Qəribəliklər yaxınlıqdadır
Bəzən insan başını aşağı salıb 
          yaşamağıynan ətrafındakı gözəllikləri və qəribəlikləri görmək qabliyyətini 
          itirir. Məişət, nəfs, can qayğıları duyğuları elə kütləşdirir ki, sehrli 
          məqamların yanından dinməzcənə ötüb keçirsən. Amma bəzən başını qaldırıb 
          göyə, ya da heç olmasa irəli baxa bilsən indiyədək görmədiklərin gözünü 
          sevindirər.
           Oxuyan dağlar, gəzən daşlar və səhranın zümzüməsi…
          
 
          Almatı şəhəri yaxınlığında oxuyan dağ var. Yerli camaat deyir ki, bu 
          dağdan üzü aşağı qaçmaq kifayətdir ki, o, oxumağa başlayır. Əvvəl yavaşca, 
          sonra bir az güclü oxuyur, sonra isə səs elə güclənir ki, bir neçə kilometr 
          aralıda bu səsi eşidə bilirlər. Bunu çoxlu qum dənəciklərinin akustik 
          titrəməsilə izah edirlər.
          Ölüm vadisinin qaçan daşları Kaliforniyanın milli qoruğudur. Okean səviyyəsindən 
          86 metr aşağı olan bu yerdə planetin ən isti yeri 48,9 istiliyi ilə 
          tanınır. Burda Reystrek Playa adlı gölün qurumuş yerində öz-özünə hərəkət 
          edən daşlar var. Onilliklərdir ki, bu yer müşahidə altındadır. Futbol 
          topu ölçüsündən tutmuş yarımtonluq nəhəng qəmbər daşları gah eyni istiqamətdə 
          hərəkət edib qumda izlərin qoyur, gah da istiqaməti dəyişib öz izinin 
          üstündən keçib təkbaşına, ya da başqa daşlarla qrup şəklində yollanaraq 
          torpaqda dərin izlər buraxırlar. Vadidə yağış nadir hallarda yağdığından 
          izlər bəzən 7 ilədək qalır. Artıq yarm əsr müşahidə altında «qaçan daşlara» 
          elə öz izahını verə bilmir. 1950-ci ildə daşların hərəkət xəritəsi çəkiləndən 
          sonra da ölüm vadisinin gəzən daşlarının hara və niyə getdiyini heç 
          kim izah edə bilmir.
          Əfqanıstanın oxuyan qumlarında bir neçə adam eyni zamanda gəzəndə baraban 
          zərbələrinə bənzər səslər çıxır. Həmin bu effekti Çilinin Kopiano vadisində 
          rast gəlmək olar. Kaliforniyada isə «ağlayan», yaxud «zarıyan» təpələr 
          var. Amerikanın aborigen tayfaları düşünür ki, bu qayalara ölmüş insanların 
          ruhu hopüb və onlar arabir zarıyırlar. İnsanların belə düşünməyə əsası 
          var. Məsələn, Yuqoslaviyada daş fiqurlar gecələr müxtəlif səslər çıxarırlar. 
          Misirdə günəş çıxanda Karyaak məbədinin sütunları «səslənir». Yer üzündə 
          daşlardan başqa səhra qumları da səs çıxara bilir. Onlara oxuyan qumlar 
          deyilir . Dinləyəndə adama elə gəlir ki, bütün səhra zümzümə edir. Oxuyan 
          qumların səsini Kola yarımadasında, Riqa dənizkənarında, Lena çayı və 
          Baykal gölü sahillərində, Dnepr kənarında eşitmək olar. Bəzilər düşünür 
          ki, qumlar bir-birinə sürtünməkdən səslənir. Amma onalır laboratoriyaya 
          öyrənməkçün gətirəndə hamısı susur.
          Gölün altında kimlər yaşayır?
