Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Qız qalası- qədim şəhərin daha bir sirri

Bakının simvolu sayılan qala daha nələr gizləyir?
Dünyanın heç bir yerində analoqu olmayan Qız qalasının ən azı 3 min il yaşı var. Onun əsil məqsədini izah edərkən bütün tədqiqatçılar çaş-baş qalırlar. Çünki forması və ölçüsünə görə qeyri-simmetrikdir və horizontal zolaqlarla örtülüb. Ola bilər ki, müxtəlif dövrlərdə Qız qalası müxtəlif məqsədlərə xidmət edib. Ölkəmizin tarix və memarlığının unikal nümunəsi olan Qız qalası təkcə dini, müdafiə və elmi (astronomik) baxımdan deyil, həm də ekzoterik baxımdan əhəmiyyətlidir. Ona görə də Qız qalası barədə çoxlu rəvayətlər var. Qala ilə bağlı əfsanələrin əksəryyətti qız kəlməsilə bağlıdır. Onun alınmaz, bakirə olmağına işarədir.

Nostradamus Bakı qalası barədə
Bütün dünya Nostradamusun öncəgörməliklərindən danışır və onun yazıları hələ də tədqiq edilir. Azərbaycanlı riyaziyyatçı Vaqif Ələkbərov bu mövzuda maraqlı tədqiqat apararaq gözlənilməz nəticələr əldə etmişdir. 20 ildən artıq apardığı tədqiqatlar, tariximizdə açılmamış qalmış bəzi məqamları işıqlandırmaq istəyi tədricən hobbiyə çevrilsə də onun adı elmi dairələrdə yaxşı tanınır. Vaqif Ələkbərov da Qız qalası ilə bağlı maraqlı müşahidələr aparıb və Nostradamusun «Senturiya»sının mətnində eyni sözlərin təkrarını vurğulamaqla «Qala» sözü ilə bağlı bəzi sətirləri aşkarlayıb.
«Buka qalası barbarların cəngəlliyindən qorxacaq» (1.28), «Dənizdəki qala 3 dəfə əldən ələ keçəcək» (3.01), «Mars qalanın ən böyük pəncərəsində olacaq» (5.42), «Böyük Neptun qalanın böyük pəncərəsindən görünəcək» (3.01) Buka sözü Nostradamus üçün xarakterik olan anoqramma, yəni hərflərin yerini dəyişmə üsuluyla tədqiq edilsə Baku sözü rahat alınır. Cəngəllik dedikdə ola bilər qalanın ağac gövdəsinə oxşaması nəzərdə tutulur. Axı onun içi ağacın özəyi kimi boşdur və divarları bayırdan ağac qabığı kimi zolaqlıdır. Şeirlərdə Günəş sistemi planetlərinin Qız qalasının pəncərələrinə uyğun gəlməsi bir daha tasdiqlənir. Qalanın yarıyacan zolaqlı olması bir qədər qəribədir. Bu faktı tədqiqatçıların heç biri izah edə bilmir. Nostradamusun adıçəkilən katrenində deyildiyi kimi Qalanı ağaca bənzətsək və planetlərin Günəş ətrafında hərəkət müddəti ilə müqayisə etsək, Qalanın zolaqlarını sanki ağacın yaşını təyin edən halqalar kimi qəbul edə bilərik. Günəş sistemində ən uzaq planet olan Pluton ən uzun perioda malikdir – 247, 7 il. Qız qalasını tikən memarlar da həmin rəqəmləri işlədiblər. 24 tam halqalı zolaq və 7 yarımçıq çıxıntı. Bu 3 rəqəm zərdüştilikdə də müqəddəs sayılırdı. Zərdüştilər sudrə adlanın ağ köynək geyər və onu 4 düyünlə bağlayardlar. Kuşti adlandırılan kəmər özü isə 72 ipdən hörülərdi. Rəqəmlərin üst-üstə düşməsi adamı heyərətləndirir. Müqəddəs Quranın da Fussilət (Müfəssəl izah edilmiş) surəsini islam teoloqları Günəş sisteminin şifrəli illüstrasiyası kimi və qazvari dumandan əmələ gəlməsinə sübut kimi sitat gətirirlər: «9- (Ya Peyğəmbər!) De: Doğrudanmı siz yeri 2 gündə yaradanı inkar edir və Ona şəriklər qoşuruz? 10 – O, yer üzündə möhkəm durmuş dağlar yaratdı, onu bərəkətli etdi və (Allahdan ruzi) istəyənlər üçün bərabər olaraq orada yer əhlinin ruzisini 4 gündə (mövsümdə) müəyyən etdi. 11- Sonra Allah tüstü (duman, yerdə qalxan buxar) halında olan göyə üz tutdu (göyü yaratmaq qərarına gəldi). Ona (göyə) və yerə belə buyurdu: «İstər-istəməz vücuda gəlin!» Onlar da: «İstəyərək» (Allahın əmrinə itaət edərək) vücuda gəldik!» - deyə cavab verdilər. 12- Allah onları (səmaları) 7 (qat) göy olaraq 2 gündə əmələ gətirdi. O, hər bir göyün işini özünə vəhv edib bildirdi. Biz aşağı göyü (dünya səmasını) qəndilərlə (ulduzlarla) bəzədik və (onu şeytanlardan, hər cür bəladan) hifs etdik. Bu yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmü, qanunudur)!»
2, 4,7 rəqəmləri arasındaki mistik əlaqədən danışarkən yenə də Nostradamusu yada salmaq lazımdır. Onun fikricə kitabındakı hər fəsil 100 katrendən ibarət olmalı idi. Amma müasirlərinin anlamadığı səbəbdən 7-ci fəslə yalnız 42 katren daxıl edərək onu sanki natamam saxlamışdır. Ruhani quru kimi ad çıxarmış El Moriyanın ezoterik dairələrdə məhşur olan kitabının «Kosmosun 247 qanunu» adlanması da yəqin ki, təsadüfdən deyil. Ona görə də Qız qalasının zolaqlarının sayını da təsadüf saya bilmərik. Magik 2, 4, 7 rəqəmi Qalanın ölçülərində dəfələrlə rast gəlinir.

