Od imandandır
Əski inanclarda
odu günəşlə, işıqla, gündüzlə əlaqələndirirlər. Bu gün Novruzla bağlı
çərşəmbələrdən ikincisidir ki, odla bağlıdır. Ulularımız oda Dan (dan
yeri qızarmaq» deyimi indi də işlənir) da deyirdilər. Ona görə bu gün
dan yeri qızarmamış durub odla ünsiyyətə girmək lazımdi.
İçimə od düşdü
İlaxır çərşəmbələrdən ikincisi olan bu çərşəmbəyə bəzən «Üsgü çərşəmbə»,
«Üsgü axşamı» da, əzizləmə mənasında «Addı çəpşəmbə» də deyərlər. Günəş
istisini arzulayan ulu babalarımız od çərşəmdəsində sübh tezdən Günəşə
qurban aparardılar. Böyük tonqal qalayıb günəşin çıxmasını gözləyər, odun
şərəfinə nəğmələr oxuyardılar. Tonqal sönəndən sonra qızlar və oğlanlar
külü yığıb onu kəndin kənarına, ya da yola səpirdilər. Bu bir növ tonqaldan
atılmış adamların azarınn çıxıb getməsini simvolizə edir. Qədim dövrdə
tonqalı yetkinlik yaşına çatmamış oğlan uşağı çaxmaq daşı vasitəsilə qalayardı.
Belə od müqəddəs sayılardı.
Çıraq
yandıranın çırağı sönməz olar
Tariximizdə elə dövrdər olub ki, odun üzərindən atlanmaqla məhkumlar xilas
olublar. Deməli günahsızdır ki, od onu yandırmayıb. Od çərşəmbəsinin digər
maraqlı mərasimlərindən biri də il boyu ailə üzvlərindən birini itirmiş
evlərin qarşısında tonqal qalamaqdı. Od yandırmaqla həmin ailənin saxladığı
yas mərasimiqə son qoyulardı. İnsanlara Uraz/Araz (od, atəş) adının verilməsi,
evlərdə üzərrik yandırılması, xəbis ruhlardan qorunmaq məqsədilə qoyun
sürülərinin yanmaqda olan kolların altından keçirilməsi, təndirin müqəddəs
sayılması, ondan arzuların gerçəkləşməsinin istənilməsi, yanmaqda olan
ocağı söndürməmək və məzar daşların üzərində atəşdanların həkk edilməsi
və başqa nümunələr də türklərin oda olan hörmət və ehtiramını göstərir.
Qədimdə evlərdə ocağı sönməyə qoymurdular. Yalnız kimsə ölmüş olarsa odu
çıxarıb xüsusi yerdə saxlayır və qış vaxtı 5 gündən sonra, yayda isə bir
aydan sonra odu evə qaytarardılar.
Xalqımız alqış deyəndə söyləyir: «Odana nur çilənsin!», «İşığın gəlsin»,
qarğış edəndə deyir: «Ocağın sönsün!», «Çırağın keçsin!», and içəndə deyir:
«Sözümdən dönsəm, gün gözümü tutsun», «Od haqqı, ocaq haqqı», «O işığa
and olsun». Odun qüdrətinə inanardılar, odun üstünə su töküb şeytanı sevindirməzdilər:
«Od sönsə, ocaq sönər!». Avestanın yazıldığı əlifba hazırda dünyada ilk
yaranmış əlifba hesab edilir. Əlifba 12 bürc və 9 planetin həndəsi quruluşuna
əsasən yaradıldığından ona «Ulduz əlifbası» da deyirlər. Əslində bu ilk
əlifbanın adı «Vattan» adlanır. İndi işlətdiyimiz vətən sözü də bu kökə
bağlıdır. Mənası oddan yaranan deməkdir.
Prometey
kimdir?
Tanrılara məxsus olan odun insanlara ötürülməsi barədə çoxlu miflər var.
Odu ram etməmişdən əvvəl insanlar mağaralara sığınır, tez-tez yaşayış
yerini dəyişməli olurdular. Amma çaxmaq daşı vasitəsilə od əldə etiməyi
öyrənmiş insan evinin ocağını yandırmış. İbtidai insanlar günəşin, işığın
da oddan olduğunu zənn edirdilər. Ona görə də türk dilində odun beşiyi
olan ocaq neçə əsrlərdir ki, yurd, mənzil, vətən, nəsil mənalarında işlənir.
