Bəşəriyyətin narkotik səhvləri
 
        Deyirlər ki, nə əkərsən, onu 
          da biçərsən. Bu məsəlin həqiqiliyini bağbanlar, əkin-biçinlə məşğul 
          olanlar lap yaxşı bilr. Üzü yaza torpağı becərirsən, sonra bəh-bəhlə 
          aldığın tərifli toxumu ora səpirsən və onün cücərəcəyi vaxtı gözləyirsən. 
          Olur ki, səpdiyin yox, tamam başqa bir şey çıxır. Məsələn, Soçidə 73 
          yaşlı bir xalanı məsuliyytə cəlb ediblər. Guya ki, o, bağçasında çətənə 
          becərirmiş. Amma xala and-aman edir ki, mağazadan keşniş toxumu alıb 
          və göyərti alveri edəcəkmiş. Xala deir ki, hər gün su verdiyi bitkinin 
          keşniş olduğunu bilməmişdi. Duymağı bacarsaydı yəqin ki, çətənə kolu 
          bir dodaq büzüb inciyərdi ki, mən də bitkiyəm, özümə görə tarixdə yerim 
          var. Hələ nə qədər insanların həyatına təsir göstərmişəm. Narkotik bitkinin 
          mənfi təsiri barədə bəlkə də minlərlə kitab yazılıb. Amma narkotikin 
          elm və incəsənətə təsirindən çox ehtiatla danışırlar, ya da bu mövzuda 
          susmağa üstünlük verirlər. Ona görə də tarixin qırışığını açıb içində 
          eşələnmək pis olmazdı. 
           Şüurun filterlərini vaxaşırı yumaq lazımdı
           Frensis Krik DNT-ni LSD (Lizergen turşusunun diaetilamidi) 
          təsiri altında kəşf edib. 1953-cü il, Kembric. Frensis Krik nəsə qışqıra-qışqıra 
          evinin kandarından özünü içəri atdı. Arvadı düşündü ki, ərinin başna 
          hava gəlib. Çünki bir-birinə sarılmış əks tərəfə fırlanan 2 spiral haqqında 
          nəsə anlaşılmaz sözlər deyirdi. Arvadı Odil Krikin xahişiylə təsvir 
          etdiklərinni şəklini çəkdi. Sonra həm evdə, həm də elmi fəaliyyətdə 
          tərəfkeş olan bu iki nəfər bara gedib tam sərxoş olanacan içdilər. Odil 
          nəyi qeyd etdiklərini anlamırdı, çünki bu, ərinin birinci hoqqabazlığı 
          deyildi. Sonralar bilindi ki, bir az əvvəl çəkdiyi şəkildəki spirallar 
          elm tarixində ən böyük hadisələrdən biri olacaq. O, insan DNT-sinin 
          ikqat spiralının təsvirini çəkmişdi. 
          50-60-cı illərdə Frensis Krik elmi tapıntılardan və Nobel adına mükafatlar 
          almaqdan azad qalan boş vaxtını narkotik çəkərək gecələrdə veyillənməkdə 
          keçirirdi. Narkotik sevən olduğunu da heç vaxt gizlətməzdi. Bunu aludəçilik 
          yox, narkotik eksperimentləri adlandırardı. Krikin bu kəşfini etmək 
          üçün gərək insanın analitik, nəzəri və fəza anlayışları, bilikləri olsun. 
          Əlbəttə, Krik məktəbi atıb özünü narkotikə vursaydı super dahi ola bilməzdi. 
          O, Oldos Xakslinin insan şüuru haqqında nəzəriyyəsinə valeh olmuşdu. 
          Xaksli hesab edirdi ki, şüurun bir neçə filtri var ki, abstrakt təfəkkürə 
          mane olur. Bu alimlərin hər ikisi hesab edirdi ki, LSD və meskalin kimi 
          narkotik effektli dərmanlar bu filterləri qısa müddətli olsa da aradan 
          qaldıra bilər. Lazergen turşusunu lazım olduğundan artıq qəbul edən 
          Krik əmindi ki, Yerdə həyat yadplanetlilərin təsiri altında baş qaldırıb.