Həyat ağacı
Məlumdur ki, Azərbaycan ərazilərində İslam dini bərqərar olmamışdan əvvəl, Qafqaz Albaniyası, sonralar Atropatena dövləti olarkən zərdüştiliklə yanaşı xristianlıq da qəbul edilimşdi. Xristianlıq buralarda 1-ci əsrdən etibarən olduğundan xristian mənbələrində İncil kitabı formalaşan zamanlarda bu qala barədə bir şey yazılmaya bilməzdi. Dimirti Rostotskinin «Müqəddəslərin həyatı» kitabında oxuyuruq «… Albaniyanın Baruk (Bakı) şəhərində xəstələrə şəfa verən, iztirab çəkənlərə kömək edən bir qala dayanıb».
Qız qalasının zolaqlarının ağacın halqaları ilə bənzədilməsi İncilin hələ açılmamış bəzi sirrlərindən birinə yaxınlaşdırır. İoann Boqoslovun «Etiraf»ında (22 fəsil) sirrli «Həyat ağacı» təsvir edilir ki, bunu teoloqlar hələ ki, şərh edə bilmir. Onun yazdığına görə bu «Ağaca xüsusi rol verilib və o, xalqların sağalmasına, şəfa tapmasına xidmət edir».
İoann Boqoslovun «Etiraf»ında 4-cü «Apokalipsis» fəslində belə sətirlərə rast gəlmək olur: «Mən Taxt görürəm. Onun ətrafında daha 24 taxt da var. Hər 24 taxtda ağ geyimli qocaman oturub. Bu Taxtın qarşısında 7 od yanır ki, 7 İlahi ruhun simvoludur.» Qız qalasına yandan baxanda Qafqaz Albanyası zamanı işlədilən taxta– basilevsə çox oxşayr. Həmin müəllif başqa yerdə (4-cü fəsil, 6-cı şeir) «… Taxtın qarşısında şüşə kimi dəniz kristal kimi parlayır» deyir. Yenə də 2, 4, 7 rəqəmləri. İoann Boqoslovun 4-cü fəsil, 7-ci şeirində dediyi daha qəribədir: «… və bu Taxtın yanında 4 heyvan gördüm. Birisi şirə bənzəyirdi, ikincisi buğaya. Üçüncüsü heyvan üzlü insana, sonuncusu isə uçan qartalı oxşayırdı». Bu cümlənin arxasında məna tapa bilməyən oxucular İçəri şəhəri qoşa qala qapısı tərəfdən girməmiş başını qaldırıb Azərbaycanın qədim herbinə baxa bilər: bir-birinə baxan iki şir arasında bir buğa. Azərbaycanın xəritəsini görənlərə isə onun uçuş zamanı qartala bənzəməsini bir daha xatırlatmaq lazım deyil. Heyvana bənzər insanlar barədə isə uzun-uzadı fəlsəfi polemikaya qoşulmaq olar. Əhdi-ətiqdə də (qədim İncil) qəribə fraza var: «… Şərqdən olan qartalı göndərəcəm ki, dinlərin əzəlinə qaytarsın». Bu xristianlar üçün «Allah təkdir, yeganədir» fikrinə qayıdışdırsa bütün dünya dinlərinin birləşəcəyi yerə işarə edilir.

