Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Əbədi həyatın sirri

Ölüm və həyatın kandarında həyat forması olan somati fenomeni

Bəlkə də hər insanın arzusudur ki, o dünyanı görüb qayıda bilsin. Ola bilər ki, kiminsə ölüb sonra yenidən öz bədəninə qayıtma hadisəsini mistika, yalan, gözbağlayıcı saya bilərsiz. Amma Tibet yoqları üçün bu, su içmək kimi asan məşğələdir. Buna somati deyirlər. Bir nağıllarımıza göz gəzdirək. Mən o qədər nağıl tanıyıram ki, qəhrəman Allaha dua eləyib ki, onu daşa döndərsin. Dua eləyib və daşa çönüb. Qarğışların içində də «Səni görüm daşa dönəsən» deyimi çox yayılıb. Bəs niyə məhs daşa, quma, suya, küləyə yox? Bəlkə babalarımız bu mövzuda daha artıq məlumatlıdır? Bəlkə onlar daşa dönmüş somatiləri öz gözləriylə görüb? Əfsanələrin əksəriyyətində daşa dönmək hadisəsi məhs dağlarda olur. Bunun köklərini araşdıraq.

Şəkilaltı: Somati mağarasına giriş qapısı. Bu yer Nepalda ən müqəddəs yerlərdən biri sayılır. Nazik sapla bağlanmasına baxmayaraq seçilmişlərdən başqa heç kim qapıdan o yana keçə bilməz. Nepal krallarından kimsə qapıdan girib bir-iki addım edəndən sonra kor olmuşdu.

Somati nədir?
Bu bəlkə də bəşəriyyətin, daha doğrusu insan bədəni və ruhunun ən sirli və izaholunmaz fenomenlərindən biridir. Oftalmoloq Ernst Muldaşov bu fenomenlə maraqlanıb, onu öyrənmək məqsədilə Tibetə səfər eləyib. Səfərdən qayıtdıqda silsilə kitabları çap etməzdən əvvəl bu termin hər kəsə məlum deyildi. Bu üsulu yalnız Tibetin monaxları tətbiq eləyir və böyük sirr kimi şifahi tərzdə nəsildən-nəslə ötürürlər.
Somati meditasiyanın ali formasıdır. Somatini letargik yuxu (bu vaxt insan uzun illər yuxudan ayılmayaraq yatır) ilə səhv salmaq olmaz. Çünki letargik yuxuda insanın ürəyi, beyni işləyir və maddələr mübadiləsi davam edir. Somati vəziyyətində insanın bədəni daş kimi bərk və tərpənməz hala keçir və soyuq olur. İnsan öləndə də onun bədəni bərkiyir, amma somati vəziyyətindəki insanın bədəni daşla eyni bərklikdə olur. Bu ona görə baş verir ki, insan maddələr mübadiləsinin sıfır səviyyəsinədək endirə bilir. Bir növ konservləşdirilmə sayılan bu hala orqanizm su vasitəsilə keçir. İnsan o qədər meditasiya eləməlidir ki, bədənindəki suyun biosahəsinə təsir eləmək qüdrətində olsun. Somati klinik ölüm də deyil. Klinik ölüm vaxtı ruh uzun müddət bədəndən ayrı yaşamağa hazır deyil. Somati zamanı ruh bədənin yanında olur. İnsan öz bədənini tərk eləyib konservləşdirmiş halda qoyub gedə, sonra yenidən ona qayıda bilər. Somati ruhun həyatını çox yaxşı izah eləyə bilər. Bədən isə yüz, min, hətta milyon illik konservləşdirilə bilər. Dərin somati vəziyyətinə hər meditasiya edən insan da düşə bilmir.

Bizim sivilizasiyamızın kökləri
Fiziki və daha incə dünyalarımız var. Fiziki dünya deyəndə materiya, planetlər, ulduzlar, elektromaqnit və cəzbetmə sahələri də nəzərdə tutulur. Nazik dünyalara psixofiziki hadisələr, psixi enerji, bioenerji və s. aiddir. Ruh incə dünyalarda özündə informasiya daşıyan kiçik burulğan şəklindədir. Bu sahə insan haqqında informasiyanın əsas hissəsini özündə cəmləşdirib. Yaxşı fikirlər bu burulğanı bir istiqamətdə, pis fikirlər isə əks istiqamətdə burur. Somati vəziyyətinə düşməkçün mənfi ruhi enerjidən tamamilə canını qurtarmalısan. Ruh və bədən mənfi enerjidən qurtulandan sonra da somati halına düşüb nəbzi saxlamaq, bədənin enerjisini sıfra endirmək və daşlaşmaq çətin olur. Meditasiya məktəbində təcrübəli insanlar gündə 3 dəfə somati halına bir saatlıq düşüb çıxırlar. Onların əksəriyyəti arzulayır ki, uzunmüddətli somatiyə düşüb insanın genetik fonduna düşə bilsinlər. Burda yalnız seçilmişlərin seçilmişi ola bilər.
«Somati nəyə lazımdır?» sualına Muldaşov belə cavab verir ki, Tibetdə ali şüur tərəfindən insanların gen fondu yaradılıb. Müasir insanlar batmış Atlantidanın sakinləri olan atlantlardan əmələ gəlib. Atlantlar öz bədənlərinin somati vasitəsilə qoruya bilib və ümumdünya daşqını zamanı quru qalmış ən hündür Himolay dağlarında mağaralarda saxlayıblar. Yer üzü sudan quruyub yaşamağa yararlı olanda ruhlar yenidən bədənlərə qayıdaraq yeni sivilizasiyanın təməlini qoyub.