           Freydin kokain qoxulu psixoanalizi
           Freydin psixoanaliz nəzəriyyəsi 20-ci əsrin ən ziddiyyətli 
          və ən təsirli nəzəriyyələrindən biridir. Bu nəzəriyyənin müsbət və mənfi 
          tərəfləri barədə uzun-uzadı mübahisə etmək də olar. Amma psixoanalizin 
          təbabətdə yeni istiqamət yaratdığını etiraf etməmək olmaz. Fredin karyerasının 
          ilk 10 ili başdan-başa kokain qoxulu idi. O, kokaini dostlarını məsləhət 
          verir. Sehirli toz vasitəsilə baş ağrılarını, soyuqdəyməni müalicə edir. 
          Hətta kiminsə yanaqlarının qızarmasını istədikdə təkidlə kokain iynəməyi 
          məsləhət verirdi. Kokaindən sonra o, arvadına məzəli məktublar yazırdı. 
          Burda o, söz verirdi ki, «damarlarında kokain qanı axan vəhşi kişinin» 
          əlində mum kimi olacaq qadına həyatı başa sala bilər. Freyd hətta «On 
          Cocaine» adlı kitab yazır və oxucuya əsas tezisini çatdırmaq isətəyir: 
          «Kokain nəsə ağlagəlməz bir şeydir. Sən mütləq onun dadına baxmalısan». 
          Dastlarından biri kokainin ucbatından vəfat edəndən sonra Freyd ağlını 
          başına yığıb sonralar bir tək onun adıyla bağlı olan nəzəriyyəsini yaratmağa 
          girişdi. Bioqraflar düşünür ki, bu nəzəriyyəninn yaranmasında Fredin 
          kokainli 10 illik təcrübəsinin silinməz izləri var. Karyerasının ikinci 
          aktında kokainin izləri hələ ki, silinməyib.
          Arvadına yazdığı məktublarda Freyd deyirdi ki, o, kokainli seks maşındır. 
          O, həmçinin yazırdı ki, «dilinin açılmasında» tamamilə narkotikə arxalanıb 
          və heç peşman da deyil. Bəzi alimlər inandırmağa çalışır ki, Freyd kokainə 
          başlamamışdın əvvəl emosional cəhətdən tamam boş, bir az da boz adam 
          idi. Kokain Freydin dilini açdı və onu hər şey barədə hər kəsə danışa 
          biləcək bir adama çevirdi. Ona görə də Freyd utanmadan anasına qarşı 
          keçirdiyi duyğulardan belə abırsızcasına danışa bilirdi. Kokain öz fanatlarına 
          fikir azadlığı, söz azadlığı bəxş edir. Bu azadlığı həyatın bahasına 
          almaq ağıllı hərəkət olmazdı. Freydi psixoanaliz fikrinə təhrik etmiş 
          dostu Fleyşil kokainin qurbanı oldu. Yaxud həm kokainin, həm də psixoanaliz 
          ideyasının.
          
 
           «Coca Cola» niyə sevilir?
           Ola bilər psixoanalizin kəşfi DNT-nin kəşfi ilə bir sırada 
          dayanmağa layiq deyil. Amma «Coca Cola» içənlər ikiqat spiralın nə olduğunu 
          biləndərdən daha çoxdur. Dünyanın ən məşhur brendlərindən olan «Coca 
          Cola» sadəcə şəkər və sudan ibarətdi. Amma onu ilə 400 milyard banka 
          istehsal edib dünyanın 200 ölkəsində uğurla satırlar. Orta hesabla hər 
          insan ilə 60 qab Cola içir. 1885-ci ildə əmələ gələndə isə Coca Cola 
          apteklərdə satılırdı. Fərz edilirdi ki, bu fışıldayan mayenin müalicəvi 
          keyfiyyətləri də var. İnsanlar inanırdı ki, Cola adamı həmişə şux və 
          sevgidə iştahalı edir. Coca Colanı kəşf edən farmasept Con Pemberton 
          icadnı hər şeyi sağalda bilən kol olan kokanın adına ithaf etmişdi. 
