«Gülümsəyin,… sabah daha da pis ola bilər»
Tərslik qanunu, yaxud «həyat» adlı oyun
         Merfi qanununa görə buterbrod həmişə yağlı üzü ilə 
        yerə düşür
 
      Hamının başına gələn işdi, görürsən ki, gözləmədiyimiz halda bir iş çıxıb bütün planlarını alt-üst eləyir. Ya müdirin vaxtından qabaq gəlib çıxır, ya hava pozulur, ya da qaynana gözlənilmədən qapının zəngini basır. Tərslik qanunu kəşf edilmiş ən yəqim qanunlardan biridir. Amma kəşfin tarixi və müəllifi bizə məlum deyil. Bir neçə versiya var, amma onlar o qədər cəfəng səslənir ki, kimsə onları dilinə gətirməyə ürək eləmir. Bəziləri deyir ki, bu qanunu Nyutonun başına alma tullayan alim kəşf edib. O, rəqibini aradan götürmək arzusuyla gördüyü iş nəticəsində Nyutona dünya şöhrəti gətirib. Tədqiqatçılarn əkəsəriyyəti inanır ki, bu qanun Axillesin zamanından insanlara məlumdur. Axı onu bircə dabanında balaca bir yerdən vurub öldürmək olardı və tərslik qanuna görə bu da baş verdi.
Hamı bu qanunu Merfi qanunu kimi tanıyır. Klassik şəkildə 
        o, belə səslənir: «Əgər pis bir şey ola bilərsə, o mütləq olacaq». Klassik 
        nümunələr: imtahanda 40 sualdan 35-ni öyrənmisənsə sənə öyrənmədiyin suallar 
        olan bilet düşəcək. Axtardığın bileti yanında oturan tələbədə görəcəksən. 
        Bütün düzgün cavablar imtahandan sonrakı gün yuxudan ayılan kimi beyninə 
        gəlir. Ağcaqanadlara qarşı krem sürtəndən sonra məlum olur ki, vasitə 
        yalansı imiş. 
        Skandinaviya mifologiyasında Loki adlı allah var. Bütün bu uğursuzluqları 
        skandinavlar onun ayağına yazırlar. Rusiyada isə hər şeyi şeytan və əcinnələrin 
        üstünə atmaq qəbul edilib. Biz də hərdən «şeytan azdırdı» deyirik. 
        Hər şey 1949-cu ildə başladı. ABŞ-ın hava qüvvələri kapitanı A. Merfi 
        yeni yaratdığı qurğunun təcrübə sınaqlarını keçirməli idi. İlk nəticədə 
        nəinki qurğu, hətta təyyarə də sıradan çıxdı. Merfi cihazı yoxlayanda 
        məlum oldu ki, texnik nəyisə düzgün qoşmayıb. Bu vaxt o, ilk dəfə onu 
        məşhurlaşdıracaq qanunu dilinə gətirdi: «Bir şey düzəldərkən iki yol varsa 
        və onlardan biri qəzaya aparırsa kimsə mütləq bu yolu seçəcək». Həmkarları 
        bu sözləri «Merfi qanunu» adlandırdı. Sonra mətbuat konfransların birində 
        məruzə edən polkovnik dedi ki, hava qüvvələri üzrə əldə edilmiş bütün 
        nəticələr «Merfi qanununun» aradan qaldırılması sayəsində qazanılmışdır. 
        Bu ifadə beləliklə mətbuata düşdü. Ordan da bizim həyatımıza. 1877-ci 
        ildə Los-Ancelesdə «Merfi qanunları» adlı nazik bir kitabça çap edildi. 
        Müəllifi Artur Blox komik ciddiliklə baş verən hadisələri şərh edərək 
        «Gülümsəyin,.. sabah daha da pis ola bilər» deyib Merfi fəlsəfəsini həyata 
        gətirdi. Kitab böyük uğurla yayıldı və əsrin istiotlu aforizmləri ürəklərə 
        xoş gəldi. 
