi sürürlər. Onlar yumurtalarını soxulcan, yaxud hörümçəyin bədəninə qoymazdan əvvəl onun əsəb sinirlərini iflic edir. Az sonra yumurtadan çıxmış surfələr hələ yaşayan bədənin orqanlarını içəridən yeməyə başlayır. Amma onlar əvvəl nistəbətən az lazımlı orqandan başlayır ki, «yemək» boyat olmasın, ya da ölüb süfrələrini murdarlamasın. Əvvəl piy qatı, əzələlər, mədə-bağırsaq və cinsi orqanlan yeyilir. Zəbt edilmiş canlının ən vacib orqanların yeyilməsi axıra saxlanır ki, o ölməsin. Sonra bu heyvan hələ ölməmiş onun bədənindən sürfələr dərisini deşib bayıra çıxır və müstəqil həyata başlayırlar.
Şir parçalamaq, ceyran qaçmaq üçündür
Deyə bilərsiz ki, bu qəddarlıq yox, yaşamaq uğrunda mübarizədir. Məsələn şir öz şikarını qəddar olduğuna görə yox, yemək istədiyinə görə parçalayır. Onun tükürpədici dizaynlı dişləri şikarı qorxutmaq yox, yemək üçündür. İnsan şirin iti dişlərini görən kimi özünü şikar kimi hiss edərək tir-tir əsməyə başlayır. Amma həmin insan orxideya gülünü görəndə qorxu keçirmir. Çünki onun görkəmi göz oxşayandır. Amma orxideyaların bəzi növləri var ki, nəinki şir, hətta ən məkrli insanlar ona həsəb apara bilər. Orxideyalar özlərini heyvanlara bənzətməyi sevir. Xüsusilə də bayaq adını çəkdiyimiz qəddar sürfələrin şikarı olan hörümçəklərə. Sadist sürfələr çiçəkləri hörümçəyə bənzədərək ona hücum edir və nəticədə orxideyanın istədiyi kimi gülün tozlandırılmasına xidmət edirlər. İnsan dilinə çevirsək orxideya sadist sürfələrin bu zəifliyindən öz xeyrinə istifadə edir.
Əslində normal, ağlı başı yerində olan bioloqun təbiəti xeyirxah və qəddarlara bölmək heç ağlına da gəlməz. Burda bir qanun işləyir, bu da evolyusiyaya, təkamülə xidmət edir. Təkamül nəzəriyyəsi öncəgörməlik edir ki, qatil və onun qurbanının arasında bir vaxt Sovetlər və ABŞ arasında gedən gizlin silahlanma kimi bir proses getməlidi. Bu ideyanı rəhbər tutaraq indi viruslar və insan, insan və yadplanetlilər kimi mövzularda filmlər yaranır. Məsələn, «Dünyaların müharibəsi» adlı filmi seyr edənlər yadplanetlilərin insanları necə yeməsini, qanını torpağa səpələməsini və onlara qarşı hes bir silah olmadığını filmin axırınacan seyr edib bəlkə də ruh düşgünlüyünə düşə bilərdilər. «Həppi end» ə ümid qalmamışdı. Amma filmin sonunda möhtəşəm texnikalı, kamil məxluqları insan qanında yaşayan viruslar, toksinlər, gözəgörünməz canlılar məhv elədi.
Körpələr erkəklərin şəhvətinə qurban gedir
Qəddarlıq insanın kəşfi deyil. Təbiətdə infantisid adlı hadəsələr bunu sübut edir. Təbiətdə olur ki, balası olan dişini əldə etməkçün erkəklər başqa erkəkdən olan balaları öldürürlər. Məsələn, erkək şirlər sürüdə hakimiyyəti ələ alandan sonra bütün dişilərin sahibin çevrilən kimi əvvəlki başçının balalırınnı məhv edirlər. Necə deyərlər ilk qanlı fərman körpələrin məhvinə yönəldilir. Yeni rəfiqə statusunu almış ana şirlər bu prosesə mane ola bilmir. Bir növ kimi bu şirlərin ziyanınadır, çünki sayları azalır. Amma uşaq qatilinin hesabına görə rəfiqələri balasız qalan kimi yenədən balalamağa hazır olur. Gördüyünüz kimi təbii seçmə nə əxlaq, əbəd qaydaları, nə də növün artması üçün çalışmır. O, simasız təbii qüvvədir və heç kim onun qarşısında «konstitusiya»nı yelləyib abrını ətəyinə bükə bilməz. Bala öldürmə təkcə yırtıcı heyvanlarda deyil, həmişə xeyirxahlıq simvolu sayılan delfinlərdə də olur. Onlarla erkək bircə balasını yanına salıb qaçmağa çalışan dişi delfini kilometrlərlə təqib edə bilir. Nə qədər ki, dişinin balası sağdır, erkəklər sanki bir nəfər kimi balanın məhvinə çalışırlar. Balanın didib dağıdandan sonra öz aralarında rəqabət başlayır və cəmi bir erkək balası öldürülmüş dişiyə yaxınlaşmağa haqq qazanır.