Kosmik informasiya qəbul etmək üçün vacib qəbuledici
Ola bilər ki, Qız qalası da Misir ehramları kimi astronomiya ilə çıx bağlı olaraq şəfa verici bioenerji mənbələrindən biridir. Qız qalasının mərkəzi boş olduğundan onun ortasından enerji mübadiləsi gedir. Qala 7 mərtəbəlidir (8-ci mərtəbə torpaqda dayandığından zərdüştilər onu mərtəbə saymırdılar). İnsanın enerji sistemiylə müqayisədə onun onurğa sümüyü ətrafında yerləşən 7 enerji mərkəzi- çakrlarla müqayisə edilə bilər. Bəzən buna 7 möhür də deyilir. Vaqif Ələkbərovun akademik Qoçun biolokasiya matritsa görüntüsü metodikası ilə təcrübələr nəticəsində əldə etdiyi faktlara əsasən bu hipotez təsdiqlənir. Mərtəbələr bioenerji baxımından özünü insanın çakraları kimi aparır. İnsanın enerji sütunu- yəni onurğası sıradan çıxarsa onun sağlamlığına necə ziyan dəyə bilərsə Qız qalasının da enerji kanallarının bağlanması həmin nəticəyə gətirir. Yəqin ki, Qız qalası böyük bir enerji sistemində çox vacib funksiya daşıyr. Söhbət bütün yer kürəsinin enerji-informasiya sahəsindən də gedə bilər. Anomaliyalar mərtəbə arasında dəliklərin tam bağlandığı yerlərdə daha aydın müşahidə edilirdi. Bu ekstrasens qrupunun apardığı təcrübələr nəticəsində məlum oldu ki, bütün mərtəbələri keçib Qız qalasının başına çıxmış adamın enerji kanallarında aydın sezilən dəyişikliklər əmələ gəlir. Sağlamlıq xətrinə bura gələnlər Qalanın içində 2 saata qədər olmalıdır ki, müəyyən nəticələr üzə çıxsın. Bu da ki, Qalanın quruluşunda sonradan aparılan tikinti işləriylə bağlıdır. Olmayan mərtəbələrin tikilməsi sağlamlaşma prosesinin qarşısını alır. Manfred Dimdenin «Piramidaların şəfaverici qüvvəsi» kitabında da Yerin biosahəsi ilə enerji mübadiləsi prinsipləri və onların müəyyən nöqtələrdə olması təsvir edilib. Ola bilər ki, Qız qalası da belə nöqtələrin birində quraşdırılıb və o da Misir piramidaları kimi şəfaverici funksiya daşıyır.