           Cənubi Osetiyada, Kudar dərəsinin mirvarisi saylan Erso adlı 
          bir göl var. Burada hər il bard musiqisi festivalları keçirilir. Göl 
          insanları gözəlliyi ilə deyil, qəribəliyi ilə cəlb edir. Onun sirrini 
          hələ də aça bilmirlər. Hər il dəniz səviyyəsindən 2 min metr yuksəkdə 
          olan 0,5 kvadrat kilometrlik ölçülü göl yoxa çıxır. Vannada probkanı 
          çıxaranda suyun kanalizasiyaya getdiyi kimi göl də yerin altına gedir. 
          Göl birdən yox, bir ay ərzində yox olur. Bu hadisə qış aylarına düşəndə 
          gülün üstündki buz qatı havada qalır, sonra gölün «tavanı» qırılıb dibinə 
          tökülür. Göldəki balıqlar su ilə birlikgə getmək istəmədiklərində gölün 
          dibində qalırlar. Alimlər bu hadisəni yeraltı göllərin «xasiyyəti» və 
          gölaltı mağaralarla izah etməyə çalışsalar da tam izahı hələ ki verə 
          bilməyiblər.
          Təbii mürəkkəblə dolu olan göl Əlcəzairin Sidi Bel Abbes şəhəri yaxınlığındadır. 
          Bu göldə əlbəttə ki, balıqlar və başqa canlılar yaşaya bilmir. Çünki 
          təbiətin yaratdığı mürəkkəb zəhərlidir. Amma insanlara yazı yazmağa 
          arayır. Gölə axan iki çayın tərkibi elədir ki, onlar qovuşan kimi kimyəvi 
          proseeslər işə düşür və su qaralır. Bu göldən doldurulmuş mürəkkəblər 
          təkcə Əlcəzairin deyil, bütün dünyanın dəftərxana malları dükanlarında 
          satılır.
          
 
          Vensuelladan 50 kilometr aralıda olan Trinidad adasındakı göl isə əsil 
          asfalt istehsal edir. Keçmiş vulkanın kraterində bişən asfalt 90 metrlik 
          dərinlikdə və 46 hektar ərazidədir. Hər il yeni-yeni asfalt bişirən 
          gölü yerlilər «ana göl» adlandırır. Çünki hər il 150 min ton asfalt 
          çıxarılıb tiikntidə istifadə edilsə də, 5 milyon tondan artıq işlədilməsinə 
          baxmayaraq gölün səviyyəsi cəmi yarım metr aşağı enib. Gölün asfaltı 
          tikinti materialı kimi deyil, arxeoloji material kimi daha maraqlıdı. 
          Çünki burda neçə milyon il əvvəl yaşamış canlıların sümüklərini tapmaq 
          olur. 
          Qazaxstanın Cambul vilayətində ki Kok Kol kimi tanınan göl də anomal 
          göllərdən sayılır. Bura axan çay və bulaqların olmadığı halda göldə 
          su həmişə təmiz və şəffafdır. Bu yeraltı mağaralar fikrini təsdiqləyir. 
          Bu gölə nəsə atsan sakit havada birdən-birə burulğan əmələ gəlib içindəki 
          predmeti sovurub harasa aparır. Yerli camaat dibi olmayan göl barədə 
          əfsanələr danışır. Tədqiqatlar həqiqətən də gölün bəzi yerlərində dibinin 
          olmadığı fikrini təsdiqləyib. Əfsanəyə inansaq gölün dibində yaşayan 
          iri heyvanın olduğuna da inanmalı olacağıq. Çünki onu hərdənbir üzə 
          çıxıb suda üzən quşları dartıb aparan yerdə görüblər. Onu 15 metr uzunluğunda 
          olan ilana bənzədirlər. 