Qanun gözlənilmədən, təbii fəlakət kimi işə düşür. Məlumdur 
        ki, qanun uşaqlara qarşı pis işləyir. Bu böyüklərin öz problemlərinə qarşı 
        lazım olduğundan daha ciddi yanaşması ilə bağlıdır. Böyüklər problemlərə 
        baş vurarkən aşağı emosional əhvalda olurlar və tərslik qanunu üçün meydan 
        açırlar. Amma məlumdur ki, özünə inam yüksək olanda tərslik qanunu yaxşı 
        işləmir. Böyüklərin isə ən çatışmayan cəhəti də elə bundadır. Bunu bilən 
        insan üçün tərslik qanunu ilə ilə üzləşməməkdən ötrü iki yol var: ya özünün 
        əhvalını qaldırıb uğursuzluqla mübarizə aparmaq, ya da ki, daha pis nəticələrdən 
        qaçmaq üçün içinə çəkilib öz pissimizminin dalğasının sınmasını gözləmək. 
        
        Maraqlıdır ki, insan psixikaısında anadangəlmə bir keyfiyyət var ki, bütün 
        uğursuzluqları hansısa üçüncü gözəgörünməz qüvvələrin boynuna yıxıb özünü 
        təmizə çıxarmağı bacarır. Bəlkə də bu səbəbdən «tərslik qanunu», «uğursuzluq 
        qanunu» kimi adlandırılan qanunlar toplusu kəşf edilib. Bu qanun arzu 
        və uğursuz nəticə arasında münasibələri aşkarlayır. Bu qanun hər yerdə 
        işləyir, havadan, relyefdən asılı olmayaraq insanın ruhi, və maddi həyatının 
        hər sahəsində qüvvəsini nümayiş etdirir. İnsan nəyisə çox istədiyi, arzuladığı 
        və xüsusilə də arzusuna az qala çatdığı zaman işə düşüb hər şeyi alt-üst 
        edir.
        Oksford universitetinin alimləri bu fenomenlə maraqlanaraq «əclaf üçüncü 
        qüvvələrin» fəaliyyətində bəzi qanunauyğunluqları kəşf ediblər. Sən demə 
        tərslik qanunu daha çox böyüklərə təsir edir, nəinki uşaqlara. Xüsusilə 
        də başı işə bərk qatışmış iş adamları bu qanunun təsirində can qurtara 
        bilmirlər. 
        Bütün bunlar maraqlıdır, amma soruşa bilərsiz ki, insana öz arzularına 
        çatmağa mane olan təbii qüvvələr nəyə lazımdı ki? Ətraf mühitdə, təbiətdə 
        olan harmoniyanı seyr edəndən sonra adam inana bilmir ki, sənin arzuların 
        və onun reallaşmasının üst-üstə düşməsini istəməyən hansısa qüvvə ola 
        bilsin. Amma real həyatda bu var və bunu izah etmək lazımdı. Həyatda və 
        təbiətdə elə bir hadisə baş vermir ki, onu təbiət qanunları ilə izah etmək 
        mümkün olmasın. Necə ki, biz uşaqlarımıza çətin məsələlər verir və onları 
        baş işlətməyə məcbur edirik, təbiət də bizi həmən üsulla sınayır. Əlbəttə, 
        belə çalışmalardan sonra uşaq böyüklər kimi olmağı öyrənir və həyat təcrübəsi 
        qazanır. Amma görəsən təbiət bu kimi «böyüklər üçün oyunlar» düzəltməklə 
        bizi nəyə öyrətməyə çalışır? Bəlkə təbiət bizdə yeni-yeni arzulara can 
        ataraq maneələri dəf etmək arzusunu məşq elətdirir? Çünki normal insanda 
        hər uğursuz cəhd yenisini doğurur və onun reallaşması üçün başımızı işlətməyə 
        məcbur edir. Görəsən bu «oyun» nə vaxtacan davam edəcək? Yəqin ki, biz 
        böyüyüb əsil arzuları ürəyimizdən keçirməyi, sonra arzuya çatandan sonra 
        ondan həqiqi ləzzət almağı öyrənməyənədək təcrübələr davam edəcək. 