Odu insanlara vermiş Prometey haqqında əfsanəni hamımız bilirik. Bu mifin
yunan miflərindən baha qədim olduğu zənn edilir. Mifə görə o, qayalıqlarda
soyuq, qaranlıq daş mağaralarda hevanlar kimi ömür sürən bəşər övladına
od vermiş, ev tikmək, gəmi qayırmaq, təsərrüfatla məşğul olmağı, saymağı,
yazıb oxumağı, ili fəsillərə, aylara, günlərə bölməyi, Allaha qurbanlar
gətirməyi, fala baxmağı öyrədir. Yunan mifologiyasında odu insanlara ötürən
Prometey cəzalanır. Onu Qafqaz dağlarında zəncirləyirlər. Quzğunlar Prometeyin
bədənini dəlik-deşik edir. Zevs dəfələrlə onun canını özünə qaytarır və
əzab-əziyyətini artırır. Prometey dünyada insanlar uğrunda fədakarlıq
göstərmiş ilk mifik qəhrəmandır. Dünyanın əksər dillərində «Ocaq» sözünün
türk mənşəli olmasına heç kim şübhə ilə yanaşmır. Ehtimal var ki, bu əfsanə
yunanlaşmamışdan, prometeyləşməmişdən əvvəl adında od sözu olmuşdur. Mirəli
Seyidovun qənaətincə bu türklərin mifik qəhrəmanı Dədə Qorqud obrazıdır.
O, yazır ki, Qorduz sözü «Qor» yəni od, «qut» yəni xoşbəxtlik sözlərinin
birləşməsindən əmələ gəlib.
«Öz içimi
nurlu işıqla dolmuş gördüm»
Azərbacanlı olması ehtimal edilən peyğəmbərimiz Zərdüştün adında da od
kəlməsinin nişanələri var. «Zərdüşt» də məhz ən parlaq, ən qiymətli daş
– «qızıl daş» mənasında səslənib (Əjdər Fərzəli Qorqud). Zərdüşt peyğəmbər
özünü belə təqdim edir: «Öz içimi nurlu işıqla dolmuş gördüm. Sən məndən
soruşanda «Sən kimsən, kiminləsən?» Mən dedim: «Mən Zərdüştəm - düzlük
carçısı!» Sənin «Sən nə etmək istəyirsən!» sorğuna belə cavab verdim:
«Hər dəfə Oda sitayiş edəndə yaxşı şeylər fikirləşmək istəyirəm!».
«Ağırlığım, uğurluğum odlara» deyib od üstündən atılmaq adəti atəşpərəstlikdən
əvvəlki dövrün təsəvvürləridir. Çünki, atəşpərəstlər həmişə od qarşısında
üzlərini örtüblər. Onlara görə insan nəfəsi təmiz sayılmır və nəfəs oda
toxunmamalıdır, onun möhtəşəmliyinə xələl gətirə bilər. Zərdüştilər üçün
oddan atlanmaq qəbuledilməz sayılırdı. Günəşə, işığa, oda tapınmaq paklığa,
gözəlliyə , müqəddəsliyə tapınmaqdır. Atəşpərəstlər təmizliyə ayrıca ritual
həsr edirdilər. «Yauc» (təmizlənmək deməkdir) mərasimdə insanlarla yanaşı
mal-qara, bitkilər, torpaq, od-ocaqlar də timizlənirdi. Azərbaycan türkləri
Novruz mərasimləri ərəfəsində həmin adətləri indi də qədimlərdə olduğu
şəkildə icra edirlər. Mərasimin adı «yauc» türk dilində «yu, yumaq» felinin
məna tutumu ilə tam üst-üstə düşür.
İndi məişətimizdə olan mərasimlər keçmiş inancların izlərini saxlayır.
Gəlin apararkən əvvəl belini qırmızı lentlə bağlamaq, sonra onu 3 dəfə
bu kəmərin içindən keçirmək də yenidən doğulmanın simvolu və günəşə sitayişlə
bağlıdır. Xeyir dua veriləndən sonra gəlini çıraq başına dolandırırlar.
Atəşpərəstlikdən qalma bu adət od qarşısında and içmək adətinə bənzəyir.
Həmişəyanar
Bakı
Atur-Odur, Adur, Adər, Azər köku, mənşəyi unudulmasına baxmayyaraq odla
əlaqələndirilirdi. Bələmi əcəmlərin ən böyük atəşgahlarının Azəbaycanda
olduğunu və pəhləvi dilində oda «Azər» deyildiyini yazır. İstəxri, Məsudi
kimi müsəlman tarixçi və coğrafiyaşünaçlar Abşeron yarımadasında yüksələn
alovların gecələr 40 fərzəx (35-40 km) uzaqdan göründüyünü yazırlar. Müqəddəs
sayılan odlar Xəzərin sahil boyu təpələrin ətəklərində yanırdı. Ona görə
də odlar qrupu ətrafında yaranmış iri yaşayaş məskəni tədricən müqəddəs
odların «yanar» paytaxtı – Bakı şəhərinə çevrilib. Qədim tikililərin tədqiqatçısı
D. Axundov belə hesab edirdi ki, qədimdə bu şəhər Atəşi Baquan (Baquanın
odları), yəni «allah şəhəri», yaxud «allahın yeri» adlanırdı.