Gümüş tellər dolaşsa…
Somati zamanı ruh başqa bədənlərə keçmir, yalnız öz bədəninə qayıtmanı gözləyir. Mistik təlimlərdə «gümüş tel» anlayışı var. Bu tel ölmüş adamla ruhun arasındakı əlaqəni təmin eləyir. Bizdə deyirlər ki, ruh 40 gün bədənindən ayrılmır. Bu əlaqə məhz bu tel vasitəsilə saxlanılır. Yuxuda olarkən də ruh bu gümüş teli qırmadan «gəzişir». Yoxsa o öz bədənini tapmazdı. Ona görə də yuxuda olanları qəflətən ayıltmaq olmaz, gümüş tellər qırıla bilər. Bədən öləndən 3 gün sonra efir bədəni, 9 gündən sonra isə astral bədəni gedir. Amma yenə də ümid var ki, ruh geri qayıtmaq istəsə bədən canlana bilər. Ölümündən çox keçmiş canlanma hadisələri artıq çoxdandır ki, elmə məlumdur. Somati vəziyyətində insan bədənini kosmik enerji qidalandırır.

Dirilik və ölülük suyu haqqında
Uzun müddətə somati vəziyyətində müsbət 4 dərəcədə qalmaq olar. Belə tempratur ya suyun altında, ya da mağaralarda olur. Suyun 3 vəziyyəti bizə məlumdur: maye, qaz və bərk, yəni buz halı. Somati vəziyyətində bədəndəki su elmə məlum olmayan 4-cü hala düşür ki, bu da bədəni məhv olmadan daş vəziyyətinə gətirə bilir. Su isə informasiya daşıyıcısı kimi bədən və ruh arasında əlaqə yaradır.
Somati halı bir əfsanə ilə də bağlıdı. Bunu uşaqlar da bilir, çünki dünyanın bütün xalqlarının nağıllarında «dirilik suyu» və «ölülük suyu» haqqında məlumat var. Nağıllarda da uca dağların başında yanaşı axan dirilik və ölülük suyundan bulaqların axması təsvir edilir. Həyatda isə seçmə yoqlardan başqa heç kim bu bulaqlara yaxın gələ bilməz. Muldaşov Tibetə ekspedisiyası zamanı belə bulaqlardan birini yerli yoqların icazəsiylə tapıb ordan suyun nümunələrini götürüb gəlməsi barədə yazır. O deyir ki, 5 km hündürlükdə ölülük suyunun bulağını tapdılar. Belə su 30 metr dərinliyindən çıxır. 5600 metr hündürlüyündən isə dirilik bulağı vardı. Həmin nümunələri loboratoriyada tədqiq edərkən məlum oldu ki, ölülük suyu insan hüceyrələrində ölüm genini aktivləşdirir. Hüceyrə də bu genin əmriylə ölür. Dirilik suyu isə əksinə, dirildən genləri aktivləşdirir. Loboratoriyada su bu keyfiyyətlərini cəmi 6 ay saxladı. Sonra məlumat sanki yaddaşından silindi. Ona görə də Somati halına düşməyə hazırlaşan hər kəs dirilik və ölülük suyu çıxan yerlərə getməlidir, yəni dağlara. Somati halına düşməzdən əvvəl insan ölülük suyun içməlidi. Ona görə də yoqlar uzun müddət nəfəs saxlamaq və dərinliyə baş vurmaq bacarığını məşq eləyirlər. Somatidən əvvəl o, suya baş vurub ən dərin yerindən su götürüb içməlidi. Somatidən çıxanda da kimsə yoqun bədəninə dirilk suyuyla damcılatmalıdı. Əvvəl üstünə səpib sonra içirtməlidi.