Anomaliyalar
           Meksikada Duranqo, Çiuyaya və Koauila ştatlarının kəsişməsində 
          «Sükut vadisi» adlı bir yer var. Bu ərazilərdə radioqəbuledicilər, televizorlar 
          siqnal qəbul edə bilmir. Bu vadi solğün təbiətli, arabir kaktus və quru 
          otlara rast gəlinən zəhərli ilanlar məskənidir. Amma qədimdən bəri burda 
          insanlar çoxsaylı quyuların ətrafında məskən salıb yaşayırlar. Quyuların 
          suyu həmişə dolu olur. Yaşayış yerlərindən 50 kilometr aralı düşən kimi 
          saatlar da dayanır və kompasın əqrəbi rəqs edib dinc durmur. Deyirlər 
          ki, bu vadi Bermud üçbucağı, Misir piramidaları və buddist monastrlarıyla 
          bir paraleldə yerləşir. 19-cu əsrin adamları bu vadiyə düşən yanar daşları 
          müşahidə edirmişlər. Təyyarə sürücüləri bu zonanı yaxşı tanıyır və ondan 
          yan keçirlər. Amma nədənsə Amerika bu anomaliya ilə maraqlanmır. 1970-ci 
          ildə Amerikanın ballistik raketi «Afina» səmtindən yayınıb həmin zonaya 
          yönələndən və ora çatıb yerə düşəndən sonra bu barədə daşınmamaq mümkün 
          deyildi. Bir neçə il sonra isə «Saturn» dalı raket bu zonanın üstündə 
          partladı. Alimlər bu zonanın qəribəliyini radiodalğaların işini laxladan 
          elektromaqnit aktivliyi ilə izah edirlər. İndi bu zonada tədqiqat aparan 
          alimlərlə yanaşı insana bənzər canlılar da görünməyə başlayıb. Həmin 
          bu qəribə, çox hündür insana bənzər canlılar yolda dara düşmüş adamlara 
          kömək edir, yağışlı havada palçığa batmış maşını bir göz qırpımında 
          çıxarıb sonra bir anda yox olurlar. Bu hadisə 1975-ci ildə qeydə alınıb. 
          Adamlar hadisədən sonra özlərinə gələndə bu canlalırın yalnız çox xeyirxah 
          üzlərini xatırlaya bilirlər.
          Pskov valiyətində Loknyan rayonunda da ölümlə hədələyən tala var ki, 
          yerli camaat onun barəsində danışmağı sevmir. Çünki inanır ki, bu barədə 
          danışanı ölüm gözləyir. Talanın ətrafındakı kəndlərdə həyat sönməkdədir, 
          çünki sakinlər səbəbsiz xəstəliklərə tutulur, ölüm və qətllər həddən 
          artıq çox olur, kəndlərdə hətta havada da qorxu hissi duyulur. 50 il 
          əvvəl meşədə azmış 2 oğlan inəyin səsinə gedib həmin bu lənətlənmiş 
          talaya çatmışdılar. Yanmaqdan qara olan talaya yaxınlaşmış inəyin bir 
          neçə saniyəyə yanıb yerin altına girməsini öz gözləriylə gördülər. Dillərdə 
          belə bir əfsanə vardı ki, bu tala əvvəllər burulğan şəkilli çala idi 
          və onun yeraltı dünyaya apardığını danışırdılar. Gecələr, bəzən isə 
          gündüzlər də ordan qəribə canlılar çıxırdı. Talaya ayağı dəyən yoxa 
          çıxır, sağ qalanda isə bir neçə günlük yaddaşını itirirdi. Həmin yerdə 
          bir rus knyazınnı qalasının olduğunu deyirlər. Amma bir gün onlarla 
          ildırım qalanı bir göz qırpımında yandırıb yox elədi. Vaxt keçdikcə 
          qala ətrafında qurumuş kollardan canlı sədd də yarandı. Çala torpaqla 
          dolsa da xasiyyətini dəyişmədi. Bura təsadüfən girib və ölmüş heyvanların 
          cəsədi illər uzunu çürüməmiş qalır və qəribə qırmızı rəng alırdı. Əraziyə 
          təşkil edilmiş ekspedisiyaların da nəticələrini bilmək olmur. Onlar 
          sirrli şəkildə gizlədilir. Çünki ekspedisiya üzvlərinin ya saçı tökülür, 
          ya da geri qayıdandan sonra naməlum xəstəlikdən ölürdülər. Kənd camaatı 
          artıq evlərini atıb gedirlər. Çünki növbəti yaz yağışı yerli qəbristanlığı 
          yuyub daşları aparanda məlum oldu ki, indiyədək basdırılanlardan heç 
          kim hələ də çürüməyib.