Tarixi mənbələrdən aydın olur ki, indi dünya müsəlmanları üçün məqəddəs
Məkkə və Həcc ziyarəti nə deməkdirsə, bir vaxtlar Suraxanı Atəşgahı da
atəşpərəstlərin həyatında həmin rolu oynayıb. Bakı şəhəri və ətrafı hələ
qədimdən bəri əbədi odların yanadığı yer kimi göstərilir. İçərişəhərdəki
Gümə məsgidinin atəşpərəst zərdüştilərin məbədgahının yerində tikilməsi
barədə rəvayət Bakı əhalisi arasında indiyədək yaşayır. Bizans diplomatı
Prisk yazırdı: «Madiyaya basqın edən hunlar geri qayıdarkən başqa yolla
döndülər və dənizdəki qayada yüksələn alovun yanından ötərək vətənlərinə
qayıtdılar».
Qız qalası
Memar Davud Axundov doktorluq dissertasiyasında sübut etməyə çalışır ki,
Abşeronun cənubunda təbii qaz olduğundan orada 3 dənə bürc tipli atəşpərəstlik
abidəsi fəaliyyət göstərib. Onlardan biri indi Qız qalası adı ilə tanıdığımız
əbidədir. Müəllif əsərində göstərir ki, bu Abşeron məbədləri e.ə. 9-7-ci
əsrlərdə Midiya, Xarəzm və Abşeron ustaları tərəfindən tikiləndən sonra
Hindistan, Midiya, Babilistan və Xarəzmdən gələn atəşpərəst zəvvarların
müqəddəs ibadətgahı olmuşdur. D. Axundos iddia edir ki, bu məbədin kəlləsində
lap qədimdə 7 baca inşa edilib. Binanın kəllə hissəsi sonralar dəyişdirildiyindən
indi həmin bacalardan heç bir əlamət qalmayıb. Qədim zamanlarda məbədin
altından çıxan təbii qaz saxsı boru vasitəsilə məbədin 7 bacalarıan qaldırılıb
orada yandırılarmış. Qaz boruları 7 qurbangah taxçadan keçib bacalara
qalxarmış. Bacalarda qoyulmuş müxtəlif metal duzları imkan verirmiş ki,
bacalardan rəngli alovlar çıxsın. Bu rəngli adovlar gecə vaxtı əzəmətli
məbədə ecazkar görkəm verərmiş.
Atəşgahda
qəribə ruhlar dolaşır
Hazırda dünyada 2 yerdə – Şimali Hindistanda və Azərbaycanda əbədi od
yanan belə atəşgah mövcuddur. Bəzi araşdırmaçıların qənaitinə görə, Suraxandakı
Od məbədinin tikintisi eradan əvvələ aiddir. Hazırda Suraxanıda yerləşən
Atəşgah 17-18-ci əsrlərdə tikilib. Amma bu məbəd ondan çox-çox qədim olan
məbədin qalıqları yerində tikilb. Çünki buralara gəlmiş səyyahlar Suraxanıda
olan bir neçə yanar mədəbin təsvirini veriblər. «Atəşgah» Bakıda yaşayan
üzvlərinin şimali Hindistandan çıxmış və sinhlər kastasına mənsub olan
hind icması tərəfindən inşa edilib. Deyirlər ki, təbbi qazın qumsaldan
çıxdığı vaxtarda atəşgahda zəvvarlar yeməyi qabda torpağa basdırmağa bəndmiş
kimi yemək bir neçə dəqiqəyə hazır olurdu.
Bu abidə ilə bağlı çoxlu əfsanə və inanclar da mövcuddur. Bəziləri deyir
ki, Atəşgaha girən kimi buradan qəribə ruhların səsi gəlir. Mərhum ekstrasens
Etibar Elkin deyirmiş ki, bura Azərbaycanda ən müqəddəs yerdir və oranı
çoxsaylı ruhlar qoruyur. Bu abidənin qəribəlikləri barədə də danışırlar.
Guya 18-ci hücrədən qəribə danışıq səsləri gəlir. Onu da deyirlər ki,
12-ci hücrənin qapısından alova baxanda adma elə gəlir ki, alovun bir
addımlığında dayanmısan. Vaxtilə ölmüş atəşpərəstlərin yandırıldığı daş
çuxur isə ziyarətə gələnlərdə qeyri- adi duyğular yaradır. Burada ev heyvanları
özünü çox qəribə aparır.
Oktyabr inqilabından sonra Suraxanı məbədi kerosin zavoduna çevrilmişdi.