«Qalanın başında durub şərqə doğru baxın».
Qız qalasında 2005-ci il mart-aprel aylarında aparılan tədqaqatların nəticəsində maraqlı nəticələr alınmışdır. Qız qalasına çıxmamışdın əvvəl və sonra təcrübə keçən adamların biosahəsi lokator vasitəsilə ölçülmüşdür. Qalaya çıxıb düşəndən sonra açıq-aydın dəyişikliklər müşahidə edilmişdir. Qız qalasının başına çıxmış bir qrup ekstrasens cənub şərq tərəfdə altıguşəli oval forma müşahidə ediblər. Moskvalı bioenergetiklər Qalanın enerjisini tədqiq edərkən avadanlığın sıradan çıxmasını görəndə heyrətlərindən nə edəcəklərini də bilmirdilər. Onlar Qız qalasını dünyanın daha bir möcüzəsi adlandırmışdılar. Qız qalasından aparılan təcrübələr bir aydan artıq çəkmişdi. Nəticələr heyrətamiz idi. Qalada olanların bioenerji baxımından gumrahlaşmasından başqa bir nəticə də əldə edilmişdi. Qız qalasının başında olarkən bioenergetiklər qalanın mühafizəkarı adlandırdıqları məxluqla kontakta girə bilmişdilər. 7 ekstrasens eyni vaxtda adi adamlar üçün gözəgörünməz olan mühafizəkarın suallarına cavab verirdilər. Bu səhnəni müşahidə edənlərin heyrətinin hüdudu yox idi. Deyilənə görə bu məxluq qalanın bəzi sirrlərini də açıqladı ki, eksperiment zamanı onun məsləhətlərindən istifadə edildi. Yəqin qədimdə ekstrasensor qabliyyətli adamları kahin adlandırırdılar və onlar da qalanın mühafizəkarı ilə kontakta girib məlumat öyrənə bilirmişlər. Deyirlər ki, Misir piramidalarında faraonlar bədənlərini sağaldır və cavanlaşırdılar. Amma bunun yollarını, üsullarını yalnız kahinlər bilirdi. İndi biz də Qalanın hansı hissəsində, nə qədər, üzü hansı istiqamətə dayanacağımızı bilmirik ki, Qız qalasından yararlana bilək. Çox təəssüf ki, mübariz ateizm mövqesində tərbiyə almış elm adamlarımız tarixi öyrənərkən bu tip informasiyaları ciddi qəbul etmirlər. Təcrübə aparan ekstrasenslər Qalanın mühafizəkarından həmişə eyni cümləni eşidirdilər: «Qalanın başında durub şərqə doğru baxın».
Nə qədər ki, Qız qalasının özəyi metal arakəsmə ilə örtülüb onun içindəki enerji də içinə qapanaraq tıxanıb. Qədim dövrlərdə insanlar bizə nisbətən ulduzlara daha yaxın idilər.

***
Qız qalası məbəd də olub, müdafiə qalası da, mayak da. İndi o muzeydir. Yeri gələndə döyüşmək üçün üstündə muşğulları da olub. Bəziləri onun rəsədxana olduğunu da ehtimal edir. Qız qalası 2000-ci ildən etibarən YUNESKO-nun qoruğuna daxil edilib. Dəfələrlə dağıdılıb və təmir edilib. Hər təmir öz silinməz izlərini qoysa da Qalanın əsil mahiyyətini dəyişdirə bilməyib. Qız qalası hələ də insanlara qulluq edir.

Yuxariya doğru