        Formullara həvəsi olanlar hətta bu qanunu distur şəklinə də çeviriblər:
        N = (A x Ə) / T
        Burada A – arzu, T – tərslik gətirən uğursuzluq, N – isə nəticəni işarə 
        edir. Ə – əhvalın dərəcəsini bildirən əmsaldır. Yəni ki, əhval nə qədər 
        yüksək olarsa buna uyğun arzu da çox olan və nəticə daha yaxşı ola bilər. 
        
        Hazırda alimlərin əksəriyyəti bir fikrlə razıdır ki, bəşəriyyət hansısa 
        keyfiyyət dəyişikliyi astanasındadır və təkamül prosesində iri addım atmaq 
        ərəfəsindədir. Biz hamımız anlayırıq ki, təbiət öz sirrlərini boş-boşuna 
        bizə verməz. Yəqin biz bir qədər böyümüşük və gecə saatlarında filmlərə 
        baxmaq hüququ qazandığımız kimi tam olmasa da bəzi sirli məqamlardan agah 
        olmağa artıq «yaşımız çatır». Biz artıq anlayırıq ki, təbiətin qanunları 
        necə işləyir və bizim arzularımızla təmasa necəsə reaksiya verir. 
         Merfilogiya, ya da ki, buterbrod qanunu
         Nəsə olmalıydı! Hər şey elə bu fikirdən başlayır. Elə bil ki, 
        nəsə olmalıydı öncəgörməliyi rahat buraxmır. Sonra də beynimizdən real 
        həyata köçür. Buterbrod həmişə yağlı üzü ilə yerə düşür. Bunu lap körpələr 
        də bilir. Hamı da düşünür ki, bu qanun inkaredilməzdir. Qanunların qısa 
        xülasəsi ilə tanış olun. Amma onların sayı artmaqdadır:
        Əgər siz nəhayət ki, müştəri ilə sövdələşmisizsə sabahdan etibarən sizə 
        zəng edib daha sərfəli təkliflər edəcəklər. 
        Hər bir iş nəzərdə tutulduğundan artıq vaxt tələb edir.
        Əgər natarazlığı aradan qaldırmağın 4 yolu qabaqcadan nəzərdə tutulubsa 
        mütləq 5-cisi tapılacaq.
        Qarajda təmir edərkən əlinizə solidol yağı vuran kimi ayaqyoluna istəyəcəksiz.
        Əgər siz işə gecikəndə müdirinizə desəz ki, təkər partlamışdı sabahısı 
        gün təkər həqiqətən də yolda partlayacaq.
        Əgər siz növbədə durarkən daha tez irəliləyən sıranı seçsəz, tərk etdiyiniz 
        sıra daha tez irəliləməyə başlayacaq.
        Vannada suya girmiş bədən qonşu otaqda telefon zəngini törədir.
        Siz kiməsə avadanlığın işləmədiyini sübuta yetirərkən o, həmən dəqiqə 
        işləməyə başlayır.
        Qaşınmanın dərəcəsi qaşınan hissənin əlçatmazlığından asılıdır.
        Kinoteatrda orta yerlərdə oturanlar həmişə işıq sönəndən sonra gəlirlər.
        500 yerlik soyunma zalında geyinən iki nəfərin şkafı yan-yana olur.
        Düşən əşyaların tərslik qanunu- Yerə düşən yağlı buterbrodun üzüqoyulu 
        düşmə şansı xalçanın qiymətindən asılıdır. 
        Boss deyir ki, hər şey mümkündür, çünki bilir ki, işi özü görməyəcək.
        Uzun müddət saxladığınız əşyanı tullamaq olar, amma bilin ki, onu tullayan 
        kimi lazım olacaq. 
        İtirdyini sonuncu arxa cibindən tapacaqsan.
        Bəyəndiyiniz adamlar həmişə düşünür ki, siz ona kimisə xatırladırsız. 
        
        Əgər sevgi məktubu göndərməyə ürəklənmisizsə məktub o qədər uzun vaxta 
        gedib çıxacaq ki, həmən müddətdə siz özünüzü tam biabır eləməyə macal 
        tapacaqsız.