Gümbəzindəki od söndürüldü. 1969-cu ildə Hindistanın baş naziri Cəvahirləl
Nehrunun Azərbaycana təşrif buyurması bu tarixi abidənin yenidən dirçəlməsinə
səbəb oldu. Deyilənə görə o vaxt cəmi 3 gün ərzində fəhlələr Atəşgahdan
700 maşın zibil çıxarıblarmış. Yalnız 70-ci illərin əvvəlində İndira Qandi
müqəddəs yeri ziyarət etmək arzusunu bildirdikdən sonra məbədin ərazisi
tam təmizləndi, yol asfaltlandı, tikili təmir edildi. Ən əsası isə məbədə
qaz yenidən verildi.
Yanardağ
möcüzəsi
Abşeronda əbədi alovları ilə məşhur olan daha bir abidə Məhəmmədi kəndində
yerləşən Yanardağ ziyarətgahıdır. İslamdan qabaq bura inanc və sitayiş
yeri olub. Od püskürən torpaq nəinki keçmişdə, indi də insanlarda heyrətamiz
disslər oyadır. Yanardağın arxa tərəfindən zəif vulkan püskürür və ətrafa
palçıq qarışıq su səpələyir. Vulkan suyu ilə birgə çıxan kükürdlü qaza
alışqan yaxınlaşdıranda ani olaraq alovun yanmasını müşahidə etmək olar.
Yerli sakinlər bu suyun müalicvi əhəmiyyətli olduğunu deyir. Möcüzəvi
dağın alovu 10-15 metrə qədər qalxır. Amma ehtimal var ki, Yanardağ alovu
da nə zamansa sönəcək. Qədim səyyahlar Xəzər sahillərində çoxlu yanar
yerlərdən yazırdılar. İndi isə cəmi 1-2 nöqtədən təbii alov çıxır.
Odsuz
ev, neftsiz şəhər…
Bir vaxtlar neft Bakını şəhərə çevirdi. Bakıda neftin tarixini izləmək
istəsək çox qədim dövrlərdən başlamalı olarıq. Avşeronda neft islahatı
barədə Prisk Panivski (5-ci əsr), Əbu İşad İstəhri (8-ci əsr), Əhməd Bəlazari
(9-cu sr), Əbül Həsən Əbu Əli ibn Hüseyn məsudi (10-cu əsr), Həmdulla
Qəzvini (14-cü əsr), Marko Polo (13-14-cü əsr) və başqa məşhur səyyahlar
yazırdılar. Bu mənbələrdən bilinir ki, yerli əhali evlərini neftlə qızdırır,
damları qatılaşmış neft –qırla örtür, odsaçan silahlardan istifadə edirlər.
Ona görə də neft həm qorxulu silah, həm də bəzi dərdlərin dərmanı idi.
Onu barbaqlara yığıb İrana, Gürcüstana, Orta Asiyaya, hətta uzaq Hinditana
da aparırdılar. Yerli əhali quyuları bellə qazaraq nefti əldə edirdilər.
Müşahidəçilər yazdıqlarına görə neft bəzən 35, bəzən də 80 metrlikdən
çıxırdı. Quyular daşla hörülür və kənarlarında kollar əkilirdi ki, dağılmasın.
Nefti dəri tuluqlara doldurub çıxarırdılar. 17-ci əsrdə Bakıda bu üsulla
140 min pud neft çıxarılırdı. Bakı xanları çox vaxt şəhərin istilaçılarına
xəracı neftlə verirdilər. Rusiya Azərbaycanı istila edəndən sonra neft
çar xəzinəsinə axmağa başladı. Bakı Nobel, Rotşild, Vişau kimi milyonçuların
kapital mərkəzinə çevrildi. 1883-cü ildə neftə əli çatanlardan 135 nəfərdən
cəmi 17-si azərbaycanlı idi. Sovet hakimiyyəti qurulandan sonra isə neft
milliləşdi və yenə də Bakı nefti Rusiyanın ocağını yandırmaqda davam etdi.
İndi Bakı nefti Sovet İttifaqı adlanan böyük dövlətin işığının yandıracaqdı.
Xüsusilə də faşizm üzərində qələbədə Bakı neftinin rolu danılmazdır. O
illərdə çətin şəraitdə əldə edilən neft indiyədək hələ ki, rekord səviyyə
hesab olunur - ilə 23, 5 milyon ton. Hitler də iştahasını 1942-ci il,
sentyabrın 25-nə qədər saxlamışdı. Onun planına əsasən bu tarixdən etibarən
Bakı nefti Almaniyanın işığını yandıracaqdı.
***
Neft Bakının bəzən üzünü ağardıb, bəzən başına bəla olub. Neft şəhəri
abadlaşdırıb, adını şəhərlər sırasına yazıb. Neft bir gün qurtaracaq.
Amma burada yanan alov yəqin ki, sönməyəcək. Odun sönməməsi üçün ürəklərə
düşməsi lazımdı. «Ağürlüğüm, uğurluğum odlara» deyib neft çalası olmasa
da ocaqdan atlanın…