İnsana qarşı olan təbiət
          Antarktidanın «Cəhənnəm qapıları» dünyanın ən sirli nöqtələrindən biridir. 
          İnqley körfəzi yaxınlığında buz kanyon var ki, burada həmişə dəlisov 
          küləklər aramsız əsir. Küləyin sürəti saatda 200 kilometrə qədər olur. 
          Ətrafdakı tempraturu – 90 dərəcə şaxtanı da bura əlavə etsək kanyonun 
          adını doğrultduğunu görərik. Çünki insan həyatını təhlükəyə atmadan 
          burada cəmi 2-3 saniyə dayana bilər. Burda ayaq saxlasan yüksək sürətlə 
          vıyıldayan buz qırıntıları iti bıçaq kimi adamın paltarını 2 saniyəyə 
          doğram doğram edəcək. 
          Kordilyer dağlarının And çirvəsində Ankonkaqua adlı dağ var. Bu dağın 
          qədim hind cadugərləri tərəfindən lənətləndiyi barədə danışırlar. Çünki 
          məkrli niyyətləri olan, ürəyi qara adamlar, eqoist fikirlərlə bu dağa 
          yaxınlaşanda özlərini çox pis hiss edir, bəzən isə yoxa çıxır, ya da 
          səbəbsiz ölürlər. Bu dağda bir neçə alpinist dəstəsi ümidlərini qırıb. 
          Hətta hava maskası ilə olsalar da onlar boğülmağa başlayıblar, ürək 
          tutmaları onları yolu davam etməyə imkan verməyib. Amerika alpinsitləri 
          dağın başına çıxmağa nail olsalar da zirvədə onları qalibiyyət sevinci 
          yox, çıxılmazlıq, məyisluq hiss və bütün bədəni durmadan titrədən qıcolma 
          tutmaları gözləyirdi. Tibetdəki Kaylas dağının da belə keyfiyyətləri 
          olduğundan danışırlar. Ona görə də bu dağın yolunu ancaq bəzi monaxlar 
          bilir. 
Enerji mərkəzlərini 
          həmişə ildırım vurur
           Ukraynada, Jitomir vilaətində Kupişe kəndi yaxınlığında bir 
          tala var ki, onun adını Qromovişe, yəni ildırım yeri qoyublar. Çünki 
          bu tala sanki ildırımı özünə cəlb edir və bu talada ildırımdan ölənlərin 
          sayı həddən artıqdı. Yerli camaat deyir ki, talada bəzən yerin altından 
          qəribə işıq gəlir, elə bil torpağın altında projektor var. 1995-ci ildə 
          alimlər talada qazıntılar aparıb hərəsi 6-8 metr hündürlüyündə olan 
          daş bloklardan ibarət qədim tikili aşkara çıxardılar. Onun mərkəzində 
          hansısa bütün bürünc heykəli və naməlum dildə daş plitələr çıxarıldı. 
          Alimlər qərara gəldilər ki, rus Kiyevindən daha qədim və daha artıq 
          inkişaf etmiş sivilizasiyanın izləridir. Qədimdən bəri insanlar ildırımın 
          daha artıq vurduğu zonaları daş bloklara nişanələyir və oranı məbədə 
          çevirirdilər. Meqalit sözünün tərcüməsi də elə «ildırım daşı» deməkdir. 
          Şamanlar üçün belə yerlər mistik enerji mərkəzi, alimlər üçünsə sadəcə 
          ya metal yataqları, ya da yeraltı su mənbəsi deməkdir.