Şəkilaltı: 1927-ci ildə vəfat eləmiş lama

O dünyanın tempində
Somati zamanı vaxt adi qaydadan 717 dəfə tez gedir. Bəlkə də bu o biri dünyaların zaman vahididir. Somatiyə düşmüş insanlarla meditasiya vasitəsilə ünsiyyətə girmək olar. Amma yad adamın enerjisi, yəni insani hisslərdən, mənfi emosiyalardan təmizlənməmiş enerrjisi somati halında olan insana mənfi təsir göstərə bilər. Ona görə də somati mağaralar bütün sivilizasiyalar boyu isnanlardan gizli saxlanılıb. Bu sirri seçilmişləri ən seçilmişi bilə bilər. İnsanların əksəriyyəti öz hiss və fikirlərinə tam sahib deyil deyən «bəşəriyyətin məlumat bankı»na hər adamı yaxın buraxmaq bəşəriyyəti məhvə aparardı. Axı bu bankdakı informasiyanı insanlar pis məqsədlərə yönəldə də bilər. Somati halı ölməmişdən əvvəl insan üçün o dünyanı görüb gəlmək imkanıdır.

Mağaraların sirri
Somati vəziyyətində insanların olduğu mağaralar müxtəlif maneələrlə möhkəmləndirilir. İnsan övladının qaldıra bilməyəcəyi daş qapılar, psixi enerjidən hörülmüş maneə, mağaranın girişinin gizlədilməsi. Yenə də nağıllara bənzədi deyəsən. Bütün nağıl qəhrəmanları belə mağaralardan, maneələrdən keçməli olur. Bəlkə də nağıl somati mağarasına girmək cəhdini eləmiş insanın danışdıqlarıdır ki, nağıllarımıza hopub? Somati mağaralar əsasən Tibetdə, Himolay dağlarında, Misirdə, Cənubi Amerikada və Sibirdə yerləşir. Bir çox məbədlər somati mağaraların üstündə tikilib və ora girişi qoruyur. Muldaşov öz kitablarında somati mağaralara girmək cəhdlərini təsvir eləyib. Anlaşılmaz qorxu hissi, başgicəllənmə, qarabasmalar və sair duyğuları keçirən adamı bir neçə dəqiqədən sonra ordan çıxaran olmasa o ölə də bilər. Bir neçə saniyə ərzində insanın ətrafındakı enerji qatının tam dağılması da müşahidə edilib. Buralar adi insanlarçün deyil.

Şəkilaltı: Monax artıq 35 ildi ki, tərpənməz halda oturub.

Şüşə altında həbsdə «yatan» monaxlar
Adətən somati halına düşməzdən əvvəl insan mağarada yerini hazırlayıb sonra bu addımı atır. Amma müasir dünyamızda somatiləri narahat eləyib şüşə altında saxlamaqla muzey eksponatına çevirmə halları da var. Budda pozasında oturub somati halında yaşayan bir neçə hal artıq rəsm şəkildə qeydə alınıb. Xambo monaxı lama Etiqelov 1927-ci ildə rəsmi formada vəfat edib. O indi də Ulan-Ude monastrında şüşə altında saxlanılır. Burda o, lotos pozasında oturub. Onun bədəni indiyədək çürüməyib. Bunu sübut eləməkçün ildə bir dəfə onu insanlara göstərirlər.

Tailandda Samui adasında Vat Kunaram monastrındakı fenomeni insanlardan heç gizlətmirlər. Monax Pra Kru Sanatakitittkxunomun çürüməyən bədəni burda şüşə arxasından görünür. Onu nisbətən cavan saymaq olar, çünki bu yaxında, 1973-cü ildə ölüb. Amma onun ekspozisiya təcrübəsi daha artıqdır. Çünki ölən kimi onu şüşə arxasına oturdublar. Yuxarıda adı cəkilən lama Etiqelov isə uzun illəri qəbirdə keçirib. Onu 2002-ci ildən bəri nümayiş eləyirlər.
Monax Pra Kru Sanatakitittkxunomun vəfat eləyəndə 79 yaşı vardı. O indi qara eynəklərdədir. Çünki şüşə dalında 35 illik «həbs»dən sonra keçən il onun bir gözü tökülüb. İnsanları şoka salmamaq üçün ona qara eynəklər taxıblar. Amma arıq olsa da görkəmcə quru mumiyaya bənzəmir. Monaxın tarixcəsi belədir. 20 yaşı olanda o, məbədə gəlir. Burda 2 ay qulluq eləyib atır. Evlənir və 5 uşaq atası olur. 30 ildən sonra yenidən monastra qayıdır. Sonrakı 30 ildən sonra isə lotos pozasına oturub elan eləyir ki, bu vəziyyətdə də öləcək. Dediyi kimi baş verir. Müəllimi öləndən sonra şagirdləri onun meyitini yandırmaq istəyir, amma o yanmır. Bunu ilahidən işarə sayaraq monaxı şüşə altına yerləşdirirlər. Deyirlər ki, onun indiyədək saçı və dırnaqları uzanır. Vaxtaşırı şagirdləri müəlliminin dırnaqlarını və saçlarını qırxıb səliqəyə salırlar. Hesab edirlər ki, o, ölməyib, sadəcə nirvana vəziyyətinə yüksələ bilib.