          Cənubi Amerikanın məşhur kolu depressiyadan tutmuş, nevrozacan, hətta 
          sofiyə aludəlikdən də qurtara bilərdi. Əslində koka kolunun yaraqlarından 
          kokain alırdılar və Freyd kimi Pemberton da onun müalicəvi xüsusiyyətlərindən 
          «qaladlanıb uçurdu». Freyd kimi Pemberton da «məcun»un keyfiyyətlərini 
          öz üzərində təcrübədən keçirmiş və ona heyran idi. Sonralar «Kola tiryəkin 
          ən yaxşı əvəzedicisidir» cümləsini ittihamlarda xatırladanda Con vaxtilə 
          narkoman olub morfidə oturduğunu boynuna almalı olmuşdu. Deiyrlər ki, 
          onun «məlhəminin» hər porsiyasındı 8, 45 milliqram kokain vardı. Bu 
          kokain iyləyən narkomanların porsiyasının dörddə bir hissəsidir. Kolanın 
          əsil fanatları bir oturuma 4-5 porsiya içməsələr ən çəkmirdilər. Amma 
          Coca Colanın tərkibindən kokain çıxarılandan sonra da insanların bu 
          içkiyə olan marağı nədənsə azalmadı. Əsil Coca Colanın təsiri altında 
          azılan incəsənət əsərlərinin sayını isə müəyyən etmək mümkün deyil.
           «Uğurlarımı xatırlamıram!»
           Beysbol oyunları tarixində cəmi 247 oyun olub ki, topu atan 
          rəqib komandaya ucundan tutacaq bir şans belə verməyib. Dok Ellis azsaylı 
          beysbolçulardan idi ki, belə «sehr» yapa bilib. Amma o, bu hadisəni 
          xatırlaya bilmir. Onun adını tarixə salacaq həmən gün Dok gün günorta 
          ayağa qalxdı. Ona elə gəldi ki, cümə günüdür. 3 tablet turşu (LSD-nin 
          küçədə bəzən belə adlandırırlar) qəbul etdi. Ona görə ki, «Wheaties» 
          komandasından yaman bezmişdi. Sonra rəfiqəsi gəlib şəmbə gününün qəzetlərini 
          gətirdi. Onda məlum oldu ki, bütün gümə cünü huşda olmayıb. Xəbərlər 
          bölməsində özü üçün xoş olmayan məlumat oxudu: 6 saatdan sonra San-Diyeqo 
          şəhərində beysbol oynamalıdı. LSD təsiri altında meydana çıxacağı ilk 
          oyun deyildi. Əslində bu oyunçu heç vaxt ayıq başla oynamamışdı. Hələ 
          məktəbdən bəri içir, amfitamin və kokain qəbul edirdi. Ona görə də oynadığı 
          oyunlar barədə adətən heç nə xatırlamır. Oyun zamanı oyunçunun halını 
          «zona» kimi təsvir edirlər. LSD təsiri altında ürək döyüntüləri tezləşir 
          və ona görə də vaxt sanki yavaşıyır. Ellis də «zona»ya yolu belə açmışdı. 
          İdmanda böyük potensialı olsa da Ellis imkanın reallaşdıra bilmədi. 
          Çünki narkoman idi. Onu yalnız narkotik təsiri altında rəqibi quru yerdə 
          qoyan əfsanəvi oyunçu kimi xatırlayırlar. 
           Peyğəmbər və hallusinasiyalı göbələklər
           Din tarixin tənqidi yanaşa bilənlər Musa peyğəmbərin 10 qanunu 
          hallisinasiya yaradan göbələkləri yedikdən sonra yazdığını deyir. Onsuz 
          da İncil barədə mübahisələr səngimir. Amma biz, yəni təpədən dırnağa 
          qədər müsəlman olaraq Musa peyğəmbərin yazdığı 10 qanunun həqiqətən 
          də düzgün olduğunu etiraf edirik: qatillik, oğurluq, zinakarlıq pisdir, 
          istirahət günləri isə yuxu üçün nəzərdə tutulub. Bu qanunları yazmağa 
          Allah Musa peyğəmbəri layiq görüb. 