          Bolqariya da Varnadan 18 kilometr aralıda qəribə təbii fenomen var ki, 
          insanları heyrətə gətirir. Burdakı meşədə gəzişəsi olsan ayaqlarınnı 
          altında quru çubuq qalıb çırçıldamr. Bu meşədə quşlar da yaşamır, heyvanlar 
          da. Sanki buranın ağacları daşlaşıb. Bu yeri Daş meşə adlandırırlar. 
          Daş sütunların yaranması barədə onlarla fərziyyə var. Kimisi onların 
          50 milyon əvvəlki dənizin dibindəki minerallardan yaranmış və sonra 
          küləyin əliylə yonulub ağac formasına salınmış olduğunu deyir. Kimisə 
          sütunları mərcan növlərindən biri sayır. Amma bütün bu mənzərəyə baxan 
          insanın nəsə sehirli, qeyri-adi bir mənzərə ilə üzləşməsi fikrindən 
          qurtula bilmir. Bəziləri isə ağac-sütunların daş meqalitlər olduğunu 
          və yerili observatoriya, ya da məbəd olduğunu düşünür. Yerli camaat 
          bu daş sütunları ziyarət etməyə ayaqyalın gəlirlər. Ağac-sütünü qucaqlayıb 
          yeni qüvvə, ererji alırlar. 
Zamanın hələ ki, damarını 
          tuta bilmirik
           Fransada, Piriney dağlarında, Arlet gölü ətrafında Kuserans 
          adlı yerdə hər 50 ildən bir qəribə hadisələr baş verir. İnsanlar izsiz-çoraqsız 
          yoxa çıxır və qurd-qadın adlandırılmış qəribə canlılarla təsadüfi görüşlər 
          baş verir. Turquilli dərəsi başqa, paralel dünyalara çıxış üçün portal 
          ola bilər. Belə portallar yer üzündə az deyil. Amma onların əksəriyyəti 
          Bermud üçbucağı kimi məşhur olmadığından az öyrənilib. Bu portal adamı 
          əlli-ayaqlı uda, yaxud onun şüurunun sərhədlərini genişləndirə bilər. 
          1972-ci ildə cavan 28 yaşlı geoloq bu portala düşüb və ordan 2 aydan 
          sonra çıxa bilmişdi. Amma ordan çıxanda onun artıq 56 yaşı vardı və 
          o, paralel dünyada keçirdiyi həyatının bütün detallarını xatırlayırdı. 
          Orda geoloq əvvəl hərbçi, sonra keşiş olubmuş və canavar kəlləli qadınlarla 
          döyüşübmüş. 
          Yer kürəsində çoxlu yerlər də var ki, görkəmcə hətta lap cənnətə oxşayır, 
          amma ora düşən insanlar hansısa qorxulu qüvvənin təsirini hiss etdiklərindən 
          qorxu içində yaşayırlar. Məsələn, belə adalardan biri Palmira adasıdır. 
          Onun sahillərində qəzaya uğramış gəminin ekipajı bu torpağa ayaq basan 
          kimi ya dözülməz qorxu içində yaşyır, ya da dalaşıb bir-birini məhv 
          edirlər. Bu adanın balıqları da, suyun içindəki yosunlar da zəhərlidir. 
          Adanın yerini xəritəyə dəqiq qeyd etsələr də arabir o sanki yoxa çıxır 
          və az sonra sehirli şəkildə peyda olur. Lənətlənmiş ada 1940-cı ildən 
          Amerikanın nəzarəti altındadır. Cörkəmcə cənnətə bənzəsə də bu ada hələ 
          də məskunlaşmamış qalır. Burada arabir zaman da öz bildiyi tempdə gedir. 
          Sahilə çıxmış ekipajın bir neçə günü təqvimdən salıb itirməsi bu ada 
          üçün adi sayıla bilər. 