        Başqalarının romantik hərəkətləri incə, həyəcanlı görünür, amma özünüzünkülər 
        axmaq və yöndəmsiz.
        Nikahın uzunluğu toya çkilən xərcə tərs mütənasibdir.
        Gizlətmək istədiyiniz münasibətlərdə küçəyə çıxan kimi bütün tanışlarınız 
        qarşınıza çıxacaq. 
        Üzdə sızaqlar görüşdən bir saat əvvəl çıxmağı sevir.
        Diskdə cızıq məhv ən sevimli mahnını üstündən keçməlidir.
        Həyatda olan bütün yaxşı şeylər ya qanunsuzdur, ya əxlaqçızlıq, ya da 
        ki, kökəlməyə aparır. 
        İnsan səhv edə bilər, amma səhvi başqasının boynuna atmaq daha tipik hadisədir.
        Təmizlik nədisə mümkün olmayan işlər sırasındandı.
        Evdəkilər üçün sufle bişirənedə o, əlbəttə ki, əla şişir. Amma qonaqlar 
        gələndə isə əksinə.
        Yumurtalar içində biri xarabdırsa inanın ki, məhz onu tortun xəmirinə 
        qatacaqsız.
        Hansı yeməyi bişirsəz əmin ola bilərsiz ki, qonaq onu nahar vaxtı artıq 
        yeyib.
        Qaşımaq istədiyiniz ləkə qabın arxa tərəfindədir.
        Paltaryuyan maşınlar yalnız iş zamanı xarab olurlar.
        Çirkli döşəməyə heç uşaq da heç nə tökmür.
        Otaqda nə qədər çoxlu qonaq olarsa deməli evin sevimlisi daha çox otaqdan 
        otağa qaçıb çığıracaq.
        Televtzorda hansısa filmə ikinci dəfə baxanda mütləq artıq gördüyünüz 
        epizodlara bir daha rastlaşacaqsız.
        İki maraqlı veriliş həmişə bir vaxtı göstərilir.
        Layihənin tam kökündən dəyişməsini tələb edən çıxış yolu sizə çertyojlar 
        hazır olanda agah olacaq. Çünki düzgün və səhv variantlar arasında seçim 
        ediləndə ən birinci səhv variantı seçib sonra onu düzəltməklə məşbul olmaq 
        lazımdı. 
        Hələ bilmək olmaz ki, buterbrobun hansı tərəfinə yağ çəkmək lazımdı.
        Axı qabı yapışdırmağa sərf edillən vaxt onu sındımaqdan daha çox olur.
        Vitrində bəyəndiyiniz əşyanı sizdən əvvəlki alıcı alacaq.
        Pis hadisələrin içində daha da pisləşə bilməyən hadisələr olmur.
        Optimisti yaxşı xəbərlə təəccübləndirmək olmaz.
        Maşını yumaqla yağışı çağırmaq olmaz. Amma maşın yuyulan kimi yağış başlayacaq.
        Hamı yalan deyir, amma bunun əhəmiyyəti yoxdu, çünki heç kim qulaq asmır.
        Kim ki, kolbasa sevir və qanunpərəstdir onların hər ikisinin necə hazırlandığını 
        bilməsə yaxşıdır.
        Kiməsə nəsə göstərmək istəsən bu səndə yazşı alınmayacaq. Baxmayaraq ki, 
        təklikdə həmişə əla alınırdı. 
         İstirahət günü miqreni
         Yəqin çoxlarının başına gəlib, bizim ailədə isə bu illər uzunu 
        müşahidə edilir, bütün həftəni işləyib həftə sonun gözləyirsən ki, bağa, 
        ya da çimərliyə gedəsən. Amma tərs kimi şənbə günü yağış, külək göz açmağa 
        imkan vermir. İki günü evdə deyinə-deyinə keçirirsən və bazar ertəsi gün 
        çıxıb ətrafı qızdıranda hər şeyi yenə də tərslik qanununun, ya da bəxtinin 
        ayağına yazırsan. Amma alimlər də hesablayıb ki, pis havaların 70 yaizi 
        şənbə və bazar günlərinə düşür. Bunu belə izah edirlər ki, həftə boyu 
        vətəndaşlarda yorğunluq, əsəb, gərginliklər toplaşıb atmosferi korlayır. 