Təbiət mərhəmət tanımır
Quşlar və məməlilər arasında isə öz bacı və qardaşlarını öldürmə, sublisid halları çox yayılıb. Məsələn Afrika qara qartalının dişisi əvvəldən 2 yumurta qoyur. Onlardan biri mütləq ehtiyat yumurta kimi nəzərdə tutulub. Bu qartallar yumurtanı çıxarmağa 45 gün ərzində böyük enerji sərf edirlər. Ona görə də onların 2 cücəni böyütməyə halları qalmır. Yumurtalar bir-neçə gün intervalı ilə qoyulur ki, birincisi şikəst olsa ikincinin yaşamaq şansı olsun. Böyük qardaş kiçiyinin yumurtanı deşib çıxdığı zaman halı yaxşı olsa o qardaş, ya da bacısını dimdikləyərək ata-anasının gözü qarşısında öldürür. Başqa quşlarda isə bu proses yemək çatışmayan vaxtlarda ortaya çıxır.
Təbiət çox qəddar ola bilir, yəqin olmalıdır da. İlan şikarını bir uduma diri-diri içəri ötürməlidir, yırtıcı isə bir tullanışa şikarın ən zəif yerini dişinə keçirməlidi. Canavarlarda bir-neçə cəhdə şikarını tuta bilməyən fərdi sürü başçılığından uzaqlaşdırırlar. Hətta ona yeməyə bir tikə də vermirlər. O, sürüdən uzaqda yaşamalıdır və ölməyə məhkumdur. Şikarını bir zərbəyə öldürən heyvan bunu mərhəmət hissindən etmir. O özünə yaralı olmağı icazə verə bilməz. İndi alacağı kiçik cızıq sonra böyük problemə sevrilə bilər deyən o, dəqiq və sərt olmalıdır. Hətta dilsiz-ağızsız görünən, özünü tikanlarla təminatlı hiss edən kirpi də şikarını lap şirlər kimi ortadan yeməyə başlayır.
Təbiətdə gender problemi
İnsan cəmiyyətində cinayətlərin çox hissəsi cinsi zəmində baş verir. İnsan xəyanəti bağışlamır, qısqanır, natatmamlıq komplksi keçirir və həmişə də tərəf müqabili ilə elan edilməmiş müharibə aparır. Təbiətdə isə bu gələcək nəslin böyüdülməsində dişi və erkəklərin rolu ilə bağlı olur. Erkək trilyon spermatozoid istehsal edib yüzlərlə dişini mayalandıra bilər. Amma dişinin yumurta hüceyrələri məhduddur deyən həmişə dişi reproduksiya potensialı defisit sayılır. Ona görə də daha çox dişiyə qalib gəlmiş erkək və seçimində özünü ciddi aparmaq dişi ən yaxşısı sayılır. Hətta hermofradit, yəni həm dişi, həm də erkək ola bilən canlılarda erkək olmaq uğrunda çarpışma gedir. Zamanı çatanda hamı penişini nümayiş edərək «qılınc davasını» çıxır və o birisinin orqanın dişləyib dişi rolunda olmağa müqavimət göstərir. Belə komik tamaşanı bioloqlar həvəslə izləməyi sevir. Qalib erkək, məğlub isə dişi olmalı olur.
Çox abırlı, hətta monoqam həyat sürən ördəklər adətən insan diliylə desək evcanlı olurlar. Amma erkək ördəklər qonşunun «arvadı»nı zorlamaq imkanını əldən verməz. Qonşu dişi ördəklərsə bacardığı kimi qorunmağa çalışırlar. Cəmiyyətdə olduğu kimi təbiətdə də dişilər təcuvüzdən qorunmaq üçün, ən yaxşı tərəf müqabilini seçmək üçün, zorakılığın qarşısını almaq üçün tədbir tökməli olur. Məsələn, erkəyin penisi saat istiqamətində burğu kimi qurulubsa dişi fərdlər saatın əks istiqamətində burğu yaratmaqla zorakılığın qarşısını almağa çalışırlar.
Dişilərin seksual zəmində yırtıcılıq etmək adəti də var. Bəzi çəyitkələrdə, hörümçəklərdə cinsi aktdan sonra, bəzən isə akt zamanı dişilər erkək fərdi yeyir. Bu zaman erkək nəinki müqavimət göstərmir, bəzən dişinin ağzına özü girir. Ömründə cəmi bir dəfə dişi ilə cütləşmək imkanı olduğundan hörümçək üçün ardını yaşamağın mənası olmur. Amma dişini yedirməklə hes olmasa gələcək nəslinin qayğısına qalmış olur. Erkəklər zorakılığı çox vaxt həcmcə dişidən böyük olduqda edir. Məsələn hovuz qurdu deyilən həşəratın erkəkləri cinsi akt zamanı özü suyun üstündə olub rahat nəfəs aldığı daman dişini suyun altına basır ki, havasızlıqdan zəifləyib müqavimət göstərməsin. Erkək aktı bitirəndən sonra da dişini nəfəs almağa buraxmır ki, başqa erkəklər ona yan ala bilməsin. Ona görə də dalbadal bir neçə akt dişini boğub öldürə də bilər. Buna müqavimət kimi dişi fərdlər zirehinin üstündə zolaqlar yaradıblar ki, erkəklər ondan rahat yapışa bilməsin.