          Moskva ətrafında Peredelkino adlı yerdə fransız ordusu ilə müharibədə 
          həlak olmuş 2500 əsgərin basdırıldığı bir yer var. Kurqanın ətrafı ölü 
          ağaclarla əhatə olunub. 150-200 metrlik ellipsvari talada 6 metrlik 
          başdaşları ucalır. Ba talanın otları radiasiyadan sonra artan bitkilərdə 
          olduğu kimi ifrat yamyaşıldır. Burda adamlar zamanı itirir və özlərini 
          is hiss edirlər. Kimisə yuxu tutur, amma kiminsə sensorluq qabliyyəti 
          artır. Bəziləri burda günəşin qarşısını tutan seluetlərdən danışırlar. 
          Talada olmuş bəzi tədqiqatçıların isə qısa müddətə kölgəsi yoxa çıxmışdı. 
          Burda basdırılanların meyiti çürüməyib, quruyub bir qədər türdləşib. 
          Tədqiqatlar göstərdi ki, tala öz oxu ətrafında fırlanır. 15-20 ilə 8-16 
          metr hərəkət edir. Hərəkət zonasına düşən ağaclar ölür. Ona görə də 
           40 metrlik ölü zona yaranır. 
           Barsakelmez adası qazax dilindən «gedər-gəlməz» kimi tərcümə 
          edilir. Çünki Aral dənizinin şimal-qərb hissəsindəki anolmal yerdə Zamanın 
          yoxa çıxdığı və insanların gedib qısa müddətdə qocalıb gəlməsi barədə 
          çox danışılır. Burada qədim zamanlardan qalma uçan kərtənkələ barədə 
          danışanda söhbətə çox vaxt onun dişlərini də sübut kimi əlav edirlər. 
          Buranın ağ dumanında gəzişənlər bir daha geri bir sutkadan sonra qayıdır. 
          Alimlər bunu atom bombası sınaqlarının nəticələri kimi qələmə verirlər. 
          
          Bu tip qəribə və insanlar üçün təhlükəli yerlərdən biri də Keniyada 
          Envaiteniet adasıdır. Bu ad yerli dildən tərcümədə «geriyə yolu olmayan» 
          kimi tərcümə edilir. Bu adaya gələn etnoqrafik qrup yoxa çıxandan sonra 
          camaat ətrafda yaşayan qəbilələrin əfsanələrinə qulaq verdilər. Məlum 
          oldu ki, bu adada dəfələrlə kənd salınıb, hətta artıb çiçəklənib də. 
          Amma məlum olmayan səbəblərdən bütün kənd bir gecədə yoxa çıxıb. Amma 
          adanın gözəl təbiəti adamları hələ də ora cəlb edir. Adada cəmi bir 
          qəribə məqam gözə dəyir. O da arabir yoxa çıxıb əmələ gələn iri, qonur 
          və hamar daşlar qalağıdır. Bu adadan izahedilməz səslər gələndə yaxınlıqdakı 
          ağaclar bir-birinə dolaşıb bir saatın içində daşlaşmışdı. Həmin bu daşlaşmış 
          ağaclar qəribə yerlərə insanları buraxmır. Amma hərdənbir insanların 
          gözünə adama çox az oxşayan varlıqlar görünür. Onlar zühur edəndə ya 
          kimsə yoxa çıxır, ya da kiminsə başına iş gəlir, ya da hamilə qadınlar 
          eybəcərlər doğurdu. Yerli əfsanələr yerin təkinə aparan və içindən alov 
          qoparan boru haqqında, ağzından alov buraxan nəhəng haqqında danışılır.
***
          Qəribəliklər çoxdur və bəlkə də illər uzunu öz izahını gözləyir. Ona 
          görə də fantastik romanlar üçün qaynaq olan belə əhvalatların hansının 
          uydurma, hansının gerçək olduğunu bilmək bəzən çətin olur. Yəqin ki, 
          insan sehirli yerlərin yanında yaşamağı sevdiyindən izahın ən sirrlisini, 
          ən tükürpədicisini yaddaşına yazır.
           
Qadın baxışı