        İstirahət günləri adamlar bir qədər yorğunluqlarını çıxarır və ona görə 
        hava da düzəlir. Belə tədqiqatlar aparmağa bizim əlbəttə ki, pulumuz yoxdu. 
        Təcili yardım işçiləri də bilir ki, ürək tutmaları, hipertonik krizlər, 
        radikulit tutmaları, diş ağrıları şənbə-bazar günləri normadan artıq olur. 
        Nevropotoloqların belə bir termini var – «istirahət günü miqreni». Bunu 
        mədə xorası üzrə, ürək xəstəlikləri üzrə mütəxəssislər, elə cə də travmatoloqlar 
        təsdiq edər. Beşgünlük iş həftəsi nə qədər gərgin olarsa istirahət günləri 
        o qədər stresli olacaq. Elə insult və infarktlar da cümə günündən şənbəyə 
        keçən gecələr daha çox olur.
        
 
         Pissimizmdən alınan ləzzət
         Merfidən sonra geniş vüçətlə yayılan qanunlar seriyası yarandı. 
        Bir alim ağzından bir kəlmə çıxarmağa bəndmiş onu merfilogiya cərəyanına 
        aid edib öz sıralarına yazdılar. Bəzən qanunları oxumaq özü də çox məzəli 
        ola bilir:
        Merfi qanunu (tərslik qanunu) Əgər pis bir şey ola bilərsə o, mütləq baş 
        verəcək. Özü də mümkün olan ziyandan ən böyüyü reallaşacaq. Məsələnin 
        həlli yeni problemlər doğuracaq.
        Menken qanunu – Kim bacarırsa edir. Kim bacarmırsa öyrədir. Öyrətməyi 
        bacarmayan idarə edir. İdarə edə bilməyə nəzarət edir.
        Çizxolmın 1-ci qanunu – Siz fikrinizi son dərəcə aydın izah eləmisizsə 
        həmişə onu düzgün anlamayan bir nəfər tapılacaq.
        Qrexemin qanunu – Boş məsələlər tez həll olur. Vacib problemlərsə heç 
        vaxt həll edilmir.
        Veynberqin qanunu- Əsil mütəxəssis o adama deyirlər ki, kiçik maneələri 
        uğurla aşaraq böyük yanlışlığa tərəf irəliləyir.
        Potterin qanunu – Reklam kompaniyasının səs-küyü satılan malın keyfiyyəti 
        ilə tərs mütənasibdir.
        Koulun aksioması – Ölkədə ağıl və dərrakənin ümumi çəkisi daimidir, amma 
        nədənsə mütəxəssislərin sayı artır.
        Meskimenini qanunu- İşi əməlli görməyə vaxt həmişə çatışmır, amma onu 
        yenidən dəyişdirməyə nədənsə vaxt tapılır. 
        Çizxolmun ikinci qanunu – İşlər yaxşıya doğru gedirsə deməli yaxın gələcəkdə 
        nəsə baş verəcək.
        Fineyqlin birinci qanunu – Eksperiment alınıbsa deməli nəsə yerində deyil.
        Everitin ikinci termodinamika qanunu – Cəmiyyətdə özbaşnalıq baş alıb 
        gedir. Onu böyük zəhmət hesabına bir az səngitmək olar. Amma bu cəhdin 
        özü daha çox qarmaqarışıqlıq yaradacaq. 
        Padderin qanunu – Yaxşı başlayan hər bir iş pis qurtaracaq. Pis bişlayan 
        iş isə daha da pis sonuclanacaq.
        Stakmayerin teoremi – İş ilk baxışdan asan görünürsə onu eləmək çox çətin 
        olacaq. İlk baxışdan çətin görünən işi isə həll etmək demək olar ki, mümkün 
        deyil.
        Entoni qanunu - Həmişə ən lazımlı detal düşüb itir. Düşüb dəzgahın altına 
        diyirlənməkdən əvvəl o, ayaq barmağınızı da əzməyə macal tapır. 