Çürüməyən monaxdan fərqli olaraq lama Etiqelovu dəfələrlə tədqiq eləyiblər. Onu 1927-ci ildə sidr ağacından tabutda duzun içində basdırmışdılar. O bunu vəsiyyətində xahiş eləyib. Ordaca yazıb ki, 2002-ci ildə çıxarıb əmin olsunlar ki, bədəni çürüməyib. 1955-ci ildə XVII Pandido Xambo lama Darmayev monaxın başına cələnlərlə maraqlanıb onu qəbirdən çıxarır. Sonra o mərasim iştirakçılarına bəyan edəyir ki, ürək nahiyyəsində istilik duyulur. Tabutu yerinə qoyurlar. 1973-cü ildə yenidən çıxarırlar. Bu dəfə XIX Pandido Xambo lama Jambal Dorjo Qoboyev yenidən əmin oldu ki, bədən çürüməyib. 2002-ci ildə lamanın qohumlarının icazəsiylə bu dəfə XXIV Pandido Xambo lama Damba Ayuşeyev tabutu yerdən çıxarıb monastra aparıb «cənnət məkanı» adlanan yerdə yerləşdirir. Etiqelov indiyədək ordadır. Onun bədəninin parçasını tədqiq edəndən sonra onu canlı insan toxumasından fərqləndirəcək bir əlamət tapmadılar. Bir az qanı jeleyə bənzər şəkildəydi, vəssalam. Onun kimyavi analizlərində bromun çoxluğu aşkar olunub. Brom isə beyinin aktivliyini yatırır. Arabir lamanın alt çənəsi düşür deyə onu parça ilə bağlayırlar. Bu özü də bir daha sübut eləyir ki, oynaqları daşlaşmayıb və işlək vəziyyətdədir. Hətta deyirlər ki, o, hərdən tərləyir. Bəziləri dua zamanı bir gözünün açılmasını da görüblər. Ola bilər ki, bu artıq insan fantaziyasıdır.

Bədən ruhun dalıyca qaçıb çata bilməz
Səbəbini izah eləyə bilməsə də elm çürüməyən insanları ölü hesab eləyir. Mistiklər isə onların hələ də sağ olduğuna inanır. Öləndən sonra çürüməyən bədənlər haqqında elmdə çoxlu sübutlar var. Bernadet Subioz adlı katolik müqəddəs 1879-cu ildə vəfat eləmişdi. Onun bədənin 1919-cu ildə torpaqdan çıxarılanda hələ də çürüməmişdi. 1994-cü ildə Taivanda 11 il əvvəl vafat eləmiş buddist monaxı Pu Çaonun bədəni minlərlə zəvvarı bura toplamışdı. Məbədlə yanaşı yerləşən mağarada oturmuş monaxa baxıb hətta əlini də sıxmaq olardı. O, 93 yaşında dünyasını dəyişmişdi. Onun şagirdləri indiyədək bədənə qulluq edərək yaş parçayla onu silir. Rəhmətliyin əzələləri hələ də elastikdir və saçları uzanmaqda davam eləyir. Şahidlərin dediyinə görə o, yağış suyu və yarpaq yeməklə dolanırmış. Başqa iki buddist monaxı Tru Xanqa (1954-cü ildə ölüb) və Çin Yenin (1970-ci ildə ölüb) çürüməyən bədəni yerə basdırılmış çəndə saxlanılır. Onlar da yerli məbədlərdə «yatır».
Monaxlar min ildən sonra da belə qalacaq, ya yox bunu heç kim bilmir. İnsan bədənini dəyişməz saxlayan bir mühit də var. Bu bataqlıqdır. Min illər əvvəl ora düşmüş canlılar dəyişməz halda qalır. İnanmaq olmur ki, Daniya, İrlandiya və Böyük Britaniya ərazisində tapılmış bədənlərin 10 min il yaşı. Aşağıdakı şəkildəki insan bədənində hətta axırıncı dəfə nə yediyini də tədqiq eləmək mümkündü. Amma onların sümükləri sanki əriyib və daşa dönyblər.

Şəkilaltı: Bu insanlar 50 min il əvvəl yaşıyıb


Yuxariya doğru