Heyvanlar sevməyəndə abort edir
Təbiətdə olduğu kimi insan cəmiyyətində də sağ qalmağın əsas yolu nəsil vermə olduğundan şüurlu surətdə nəsil öldürmə, yəni abort yaxşı qəbul edilmir və bəzi ölkələrdə qadağan edilib. Amma təbiətdə də abort hallar olur. Məsələn iynəbalığının xasiyyəti belədir ki, gələcək nəsili də özü daşıyıb böyüdə, istəsə də ondan imtina edə bilər. Dəniz atı, dəniz əjdahasında da nəsil bəsləmək zülmü erkəklərin boynundadır. Amma cinsi əlaqədən hamilə qalan erkəyin seçim etmək şansı da var. O, «arvadını» bəyənməsə prosesdən sonra öz-özünə abort edə bilir. Ona görə də burada erkəklər Braziliya və Arqentina seriallarındakı kimi dişilər tərəfindən nəinki zəbt edilir, üstəlik onların simpatiyasını da qazanmalı olur ki, balaları çöldə qalmasın. Axı ideala rast gəlmək hər kişinin qisməti deyil. İnsanlarda da elədir. Zəhlən getdiyin qadının uşaqlarını da sevə bilmirsən, lap fırt eləyib burnundan düşsələr də. Kişilər uşaqlarının anasını sevməlidir!
Uşaqbazlıq, homoseksuallıq, qısqanclıq…
Heyvanat aləmində, xüsusilə də həşəratlarda manyaklıq çox tez-tez rast gəlinən hadisədir. Elə növ hörümçəklər var ki, təzəcə yumurtadan çıxmış balaları güdüb imkan tapan kimi yuvaya cumurlar. Onlar hələ nəsil verməyə hazır olmayan körpələri zorlayır və sonra qaçırlar. Həmin körpələr sağ qalarsa yetkinlik yaşına çatan kimi artıq hamilə olur və zorakının nəslini zorən davam etdirirlər.
Elə heyvanlar var ki, partnyorunun ürəyini almaq üçün çalaşmığı sevmir. Onlar dişini qaçırdır və yuvasında bağlayırlar. Onu zorən nəsil artırmağa məcbur edəndən sonra da rahat buraxmırlar. Cinsi orqanını xüsusi maddə ilə elə qapayırlar ki, başqa erkəklər ona yaxın düşə də bilmir. Buna qısqanclıq demək olarmı?
Təbiətdə də homoseksual münasibətlər olur. Amma onları məsğərəyə qoyub gülməyi sevən insan cəmiyyətindən fərqli olaraq təbiətdə canlılar Allahın yazdığını pozmaq cəhdindən sonra məhv olurlar. Onlar nəinki nəsil verə bilmir, hətta bir dəfə verilmiş həyatlarını da itirirlər. Axı heç kim onlara cənnət və cəhənnəmi vəd verməyib.
***
Yuxarıda deyilənlər cinayətlərin insan kəşfi olmadığını sübuta yetirsə də heyvanat aləmindən çox aralanmış insanların hələ də cinayətə olan meyllərini izah edə bilmir. Bəli, bizdə də zəifləri zorlayırlar. Amma aktdan sonra özünü həşərat kimi aparmış kişiyə yalnız biz bəraət qazandırırıq, qadını isə damğalayırıq. Qısqanclığından qadınını evdən bayıra buraxmayan kişiyə «Nəslinin qayğısına qalır» deməyə adamın dili gəlmir. Biz də qurdlardakı kimi qocalarımızı əldən düşəndən sonra qocalar evinə veririk. Amma buna görə dövləti söymək artıq bizim kəşfimizdir. İnsan dırnağı boyda həşəratın zorakılığa qarşı quraşdırdığı vasitələri tətbiq edə bilsəydi zorlananlar olmazdı. Həşərat olmadığımızı qafamıza birtəhər sığışdırsaydıq körpələri həyatın rənglərini görməmiş çirkinliyini görməyə məhkum etməzdik. Bir-birimizin canına daraşmazdıq, sadizmdən, qandan, göz yaşından ləzzət almazdıq. Onda «Mişar» adlı dəhşətli filmlərin serialı çəkilməzdi. Təbiətdəki cinayətlərin siyahısnı öyrəndikcə hamı anlayardı ki, onlar təkamülün çox aşağı səviyyəsindədir. Hətta insanın meymundan yarandığını deyən Darvin özü bu prosesə neçə milyard, trilyard illər sərf edildiyini dəqiq bilmir. Bu hesabla onların insan olacağına çox var. İnsan geriyə addımlamasa, cinayətlərdən imtina edə bilsə biz heyvanat aləmi ilə hansısa nöqtədə kəsişməməliyik. Heyvan üçün sadaladığımız cinayətlər sağ qalmağın yoludur, insan üçün isə geriləmə.

Yuxariya doğru