        Vışkovskinin ikinci qanunu – Hər bir şeyi əlində uzun muddət o yan bu 
        yana fırlatmaqda düzəltmək mümkündür. 
        Kanını aksioması – Əgər heç nə kömək etmirsə nəhayət ki, təlimat kitabını 
        oxuyun.
        Finqeylin iiknci qanunu – Komandada işləmək çox vacibdir, bu günahı başqasının 
        boynuna atmağa imkan verir. 
        Muençin qanunu – Yoxlamaların, təcrübələrin olmaması yeniliyin həyata 
        keçirilməsinə çox kömək edir.
        Xətkeşin öz qanunu – düz xəttlər olmur.
        İnsan səhv eləyə bilər, amma onu yalnız komputer tamamilə dolaşdıra bilər. 
        
        Yanqın qanunu – Bütün dahi kəşflər təsadüfən edilir.
        Parkinsonun 6-cı qanunu – Elmin tərəqqisi nəşr edilən jurnalların sayı 
        ilə tərs mütənasibdir.
        Consonun 3-cü qanunu – Sizin oxumaq istədiyiniz məqalə itirdiyiniz jurnalda 
        olacaq. Bütün dostlarınız bu nömrəni ya itirəcək, ya da tullayacaq. 
        Berkin qaydası – Heç vaxt cavabını bilmədiyiniz məsələni həll etməyə başlamayın.
        Matsın aforizmi – Oxumağa yorulduğunuz yerdə dayanıb mətndən nəticə çıxara 
        bilərsiz.
        Xleydin qanunu- Məsələnin həllini ən təmbəl işçiyə tapşırın, o, ən asan 
        yolu özü tapacaq.
        Hellounun kəskinliyi – axmaqlıq kimi izah oluna bilinən bir işdə pis əməl 
        axtarmayın.
        Levinin 8-ci qanunu – Heç bir istedad detallara olan ehtirası üstələyə 
        bilməz.
        Seqalın qanunu – Qolunda bir saatı olan bilir ki, saat neçədir. Çoxlu 
        saatı olan heç nədə əmin deyil.
        Veynberqin ikinci qanunu – İnşaatçılar binanı proqramçıların proqram yazdığı 
        kimi tiksəydilər yaxınlıqdan ötən ilk quş bütün sivilizasiyanı dağıtmış 
        olardı.
        Fullerin jurnaoistika qanunları – hadisə, qəza sizdən nə qədər uzaqda 
        baş veribsə ondan qəzet reportajı yazmaq üçün bir o qədər çoxlu ölən və 
        yaranananlar tələb olunur. Fakt sizə nə qədər yaxındısa burda səhv getmə 
        şansı bir o qədər çoxdu. Fakt uzaqlaşdıqca ona inanmaq şansı da artır. 
        
        Rogersin qanunu – Stüardessa kofe gətirən kimi təyyarə titrəməyə başlayır.
        Lillinin metaqanunu – Bütün qanunlar reallığın imitasiyasıdır.
        Evans və Byornun qanunu – Ən pis şəraitdə belə kimsə tapılacaq ki, hər 
        şeyin belə olacağını qabaqcadan bildiyini desin.
        Uistlerin qanunu – Hes vaxt kimin haqlı olduğu bilinmir. Amma kimin cünahkar 
        olduğu həmişə məlumdur.
        Piterin qanunu – Milçəklərin qeydinə qalın, fillər öz başını dolanlıra 
        bilir.
        Kornuellin qanunu – Müdirlər işi bacarmayan adama tapşırmağa meyllidirlər.
        Lumsin qanunu – Həmişə axıra qalan bir malı almaq istəyən bir neçə nəfər 
        tapılır.
        Şirlinin qanunu – İnsanlar bir-birinə layiqdirlər. 
***
        Hamı bilir ki, qanunlar onları pozmaq üçün yaranıb. İnsan səhvləri isə 
        atomlar qədər saysız-hesabsızdır. Qanunları isə onların yarandığı sürətlə 
         pozmaq lazımdı…
      
Qadın baxışı