          Narkotikləri bu gün, dünən icad etməyiblər. Onlar da başqa bitkilər 
          kimi torpaqda yetişir. Bəzi alimlər deyir ki, hallusinasiya yaradan 
          bəzi bitkilər yəhudilərin İncil yazdıqları yamanda dini kəlamların yazılışı 
          prosesində iştirak edib. Allah Musa peyğəmbəri gözəl natiqlik qabliyyətinə 
          görə seçərək onun ilahi kəlamlarını camaata çatdırmağa layiq bilib. 
          O vaxtlar, minnilliklər əvvəl nə televiziya, nə də İnternet vardı ki, 
          camaatın başını qatsın. Adamların işi-peşəsi torpaqdan çıxan bitkiləri 
          yeməkdən ibarət idi. Əgər bu bitki Allahın özüylə danışmağa imkan yaradırdısa 
          ondan kim vaz keçərdi ki? 
           Dahi narkomanlar
           Bulqakov «Master və Marqarita»sını nakotikin təsiri aliında 
          yazıb. İndiyədək bu kitabı oxuyanda adamın tükləri biz-biz olur. 
          Pop-art tarixində kult persona sayılan Endi Uorxol obetrol adlı tabletləri 
          nanəli konfet kimi atırdı. İndi «Adderal» kimi tanınan bu dərman diqqəti 
          və iş qabliyyətini artırır. Bu keyfiyyət isə məşhurlarda çatışmır. Amma 
          dərmanın təsiri tez başladığı kimi eləcə də tez btirdi. Ona görə də 
          Endi Uorxol onları fasiləsiz atmalı olurdu. 
          «Cazın qara knyazı» adını daşıyan əfsanəvi musiqiçi Maylz Devis herainə 
          oturmuşdu. 20-ci əsrin dahi musiqiçisi, trubaçalan və bəstəkarın narkotiklə 
          problemi onu sevimli işindən də ayırdı. 
          Kofein hazırda naroktik sayılmasa da bir çoxları heab edir ki, Balzakın 
          həddən artıq kofe içməyi onun ölümünə səbəb oldu. Özünü formada saxlamaq 
          üçün Balzak həddən artıq kofe içir və yatmırdı. Balzak deyirdi ki, kofe 
          onun beynini gözəl fikirlərlə doldurur. O, günə 20 fincan kofe içə bilərdi. 
          
          İngilis yazıçısı Düis Keroll isə opiumun spirtdə cövhərini qəbul edirdi. 
          Bu içki Laudanum adlanırdı. Bu içkini dərman şəklində başağrıları zamanı 
          məsləhət verirdilər. Yazıçının isə başağrıları ona əziyyət verirdi. 
          Laudanum ona anadangəlmə kəkələməyini aradan götürməyə də kömək edirdi. 
          Mütəxəssislər deyir ki, onun «Alisa - möcüzələr ölkəsində» əsərində 
          onun hal üstə olması çox hiss olunur. 
          Bir vaxtlar bütün Fransanın kumiri olan Edit Piaf avtomobil qəzasına 
          düşəndən sonra əlini və iki qabırğasını sındırır. Ağrıkəsici dərman 
          kimi qəbul etdiyi morfin onu narkomana çevirdi. Sevimli adamını avto 
          qəzada itirəndən sonra üstəlik alkoqola da aludə olmuş müğənniyə hər 
          dəfə səhnəyə çıxmaq və ağrılarına qalib gəlmək üçün mütləq narkotik 
          lazım olurdu. 
          Məşhur ingilis kimyaçısı, elmdə böyük ixtiraları olmuş alim Xemfri Devi 
          hələ cavan ikən azotun aşağı oksidləşmiş qazının zəhərli olmadığını 
          təcrübədən keçirməkçün onu özü qəbul etmişdi. Bu qaz onda o qədər gözəl 
          duyğular yaratdı ki, qazı hər gün qəbul etməyə başladı. Şənləndirən 
          qazın təsiri altında duyduqlarını o, hətta şeir formasında təsvir etmişdi. 
          Bu marağı onu 50 yaşdan o yana yaşamağa imkan vermədi.
          ***
          Nəzərə alın, nakomanlar milyonlarladı, dahiləri isə barmaqla saymaq 
          olar.
           
        
Qadın baxışı